Milli mənlik şüuru: Vətənpərvərlik hisslərinin tərbiyəsi Heydər Əliyev: “Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir, lakin



Yüklə 34,97 Kb.

tarix01.11.2017
ölçüsü34,97 Kb.


“Olaylar”.-2015.-7 yanvar.-№ 2.-S.15. 

 

Milli mənlik şüuru: Vətənpərvərlik hisslərinin tərbiyəsi 

 

Heydər Əliyev: “Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir, lakin 

milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər 

” 

Dünya  sürətlə  qloballaşır.  Ortaya  çıxan  ən  kiçik  hadisə  belə  medianın  gündəmilə  böyük  qlobal 

problemə  çevrilir.  Region  və  dünyada  baş  verən  müharibələr  gəncləri  radikallığa  sürüyür.  Pornoqrafik, 

qeyri-ənənəvi  dinlərlə  bağlı  internet  təbliğatı  insanları  milli-mənəvi  dəyərlərindən  uzaqlaşdırır.  Milli 

kimliyini  itirmədən,  universal  şəxsiyyətə  sahib  olmaq  milli  şüuru  qoruyub  saxlamaq  iradəsinin 

göstəricisidir.  Qlobal  avropalaşmaq  mövqeyini  təbliğatını  aparan  qruplaşmalar  degenrativ  məntiqlə 

qloballaşmanı  gerçəkləşdirəcəklərinə  inanırlar.  Lakin  Vətən  üçün  milli  könüllülük  –  millətin  qəlbində 

qiyamətə  qədər  yaşayacaq  bir  özləm  kimi  varlığını  davam  etdirəcək  bir  dəyərdir.  Şəxsinə  “Biz  türklər” 

xitabı  ilə  başqa  mədəniyyətlərlə  ünsiyyət  qurmağı  bacaran  və  öz  sivilizasiyasına  heyranlıq  hiss  edən 

vətəndaşlar həmişə öz milli kimlik ləyaqətini müdafiə edəcəklər. Özünəməxsus bir mövqe ilə qloballaşanı 

milləti adına vurğulamaq avropalaşmaq  ideyası ilə fərqli ölçüdə kəsişir. Türklük şəxsiyyətinin milli şüur 

parametrləri  avropalaşmaq  və  amerikalaşmaq  tezislərindən  fərqli  olaraq,  irqçilik,  etnikçilik  və 

məzhəbçilik  tezislərdən  ibarət  deyil.  Bunun  əksini  iddia  edənlər  yanılırlar.  Bunlar  türkçülüyün 

qloballığını və ümumbəşəriliyini qısqananlardır. Vətəndaş öz ölkəsinə kənardan başqalarının nəzərləri ilə 

yox, öz gözlərilə baxmalıdır. Məsələnin əks mövqeyində dayana yalnız vətənpərvərliyi və millətsevərliyi, 

milli hissləri yoxa çıxarmağa çalışan zehniyyət ola bilər. Başqa heç kim! Azərbaycanın və türklüyün milli 

çərçivəsini  dağıtmaq  istəyən  qüvvələr  var.  Onlar  daxildə  və  xaricdədirlər.  Etnikçilik,  regionçuluq, 

separatçılıq,  tribalizm  və  məzhəbçilik  türk  millətinin  birliyini  fərqli,  yad  dəyərlərlə  əritməyə  çalışırlar. 

Vətənpərvərlik  və  millətsevərliyi  ölkəyə  Qərb  siyasi  nizamını  idxal  etməklə  məhv  edilməyəcəyini yaxşı 

bilmək  lazımdır.  Çünki  ingilislər  də,  fransızlar  da,  hətta  millət  kimi  formalaşmamış  amerikalılar  da 

özlərini  dünyanın  ən  ali  irqi  kimi  bilirlər.  Digər  millətlərə  isə  sadəcə  “qəbilə”,  “tayfa”  münasibəti 

bəsləyirlər. Yəni ki, özünü “avropalı” adlandırmaqla birinci sinif vətəndaş olmaq mümkün deyil. Qərbin 

siyasi və mədəni geometrlərində türk kimliyinin həndəsi forması nəzərə alınmır. İnkar edilir. Amma tarix 

bunun əksini sübut edir. Bunu qərblilər də bilirlər. Sadəcə tarixinin böyük bir hissəsini “işğal” etmiş türk 

kimliyinin  üzərindən  xətt  çəkmək  tarixin  təkərlərini  özünə  çevirmək  istəyənlər  üçün  prioritetdir.  Bunu 

görmək lazımdır. Halbuki biz türklər, öz tarixinə, mədəniyyətinə və vətəninə qarşı sədaqətiylə özünü isbat 

etmiş,  tarix  boyu  millət  anlayışının  təməl olduğu bir konsepsiya yaratmışıq.  Teymurilər,  Ağqoyunlular, 

Səfəvilər, Osmanlı, Hun kimi imperiyalardan bizi çox da böyük tarix aralığı ayırmır. Millətlərin sabahları 

ya  gənclərin  müsbət  düşüncələrilə  işıqlanır,  ya  da  qaranlıqda  qalır.  Bu  prinsiplə  hər  kəsdən  əvvəl  yad 

düşüncələrin gənclərə hücum etməsi təsadüfi deyil. Atatürkün “Ey gənc nəsil, Cümhuriyyəti biz yaratdıq, 

onu yüksəldəcək və qoruyacaq qüvvə sizsiniz”, deyimi boş deyil. Yəni ki, keçən illər ərzində gənc nəslin 

milli  mənlik  şüurunun  inkişaf  etdirilməsi  və  vətənpərvərlik  hislərinin  tərbiyəsi  yönündə  ziyalılarımızın, 

mediamızın  gördüyü  işlər  lazımi  yöndə  qiymətləndirilməlidir.  Gənclər  yad  dəyərlərə,  dövlətçiliyi,  milli 

şüuru zədələməyə çalışan qüvvələrə qarşı bir təşkilat olmalıdır.  Həmişə öz milli kimliyinin  müdafiəçisi 

rolunda olmalıdır. Gənclik dövlətin anti-imperialist zirehidir. Çünki Azərbaycan Milli Qurtuluş Savaşı ilə 

vətənpərvər  təməllər  üzərinə  inşa  edilmiş  ölkədir.  İmperialistlər  tərəfindən  qızışdırılan  və  dəstəklənən 

separatçı  axını  dayandırmağın  yeganə  açarı  birlikdə  mübarizədir.  Qarşısına  böyük  məqsəd  qoymuş 

xalqlar  həmişə  Vətənə  borcun  ona  verdiyi  məsuliyyət  yolu  ilə  hərəkət  edir.  Müstəmləkəçiliyi, 

ədalətsizliyi,  qlobal  yoxsulluğu,  fərdiyyətçiliyi,  terrorizmi,  istənilən  qanlı  aksiyaları  müdafiə  edən 

imperialistlər qarşısına çıxacaq başqa yol da yoxdur. Artıq yad ideologiyaların suverenliyini müdafiə edən 

və  imperializmə  teknokrat  yetişdirən  düşüncə  institutlarından  imtina  edilməlidir.  İmperialist  dövlətlərin 

və zərərli ideologiya axınının qarşısında dayanılmalıdır. Bunun üçün  ən çətin şərt və vəziyyətlərdə milli 

şüurumuzu oyandıra bilərik. Yad ideologiyaların hücumlarına qarşı milli şüurun oyadılması və ölkəmizin 

qarışıq  proseslərdən  zərərsiz  çıxması  üçün  ən  adi  simvolik  xatırlatmalar  da  kifayətdir.  Milli  şüurun 

üzərindən  xətt  çəkmək  isə  kütləvi  hal  alarsa,  bu  cəmiyyətdə  əxlaq  böhranı  yaradan  fəlakətə  çevriləcək. 

Diqqətli olmaq lazımdır. 

 

Müasir dünya qlobal kəndə çevrilib 

 

Qloballaşma  müasir  dünyanı  tarixin  heç  bir  mərhələsində  olmayan  vəziyyətə  gətirib.  Müasir  dünya 

qlobal  kəndə  çevrilib.  Tarixin  heç  bir  dövründə  informasiya  bu  qədər  açıq,  əlçatan,  şəffaf,  insanların 



ünsiyyət  imkanları  belə  geniş  olmayıb.  Qloballaşma  müəyyən  problemlər  yaradır.  Problemlərdən  ən 

mühümü  milli-mənəvi  dəyərlərin  qorunması  ilə  bağlıdır.  Bu  dəyərlərdən  ən  çox  danışan  toplumlardan 

biriyik.  Milli-mənəvi  dəyərlərdən  ən  mühümü  ana  dili  və  millətin  ona  münasibətidir.  Bir  millətin  milli 

şüurunun  səviyyəsi,  milli-mənəvi  dəyərləri  qoruyub  saxlamaq  istəyi  ana  dilinə  münasibətinə  bağlıdır. 

Bizdə ana dilinə münasibətdə tarixdən gələn müəyyən çatışmazlıqlar var. Məsələn, Sovet dövrünün 80-ci 

illərinin sonuna kimi Bakı küçələrinin 45%-i erməni inqilabçıları, ziyalılarının adlarını daşıyırdı. Onların 

yalnız  22%-i  azərbaycanlı  adlarına  sahib  idilər.  İndi  də  mental  dəyərlərin  qorunmasındakı  mövcud 

problemlərin kökü Sovet dövrünə bağlıdır. Hələ də Azərbaycanda Sovet şüuru var. Bunun qarşısını almaq 

üçün  ictimai  miqyasda  milliləşdirmə  tədbirləri  keçirməliyik.  Küçə  adlarında  olan  problemlər  aradan 

qaldırılmalıdır. Şəhərdə müxtəlif dillərdə reklam lövhələri asılıb. Regionlarda bununla bağlı rəsmi qərar 

qəbul edilib ki, bütün reklamlar birinci növbədə ana, sonra başqa dillərdə olmalıdır. Əgər reklamlar başqa 

dildə olarsa da ana dilinə nisbətən hərflərin həcmi daha kiçik olmalıdır. Praktika Bakı şəhərində də tətbiq 

olunmalıdır. Problemlərin digər ucu insanların təhsilinə bağlanır. Millətin inkişafı onun təhsili ilə bağlıdır. 

Məsələn,  Azərbaycanda  türk  liseylərini  bağladılar.  Bir  tərəfdən  bunu  təqdir  edirəm.  Həmin  liseylərdə 

çalışan  müəllimlərin  əksəriyyəti,  oxuyan  şagirdlərin  hamısı  azərbaycanlılar,  təkcə  direktoru  Türkiyədən 

idi.  Əgər  türk  liseylərini  bağlayırıqsa,  ya  ona  bərabər,  ya  da  üstün  alternativlər  təşkil  olunmalıdır. 

Vətəndaşın  təhsili  daha  güclü  olmalıdır.  Müasir  dünyada  inkişafın  önündə  o  ölkələr  gedir  ki,  onların 

güclü universitetləri var. Universitetləri zəif olan ölkə və regionlar inkişafın gerisində olurlar. Dəyərlərin 

qorunmasında  əsas  vəzifələrdən  biri  də  KİV-in  üzərinə  düşür.  Mediada  ana  dilinin  qaydaları,  üslubu 

qorunmalıdır. KİV xalqın tarixi kimliyi, milli-mənəvi dəyərlərlə bağlı ciddi, ardıcıl, sistemli konseptual 

əsaslı  təbliğat aparmalıdır.  Xalqın tarixinin  ən  şərəfli  məqamları,  şəxsiyyətləri təbliğ olunmalıdır.  Tarix 

milli  mənliyin  ən  vacib  komponentidir.  Tarixindən  uzaq  düşmüş,  onu  yaxşı  bilməyən  istənilən  xalq 

inkişaf edə bilməz. Atatürk deyirdi ki, tarix bir millətin nələr bacardığını və nələr bacaracağını göstərən 

bələdçidir. Həmişə tarix və cahan qarşısında məsuliyyətli olmaq lazımdır. Bütün xalqların dövlət qurmaq 

və  müstəqil  olmaq  imkanları  yoxdur.  Dünyada  10  000-dən  çox  xalq  və  etnik  qrup,  200-dən  çox  dövlət 

var.  Bizim  xalqın  da  ən  böyük  üstünlüyü  müstəqil  dövlətinin  olmasıdır.  Müstəqillik  əldə  etməklə 

Azərbaycan tarixinin ən böyük nailiyyətini qazandı. XIX əsrin 70-ci illərindən sonra Harribaldi İtaliyanı 

birləşdirəndə ölkənin o vaxtkı baş naziri deyirdi ki: “Biz İtaliyanı qurduq, indi italyan millətini yaratmaq 

lazımdır”. Bu fikir bizim bu günümüzə də aiddir. Biz dövlətimizi qurmuşuq, amma millətdə milli şüurun 

yüksəldilməsilə bağlı problemlər var. Bu problemlərin üzərinə getmək lazımdır. Bu sahədə birinci vəzifə 

ziyalıların  üzərinə  düşür.  Ziyalılar  mənsub  olduğu  xalqın  bioqrafiyasını  yaradan  insanlardır.  Bir  xalqın 

tərcümeyi-halında  yaradıcı  ziyalılarının  böyük  rolu  var.  Onlar  təbliğ  olunmalı,  tanıdılmalıdırlar.  Vaxtilə 

cəmiyyətdə  həmişə  ziyalıların  fikirlərinə  istinad  olunurdu.  İndisə  ictimai  rəy  öz  funksionallığını  itirir. 

İctimai rəy çox halda nəzərə alınmır. Bu doğru deyil. Ziyalılar millətin inkişafında böyük rol oynayırlar. 

Əgər biz bu gün dünyəvi dövlətdə yaşayırıqsa, bu bizim ziyalıların xidmətləridir. 

 

İnternetləşmə və milli dəyərlər 

 

İnternetləşmə  dövründə  milli-mənəvi  dəyərlərin  qorunması  çətindir.  Bu  gün  Azərbaycana  ideya  bir 



ərazidən gəlmir. Dünyanın bütün istiqamətlərindən informasiya selinin içərisindəyik. Bu informasiyaları 

emal  etmək,  onlardan  faydalanmaq,  zərərlərindən  mühafizə  olunmaq  milli  təhlükəsizlik  məsələsidir. 

Ölkənin milli təhlükəsizliyinin qorunmasında informasiya təhlükəsizliyinin çox böyük rolu var. İnternetdə 

istənilən  məlumat  ola  bilər.  Amma  ölkənin  təbliğat  strukturları  vətəndaşın  üzərində  dominant  rol 

oynayırsa o, heç bir halda o internetin zərərli təsirlərinə məruz qala bilməz. Bunun üçün təhsildə sağlam 

vətəndaş yetişdirilməlidir. Təhsildən sonra bu sahədə ən əhəmiyyətli vasitə KİV-dir. Belə bir deyim var 

ki,  XXI  əsrdə  Şeytan  qələmin  içində  gizlənib.  İnternetin  ortaya  çıxmasından  sonra  ənənəvi  KİV-in 

təsirləri bir qədər zəifləsə də vətəndaş şüurunun formalaşmasında böyük rolu var. Ona görə də bu sahədə 

peşəkarlığa  üstünlük verilməlidir.  Cəmiyyətin  ən  böyük  problemlərindən  biri  peşəkarların  az  olması  ilə 

bağlıdır.  Məsələn,  bunun  qarşısını  almaq  üçün  Jurnalistikanın  ən  istedadlılarını  dünyanın  ən  yaxşı  ali 

təhsil  məktəblərinə  göndərmək  olar.  Qassep  adlı  ispan  filosof  deyirdi  ki,  ictimai  rəy  cazibə  qanunu 

kimidir,  kim  ictimai  rəylə  hesablaşmırsa,  heç  vaxt  uğur  qazana  bilməz.  İctimai  rəylə  hesablaşmaq,  onu 

daha  sağlam  istiqamətlərə  yönəltmək  dövlətin  əsas  vəzifəsidir.  Əvvəlcə  KİV  peşəkar  səviyyəyə 

çatdırılmalı,  peşəkar  jurnalistlərin  çalışmasına  imkan  yaradılmalıdır.  Peşəkarlıq  olmayan  yerdə 

problemlər olacaq.  75 ölkədə aparılan araşdırmanın nəticəsinə görə, inkişafın önündə o toplumlar gedir 

ki,  onun  üçün  insan  amili  əhəmiyyətlidir.  İnkişaf  üçün  təbii  ehtiyatların  çoxluğu  vacib  deyil,  insan 

ehtiyatının çoxluğu vacibdir. İnkişafdan geri qalan ölkələr buna əhəmiyyət vermirlər. Geridə qalmamaq 

üçün  rəqabətə  davamlı  cəmiyyət  qurmaq  istəyiriksə,  oxumalıyıq.  Məsələn,  ölkənin  ailə  strukturları 




böhranlı vəziyyətdədir. Qurulan ailələrin böyük əksəriyyətində boşanmalar var. Düzdür, dünyanın bütün 

ölkələrində  ailələr  problemə  çevrilib.  Amma  Azərbaycanın  ən  böyük  milli  dəyərlərindən  biri  ailənin 

qorunması, müqəddəs sayılmasıdır. Dədə Qorqud eposunda türk kişisi qadınına “halalım” deyə müraciət 

edir.  Çox  əhəmiyyətli  məqamdır.  Bizi  milli-mənəvi  dəyərlərimizi  qorumaq  üçün  bunları  qorumalıyıq. 



Bunun üçün ana dili və ailə strukturunun qorunması, eyni zamanda oxumaq lazımdır. 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə