MiLLİ MƏNLİK ŞÜuru miLLİ İdeologiyani



Yüklə 56,69 Kb.

tarix26.09.2018
ölçüsü56,69 Kb.


 



MİLLİ MƏNLİK ŞÜURU MİLLİ İDEOLOGİYANI 



FORMALAŞDIRAN AMİLLƏRDƏN BİRİ KİMİ 

 

            Çələbiyev Nuralı Zərbalı oğlu 

n_chelebiyev@mail.ru

  

psixologiya üzrə fəlsəfə doktoru, dosent. 

Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı 

                            

XX-XXI  əsrlərdə  -siyasət,  iqtisadiyyat  və  sosial  –mənəvi  həyatda  baş  verən    qlobal  

dəyişikliklər  xalqların  milli  mənlik  şüurunun  oyanması  və  inkişafına  güclü  təsir  göstərmiş,  milli 

azadlıq hərəkatlarının baş qaldırılmasına səbəb olmuşdur. Milli oyanış dövrü paralel olaraq SSRİ-

nin  süqutuna  doğru  aparan  etnik  toqquşmalara,  millətlərarası  münasibətlərin  pisləşməsinə, 

speratizm meyllərinin güclənməsinə səbəb olmuşdur. 

Milli  ideologiya  xalqların  özünüinkişaf  və  özünüaktuallaşdırma  məqsədlərinə  yönəlmiş 

cəmiyyətdə  ictimai  inkişaf  qanunları  əsasında  meydana  gələn  üstqurum  hadisəsidir.  O,  millətin 

mənəvi birliyini və milli maraqlarının prioritetlərini ehtiva edən baxışların, təsəvvürlərin, ideya və 

dəyərlərin  sistemidir.  İstənilən  xalqın  vahidliyinin,  həmrəyliyinin  və    milli  birliyinin  inkişaf 

etdirilməsində vahid baxışlar sisteminə əsaslanan ümumiləşmiş ideologiyanın olması zəruridir. 

 “Milli ideologiya” formulu sivil anlam səviyyəsində bəşəri dəyərlərlə uzlaşan sosiomədəni 

gerçəkliklərə zidd olmamalıdır. Bu anlayış müasir fəlsəfi, sosioloji, siyasi və s. anlamlarda müəyyən 

fərqli yanaşmalarla dəyərləndirilsə də, ümumilik təşkil edən əsas və ortaq cəhətlər bunlardır: 

1. Milli ideologiya millətin mənəvi vahidliyi və ümumiliyi prinsiplərinə və ictimai həyatın 

bütün  sahələrində  onun  üstün  maraqlarına  əsaslanan  baxışların,  təsəvvürlərin  və  dəyərlərin 

sistemidir. 

2.  Milli-mədəni  mövcudluğun  dərk  edilməsi  və  milli  ideologiyanın  formalaşması  bir  sıra 

mühüm  komponentdən  asılıdır.  Buraya  tarixi  yaddaş,  milli  mənlik  şüuru,  mentalitet,  milli 

mədəniyyət, din, inam amili, milli maraqlar, dövlət, geosiyası amillər daxildir. [4, 220-225]  

Ayrı-ayrı  dövrlərdə  millətçiliyi,  irqi  və  dini  ayrıseçkiliyi  ehtiva  edən  faşizm,  sionizm, 

militarizm,  rasizm,  şovinizm  və  s.  kimi  mürtəce  ideologiyalar  onlara  inam  bəsləyənlərin  şüuruna 

hakim olaraq bəşəriyyətə bəlalar gətirmişdir. Bu gün də ayrı-ayrı ölkələrdə onların neofaşizm, etnik 

separatizm,  dini  ekstremizm,  etnonasionalizm,  etnosentrizm  və  s.  kimi  yeni  adlar  altında 

dirçəldilməsi təşəbbüsləri genişlənməkdədir. 

Hər  bir  millət  genetik  olaraq  ulu  əcdadlarından  ona  miras  qalmış  qan  yaddaşının  –milli 

hisslərin, milli xarakter və psixologiyanın, adət-ənənənin, bir sözlə milli mənlik şüurunun potensial 

daşıyıcısıdır.  Şüurun  bir  komponenti  olan  milli  mənlik  şüuruna  Vətəni  sevmək,  tarixi  keçmişə  və 

soy kökə bağlılıq, öz dilinə və milli mədəniyyətinə hörmət, ehtiram və s.daxildir. 




 

İntellektual  məhsul  olan  milli  mənlik  şüuru  milli  ideologiyanın  əsas  komponenti,  onun 



təşəkkülü və formalaşmasının zəruri şərtidir. Öz xalqının  rifahı naminə siyasi müstəqillik, mənəvi 

və mədəni tərəqqi, xalqın həyat şəraitinin praktik müdafiəsi və  yaxşılaşdırılması, xalqın birliyinin 

təmin edilməsi, ərazi bütövlüyünün, iqtisadi resusların və mənəvi dəyərlərin müdafiə edilməsi milli 

mənlik  şüurunun  strukturunu  yaradan  əsas  amillərdir.  Milli  mənlik  şüuru  vətənpərvərliklə 

qohumluq  təşkil  edən  milli  hisslərə  istinad  edir. Milli  mənlik  şüuruna  əsaslanan    milli  ideologiya 

cəmiyyət həyatında özünü göstərən ziddiyyətli sinfi və qrup maraqlarını nəzərə almadan cəmiyyətin 

müxtəlif təbəqələrinin harada yaşamasından asılı olmayaraq Vətən əxlaqı və təəssübkeşliyi əsaında 

birliyinin təmin edilməsini nəzərdə tutur.  

Mədəniyyət  və  siyasətin  çoxcəhətliliyi  milli  mənlik  şüurunun  çoxformalı  və 

çoxsəviyyəliyinin  əsasıdır.  Onun  vasitəsilə  hər  bir  millətin  nümayəndəsi  doğulduğu  andan  özünü 

onun bir hissəsi kimi dərk  edir və öz  milli mədəniyyətinin daşıyıcısı olur.  

SSRİ-nin  süqutundan    sonra  milli  mənlik  şüuru  bir  çox  siyasətçilər  üçün  gözlənilmədən 

yüksək  aktual  əhəmiyyət  kəsb  etməyə  başladı.  Bir  çox  milli  təsisatlar  müxtariyyət  və  milli 

özünütəyinetmə  yolunu  tutdular.  Bu  dövrdə  baş  verən  hadisələrin  gedişi  göstərdi  ki,  belə  milli 

mənlik  şüuru  sosial  tamlığı  təmin  etmədiyindən  onun  əsasında  gerçək  sosial  ziddiyyətləri  aradan 

qaldırmaq mümükün olmur. Nəticədə milli birlik əvəzinə keçmiş imperiyalarda islahatlar aparmaq 

cəhdləri  uğursuzluqla  nəticələndi  və  reallıqda  bütün  milli  münasibətlər  sisteminin  zəifləməsinə 

aparan milli separatizm meylləri gücləndi. 

  Ümummilli  mənlik  şüuru  öz  inkişafı  gedişində  heç  də  bərabər  ölçülü    olmayan 

çoxsəviyyəli  və  uzunmüddətli  tarixi  mərhələlərdən  keçir.  Tarixi  planda  götürdükdə,  milli  mənlik 

şüurunun formalaşma prosesi adi, etnopsixoloji səviyyədə baş verir. O, bütövlükdə insan şüurunun 

sosial-psixoloji mexanizmlərinin baza əlamətlərinin formalaşması gedişində bu və ya digər icmanın 

fərdi  şüurununda  “biz”  və  “onlar”  antitezi  ilə  qiymətləndirici  mühakimlərin  formalaşması  və  kök 

salması ilə ilə bağlıdır. “Biz” və “onlar” tandemindəki fərqlər ifadəli əlamətlər (xarici görünüş sifət 

quruluşu,  inanc  və  etiqadlar,dini  dəyərlər,  sosial-iqtisadi  həyat  tərzi,  dil,  irqi  əlamət,  milli  adət-

ənənələr və s.), habelə hakimiyyət və idarəetmə sistemi, ideoloji baxış və doktrinalara əsaslanmaqla 

“onlar”ın  həmişə  pis,  bizdən  fərqli  olan  neqativ  psixologiyaya  malik  olması  barədə  stereotiplərin 

yaranmasına səbəb olmuşdur. 

Milli mənlik şüuru insanın öz Vətəninə yalnız siyasi və hüquqi mənsubiyyətini deyil, həm 

də  mənəvi  bağlılığını  ifadə  edir.  Vətəndaşın  siyasi  iradəsi  və  fərdi  özünəməxsusluğundan  asılı 

olmayaraq doğulduğu andan insanda anadangəlmə milli xarakterin baza əlamətləri olur. 

Uşaq  öz  həyatının  birinci  ilində  “Mən”  obrazına  yiyələnir,  əhatəsindəki  insanların  ona 

verdikləri  ada  cavab  reaksiyası  göstərir.  2-3  yaşlarında  öz  hərəkətlərinin  nəticələrini  başqa 

adamların  hərəkətlərindən  fərqləndirərək  özünü  fəaliyyət  subyekti  olan  xadim  kimi  dərk  etməyə 




 

başlayır.  6-7  yaşlarında  uşaqda  özünüqiymətləndirmə  qabiliyyəti,  yeniyetməlik  və  gənclik 



yaşlarında  fəal  özünüdərketmə,  həyati  özünütəyinetmə  və  fərdi  davranış  üslubu  formalaşmağa 

başlayır  və  bu  mərhələ  sosial-mənəvi  qiymətləndirmənin  formalaşması  ilə  başa  çatmış  olur. 

“Şüurun xarakteristikası təsbit olunmuş subyekt və obyektin, yəni insanın “mən”inə və onun “qeyri-

mən”inə  mənsub  olanların  aydın  fərqləndirilməsindən  ibarətdir.  “Mən”in  “qeyri-mən”dən 

ayrılması-hər  bir  adamın  uşaqlıq  dövründə  keçdiyi  bu  yol  insanın  mənlik  şüurunun  formalaşması 

prosesində həyata keçir”. [6, 31] 

Mənlik  şüurunun  formalaşmasına  ətrafdakı  adamların  qiymətləri  və  yeniyetmələrin 

həmyaşıdlar  qrupundakı  statusu,  real  “Mən”  ilə  ideal  “Mən”in  qarşılıqlı  münasibəti  və  fərdin  öz 

hərəkətlərini qiymətləndirilməsi təsir göstərir. “Şəxsiyyətin malik olduğu nisbi sabit “Mən” obrazı, 

çox vaxt onda əvvəlki nəsillərdən və valideynlərdən əxz olunmuş modellər üzrə formalaşır” [5, 66] 

Onun vasitəsilə insan  özünü ətraf aləmdən, yəni öz “mən”ini, “qeyri-mən”dən ayırir, özünün fiziki, 

sosial,  psixi  və  mənəvi  keyfiyyətlərini  qiymətləndirir,  sosial  həyata  şüurlu  münasibət  bəsləməyə 

başlayır  ki,  bu  əsasda  da  onun  “mən  konsepsiyası”  formalaşır.  “Mən”  fenomenində  bir-birinə 

paralel  olan  iki  meyli  müşahidə  etmək  olar:  onlardan  biri  fərdin  digər  insanlarla  emosional 

ümumiliyə  can  atmasında,  digəri  isə  öz    unikallığını  qoruyub  saxlamaq  arzusunda,  müstəqilliyə, 

azadlığa can atmaqda, öz şəxsi ləyaqətini qoruyub saxlamaqda ifadə olunur” [1, 322] 

Fərdin  mənlik  şüurü  funksional  və  genetik  cəhətdən  bir-biri  ilə  bağlı  olan    bir  sıra 

funksiyaları  yerinə  yetirir.  Bunlara  fərdin  özü    haqqında  informasiyanın  əldə  edilməsi,özünə 

emosional qiymətləndirmə münasibəti və davranışın özünütənzimi daxildir.  

Erməni    separatçıları  və  ideoloqları  “Qarabağ  münaqişəsi  ilə  iki  xalq  arasında  düşmən 

ideoloji  qaydalara,  siyasi  və  əxlaqi  qiymətləndirmənin  qarşılıqlı  inkarına  əsaslanan  müharibə 

mədəniyyəti  formalaşdırıb.  Bu  müharibə  mədəniyyətində  mənfi  etnik  strotipləri  və  mifogemləri 

özündə birləşdirən tarixi yaddaş, düşmənçilik psixologiyası əsas rol oynayır”. [3, 166] 

İnsanın milli, etnik və dini mənsubiyyəti onun üçün həmişə sosial mənsubiyyətindən üstün 

tutulmuşdur.  Məhz  buna  görə  də  ümummilli  liderimiz  H.Ə.Əliyevin  “Hər  bir  insanın  milli 

mənsubiyyəti  onun  qürur  mənbəyidir.  Mən  fəxr  etmişəm,  bu  gün  də  fəxr  edirəm  ki,  mən 

azərbaycanlıyam” fikrini dahi uzaqgörənliklə söylənilmiş dəyərli fikirlər kimi qəbul edirik.  

Zəmanəmizin  böyük  siyasi  və  dövlət xadimi,  filosof  və  mütəfəkkiri  olan  Heydər  Əliyevin 

irəli sürdüyü və inkişaf etdiridiyi azərbaycanşılıq ideologiyası milli müstəqillik dövründə yaranmış 

ideoloji  boşluğu  nəinki  bərpa  etmiş,  həm  də  milli  dövlətçiliyin  etibarlı  təməli  olmaqla    dünya 

azərbaycanlılarının  həmrəyliyi  üçün  möhkəm  təminat  yaratmışdır.  H.Əliyevin  millətlərarası 

həmrəylik  konsepsiyasına  əsaslanan  bu  ideologiya  Azərbaycan  dövlətçiliyin  strateji  proqramı  və 

ideoloji  əsasıdır.  Ümummilli  Lider  Heydər  Əliyev  dövlətçiliyi  və  ərazi  bütövlüyünü  qoruyub 

saxlamaq,  cəmiyyətin  bütövləşməsi  naminə  azərbaycançılığı  milli  həmrəyliyin  aparıcı    amilinə 




 

çevirmiş və mükəmməl bir ideoloji konsepsiya səviyyəsində onun fəlsəfi və siyasi əsaslarını işləyib 



hazırlamışdır.  Bu  ideologiya  Azərbaycan  xalqının  müxtəlif    dövrlərdə  müxtəlif  adlarla,    müxtəlif 

tərzdə təzahür edən ideoloji baxışlar sisteminin ümumiləşmiş əksidir.  

Azərbaycançılıq  ideyasının  əsas  məzmununu  xalqımızın,  milli-mənəvi  dəyərlərinə  hörmət, 

vətənə,  torpağa  bağlılıq  duyğuları  təşkil  edir.  Azərbaycançılıq  milli  özünüdərkin,  etnik  şüur,  qan 

yaddaşı intibahının elmi-fəlsəfi və ideoloji ifadəsidir. 

Böyük  adamların  ömrü  onların  ideyalarının  ömrü  ilə  ölçülür.  Heydər  Əliyev  ideyalarının 

həmişəyaşar olmasını təmin edən ən mühüm hadisələr sırasında onun  nəzəri-ideoloji irsi dayanır. 

Azərbaycan –türk əsaslı Azərbaycan xalqının tarixi vətəni, dünyanın qədim etnokulturoloji 

mərkəzlərindən  biridir  [2,  7].  Azərbaycan  azəri  türklərinin  tarixən  məskunlaşdığı  ərazidir.  Ölkə 

əhalisinin  90%-dən  çoxunu  azəri  türklərindən  ibarət  olan  bu  xalq  öz  ərazisində  20-dən  çox  etnik 

azlıqlara yaşamaq hüququ vermiş, onların vətəndaşlıq hüquqlarını daim qorumuşdur.  

Azərbaycançılığın  müasir  dövrün  əsas  ideyası  və    ideologiyası  olması  məsələsi  təkcə 

ölkəmizin  milli  hüdudları  ilə  bitmir.  Bu  ideya  həm  də  Vətən  hüdudlarından  kənarda  yaşayan 

soydaşlarımızı  ümumi  ideologiya-Vətən  təəssübkeşliyi  ətrafında    birləşdirilməsi  amalına  xidmət 

edir. Bu ideya təkcə ölkəmizin ərazisində yaşayan və ərazinin aborgen əhalisi olan azəri türklərinin 

deyil,  həm  də  burada  məskunlaşmış  digər  millətlərin  və  etnosların  maraqlarına  uyğundur. 

Azərbaycançılıq millətçilik və  şovinizmdən fərqli olaraq Vətən qayəli sivil, demokratik, humanist 

və  tolerant  ideologiyadır.  Bu  ideologiya  çoxmillətli  ölkə  olan  Azərbaycanda  etnik  birgəyaşayışa 

xüsusi  önəm  verir,  milli  azlıqların  hüquq  və    azadlıqlarının  qorunmasına  hüquqi  təminat  yaradır. 

Ulu  öndərin  siyasi  uzaqgörənliklə  formalaşdırdığı  bu  mütərəqqi  ideologiya  milli  təəssübkeşliklə 

vətənpərvərliyin sintezidir. O, hər hansı millətin azlıqda olan digər etnoslar üzərində hakim roluna 

deyil, bərabərhüquqlu birgəyaşayışa və güclü dövlətçilik amalına önəm verir. 

Azərbaycançılığın  əsas  qayəsi  milli  özünüdərk  və  milli  mənlik  şüuru  əsasında  milli 

mentallığı qoruyub saxlamaqdan, ayrı-ayrı etnosların mədəniyyətlərarası dialoqu və sintezi əsasında 

onları  dövlətçiliyə    bağlılığı  və  sədaqətini  təmin  etməkdən,  separatçı  və  ekstremist  meyllərinin 

kökünü kəsməkdən ibarətdir. Sosial ədalət prinsipinin etibarlı hüquqi  təminatı ölkəmizdə  yaşayan 

hər bir etnosa öz milli mədəniyyətini, dilini inkişaf etdirmək imkanı verir.  

Bu gün azərbaycançılıq ideologiyası müstəqil Azərbaycanda dayanıqlı cəmiyyət və dövlətin 

formalaşması  prosesinin  ayrılmaz  elementinə  çevrilmişdir.  Bu  ideologiya  cəmiyyətin  və  dövlətin 

inkişafı,  siyasi  sabitliyi  və  milli  maraqlarına  təminat  yaradan  güclü  ideologiyadır.  Müstəqil 

Azərbaycanın  indiki  geosiyasi  vəziyyəti  və  erməni  təcavüzü  ölkəmizdə  azərbaycançılıq 

ideologiyasına əsaslanan milli razılıq konsepsiyasının gerçəkləşdirilməsi zərurətini irəli sürür. 

Digər xalqlara və etnik qruplara qarşı münasibətlərdə təkəbbür və milli eqoizm, onları özünə 

tabe etməyin milli həmrəyliyin pozulmasına, millətçilik və ekstremizmə səbəb olduğunu yaxşı bilən 




 

Ümummilli  lider  Heydər  Əliyev  azərbaycançılığı  milli  müstəqilliyin  qorunması,  dünya 



Azərbaycanlılarının  vahid  Vətən  və  ümummilli  maraqlar  naminə  mübarizədə  vahid  cəbhədə 

birləşməsi  amilinə  çevirməyə  nail  olmuşdur.  Ulu  öndər  Azərbaycanın  adət-ənənələrini,  milli-

mənəvi  dəyərlərinin  təbliğini,  bədnam  ermənilərin  uzun  illər  boyu  tarixi  ərazilərimizə  əsassız 

iddialarını,  xalqımızın  başına  gətirilən  soyqırımların  ifşasını,  eləcə  də  Dağlıq  Qarabağın 

Azərbaycan Respublikasının tarixi ərazisi olması həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasını 

təmin etmək üçün etibarlı  siyasi və mənəvi fəaliyyət konsepsiyasının yaradılmasını təmin etmişdir. 

Heydər  Əliyevin  formalaşdırdığı  mütərəqqi  azərbaycançılıq  ideologiyası  ölkə  ərazisində  yaşayan 

digər xalqlara və etnik qruplara qarşı etnik, dini və mədəni dözümlülüyü ön plana çəkərək  hər bir 

xalqa öz dilini, mədəniyyətini, adət və ənənələrini inkişaf etdirmək üçün geniş imkanlar verir.  

Ədəbiyyat: 

1.

 

Бессознательное: природа, функции, методы исследования. Т.4.Тбилиси, 1988 



2.

 

Cəfərov N.Azərbaycanşünaslığın əsasları. B., 2005 



3.

 

Əliyev  Z.  Dünya  azərbaycanlılarının  psixologiyası:  həmrəylik  və  birlik  probleminə 

psixoloji-fəlsəfi-siyasi  yanaşma.//  “Azərbaycan  inkişaf  etmiş  cəmiyyətə  doğru:  reallıqlar, 

perspektivlər”  mövzusunda  ümumrespublika  elmi  konfransının  materialları.  B., 

“Azərbaycan Universiteti”, 2011 

4.

 

Miraləm E. Milli ideologiya və onu formalaşdıran amillər/.Dirçəliş XXI əsr,2006,N 104-105 



5.

 

Rzayev M. Şəxsiyyətin sosial-fəlsəfi təhlilinin metodoloji əsasları. B.,2007 



6.

 

Ümumi psixologiya (A.V.Petrovskinin redaktorluğu ilə.)B., “Maarif”, 1982 

 

 

 



 

 

 



 

 

 



 Чалабиев Нуралы Зарбалы оглы. 

Национальное самосознание как один из фактор формирования  

национальной идеологии 

Резюме 

Характер национальной идеологии - фактор национального сознания к себе уважение  

Это  статья  как  основной  фактор  национального  характера  от  особенностей 

рассказывается  о  формировании  национальной  идеологии.  Автор  философские  вопросы 

формирования  национальной  идеологии  Азербайджанства,  идеология  Азербайджанства 

народа,  о  роли  общенационального  лидера  Азербайджана  Гейдара  Алиева  в  период 

национальной  независимости  со  стороны,  как  -психологически  комментировать  работал  в 

качестве возраждения. 



     Chelabiyev Nurali Zarbali 

 

 

 

 

 

 

Summary: 

National self-respect consciousness is the factor of national ideology building up the character 


 

This  article  deals  with  basic  factor  of  national  ideology  building  up  the  character  national 



self-respect consciousness, the process of its forming, and basic characteristic features.  

The  author  tried  to  ground  the  national  ideology  of  being  Azerbaijani  developed  by  the 

national leader of Azerbaijan Haydar Aliyev`s idea and activity during national independent years, 

and  its  helping  to  the  national  self-comprehension,  national  self-respect  consciousness,  and 

renaissance of blood memory`s scientific-philosophy, ideological expression. 

 

Açar sözlər: milli ideologiya, “Mən” obrazı, milli mənlik şüuru, azərbaycançılıq, milli 



özünüdərk, milli həmrəylik.                      

Key words: national ideology, Image of "i",

 Consciousness of national identity, Azerbaijanism, National 

self-knowledge, National solidarity 

Ключевые  слова

Национальной  идеологии



"Я"  образ

,

 

Национальное  самосознание



Азербайджанства

Национальное самосознание 



,

 

Национальная солидарность



 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə