Milli-mənəvi dəyərlərimiz və Heydər Əliyev



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7801
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

24 

 

Novruz  ənənələrinə  görə,  bayram  günü  küsülülər  barışar, 



hətta  qan  intiqamını  da  yaddan  çıxarardılar.  Bu  dəyərlər  geniş 

mənada  təkcə  cəmiyyət  daxilində  deyil,  eyni  zamanda,  ölkələr 

arasında  anlaşmanı,  sülhü  təcəssüm  etdirir.  Bu  baxımdan 

Novruz bayramını, onun milli özəllikləri ilə yanaşı, sülh və barış 

kimi  bəşəri  dəyərlərin  təcəssümü  olaraq  dünyaya  tanıtmaq, 

təbliğ etmək çox mühüm məsələdir. 

Azərbaycan  xalqının  milli-mənəvi  irsinin  təcəssümü  olan 

Novruz  bayramının  dövlət  səviyyəsində  qeyd  edilməsi  onun 

dünya  azərbaycanlıları  arasında  daha  geniş  yayılmasına  da  zə-

min  yaratmışdır.  Soydaşlarımız  yaşadıqları  ölkələrdə  Novruz 

təntənələrini  keçirməklə  bu  bayramın  timsalında  xalqımızın  ta-

rixi dəyərlərini, ənənələrini təbliğ edirlər. Bu isə nəticə etibarilə 

Azərbaycanın  təbliği  deməkdir.  Xalqımızın  milli  dəyərlərini 

təbliğ etmək üçün Mədəniyyət şöbəsinin dəstəyi ilə mədəniyyət 

evinin  təşkil  etdiyi  “Novruz  şənlikləri”  adlı  tədbirin  hazır-

lanmasına  kitabxanaçılar  da  kömək  edə  bilər.  Keçiriləcək  təd-

birin  kompozisiyasından  asılı  olaraq  xüsusi  proqram,  ssenari 

tərtib  edərək  səhnəcik  qurmaq  olar.  Tədbirə  hazırlaşmaq  yara-

dıcılıq  qabiliyyəti  tələb  edir.  Təşkilatçı  şənliyin  əvvəlindən 

sonuna kimi bütün elementləri (çıxış, rəy, qonaqlara söz vermə, 

musiqi  nömrələrini)  ssenaridə  əks  etdirir.  İştirakçıların  yerləş-

dirilməsi, aparıcıların  yeri, qonaqların qarşılanması, tədbir keçi-

riləcək  yerin  mövzuya  uyğun  bəzədilməsi,  lazımi  stend,  sərgi,  

əvvəlcədən planlaşdırılır. 

Tədbir  mövzu  ilə  bağlı  şeir,  bədii  qiraət,  ədəbi  kоm-

pozisiya  və  səhnəciklərlə  tamamlanır.  Kitabxanaçı  şənliyin 

mövzusuna  uyğun  ədəbiyyat  sərgisi,  viktоrina,  ədəbi  оyunlar 

hazırlanır. Yerləşdiyi ərazidəki məktəbdə rəssamlığa, memarlığa 

maraq  göstərən şagirdlərin  rəssamlıq, memarlıq qabiliyyətlərini 

aşkara çıxarmaq və maraqlarını təmin etmək üçün bayrama aid 

çəkiləcək  ən  yaxşı  illüstrasiyalar,  hazırlanacaq  maketlər  üçün 

müsabiqə elan edilir. 

Novruz  bayramına  aid  tərtib  edilmiş  maraqlı  ədəbi 

viktorina  da  ssenariyə  əlavə  edilir.  Kitabxanaçı

 

şagirdlərin 




25 

 

köməyi ilə bayramın simvolu olan keçəl və kosanı tamaşa üçün 



hazırlayır. 

Tədbirin 

keçirilməsində 

dekorasiya, 

aktyor 

geyimlərindən məharətlə istifadə edilməlidir. 



Tədbirdə  Novruz  tamaşaları  musiqi,  kəndirbaz  oyunları, 

rəqslərlə,    rayonun  folklor  kollektivlərinin  çıxışları,    bayram 

ənənələrini  əks  etdirən  milli  kulinariya  nümunələri  də  nümayiş 

etdirmək  olar.  Novruzla  bağlı  muğam  ifaçıları  və  sənətçiləri  də 

dəvət etmək olar.  

Ümummilli  lider  Heydər  Əliyev  xalqın  milli-mənəvi 

dəyərlər  sistemində  ailənin  rolunu  daim  müstəsna  dəyər-

ləndirirdi.  Böyük  strateq  ailəni  ülvi  və  müqəddəs  dəyərlərin 

tərənnümçüsü  kimi  qiymətləndirir,  xalqın  mənəvi  kamillik  sə-

viyyəsinin  təmin  olunmasında,  genefondun  saflığının  qorunma-

sında  əhəmiyyətini  daim  önə  çəkirdi.  Mübaliğəsiz  deyə  bilərik 

ki,  bu gün Azərbaycanda minlərlə  yeni  qurulan  ailənin  müqəd-

dəs örnək kimi istinad edəcəyi qürur və fəxarət ünvanı var. Ulu 

öndər Heydər Əliyevin möhkəm mənəvi təməl və niyyətlər, ülvi 

arzular  üzərində  yaratdığı  ailə  modeli  hər  bir  azərbaycanlıda 

böyük rəğbət hissi doğurur. Bu ailənin ən böyük xoşbəxtliyi isə 

onun  hər  bir  üzvünün  cəmiyyət  üçün  gərəkli,  faydalı  şəxsiyyət 

olmasındadır.  Mental  yaddaşımız  Leyli  və  Məcnun,  Əsli  və 

Kərəm,  Yusif  və  Züleyxa,  Tahir  və  Zöhrə,  İlham  və  Fərizə 

misalında  ilahi  sevginin  mükəmməl  nümunələrini  xatırlayır. 

Heydər  Əliyev  öz  ömür-gün  yoldaşı,  mərhum  akademik  Zərifə 

xanıma olan sonsuz sevgisi və bu sevginin etirafı ilə mənəviyyat 

tariximizdə bütün nəsillərə örnək ola biləcək məhəbbət rəvayəti 

yaratmışdı.  15  may  Beynəlxalq  Ailə  Günündə  kitabxanada 

Beynəlxalq Ailə Günü”, “Ailə və sağlamlıq”, “Mənim ailəm” 

və  s.  adlarda  söhbətlər  və  müxtəlif  mövzular  üzrə  “Sağlam 



təbiət  –  sağlam  insan  –  sağlam  ailə”,  “Atalar  və  ailələr: 

məsuliyyət və çətinliklər”, “Analar və ailələr: dəyişməkdə olan 

dünyanın  problemləri”  və  bir  çox  adlarda  məsləhət  vitrinləri 

hazırlamaq  olar.  Belə  vitrinlərdə  əsas  tələbat  -  maksimum 

dərəcədə əyanilik və operativlikdir. 




26 

 

Ümummilli lider Heydər Əliyevin himayəsi ilə xalqımızın 



tarixi qəhrəmanlıq keçmişini əks etdirən filmlər kinomuzun əsas 

mövzusu  oldu.  “Nəsimi”,  “Babək”,  “Dəli  Kür”  kimi  filmlər 

gəncliyin  milli  ruhda  tərbiyəsində  və  sonralar  kütləvi  surətdə 

müstəqillik hərəkatına qoşulmasında böyük rol oynadı. Ulu ön-

dər Bəxtiyar Vahabzadə, Xəlil  Rza, Məmməd Araz,  İsa Hüsey-

nov,  Anar,  Əkrəm  Əylisli  kimi  milli  zəminə  bağlı  və  istedadlı 

sənətkarları  daim  himayə  edirdi.  Belə  sənətkarlar  ədəbiyyatın 

milli varlığımız, dəyərlərimizlə bağlı mövzularını uğurla işləyib 

inkişaf  etdirirdilər.  Bu  görkəmli  şair  və  yazıçıların  əsərlərini 

təbliğ  etmək  üçün  sərgilər,  icmallar,  söhbətlər,  kitab  müzakirə-

ləri keçirmək olar.  

Milli  mənəvi  dəyərlər  adət-ənənələrlə  nəsildən-nəslə 

ötürülən  yazılmamış  qayda-qanunlardır,  onların  mənfi 

ünsürlərdən  qorunması  və  təbliğində  kitabxanaçıların  üzərinə 

böyük məsuliyyət düşür. 

Mədəni  dəyərlərimizin  qorunması,  mədəni  irsə  münasibət 

problemlərinin  həllində  YUNESKO-nun  Xoşməramlı  səfiri, 

Mədəniyyətin  Dostları  Fondunun  və  Heydər  Əliyev  Fondunun 

prezidenti,  millət  vəkili  Mehriban  xanım  Əliyevanın  tarixi 

xidmətləri  vardır.  Məhz  onun  gərgin  əməyi  sayəsində  qısa  za-

manda  mədəni  dəyərlərimizin  və  mədəni  irsin  qorunması, 

dünyaya təbliğ olunması məqsədilə Heydər Əliyev Fondu Azər-

baycan  haqqında

 

və  Ermənistan-Azərbaycan,  Dağlıq-Qarabağ 



münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırıl-

ması  məqsədilə  xeyli  işlər  görmüşdür.  Qarabağın  tarixi,  müna-

qişənin başlanğıcı, onun ölkəmizə vurduğu ziyan, Xocalı faciəsi, 

ermənilərin  dünyanın  müxtəlif  ölkələrində  törətdikləri  terror 

aktları  haqqında  faktları  əks  etdirən  “Qarabağ  reallıqları” 

bukletlər  toplusunun,  Azərbaycanın  işğal  olunmuş  ərazilərində 

yerləşən  məbəd  və  başqa  mədəni-tarixi  abidələr  haqqında 

dolğun  informasiya  daşıyan  “Müharibə  və  bizim  tarixi-mədəni 

abidələrimiz”  kitabının,  Ermənistan  tərəfindən  Azərbaycan 

mədəniyyəti,  maddi-mənəvi  irsimizə  qarşı  məqsədli  şəkildə 

həyata  keçirilən  vandalizm  siyasəti  və  onun  acı  nəticələrindən 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə