Milli-mənəvi dəyərlərimiz və Heydər Əliyev



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7801
1   2   3   4   5   6   7   8   9   ...   22

18 

 



 

Milli dəyərlərin qorunması üçün nə edirsiniz? 

 

Milli  dəyərlərin  qorunması  və  təbliğinin  əhəmiyyəti 



nədən ibarətdir? 

 



Milli dəyərlərin təbliğində kitabxanalar iştirak edirmi? 

Sorğunun  məqsədi  məktəblilərin,  yeniyetmələrin  mənəvi 

dəyərlərimiz haqqında olan biliklərini  yoxlamaq, onlara mənəvi 

dəyərlərimizin  qorunması,  tanınması  üsullarını  aşılamaq  və 

ümumilikdə  onları  milli-mənəvi  dəyərlərimiz  haqqında  maarif-

ləndirməkdir. 

Azərbaycan 

folklorunda, 

şifahi 

və 


yazılı 

xalq 


ədəbiyyatında  Azərbaycançılıqla  əlaqəli  çox  sayda  məlumatlar 

mövcuddur.  Bayatılar,  atalar  sözləri,  dastanlar,  xalq  mahnıları, 

nağıllarda  Azərbaycançılıq  əsas  məzmun  kimi  götürülür. 

Ümummilli  liderimiz  Heydər  Əliyev  “Kitabi-Dədə  Qorqud” 

dastanının dünya səviyyəsində 1300 illik yubileyinin keçirilməsi 

haqqında  20  aprel  1997-ci  il  tarixli  Fərman  imzalamışdı. 

Fərmanda  deyilir:  “Kitabi-Dədə  Qorqud”  dastanının  fövqəladə 

əhəmiyyəti  ondan  ibarətdir  ki,  o,  bizim  tariximizin  1300  illik 

dövrünü  həm  əks  etdiririr,  həm  də  bir  daha  təsdiq  edir.  Oğuz-

türk mənşəyimizi və zəngin tariximizi sübut edir. Bunlar bizim 

hamımız  üçün,  xalqımızın  bu  günü,  gələcəyi  üçün  çox 

əhəmiyyətlidir.  Ulu  xalqımızın  yeddinci  əsr  abidəsi  olan 

“Kitabi-Dədə Qorqud” dastanı da YUNESKO-nun Ümumdünya

 

İrs  siyahısına  daxil  edilmişdir.  “Kitabi-Dədə  Qorqud”  milli 



mədəniyyətimizin  iftixarı  olmaqla  bərabər,  qədim  türk  bədii 

təfəkkürünün  ən  qiymətli  incilərindən  biridir.  Kitabxanaçılar 

keçirilən  tədbirlər  vasitəsilə  çalışmalıdırlar  ki,  yeniyetmə 

oxucular  rəşadəti,  qəhrəmanlığı,  mərdliyi  dastanlarımızdan, 

torpağa bağlılığı ”Kitabi-Dədə Qorqud” dastanından, “Koroğlu” 

eposundan  öyrənsinlər,  bir  daha  əmin  olsunlar  ki,  xalqımızın 

keçdiyi  tarixi  mərhələlər,  onun  azadlıq  uğrunda  apardığı 

mübarizə yolu keşməkeşli və əziyyətli olmuşdur. 

Xalqımızın  mədəni  irsi  bəşər  mədəniyyətinin  ayrılmaz 

tərkib  hissəsi  olduğundan  çoxəsrlik  tarixi  keçmişindən  yadigar 

qalmış  tarix  və  mədəniyyət  abidələrinə  doğma  münasibət  öncə 



19 

 

vətənə  məhəbbətin  təcəssümüdür.  Məhz  buna  görə  də 



vətənimizin  keçmişinin  şahidi  olan  tarixi  abidələrə  hörmət 

bəsləmək,  xalqımızın  tarixində  milli  qürur  hissi  yaradan, 

mərdlik  simvoluna  çevrilən  tarixi  qalaların  əhəmiyyətini  dərk 

etmək,  tarixi  qəhrəmanların  döyüş  yolunu  öyrənmək,  onların 

vətən  haqqında  ibrətamiz  kəlamlarını  qavrayıb  dərk  etmək 

insanda vətənpərvərlik hissinin dərin iz buraxmasında müstəsna 

rol  oynayır.  Kitabxanada  müxtəlif  rayonların  mədəniyyət 

mərkəzlərinin  işçiləri  və  digər  müəssisələrdən  qonaqlar  dəvət 

etməklə  “Milli-mənəvi  dəyərlərimizi  bugünkü  və  gələcək 

nəsillərə  çatdıraq”  adlı  dəyirmi  masa  keçirmək  olar.  “Kitabi-

Dədə  Qorqud”,  “Koroğlu”,  “Qaçaq  Nəbi”  kimi  sənət 

abidələrimizin,  dastanlarımızın,  unudulmuş  adət-ənənələrimizin 

təbliği,  Azərbaycan  xalqının  keçmiş  dünyagörüşü  ilə  indikinin 

müqayisəsi,  milli  xarakteri,  dini,  fəlsəfi  və  psixoloji  görüşləri, 

əxlaqi,  ailə  və  cəmiyyət  münasibətləri,  vətən,  torpaq  sevgisi, 

dilimizin şirinliyi, aşıq havasının ürəkləri oxşayan həzinliyi və s. 

bu kimi söhbətlər aparıla bilər. 

Ulu  öndər  Heydər  Əliyev  kosmopolitizm  ideyalarının 

zehinlərə  zorla  yeridildiyi  bir  dövrdə  milli  məfkurənin  qorunub 

saxlanılması,  habelə  Azərbaycançılığın  ən  mühüm  komponenti 

olan ana dilinin inkişaf etdirilməsi sahəsində də bir sıra mühüm 

işlər  həyata  keçirmişdir.  Heydər  Əliyev  üçün  ana  dili  Azər-

baycançılığın başlanğıc məqamı, təməl pirinsipi olmuşdur. Müd-

rik rəhbər yaxşı başa düşürdü ki, xalqa milli-mənəvi dəyərlərini 

aşılamaq  üçün  ona  ilk  növbədə  öz  dilini  qaytarmaq  və  sev-

dirmək  lazımdır.  Hər  bir  xalqın  milliliyini,  mənəvi  dəyərlərini, 

mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir. Dilimizi isə 

yaşadanlar,  zənginləşdirənlər,  inkişaf  etdirənlər  şairlərimiz, 

yazıçılarımız  olmuşdur.  Biz  adətən  böyük  tariximiz  haqqında, 

xalqımızın  böyük  mədəniyyəti  haqqında  danışarkən  birinci 

növbədə  bədii  əsərlərə,  şairlərimizin,  yazıçılarımızın  əsərlərinə 

istinad edir, bunları nümunə gətirir və təbliğ edirik. 

Ana  dilimizin  təbliği  ilə  bağlı  kitabxanada  “Ana  dilimizi 

sevək, sevdirək”, “Dilimiz milli varlığımızdır”, “Milləti yaşadan 



20 

 

onun  dilidir”  və  s.  adlarda  tədbirlər  keçirmək  olar.  Dilimizin 



təbliği  ilə  bağlı  kitabxanalarda  təşkil  edilən  bütün  tədbirlər  -  

söhbətlər,  disput  və  müzakirələr,  ədəbi-bədii  gecələr  və  s. 

oxucuların  dilimizə  olan  məhəbbət  hisslərini  formalaşdırır. 

Azərbaycan  Respublikasının  qanunvericiliyində  21  fevral 

ölkəmizdə Ana Dili Günü kimi qeyd edilir. Artıq bir neçə ildir 

ki,  Təhsil  Nazirliyi  və  “Çağ”  Öyrətim  İşlətmələri  Şirkətinin 

təşəbbüsü  ilə  müxtəlif  rayonların,  eləcə  də  paytaxtın  orta 

məktəblərində  təhsil  alan  şagirdlər  mahnı,  şeir  nominasiyaları 

üzrə  bacarıqlarını  nümayiş  etdirirlər.  Tədbir  çərçivəsində 

qrammatika,  sərbəst  inşa  yazısı,  şeir  oxumaq,  mahnı  ifaçılığı 

üzrə,  internet  səhifəsi  hazırlamaq  kateqoriyası  ilə  fərqlənmiş 

şagirdlərə  mükafatlar  təqdim  olunur.  Kitabxanalar  da  məktəb-

lərlə birlikdə bu ənənədən istifadə etməklə “Ana dilimizi sevək, 

sevdirək” adlı yarış müsabiqələr təşkil edə bilər. 

Mərhələlər üzrə keçirilən bu yarış davam etdikcə, son tura 

hər  nominasiyadan  5  yarış  iştirakçısı  qalır  və  son  turda  işti-

rakçılar arasından I, II və III yerlər müəyyən edilir. 

Müsabiqənin  yekun  turu  21  fevral  Ana  Dili  Günü 

ərəfəsində, təntənəli şəkildə keçirilir, qaliblər pul və hədiyyə ilə 

təltif edilirlər. 

Bu tədbirlər zamanı müəllim və kitabxanaçılar söhbətlərin 

düzgün ideya istiqamətli olmasına, müvafiq bədii əsərlərin seçil-

məsinə, proqramın estetik cəhətdən düzgün tərtibinə nail olmağa 

çalışmalıdırlar. Ana dilimizin saflığından, zənginliyindən söhbət 

açaraq, şair və yazıçılarımızın, elm xadimlərimizin əsərlərindən 

nümunələr, parçalar seçilməlidir. 

Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın 

Prezidenti  seçilməsi  ilə  ölkəmizdə milli-mənəvi  dəyərlərə, dinə 

münasibət  kökündən  dəyişdi.  Qurban,  Ramazan,  Novruz  kimi 

dini-milli  bayramlarımız  dövlət  səviyyəsində  təntənəli  şəkildə 

qeyd olunmağa başladı. 

Ulu öndərimiz dəfələrlə öz çıxışlarında İslam dininin mis-

siyası  ilə  bağlı  öz  müsbət  fikirlərini  xalqla  bölüşərək  bildir-

mişdir:  “İslam  dini  yaranandan  indiyə  qədər  Kürreyi-ərzin  in-



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə