Milli Radio və Televiziya Şurası



Yüklə 240,11 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü240,11 Kb.
#54522


6/23/2014

Milli Radio və Televiziya Şurası

http://www.ntrc.gov.az/az/content/news/135.html

1/5


Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının fəaliyyətinin əsas istiqamətlərinə dair 10 illik Hesabat (2002-2012-ci illər)

Azərbaycan Respublikası Milli Televiziya 

və Radio Şurasının fəaliyyətinin

 əsas istiqamətlərinə dair qısa

H E S A B A T 

(2002-2012-ci illər)  

Şuranın fəaliyyətə başlaması: Milli Televiziya və Radio Şurası «Televiziya və radio yayımı haqqında»

Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin

05 oktyabr 2002-ci il tarixli Fərmanı ilə yaradılmış və onun Əsasnaməsi təsdiq edilmişdir. 

Azərbaycan  Respublikası  Prezidentinin  22  yanvar  2003-cü  il  tarixli  Sərəncamı  ilə  Məhərrəmov

Nuşirəvan Umud oğlu və Əlişanova Mehriban Nadir qızı 6 il, Ağayev Əlvan Həsən oğlu və Cəbiyev

Qafar  Cəfər  oğlu  4  il,  Elyazov  Mübariz  Elyaz  oğlu  və  Xəlilov  Aslan  Xası  oğlu  2  il  müddətinə    Milli

Televiziya  və  Radio  Şurasının  üzvü  təyin  edilmişdir.  Şuranın  ilk  iclasında  N.U.Məhərrəmov  Milli

Televiziya və Radio Şurasının sədri seçilmiş və  bununla da Şura fəaliyyətə başlamışdır.  Azərbaycan

Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli Sərəncamına əsasən Xəlilov Aslan Xası oğlu,

Elyazov Mübariz Elyaz oğlu, Cəfərov Məmməd Hüseyn oğlu, 05 fevral 2007-ci il tarixli Sərəncamına

əsasən Cəbiyev Qafar Cəfər oğlu, Ağayev Əlvan Həsən oğlu, 12 noyabr 2007-ci il tarixli Sərəncamına

əsasən Vəliyeva Sona Məhəmməd qızı, 23 yanvar 2009-cu il tarixli Sərəncamına əsasən Məhərrəmov

Nuşirəvan  Umud  oğlu,  08  fevral  2011-ci  il  tarixli  Sərəncamına  əsasən  Elyazov  Mübariz  Elyaz  oğlu,

Xəlilov  Aslan  Xası  oğlu  və  Cəfərov  Məmməd  Hüseyn  oğlu  6  il  müddətinə  Milli  Televiziya  və  Radio

Şurasının  üzvü  təyin  edilmişdir.    Milli  Televiziya  və  Radio  Şurasının  23  yanvar  2009-cu  il  tarixli

iclasında Məhərrəmov Nuşirəvan Umud oğlu yenidən səlahiyyəti müddətində Milli Televiziya və Radio

Şurasına  sədr  seçilmişdir.  Azərbaycan  Respublikası  Prezidentinin  22  oktybar  2007-ci  il  tarixli

Sərəncamına  əsasən  Əlişanova  Mehriban  Nadir  qızı  başqa  işə  keçməsi  ilə  əlaqədar  olaraq  Milli

Televiziya və Radio Şurası üzvlüyündən azad edilmişdir.

Fəaliyyətə  başladıqdan  sonra  Şura  ilkin  olaraq  «Televiziya  və  radio  yayımı  haqqında»  Azərbaycan

Respublikası  Qanununun  11.4.1-ci  maddəsinə  əsasən  öz  aparatını  və  struktur  bölmələrini

yaratmışdır.  Şura  Aparatının  əsas  şöbələri:  Hüquq  və  beynəlxalq  şöbəsi;  Ekspertiza,

proqramlaşdırma  və  analitik  şöbə;  Maliyyə  və  texniki  nəzarət  şöbəsi;  Təsərrüfat  şöbəsi  və  Ümumi

bölmədir.  Bununla paralel olaraq televiziya və radio yayımı sahəsində normativ bazanın yaradılması

və  beynəlxalq  təcrübənin  öyrənilməsinə  başlanılmış,  ilk  öncə  MDB  və  Şərqi  Avropa  ölkələrinin  bu

sahədəki  təcrübəsinin  öyrənilməsinə  və  ümumiləşdirilməsinə  xüsusi  önəm  verilmiş  və  nəhayət

ölkədə fəaliyyət göstərən teleradio yayımçılarının reyestri aparılmışdır.

Televiziya  və  radio  yayımı  ilə  bağlı  qanunvericilik  bazasının  təkmilləşdirilməsi  və  zəruri  normativ

aktların  qəbulu  sahəsində:  Şura  fəaliyyətinin  ilk  vaxtlarından  başlayaraq  «Milli  Televiziya  və  Radio

Şurası haqqında Əsasnamə»nin 9.3-cü bəndinə uyğun olaraq öz səlahiyyəti daxilində televiziya və

radio  yayımı  ilə  bağlı  normativ-hüquqi  sənədlərin  hazırlanması  və  qəbul  edilməsi  istiqamətində

ardıcıl  və  məqsədyönlü  iş  aparmışdır.  Bu  məqsədlə,  "Televiziya  və  radio  yayımı  haqqında"

Azərbaycan  Respublikası  Qanununa  əlavə  və  dəyişikliklərlə  bağlı  təkliflər  işlənərək  Azərbaycan

Respublikası  Prezident  Administrasiyasına  təqdim  olunmuşdur.  Şuranın  təqdim  etdiyi  təkliflər

əsasında Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 30 dekabr 2003-cü il, 22 aprel və 04 mart

2005-ci il, 20 oktyabr 2006-cı il, 22 may 2007-ci il, 3 aprel 2009-cu il, 22 iyun 2010-cu il, 21 dekabr

2010-cu il, tarixlərdə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununa əlavə

və dəyişikliklər edilmişdir. Milli Televiziya və Radio Şurası tərəfindən verilən lisenziyaların dəyərinin

müəyyənləşdirilməsi  ilə  bağlı  təkliflər  hazırlanaraq  hökumətə  təqdim  olunmuşdur.  Beləliklə,

bilavasitə  Şuranın  təklifləri  əsasında  11  avqust  2011-ci  il  tarixdə  teleradio  yayımçılarına  verilən

lisenziyanın dəyərində dəyişikliklər edilmiş, ümumrespublika, regional televiziya yayımı, radio yayımı,

kabel şəbəkəsi yayımı, peyk yayımı ilə bağlı lisenziya məbləğləri fərqli qiymətdə müəyyən olunmuş,

bununla da lisenziya dəyərində ədalətli bölgü təmin edilmişdir. Bunlardan əlavə hesabat dövründə,

həmçinin «Teleradio yayımçıları tərəfindən proqram (veriliş) materiallarının saxlanılması və onların

nəzarət fonoqramlarının surətlərinin Milli Televiziya və Radio Şurasına təqdim edilməsi Qaydaları»,

"Azərbaycan  Respublikası  ərazisində  teleradio  yayımı  sahəsində  Dövlət  dilindən  istifadənin  təmin

edilməsi  ilə  bağlı  Xüsusi  Qaydalar»,  «Milli  Televiziya  və  Radio  Şurası  iclaslarının  keçirilməsi

qaydalarına dair Reqlament», «Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən

müsabiqənin    Qaydaları»,  «Uşaqların  və  yetkinlik  yaşına  çatmayanların  fiziki,  əqli  və    mənəvi

 inkişafına ziyan vura  bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı  və qəddarlığı əks etdirən

proqramlar  üçün  xüsusi  Qaydalar»,  "Kabel  şəbəkəsi  yayımı  sahəsində  Qayda"lar,  "Radioyayım

vasitələrinin  texniki  istismar  Qaydalar"ı  hazırlanmış  və  təsdiq  edilmişdir.  Eyni  zamanda  «Milli

Televiziya  və  Radio  Şurası  haqqında  Əsasnamə»yə  uyğun  olaraq  teleradio  yayımına  dair  xüsusi

razılıq  (lisenziya)  almaq  üçün  ərizənin  forması,  yayımçının  yaradıcılıq  və  texniki  imkanları  haqqında

məlumat  forması  və  xüsusi  razılıq  (lisenziyanın)  forması  təsdiq  edilmiş,  xüsusi  razılıq  (lisenziya)

almaq məqsədilə müsabiqədə iştirak etmək üçün birdəfəlik ödənişin məbləği 200 manat müəyyən

edilmişdir. 

Şura  tərəfindən  "Azərbaycanda  televiziya  və  radio  yayımı",  "Televiziya  yayımının  texniki  və  keyfiyyət

standartları  və  normaları",  habelə  "Radio  yayımının  texniki  və  keyfiyyət  standartları  və  normaları",

"Radioyayım vasitələrinin texniki istismar Qaydaları" adlı kitabçalar hazırlanaraq nəşr edilmişdir.

Televiziya və radio yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi və lisenziya müddətinin uzadılması

sahəsində:  Milli  Televiziya  və  Radio  Şurası  ilkin  olaraq  fəaliyyətdə  olan  televiziya  və  radio

yayımçılarının xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün müvafiq işlər görmüşdür. Belə ki,

«Televiziya  və  radio  yayımı  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  22.3-cü  maddəsinə

uyğun  olaraq  fəaliyyətdə  olan  ümumrespublika  yayımçılarından  «Lider»,    «Azad  Azərbaycan»,

«Space», regional yayımçılar olan - «Alternativ», «Kəpəz», «Dünya», «Xəyal», «Qütb», «Mingəçevir»,

«Türkel TV», «Aygün» TV, "RTV"–nin, eyni zamanda «ANS ÇM», «Azad Azərbaycan», «Antenn», «Bürc

FM»,  «106  FM»,  «Lider  FM»  və  «Space»  radiosunun  xüsusi  razılıq  (lisenziya)    müddəti  daha  6  il

uzadılmışdır. 

«Televiziya  və  radio  yayımı  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  15.1-ci  maddəsinə

uyğun  olaraq  "Azərbaycan  Televiziya  və  Radio  Verilişləri"  Qapalı  Səhmdar  Cəmiyyətinə



6/23/2014

Milli Radio və Televiziya Şurası

http://www.ntrc.gov.az/az/content/news/135.html

2/5


  müsabiqədənkənar  6  il  müddətinə,  "İctimai  Televiziya  və  Radio  Yayımları  Şirkəti"nə

müsabiqədənkənar və müddətsiz xüsusi razılıq (lisenziya)  verilmişdir. 

Eyni zamanda "Baku and Boston TV Communication" MMC , "AG Telekom" MMC, "Neptun" firması,

"Faraon-1" MMC, "Digicom" MMC, "Sky" MMC, "Konnekt" MMC, "SN Telekom" MMC, "Sky Max" MMC,

"AzHINet"  MMC,  "Azad  Azərbaycan"  Teleradio  Şirkəti,  Şam  MMC,  "AN  Media"  MMC,  "Mobil  yayım

sistemləri" MMC-yə kabel televiziyası olaraq fəaliyyət göstərmələri üçün 6 il müddətinə xüsusi razılıq

(lisenziya)  verilmiş  və  "AG  Telekom"  MMC,  "Neptun"  firması,  "Faraon-1"  MMC,  "Digicom"  MMC,

"Konnekt" MMC, "SN Telekom" MMC-nin xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır. "Sky"

MMC xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün ərizə vermədiyindən  15 sentyabr 2011-ci

il tarixdə  "Sky" MMC-nin xüsusi razılıq (lisenziya) müddəti uzadılmamışdır.

Şuranın  30  dekabr  2008-ci  il  tarixli  qərarı  ilə  «Televiziya  və  radio  yayımı  haqqında»  Azərbaycan

Respublikası  Qanununun  6,  10,  18.1.4-cü  maddələrinin  tələblərinə  uyğun  olaraq  Azərbaycan

Respublikasına məxsus mili tezliklərdə yayımlanan xarici radiostansiyaların («Azadlıq», «Amerikanın

səsi»  və  BBC  («British  Broadcasting  Corporation»)  xüsusi  razılıq  (lisenziya)  müddətinin

uzadılmaması və onlara verilmiş FM tezliklərinin 01 yanvar 2009-cu il tarixdən etibarən geri alınması

və onların digər texniki vasitələrlə (internet, peyk, kabel şəbəkəsi və s.) yayımının təmin edilməsinin

müvafiq qurumlara tövsiyə olunması barədə qərar qəbu edilmişdir. 

Həmçinin  Şuranın  30  dekabr  2008-ci  il  tarixli  qərarı  ilə  televiziya  və  radio  yayımı  sahəsində

qanunvericiliyin tələblərini, ona verilmiş xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini mütəmadi

pozduğuna və faktiki olaraq xarici radiostansiya kimi fəaliyyət göstərdiyinə görə «Televiziya və radio

yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 11.4.4-cü maddəsinə  və «Milli Televiziya və

Radio  Şurası  haqqında  Əsasnamə»nin  8.1,  9.4-cü  bəndinə    uyğun  olaraq  «Avropa+Bakı»

radiosunun xüsusi razılığının (lisenziyasının) qüvvəsinə xitam verilməsi barədə məhkəmə qarşısında

iddia qaldırılmışdır. Məhkəmənin qətnaməsinə əsasən «Avropa+Bakı» radiosunun xüsusi razılığının

(lisenziyasının) qüvvəsinə xitam verilmişdir.

"ANS"  TV  və  "ANS  ÇM"  radiosu  xüsusi  razılığın  (lisenziyanın)  qüvvədə  olduğu  müddətdə

qanunvericiliyin tələblərini dəfələrlə pozması və Milli Televiziya və Radio Şurası tərəfindən barəsində

dəfələrlə  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  müvafiq

məsuliyyət  tədbirlərinin    tətbiq  olunması  ilə  əlaqədar,  «Televiziya  və  radio  yayımı  haqqında»

Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq 24 noyabr 2006-cı il tarixdə

«ANS» Müstəqil Yayım və Media Şirkətinin xüsusi razılıq (lisenziya) müddəti uzadılmamış və fəaliyyət

göstərmiş  olduğu  tezliyə  müsabiqə  elan  edilmişdir.  Yenidən  müsabiqəyə  qatılaraq  qalib  elan

olunmuş  «ANS»  Müstəqil  Yayım  və  Media  Şirkətinə  27  aprel  2007-ci  il  tarixdə  televiziya  və  radio

yayımı üçün 6 illik müddətə xüsusi razılıq (lisenziya) verilmişdir.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq təsisçiliklə bağlı problemləri vaxtında həll etmədiyinə

görə  Şuranın  25  may  2006-cı  il  tarixli  qərarı  ilə  "Xaçmaz  TV"-nin  fəaliyyəti  dayandırılmış    və  həmin

tezlik  üçün  müsabiqə  elan  edilmişdir.  "RTV"  müsabiqənin  qalibi  elan  edilərək  ona  6  il  müddətinə

xüsusi  razılıq  (lisenziya)  verilmişdir.    2006-2007-ci  illərdə  Şura  tərəfindən  elan  olunmuş

müsabiqələrin yekunu olaraq «Kanal-S» (Şəki) və  «Yevlax» TV-yə (Yevlax) regional yayımçı, «Xəzər»

TV-yə isə ümumrespublika yayımçısı olaraq 6 illik müddətə xüsusi razılıq (lisenziya) verilmişdir.

Fəaliyyəti  «Televiziya  və  radio  yayımı  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  7-ci

maddəsinin  tələblərinə  uyğun  olmadığından  Milli  Televiziya  və  Radio  Şurasının  06  iyun  2007-ci  il

tarixli  qərarı  ilə  "Lənkəran  TV"-nin  xüsusi  razılıq  (lisenziya)  müddəti  uzadılmamış  və  onun  fəaliyyət

göstərmiş olduğu tezliyə müsabiqə elan edilmişdir. Milli Televiziya və Radio Şurasının 07 sentyabr

2007-ci  il  tarixli  qərarı  ilə  «Cənub»  TV  (Lənkəran)  müsabiqədə  qalib  elan  olunmuş  və  ona  6  illik

müddətə xüsusi razılıq (lisenziya) verilmişdir. 

Şuranın  09  iyul  2007-ci  il  tarixli  qərarı  ilə  11  iyul  2007-ci  il  tarixdə  Rusiyanın  «1-ci  kanal»ının

Azərbaycana məxsus milli tezliklərdə yayımı dayandırılmış, 17 iyul 2007-ci il tarixdən «Samanyolu»

televiziyasının  yayımlandığı  tezlik  müsabiqəyə  çıxarılması  məqsədəuyğun  hesab  edilmişdir.17  iyul

2007-ci il tarixdən radio yayımı üzrə 103-cü tezliyə (Abşeron yarımadası) müsabiqə elan edilmişdir.

Həmçinin  Şuranın  09  iyul  2007-ci  il  tarixli  qərarı  ilə  Azərbaycan  və  Rusiya  telekanallarının  paritet

əsaslarla  yayımı  ilə  bağlı  hökumətlərarası  danışıqların  davam  etdirildiyini  nəzərə  alaraq  Rusiyanın

«RTR-Planeta» kanalının Azərbaycana məxsus milli tezliklərdə yayımının daha 1 ay müddətə davam

etdirilməsi,  nəzərdə  tutulan  müddətdə  Azərbaycan  televiziyasının  Rusiya  ərazisində  yayımı  təmin

olunmadıqda,  «RTR-Planeta»  kanalının  Azərbaycana  məxsus  milli  tezliklərdə  yayımının

dayandırılması barədə qərar qəbul edilmişdir. 

18 iyul 2008-ci il tarixdə digər iddiaçılarla müqayisədə daha münasib maddi-texniki bazaya, peşəkar

kadr  potensialına,  idman  sahəsində  geniş  təcrübəyə  və  zəngin  ənənələrə  malik  olan  "Azərbaycan

Televiziya  və  Radio  Verilişləri"  Qapalı  Səhmdar  Cəmiyyəti  idman  kanalı  ilə  bağlı  Milli  Televiziya  və

Radio  Şurası  tərəfindən  elan  edilmiş  müsabiqənin  qalibi  hesab  edilmiş  və  ona  58-ci  tezlikdə

televiziya yayımı üçün 6 il müddətə xüsusi razılıq (lisenziya) verilmişdir.

28 oktyabr 2008-ci il tarixdə digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha

münasib  maddi-texniki  bazaya  və  peşəkar  kadr  potensialına  malik  olan  «Digital  Media»  MMC  Milli

Televiziya və Radio Şurasının 03 sentyabr 2008-ci il tarixli qərarı ilə radio yayım fəaliyyəti ilə əlaqədar

105.5 MHz tezliyinə elan edilmiş müsabiqənin qalibi hesab edilmiş və ona 105.5 MHz tezliyində radio

yayımı üçün 6 (altı)  il müddətə xüsusi razılıq (lisenziya) verilmişdir.

05  mart  2009-cu  il  tarixdə  «Televiziya  və  radio  yayımı  haqqında»  Azərbaycan  Respublikası

Qanununun 14.1, 29.2-ci maddəsinə və «Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə»nin

7.3-cü,  8.1-ci  bəndinə  uyğun  olaraq  «Azad  Azərbaycan»  Teleradio  Yayım  Şirkətinin  «ATV

International»  (ATV  İnt)  kanalına  birbaşa  peyk  yayımı  üçün  6  (altı)  il  müddətinə  xüsusi  razılıq

(lisenziya) verilmişdir.

22  oktyabr  2010-cu  il  tarixdə  "Televiziya  və  radio  yayımı  haqqında"  Azərbaycan  Respublikası

Qanununun  15.5-ci  və  «Teleradio  yayımı  sahəsində  xüsusi  razılıq  (lisenziya)  üçün  keçirilən

müsabiqənin Qaydaları»nın 2.1.10-cu bəndinin tələblərinə əsasən «Azərbaycan Televiziya və Radio

Verilişləri Qapalı Səhmdar Cəmiyyəti» Milli Televiziya və Radio Şurasının 06 sentyabr tarixli qərarı ilə

mədəniyyət televiziya kanalının açılması üçün 44-cü tezlik resursuna elan edilmiş müsabiqənin qalibi

elan olunmuşdir.

18 yanvar 2011-cu il tarixdə isə «Golden Prince» MMC (Araz FM) Milli Televiziya və Radio Şurasının 23

noyabr 2010-cu il tarixli qərarı ilə radio yayımı üçün 103.3 MhZ tezliyinə elan edilmiş müsabiqənin

qalibi elan edilmişdir və ona 6 il müddətinə xüsusi razılıq lisenziya verilmişdir.

Beləliklə də respublikada fəaliyyət göstərən ümumrespublika yayımçısı olan telekanalların sayı 9-a,

regional yayımçıların sayı 14-ə, radio yayımçılarının sayı 14-ə, kabel şəbəkəsi yayımçılarının sayı isə

13-ə çatdırılmışdır. 



6/23/2014

Milli Radio və Televiziya Şurası

http://www.ntrc.gov.az/az/content/news/135.html

3/5


Televiziya  və  radio  yayımına  dair  qanunvericiliyin  tələblərinə  əməl  olunmasına  nəzarətin  təşkili

sahəsində: Milli Televiziya və Radio Şurası öz səlahiyyəti daxilində qanun pozuntularına yol vermiş

yayımçılar  barəsində  müvafiq  cəza  tədbirləri  tətbiq  etmişdir.  Qanun  pozuntularına  yol  vermiş

yayımçılara  ilkin  olaraq  xəbərdarlıq  elan  olunmuş,  belə  hallar  təkrar  olunduqda  müvafiq  inzibati

tənbeh tədbirləri tətbiq olunmuşdur. «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası

Qanununun  22.4-cü  maddəsinə  uyğun  olaraq  ümurespublika  yayımçısı  «ANS»  Müstəqil  Yayım  və

Media  Şirkəti  xüsusi  razılığın  (lisenziyanın)  qüvvədə  olduğu  müddətdə  qanunvericiliyin  tələblərini

dəfələrlə  pozması  və  Milli  Televiziya  və  Radio  Şurası  tərəfindən  barəsində  dəfələrlə  Azərbaycan

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq məsuliyyət tədbirlərinin  tətbiq

olunması  ilə  əlaqədar,  24  noyabr  2006-cı  il  tarixdə  onun  xüsusi  razılıq  (lisenziya)  müddəti

uzadılmamış  və  fəaliyyət  göstərmiş  olduğu  tezliyə  müsabiqə  elan  edilmişdir.  Qanunvericiliyin

tələblərinə əməl etmədiyinə görə "Xaçmaz" TV və "Lənkəran" TV-nin fəaliyyəti dayandırılmışdır.  30

dekabr 2008-ci il tarixli qərarı ilə Televiziya və radio yayımı sahəsində qanunvericiliyin tələblərini, ona

verilmiş xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini mütəmadi pozduğuna və faktiki olaraq xarici

radiostansiya  kimi  faliyyət  göstərdiyinə  görə  «Televiziya  və  radio  yayımı  haqqında»  Azərbaycan

Respublikası  Qanununun  11.4.4-cü  maddəsinə    və  «Milli  Televiziya  və  Radio  Şurası  haqqında

Əsasnamə»nin  8.1,  9.4-cü  bəndinə    uyğun  olaraq  «Avropa+Bakı»  radiosunun  xüsusi  razılığının

(lisenziyasının)  qüvvəsinə  xitam  verilməsi  barədə  məhkəmə  qarşısında  iddia  qaldırılmışdır.

Məhkəmənin  qətnaməsinə  əsasən  «Avropa+Bakı»  radiosunun  xüsusi  razılığının  (lisenziyasının)

qüvvəsinə xitam verilmişdir.

"Televiziya  və  radio  yayımı  haqqında"  Azərbaycan  Respublikası  Qanununun  tələblərini  pozduğuna

görə müxtəlif vaxtlarda "Lider", "Space", "Azad Azərbaycan" və"ANS" telekanallarına xəbərdarlıq elan

edilmiş və cərimə sanksiyaları tətbiq edilmişdir.  

Beynəlxalq  əməkdaşlıq  sahəsində:    Milli  Televiziya  və  Radio  Şurası  tərəfindən  televiziya  və  radio

yayımı  ilə  bağlı  benəlxalq  təcrübə  mütəmadi  olaraq    öyrənilmiş  və  digər  dövlətlərin  Teleradio

qurumları ilə işgüzar əlaqələr yaradılmışdır. Türkiyə, Gürcüstan, Ukrayna və digər dövlətlərin teleradio

qurumları  ilə  əlaqələr  qurulmuş  və  Şura  əməkdaşlarının  həmin  ölkələrə  ezamiyyətləri  təşkil

edilmişdir. Milli Televiziya və Radio Şurası televiziya və radio yayımı ilə bağlı beynəlxalq qurumlarla da

əməkdaşlıq  yaratmış  və  beynəlxalq  səviyyədə  keçirilən  tədbirlərdə  iştirak  etmişdir.  Azərbaycan

Respublikasının Milli Televiziya və Radio Şurası 2007-ci ildən Avropanın televiziya və radio yayımını

tənzimləyən  qurumlarınını  daxil  olduğu,  52  ölkənin  üzvü  olduğu  «EPRA»  təşkilatının  üzvüdür.

"Sərhədsiz Televiziya haqqında" Avropa Konvensiyasına qoşulmaq istiqamətində zəruri hazırlıq işləri

görülməkdədir.  Türkiyə  Cümhuriyyəti  və  Gürcüstan  Respublikasının  analoji  qurumlarının

nümayəndələri  təcrübə  mübadiləsi  məqsədilə  Azərbaycanda  olmuşlar.  07  aprel  2007-ci  il  tarixdə

Türkiyə  Radio  və  Televiziya  Üst  Qurumu  ilə  Azərbaycan  Milli  Televiziya  və  Radio  Şurası  arasında

"Əməkdaşlıq Protokolu" imzalanmışdır. 

30 iyun 2008-ci ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin teleradio yayımı

üzrə  Tənzimləyici  qurumlarının  forumu  (BRAF)  yaradılmış,  17  noyabr  2011-ci  ildə  isə  İslam

Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin teleradio yayımı üzrə Tənzimləyici qurumlarının Forumu

(İRAF) yaradılmaqla Milli Televiziya və Radio Şurası hər iki forumda təmsil olunmuş və hər iki foruma

üzv olmuşdur.  

Xarici  televiziya  və  radio  yayımçıları  ilə  bağlı:  Milli  Televiziya  və  Radio  Şurası  teleradio  yayımı

sahəsində beynəlxalq standartları tətbiq edir. Azərbaycan Respublikasının televiziya və radio yayımı

üzrə qüvvədə olan qanunvericiliyi xarici televiziya və radio yayımçılarının Azərbaycan Respublikasına

məxsus milli tezliklərdə yayımlanmasını istisna edir.  Elə bu səbəbdən də 2007-ci il yanvarın 3-dən

etibarən  «Kanal-D»-nin,  2007-ci  il  iyulun  10-dan  etibarən  "STV"  və  "ORT"-nin,  01  yanvar  2008-ci  il

tarixdən  etibarən  isə  "RTR+Planeta"-nın  və  "Radio  Rossii"nin  Azərbaycan  Respublikası  ərazisində

yayımı  dayandırılmışdır.  Türkiyənin  "TRT-1"  kanalına  isə  hökumətlərarası  sazişə  uyğun  olaraq

Azərbaycan Respublikası ərazisində yayıma icazə verilmişdir. 

Həmçinin xarici radostansiyaların yayımı da Şura tərəfindən hüquqi müstəvidə həll edilmişdir. Belə

ki, «Radio Frans»ın milli tezliklərdə yayımı 30 noyabr 2007-ci il tarixdən dayandırılmışdır. «Azadlıq»,

«Amerikanın səsi» və BBC («British Broadcasting Corporation») radiolarının FM tezliklərində yayımı

isə 01 yanvar 2009-cu il tarixdə dayandırılmış, onların digər texniki vasitələrlə (internet, peyk, kabel

şəbəkəsi və s.) yayımının təmin edilməsi müvafiq qurumlara tövsiyə edilmişdir. 

Texniki  sahədə:  Milli  Televiziya  və  Radio  Şurası  «Televiziya  və  radio  yayımı  haqqında»  Azərbaycan

Respublikası  Qanununun  11.4.3-cü  maddəsinə  və  «Milli  Televiziya  və  Radio  Şurası  haqqında

Əsasnamə»nin  7.2-ci  bəndinə  uyğun  olaraq  televiziya  və  radio  yayımının  texniki  və  keyfiyyət

standartlarını  və  normalarını  müəyyən  etmiş  və  bununla  bağlı  "Xüsusi  Qaydalar"    hazırlanmışdır.

«Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 11.5.1-ci maddəsinə və

«Milli  Televiziya  və  Radio  Şurası  haqqında  Əsasnamə»nin  7.5-ci  bəndinə  uyğun  olaraq  teleradio

verilişlərinin  ötürülməsi  üçün  istifadə  olunan  texniki  yayım  vasitələrinin  qanunvericilikdə  və  xüsusi

razılıqda  (lisenziyada)  müəyyən  olunmuş  qaydada  və  şərtlərə  uyğun  istismarına  nəzarəti  həyata

keçirmişdir.  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2011-ci il tarixli, 26 nömrəli qərarı ilə təsdiq

edilmiş "Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və

inkişafı  Proqramı"na  əsasən  Rabitə  və  İnformasiya  Texnologiyaları  Nazirliyinə  və  Milli  Televiziya  və

Radio  Şurasına  bir  sıra  vəzifələr  tapşırılmışdır.  22  dekabr  2011-ci  il  tarixdə  təşkilati-hüquqi

formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün

televiziya proqramları 22 dekabr 2011-ci il tarixdən etibarən analoq yayımla paralel DVB-T standartına

uyğun olaraq rəqəmli formada həyata keçirilməsi barədə qərar qəbul edilmişdir.  Milli Televiziya və

Radio  Şurasının  Azərbaycan  Respublikası  Prezidentinə  müraciətinə  əsasən  aztəminatlı  ailələrin

rəqəmli dekoderlərlə təmini ilə bağlı məsələ qaldırılmış, məslənin müsbət həlli istiqamətində işlər

aparılmışdır.  Cari  ilin  sonunadək  isə  rəqəmli  televiziya  yayımına  keçidin  tam  başa  çatdırılması,

analoq yayımın dayandırılması nəzərədə tutulmuşdur.  

Televiziya  və  radio  yayımçılarının  monitorinqinin  aparılması  sahəsində:  Şura  monitorinqlərin

aparılmasına ilkin olaraq çox kiçik maddi-texniki baza ilə işə başlamışdır. Bu səbəbdən də ilk vaxtlar

bütün  telekanalların  eyni  zamanda  davamlı  və  əhatəli  monitorinqinin  aparılması  praktiki  cəhətdən

qeyri-mümkün  idi.  Lakin  2005-ci  ildən  etibarən    yeni  texniki  avadanlıqların  alınması  nəticəsində




6/23/2014

Milli Radio və Televiziya Şurası

http://www.ntrc.gov.az/az/content/news/135.html

4/5


© 2014 Bütün hüquqlar Milli Televiya və Radio Şurası tərəfindən qorunur.

monitorinqlərin  aparılması  işi  təkmilləşdirilmiş  və  teleradio  yayımçılarının  proqramlarının

(verilişlərinin)  efirə  çıxdıqdan  sonra  ən  azı  bir  ay  müddətində  saxlanılması,  həmçinin  regional

yayımçıların  da  monitorinqlərinin  aparılması    mümkün  olmuşdur.  Aparılmış  monitorinqlər

nəticəsində televiziya və radio yayımçılarının əsasən reklamın yayılması sahəsində qanunvericiliyin

tələblərini  pozması  müəyyən  edilmişdir.  Məhz  Şura  tərəfindən  televiziya  və  radio  yayımçıları

barəsində xəbərdarlıq və cərimə sanksiyalarının tətbiq edilməsi və digər mühüm tədbirlərin həyata

keçirilməsi  nəticəsində  bu  sahədə  qanun  pozuntuları  minimuma  endirilmişdir.  Hazırda  ölkə

yayımçısı olan telekanalların eyni zamanda, həm də ən müxtəlif tematik istiqamətlər üzrə monitorinqi

aparılır. Bu işlə xüsusi monitorinq qrupu məşğul olur. 2005-2006-cı illərdə bədii filmlərin ayrı-ayrı yaş

qruplarına  uyğun  olaraq  təsnifata  ayrılaraq  nümayiş  etdirilməsi  ilə  bağlı  beynəlxalq  təcrübə

öyrənilmişdir. 2006-cı ildə bu məqsədlə aidiyyatı qurumların və nüfuzlu ziyalıların iştirakı ilə dəyirmi

masa keçirilmişdir. Nəhayət, 2007-ci ildə televiziya filmlərinin təsnifata ayrılaraq nümayiş etdirilməsi

məqsədilə Şura nəzdində xüsusi ekspert qrupu yaradılmışdır.

Televiziya və radio yayımında Azərbaycan Respublikasının dövlət dilindən istifadənin təmin edilməsi

sahəsində:  Milli  Televiziya  və  Radio  Şurası  televiziya  və  radio  yayımında  dövlət  dilindən  istifadənin

təmin edilməsi üçün  25 iyun 2003-cü il tarixdə "Azərbaycan Respublikası ərazisində teleradio yayımı

sahəsində  Dövlət  dilindən  istifadənin  təmin  edilməsi  ilə  bağlı  Xüsusi  Qaydalar"  qəbul  etmişdir.

Bununla  teleradio  efirində  dövlət  dilinin  həcminin  75%  həddində  olması  müəyyənləşdirilmiş,

«Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 32.0.6-cı maddəsinin və

"Azərbaycan  Respublikasında  dövlət  dili  haqqında"  Azərbaycan  Respublikası  Qanununun  6-cı

maddəsinin  tələblərinə  uyğun  olaraq  mülkiyyət  formasından  asılı  olmayaraq,  Azərbaycan

Respublikası  ərazisində  təsis  edilən  və  fəaliyyət  göstərən  bütün  televiziya  və  radio  kanalları

qarşısında  dövlət  dilindən  istifadə  faizini  və  keyfiyyətini  daim  yüksəltmək  vəzifəsi  qoyulmuşdur.

Şuranın 14 mart 2007-ci il tarixli qərarına əsasən 01 yanvar 2008-ci il tarixdən etibarən Azərbaycan

Respublikası ərazisində təşkilati-hüquqi formasından asılı olmayaraq bütün telekanallarda filmlərin

(bədii, sənədli, cizgi və s) yalnız Azərbaycan dilində səsləndirilməsinin təmin olunması barədə qərar

qəbul edilmişdir. 

11 yanvar 2008-ci il tarixdə Şura tərəfindən «Televiziya və radio yayımı haqqında» Qanunun 32.0.6-cı

maddəsinin  və    "Azərbaycan  Respublikasında  dövlət  dili  haqqında"  Qanunun  6-cı  maddəsinin

tələblərinə uyğun olaraq Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən bütün

teleradio yayımçılarının proqramlarının bəzi verilişləri istisna olmaqla (xəbərlər buraxılışı (subtitrlərlə

Azərbaycan dilində tərcüməsinin verilməsi şərti ilə), əcnəbi dillərin öyrənilməsinə xidmət edən tədris

proqramları (30 dəqiqədən çox olmamaq şərti ilə),  intellektual verilişlər və bəzi xüsusi buraxılışlar)

Azərbaycan  dilində  yayımlanmasının  təmin  edilməsi  barədə  qərar  qəbul  edilmişdir.  Bununla  da

teleradio efirində tam həcmdə dövlət dilindən istifadə təmin edilmişdir.

Şuranın 22 dekabr 2011-ci il tarixli qərarına əsasən isə təşkilati-hüquqi formasından asılı olmayaraq

Azərbaycan  Respublikası  ərazisində  yerüstü  yayımla  yayımlanan  bütün  televiziya  proqramlarında

əcnəbi  teleserialların  yayımının  01  may  2012-ci  il  tarixdən  etibarən  dayandırılması  barədə  qərar

qəbul edilmişdir.

Eyni zamanda 2011-2012-ci illərdə Milli Televiziya və Radio Şurası AMEA-nın Dilşilik İnstitutu ilə birgə

ədəbi  dil  normalarına  əməl  edilməsi  sahəsində  monitorinqlər  təşkil  etmiş,  mövcud  nöqsanlarla

bağlı hesabatlar dərc edilmişdir.

Milli  telefilmlərin,  habelə  teleserialların  çəkilişi  sahəsində:  "Azərbaycan  Respublikasında  milli

televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında" Azərbaycan Respublikası

Prezidentinin 9 sentyabr 2011-ci il tarixli Sərəncamına əasən milli telefilmlərin, habelə teleserialların

çəkilişini dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə

tutulmuş  Azərbaycan  Respublikası  Prezidentinin  Ehtiyat  Fondundan  Azərbaycan  Respublikası  Milli

Televiziya və Radio Şurasına 5 (beş) milyon manat vəsait ayrılmışdır. Milli Televiziya və Radio Şurasın

28 oktyabr tarixli qərarına əsasən milli telefilmlərin, habelə teleserialların çəkilişi ilə əlaqədar "İctimai

Televiziya və Radio Yayımları Şirkəti"nə, "ANS Müstəqil Yayım və Media Şirkəti"nə, "Azad Azərbaycan

Teleradio  Kompaniyası"na,  "Lider  TV  və  Radio  Azərbaycan"  MMC-yə,  "Space  Müstəqil  Teleradio

Kompaniyası"na və "Xəzər TV" MMC-yə - hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 300 000

 (üç yüz min) manat, 06 aprel 2012-ci il tarxli qərarına əsasən "İctimai Televiziya və Radio Yayımları

Şirkəti"nə,  "ANS  Müstəqil  Yayım  və  Media  Şirkəti"nə,  "Azad  Azərbaycan  Teleradio  Kompaniyası"na,

"Lider TV və Radio Azərbaycan" MMC-yə, "Space Müstəqil Teleradio Kompaniyası"na və "Xəzər TV"

MMC-yə - hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 500 000  (beş yüz min) manat, 08 iyun

2012-ci  il  tarxili  qərarına  əsasən  "Azad  Azərbaycan  Teleradio  Kompaniyası"na  birdəfəlik  müqavilə

bağlanılması yolu ilə 200 000  (iki yüz min) manat ayrılması barədə qərar qəbul edilmişdir.

Dövlət  proqramlarının  icrası  sahəsində:  Azərbaycan  Respublikası  Prezidentinin    "Azərbaycan

Respublikasında  insan  hüquqlarının  müdafiəsi  üzrə  Milli  Fəaliyyət  Planının  təsdiq  edilməsi

haqqında"  22  dekabe  2006-cı  il  tarixli,    "Azərbaycan  Respublikasında  rabitə  və  informasiya

texnologiyalarının inkişafı üzrə 2010 - 2012-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)"

təsdiq edilməsi haqqında 11 avqust 2011-ci il tarixli, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan

Respublikasının  Konstitusiya  Qanununun  tətbiq  edilməsi  barədə  16  fevral  2011-ci  il  tarixli,  "2008-

2015-ci  illərdə  Azərbaycan  Respublikasında  yoxsulluğun  azaldılması  və  davamlı  inkişaf  Dövlət

Proqramı"nın  həyata  keçirilməsi  üzrə  Tədbirlər  Planının  (2011-  2015-ci  illər)"  təsdiq  edilməsi

haqqında  28  iyun  2011-ci  il  tarixli,  "Azərbaycan  gəncliyi  2011-2015-ci  illərdə"  Dövlət  Proqramı"nın

təsdiq edilməsi haqqında 7 iyul 2011-ci il tarixli, "Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili"

elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq olunması haqqında 20 iyul 2011-ci il tarixli, Müəyyən

sahibkarlıq  fəaliyyəti  növləri  ilə  məşğul  olmaq  üçün  tələb  edilən  xüsusi  razılıq  (lisenziya)  və  icazə

sistemi ilə bağlı bəzi məsələlər haqqında 26 oktyabr 2011-ci il tarixli, Azərbaycan Respublikasında

insan  hüquq  və  azadlıqlarının  müdafiəsinin  səmərəliliyini  artırmaq  sahəsində  Milli  Fəaliyyət

Proqramının təsdiq edilməsi haqqında 27 dekabr 2011-ci il tarixli Fərman və sərəncamlarına uyğun

olaraq teleradio yayımçılarına müvafiq tövsiyələr verilmiş, seminarlar və konfranslar təşkil edilmişdir.

Yuxarı ^



6/23/2014

Milli Radio və Televiziya Şurası

http://www.ntrc.gov.az/az/content/news/135.html

5/5


 

Yüklə 240,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə