MİLLİ QURTULUŞU TƏMİN EDƏN LİDER
Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyası
Azərbaycanın bugünkü və gələcək uğurlarına ən ciddi təminatdır
ÜLVİYYƏ QULUZADƏ
NİDERLAND KRALLIĞININ “ERASMUS” ROTTERDAM
UNİVERSİTETİNİN TƏLƏBƏSİ
Əbədiyaşarlıq zirvəsinə yüksəlmiş fenomen şəxsiyyətlər bir xalqı təmsil etməklə
yanaşı, ümumbəşəri ideyaların daşıyıcılarına çevrilmiş, öz möhürlərini bəşər tarixinə
vurmuşlar. Qeyri-adi istedada, böyük dühaya, dərin təfəkkür və düşüncə tərzinə, ən çətin
situasiyalarda düzgün qərarlar qəbul etmək bacarığına sahib olmaq bu şəxsiyyətlərin həm
də böyük xarizmaya malik olduğunu aşkarlayır. Böyük fəxarət hissi ilə deyə bilərik ki,
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də dünya siyasətində dərin iz
buraxmış, sağlığında xalqının qəlbində özü üçün möhtəşəm abidə ucaltmış belə fenomen
şəxsiyyətlərdəndir.
XX əsr tariximizin ən böyük şəxsiyyəti kimi şərəfli ömür yolu keçmiş Heydər
Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış. Xalqı həqiqi
müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanmışdır. Tarixin ən
sərt dolanbaclarından, çətin sınaqlarından keçməklə əks etdiyi milli dövlətçilik
ənənələrini məhz Heydər Əliyevin rəhbərliyi altında vahid sistem halına salaraq
özünütəsdiq imkanı qazanmış xalqımız eyni zamanda davamlı milli inkişaf yolunu
müəyyənləşdirmişdir. Cəmiyyətin ən müxtəlif sahələrində nizam-intizamın, haqq-ədalətin
təminatına çalışan, bunu əsl məmurluğun başlıca formuluna çevirən Heydər Əliyev
yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya,
qarşılıqlı etimada nail olmağı mümkün saymışdır. Dərin zəkası, lider xarizması, milli
ideallara sıx bağlılığı, unikal idarəçilik məharəti, zəngin mənəviyyatı ilə hər zaman
xalqının sevimli şəxsiyyəti olmuş ulu öndərimiz bu zirvəyə hakimiyyət sükanının
arxasına keçdiyi ilk gündən qanunsuzluğa, ədalətsizliyə və nihilizmə qarşı apardığı
prinsipal mübarizə ilə yüksələ bilmişdir.
Ümummilli lider Heydər Əliyev böyük strateq kimi qısa zamanda qiyamçı
dəstənin zərərsizləşməsinə nail olmuş, hakimiyyət boşluğunu aradan qaldırmış, ictimai-
siyasi sabitliyin, qanunçuluğun gücləndirilməsi istiqamətində real addımlar atmışdır. Ulu
öndərimiz xalqımız qarşısındakı müstəsna xidmətlərindən biri də Azərbaycanda süni
şəkildə etnik-milli qarşıdurma yaratmaq istəyən, şimalda “Sadvalə hərəkatının, cənubda
isə qeyri-qanuni dəstə yaratmış Ələkrəm Hümbətovun əli ilə həyata keçirilən separatçı
hərəkatın qarşısını alan, bütün qanunsuz silahlı birləşmələri tez bir zamanda
zərərsizləşdirən ulu öndərimiz eyni zamanda cəmiyyətdə milli həmrəyliyin, ictimai
konsensusun əldə olunmasına, sabitliyin möhkəmləndirilməsinə, iqtisadi tənəzzülün
qarşısının alınmasına yönəlmiş ardıcıl və sistemli tədbirlər həyata keçirmişdir.
Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin
oktyabrında ulu öndər Heydər Əliyevə etimad göstərərək onu özünün layiqli rəhbəri
seçmiş, müdrik liderinin rəhbərliyi altında davamlı və dönməz inkişaf yoluna qədəm
qoymuşdur. 1993-cü il oktyabrın 10-da keçirilmiş andiçmə mərasimində “Belə bir yüksək
və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə Azərbaycan zəkasına,
müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi
ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu
ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm" deyən ümummilli liderimiz
müstəqil Azərbaycanın milli inkişaf strategiyasını özünəməxsus müdrikliklə irəli sürmüş
və onun həyata keçirilməsinə başlamışdır.
1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev özünün
qətiyyəti və xarizması ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas edə bilmişdir.
Sonrakı mərhələdən etibarən Heydər Əliyevin rəhbərliyi altında demokratik, hüquqi və
dünyəvi dövlət quruculuğu yolunda atılan addımlar, milli dövlətçilik ənənələrinə,
beynəlxalq standartlara əsaslanan köklü hüquq islahatları insan hüquq və azadlarının
təminatı sahəsində əsaslı dönüşə səbəb olmuşdur. Azərbaycanın perspektiv inkişaf
prioritetlərini düzgün müəyyənləşdirən ulu öndərimiz sivil Qərb dəyərlərinin cəmiyyətdə
tam mənimsənilməsinə, demokratik dəyərlərin daha möhkəm intişar tapmasına, insan və
vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına hər zaman xüsusi diqqətlə
yanaşmışdır. Heydər Əliyevin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi,
qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında” 9 avqust 1994-cü il
tarixli fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-
mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı
müəyyənləşdirilmişdir.
Ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlətçiliyi qarşısındakı ən böyük
xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik
meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi
olmuşdur. 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın ilk
Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan
hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.
Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbi ilə
səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin
yaradılmışdır. Əsas qanunda təsbit olunmuş bir sıra mühüm müddəalar məhkəmə
hakimiyyətinin müstəqilliyinə ciddi təminat yaratmış, bu prinsip önə çəkilməklə sonrakı
mərhələdə yeni qanunvericilik aktları qəbul olunmuşdur.
1996-2003 illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik
təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur.
Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən
mühüm nailiyyətlərdən biri də BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin
avqustunda imzanlanmış “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində
birgə layihə haqqında” memorandum olmuşdur. Həmin memoranduma əsasən, BMT
insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və
potensialın avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin
təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan
Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirmişdir. 1998-ci ilin 22 fevralında
ümummilli liderimiz Heydər Eliyev “insan və vətəndaş hüquqlarının və azadlıqlarının
təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalamış, insan hüquqları
sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyən
edilmişdir. İnsan hüquqları sahəsində proqram rolunu oynayan bu sənədlə insan hüquqları
məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. 1998-ci il 18 iyul tarixdə isə Azərbaycan
Respublikasının Prezidentinin fərmanı ilə “insan hüquqlarının müdafiəsinə dair Dövlət
Proqramı” təsdiq olunmuşdur.
Ulu öndərimizin 1993-cü ildən tədbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-
ci ilin fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli
və tarixi qərarı veren ilk ölkə olmuşdur. Yüksək humanizm və insanpərərlik örnəyinin
bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci
ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq
təşkilata tam hüquqlu üzv qəbul edilmişdir. Təşkilatla səmərəli əməkdaşlıq Azərbaycan
qanunvericiliyinin avropa standartlarına uyğun təkmilləşdirilməsinə, mütərəqqi
məhkəmə-hüquq islahatlarının aparılmasına ciddi təkan vermişdir.
Respublikamızda üçpilləli məhkəmə sisteminin formalaşdırılması, Konstitusiya
Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun
yaradılması, Konstitusiya mütərəqqi dəyisikliklərin demokratik inkişaf yolunda əldə
etdiyimiz başlıca nailiyyətlərdəndir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ötən
müddətdə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi sahəsində geniş miqyaslı işlər
görülmüş, müstəqil məhkəmə hakimiyyəti formalaşdırılmışdır. Azərbaycanda qanunun
aliliyinin təmin edilməsi, məhkəmə hakimiyyətinin dövlət idarəçiliyində nüfuzlu və
müstəqil təsisata çevrilməsi, ədalət məhkəməsinin həyata keçirilməsi zamanı insan hüquq
və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili bu islahatların əsas məzmununu
təşkil edir.
2003-cü ilin oktyabrında xalqın böyük etimadını qazanaraq Azərbaycan Prezidenti
seçilmiş cənab İlham Əliyev hər bir vətəndaşın hüquq və azadlıqlarının etibarlı
təminatına, demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğuna yönəlmiş mütərəqqi
islahatları keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirir. Azərbaycanın bütün
sahələrdə dinamik inkişaf etməsi, habelə insan hüquq və azadlıqları sahəsində
ixtisaslaşmış digər nüfuzlu beynəxalq təşkilatlarla əməkdaşlığının yeni mərhələyə qədəm
qoyması məhkəmə-huquq islahatlarını, liberallaşma prosesinin keyfiyyətcə yeni
mərhələdə davam etdirilməsini vacib məsələ kimi önə çıxarmışdır. Bu reallığı düzgün
qiymətləndirən Prezident İlham Əliyev əsası ümummilli liderimiz Heydər Əliyev
tərəfindən
qoyulmuş məhkəmə-hüquq islahatlarını yeni dövrün tələblərinə
uyğunlaşdırmağa çalışır. Bu islahatların qayəsində isə məhz insana və vətəndaşa həssas
münasibət məramə dayanır. Ölkə vətəndaşlarnın mütləq əksəriyyəti cənab İlham Əliyevin
rəhbərliyi altinda daha da inkişaf edecəyinə, iqtisadi cəhətdən qüdrətlənəcəyinə və
demokratik dövlətlər cərgəsinə yüksələcəyinə ürəkdən inanır.
Dostları ilə paylaş: |