Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə112/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   104   105   106   107   108   109   110   111   112

istəməsəm də… Huşumu itirsəm də… Bu, mənim son arzumdur… Söz ver… 
– Söz verirəm! Ancaq elə dərman lazım olmayacaq… 
Gözlərindəki qorxu nişanəsi yox oldu. Birdən-birə elə sakitləşdi ki! 
– Bunu… eləməyə… haqqın var… – O pıçıldadı. – Sən olmasaydın… mən indi 
yaşamazdım… 
– Boş-boş danışma! Niyə yaşamırdın?! 
– Yox… Onda mən… Sənə birinci dəfə rast gələndə… nə edəcəyimi bilmirdim… 
Bu bir ili sən mənə bağışladın… Sən bağışladın! – Başını yavaş-yavaş Ravikə tərəf 
döndərdi. –Niyə mən sənin yanında qalmadım, Rafik?! 
– Günah məndə oldu, Joan… 
– Yox… günah… bilmirəm…. 
Günəşin qızılı şəfəqləri pəncərəni döyürdü. Pərdələr salınmışdı, ancaq işıq 
yanyörəsindən 
içəri dolurdu. Joan dərmanın təsirindən yarıyuxulu idi. Əvvəlki 
Joandan nişanə qalmamışdı. Elə bil, bir-iki saatın içində ac canavarlar onu didib 
303 
parçalamışdı. Bədəni adyalın altında yumağa dönmüşdü, müqavimət hissi sönüb 
getmişdi. Gah yatır, gah ayılır, gah huşunu itirir, gah da lap aydınca danışırdı. 
Ağrılar kəskinləşmişdi. Zarımağa başladı. Ravik iynə vurdu. 
– Başım… – O mızıldandı. – Yaman ağrıyır… 
Bir az keçəndən sonra yenə danışmağa başladı: 
– İşıq… Çoxdur… Gözüm qamaşır… 
Ravik gedib jalüzü aşağı buraxdı, pərdəni kip çəkdi. Otaq qaranlıqlaşdı. Qayıdıb 
çarpayının yanında oturdu. 
Joanın dodaqları tərpəndi: 
– Nə çox çəkdi… Dözə bilmirəm, Ravik… 
– Bir-iki dəqiqə də döz. 
Joan sakitləşdi. Qolları adyalın üstünə düşmüşdü. 
– Sənə… çox şey… deməliyəm… 
– Sonra deyərsən, Joan. 
– Yox… indi…. Gec olar… Çox şeyi başa… salardım… 
– Mənə elə gəlir, lazım olanları bilirəm, Joan! 
– Bilirsən…? 
– Deyəsən… 
Ravik birdən onun bədəninin qıc olduğunu gördü. Hər iki qıçını iflic vurmuşdu. 
İndi də qollarını… Sinəsi hələ qalxıb-düşürdü. 
– Özün bilirsən… mən həmişə… səninlə… 
– Bilirəm, Joan! 
– Qalanlar... hamısı... boş şey... idi... 
– Hə, bilirəm... 
Joan duruxdu. Güclə nəfəs alırdı. 
– Qəribədir...–deyə lap astadan pıçıldadı.–Sevən adam da… ölərmiş... 
Ravik ona tərəf əyildi. İndi bir qaranlıq qalmışdı, bir də Joanın sifəti... 
– Sənə... yaxşı... olmadım...–Joan pıçıldadı. 
– Sən mənim həyatım idin! 


– Mən... istəyirəm... əllərimi... Səni quçaqlamaq... istəyirəm... Qollarım... 
qalxmır... 
Ravik gördü ki, o bütün varlığı ilə qollarını qaldırmaq istəyir. 
– Sən mənim qollarımın arasındasan,–dedi.–Mən də sənin... 
Joan bir anlığa heç nəfəs də çəkmədi. Gözləri yumulmuşdu, onları açdı. Bəbəkləri 
böyümüşdü. Ravik bilmədi, Joan onu görür, ya yox... 
– Ti amo! (30) – deyə pıçıldadı. 
O, indi uşaqlıq çağlarının dilində danışırdı. Elə yorulmuşdu ki, başqa dildə danışa 
bilməzdi. Ravik onun hərəkətsiz əllərini ovcuna aldı. Sanki, içində nəsə qırılıb 
düşdü. 
– Sən mənə həyat verdin, Joan! – Bu sözləri uzaqlara zillənmiş gözlərə deyirdi. – 
Sən mənə həyat verdin! Mən daş kimi bir şey idim... Məni yaşadan sən oldun! 
– Mi ami? (31) 
Bu sual, bütün günü oynayıb əldən düşmüş uşağı yatmaq üçün yerinə uzadanda 
verilən sual idi... 
304 
– Sevmək nədir ki, Joan? Yox, sevmək çox azdır... Bu bircə tərəfidir... Dəryadan 
bir damladır... Ağacdan bir yarpaqdır... O, nədir ki! 
–Sono stata... sempre con te (32)… 
Ravik onun əllərindən tutmuşdu. O əllərdən ki, artıq heç nə hiss eləmirdi... 
– Sən də həmişə mənimlə olmusan,–dedi və hiss eləmədi ki, birdən-birə almanca 
danışmağa başladı.–Sən həmişə mənimlə olmusan... Sevəndə də, nifrət edəndə də, 
biganə qalanda da... həmişə elə olub. Sən həmişə qəlbimdə olmusan... 
Bu vaxta kimi bir-biri ilə əcnəbi dillərdə danışmışdılar. İndi birinci dəfə, heç 
birinin də xəbəri olmadan, hərə öz ana dilində danışırdı. Sözlərin bənd-bərəsi 
dağılmışdı və bir-birini həmişəkindən də yaxşı başa düşürdülər. 
– Baciami…(33) 
Ravik onun od tutub alışan qupquru dodaqlarından öpdü. 
– Sən həmişə mənimlə olmusan, Joan, həmişə... 
– Sono stata… perduta… senza di te…(34) 
– Mən də sənsiz yetim qalardım. Sən mənim gözümün işığı idin... Həyatımın şirini 
də sən oldun, acısı da... Sən məni qəflət yuxusundan oyatdın, həm özünü mənə 
bağışladın, həm də məni özümə qaytardın! 
Joan bir neçə dəqiqə hərəkətsiz qaldı. Ravik onun üzünə baxdı. Bütün əzalar 
ölmüşdü, yaşayan təkcə gözləri, dodaqları və bir də nəfəsi idi. Bildi ki, iflic 
yavaşyavaş 
nəfəs tellərini də vurur... Daha danışa bilmədi, təngnəfəs oldu, dişləri 
şaqqıldadı, üz-gözü əyildi. Ölümlə döyüşürdü. Boğazı qıc olmuşdu, nəsə demək 
istədi, dodaqları titrədi. Sonra xırıldadı... Dəhşətlə xırıldadı və axır ki, səs çıxdı: 
– Kömək elə! Kömək! İndi... 
İynə əlində hazır idi... 
Onu yavaş-yavaş, əzab çəkə-çəkə, boğula-boğula ölməyə qoymazdı! Boş yerə niyə 
əzab çəksin! İndi onu yalnız və yalnız ağrılar gözləyirdi! Kim bilir, neçə saat 
çəkərdi... 
Joanın kirpikləri tərpəndi. Sonra sakitləşdi. Dodaqları yumuldu. Nəfəsi də 


dayandı... 
Ravik gedib pərdələri geri çəkdi, jalüzü qaldırdı. Joanın yanına qayıtdı. O donmuş 
sifət heç deməzdin Joanındır... 
Qapını bağlayıb, qəbul otağına getdi. Ejeni xəstəlik tarixçələrini vərəqləyirdi. 
– On ikinci palatadakı xəstə öldü, Ejeni. 
O, gözlərini kağızlardan ayırmadan başını tərpətdi. 
– Doktor Veber otağındadır? 
– Deyəsən... 
Ravik dəhlizlə gedəndə gördü ki, bəzi otaqların qapısı açıqdır. Veberin otağına 
tərəf addımladı. 
– On ikinci palatadakı xəstə öldü, Veber. Polisə xəbər verə bilərsiniz. 
Veber heç başını da qaldırmadı: 
– Polisin indi bundan da vacib işləri var... 
– Nə? 
Veber «Matyen» qəzetinin xüsusi buraxılışına işarə etdi. Alman qoşunları Polşaya 
girmişdi. 
– Nazirlikdən dedilər ki, müharibə elan olunacaq. 
305 
Ravik qəzeti yerinə qoydu: 
– Başladı, Veber... 
– Bəli! Bu da sonu! Yazıq Fransa... 
Ravik bir az da oturdu. Hər şey daha öz mənasını itirmişdi. 
– Təkcə Fransa deyil... Çox şeydir, Veber... 
Veber döyükə-döyükə onun üzünə baxdı: 
– Mənim üçün Fransa deməkdir. Məgər bu azdır? 
Ravik cavab vermədi. 
– Neyləmək fikrindəsiniz?–deyə bir azdan soruşdu. 
– Bilmirəm. Yəqin ki, öz polkuma gecədəyəm. Bura da, o, qeyri-müəyyən tərzdə 
əlini yellətdi – kiməsə qalar... 
– Heç kəsə verməyin. Müharibədə qospital çox lazım olur. Sizi aparmazlar. 
– Qalmaq istəmirəm. 
Ravik ətrafına baxdı: 
– Bu gün burada axırıncı günümdür,–dedi.–Mənə elə gəlir, hər şey qaydasındadır. 
Uşaqlıqdan elədiyimiz təşrih müvəffəqiyyətli oldu, öd kisəsini kəsdiyimiz də 
sağalır. Xərçəngə əlac yoxdur, təzədən təşrih eləməyin nə mənası?! Vəssalam... 
– Niyə?–Veber yorğun-yorğun dilləndi.–Niyə axırıncı gününüz olur? 
– Müharibə olan kimi bizi həbs edəcəklər.–Ravik gördü ki, Veber nəsə demək 
istəyir, ancaq imkan vermədi.–Gəlin mübahisə eləməyək. Olmalıdır və ona görə də 
olacaq! 
Veber oturdu: 
– Daha heç nə deyə bilmərəm. Bəlkə də, elə olacaq. Ya da bizimkilər müharibə 
eləmədi, təslim oldu... Bilmək olmaz... 
Ravik ayağa durdu: 
– Tutulmasam, axşam gələcəyəm. Səkkizdə. 
– Oldu. 


Ravik çıxdı. Qəbul otağında aktyoru gördü. Onu tamam unutmuşdu. Kişi onu 
görən kimi sıçrayıb qalxdı: 
– Vəziyyəti necədir? 
– Öldü. 
Kişi döyükə-döyükə qaldı: 
– Öldü?!–Ürəyini tutub səntirlədi. 
«Əclafın artistlik eləməyinə bax!–Ravik ürəyindən keçirdi.–Yəqin, buna oxşar 
rolları çox oynayıb, öz başına gələndə də rola girir. Ancaq, bəlkə də, doğrudan, 
ürəyi ağrıdı, sənətindən gələn jestlər isə onun həqiqi iztirablarını belə gülünc hala 
salır...» 
– Onu görə bilərəm? 
– Nə üçün? 
– Ona bir də baxmalıyam!–Kişi əllərini ürəyinin üstünə qoydu. Əlində ipək lentli 
açıq qəhvəyi şlyapa tutmuşdu.–Başa düşün! Mən... 
Onun gözləri yaşardı. 
– Bura baxın, – Ravikin səbri tükəndi, – yaxşısı budur, rədd olun! O ölüb, təzədən 
dirildə bilməzsiniz. O iztirablarınızı da özünüzə saxlayın! Cəhənnəm olun! Heç 
kimin marağı yoxdur ki, sizə bir il iş kəssinlər, ya da ruhi xəstə kimi buraxsınlar... 
306 
Onsuz da bir neçə ildən sonra ələ gətirmək üçün başqa qadınların yanında bununla 
öyünəcək, «mən, mən» deyəcəksiniz! Rədd olun, axmağın biri axmaq! 
Aktyoru qapıya tərəf itələdi. O, bir az dartındı... Qapıya çatanda geri döndü: 
– Daşürəkli əclaf! Sales boches! 
Küçələr adamla dolu idi. Onlar dəstə-dəstə yığışıb hərisliklə reklam-qəzetin tez-tez 
qaçan hərflərini izləyirdilər. Ravik Lüksemburq parkına getdi. Tutulmamışdan 
qabaq bir neçə saat tək qalmaq istəyirdi. 
Bağ bomboş idi və qızmar avqust günəşinin tellərinə bürünmüşdü. Ağaclar artıq 
payız nəfəsini duyurdu. Ancaq bu nəfəsdən solğunluq deyil, yetginlik ətri gəlirdi. 
Günəşin özü də qızılı-mavi rəngə çalırdı və deyərdin, yayın sonuncu ipək 
bayrağıdır. 
Ravik çox oturdu. Gördü ki, günəşin rəngi dəyişir, kölgələr uzanmağa başlayır. 
Bilirdi ki, azadlığın son saatlarıdır. Müharibə elan ediləndən sonra 
«İnternasional»ın sahibəsi daha heç kəsi saxlaya bilməyəcək. Rolandanı xatırladı. 
Daha o da kömək eləyə bilməzdi. Heçcə kəs... Bir yana qaçmaq istəsə də, casus 
kimi tutulardı... 
Axşam düşənə kimi oturdu. Kədərli deyildi. Keçmiş xatirələr bir-bir gəlib gözləri 
önündən keçdi. Surətlər və illər... Lap axırda da Joanın donmuş sifəti... 
Saat yeddidə durdu. Bilirdi ki, bu qaranlıq parkdan getmək, azadlığın son 
saatlarından ayrılmaq deməkdir. Elə küçəyə çıxan kimi qəzetlərin xüsusi buraxılış 
nömrələrini aldı. Müharibə elan edilmişdi! 
Bistrolardan birinə girdi, bir az oturdu. Ancaq içəridə radio yox idi. Sonra 
xəstəxanaya yollandı. Veber onun qabağına gəldi: 
– Qeysər kəsiyi eləmək lazımdır. İndicə gətiriblər. Eləyərsiniz? 
– Əlbəttə! 
Paltarını dəyişməyə getdi. Yolda Ejeniyə rast gəldi. O, Raviki görəndə duruxdu. 


– Deyəsən, məni daha gözləmirdiniz, Ejeni? 
– Xeyr...– deyə qız onu qəribə nəzərlərlə süzdü, sonra tələsik yanından keçib getdi. 
Qeysər gəsiyi Ravik üçün su içmək kimi bir şey idi və əlüstü elədi. Bir neçə dəfə 
Ejeninin baxışlarını öz üzərində duydu. Çox təəccübləndi. Görəsən, niyə belə 
baxırdı?! 
Çağa çığırdı. Onu yudular. Ravik körpənin qıpqırmızı sifətinə, xırdaca əllərinə 
baxdı. «Biz bu dünyaya təbəssümlə gəlmirik!» – deyə ürəyindən keçirdi. Çağanı 
tibb bacısına verdi. Oğlan idi... 
– Kim bilir, hansı müharibə üçün dünyaya gəlib...–deyə Ravik yuyunmağa başladı. 
Veber də onunla yanaşı əllərini yuyurdu. 
– Ravik, əgər, doğrudan da, sizi həbs etsələr, yerinizi mənə bildirməyəcəksiniz? 
– Başınızı niyə bəlaya salırsınız, Veber? İndi mənim kimi adamlardan uzaq 
gəzsəniz, yaxşıdır. 
– Niyə? Ona görə ki, almansınız? Siz qaçqınsınız... 
– Bəs bilmirsiniz ki, qaçqınların əsgisi həmişə tüstülü olur? Onlar vətənləri üçün 
satqın, qərib ölkədə isə həmişə əcnəbi sayılırlar. 
– Bunun mənə dəxli yoxdur. İstədiyim odur ki, sizi lap tez buraxsınlar. Məni şahid 
kimi göstərə bilərsiniz. 
307 
– Yaxşı!– deyən Ravik bilirdi ki, bunu heç vaxt eləməyəcək.–Həkimə hər yerdə iş 
var.– O, əllərini quruladı.– Siz mənə yaxşılıq etmək istəyirsiniz? Elə isə Joan 
Madunun dəfni ilə məşğul olun. Mən çatdıra bilmərəm. 
– Arxayın olun! Özgə nə kömək lazımdır? Bəlkə, miras məsələsi və ya... 
– Bununla polis məşğul olar. Heç bilmirəm onun qohumu var, ya yox... Bu, o 
qədər də vacib deyil... 
Ravik paltarını dəyişdi. 
– Əlvida, Veber. Sizinlə işləmək çox xoş idi. 
– Əlvida, Ravik. Axırıncı təşrihin pulu da qalıb... 
– Qoyun qalsın, dəfn üçün lazım olacaq. Yeri gəlmişkən, bahadır, indi pul da 
verərəm. 
– O barədə söhbət ola bilməz, Ravik! Qətiyyən... Harada dəfn etdirim? 
– Bilmirəm. Hansı qəbiristanlıq olur, olsun... İndi adını, ünvanını yazaram. 
Ravik onları xəstəxananın haqq-hesab kağızlarından birinə yazıb, Veberə uzatdı. 
Veber onu alıb, üstündə gümüşdən qoyun şəkli həkk olunmuş büllur basmanın 
altına qoydu. 
– Oldu, Ravik! Çox güman ki, bir-iki günə mən də gedərəm. Sizsiz bu cür təşrihlər 
eləyə bilmərik. 
O, Raviklə birlikdə çıxdı. Ravik Ejeni ilə də sağollaşdı: 
– Əlvida, Ejeni. 
– Əlvida, müsyö Ravik...–O, Raviki diqqətlə süzdü.– Mehmanxanaya gedirsiniz? 
– Bəli. Nə olub ki? 
–Ah, heç nə... Elə bilirdim... 
Qaş qaralmışdı. Mehmanxananın qabağında bir yük maşını dayanmışdı. 
– Ravik! 
Morozov yaxındakı evlərdən birinin giriş qapısından çıxdı. 


– Boris?! 
– O xarabaya polis gəlib. 
– Bilirəm... 
– İvan Klugenin vəsiqəsi yanımdadır. O ölmüş rusu deyirəm. İl yarım vaxtı qalıb. 
«Şəhrizad»a gedək, şəkilləri dəyişək. Ayrı meyxanada rus mühaciri kimi 
qalarsan... 
Ravik başını buladı: 
– Böyük risq olar, Boris. Müharibədə saxta sənəd gəzdirmək qorxuludur. Heç 
olmaması bundan yaxşıdır. 
– Bəs neyləmək istəyirsən? 
– Mehmanxanaya gedirəm. 
– Bu, sənin qəti qərarındır, Ravik? 
– Hə, qətidir. 
– Lənət şeytana! Kim bilir, hara göndərəcəklər... 
– Hər halda Almaniyaya göndərməyəcəklər. Ondan keçdi... İsveçrəyə də 
qovmazlar.–Ravik gülümsədi.–Son yeddi ildə birinci dəfədir ki, polis bizi heç yana 
göndərməyəyəcək. Belə qiymətə minməyimiz üçün müharibə lazım imiş... 
– Deyirlər, Lonşanda həbs düşərgəsi açılır,–Morozov saqqalını didişdirdi. – İşə 
bax, alman konslagerindən qaçmısan ki, gəlib Fransa konslagerinə düşəsən... 
308 
– Bəlkə də, tez buraxdılar. 
Morozov dinmədi. 
– Məndən nigaran qalma, Boris. Müharibədə həkim çox lazım olur. 
– İndi hansı adla tutulacaqsan? 
– Öz adımla. Ondan bircə dəfə, özü də beş il bundan qabaq istifadə eləmişəm...– 
Ravik bir az susandan sonra:– Boris,– dedi,–Joan öldü. Bir kişi güllə ilə vurdu. 
İndi Veberin xəstəxanasındadır. Onu dəfn etmək lazımdır. Veber söz verib, ancaq 
bilmirəm, çatdıra biləcəkmi... O da getməlidir. Bu işi boynuna götürərsən? Heç nə 
soruşma, bircə kəlmə «hə» de, vəssalam. 
– Hə. 
– Yaxşı, onda əlvida, Boris. Mənim şeylərimdən özünə lazım olanı götürərsən. 
Mənim otağıma köç... Axı vanna otağından çox xoşun gələrdi. İndisə gedirəm, 
əlvida... 
– Tfu! 
– Yaxşı, müharibədən sonra «Fuke» restoranında görüşərik. 
– Hansı tərəfdə? «Yelisey çölləri», ya V Georq prospekti tərəfdə? 
– V Georq prospekti tərəfdə. Biz səfeh olmuşuq, Boris. Burnu fırtıqlı qəhrəmanlara 
bax! Əlvida, Boris! 
–Tfu! Heç adam kimi də görüşüb ayrıla bilmirik. Yaxın gəl, axmaq! 
Morozov Ravikin üzündən öpdü. Saqqalı Ravikin üzünü daladı. Morozovdan qara 
tənbəki qoxusu gəlirdi. Birtəhər dözdü... 
Ravik mehmanxanaya yollandı... 
Mühacirlər «katakomba»ya yığışmışdılar. «İlk xristianlara oxşayırlar,– deyə Ravik 
ürəyindən keçirdi.– İlk avropalılar...» 
Süni palmanın altındakı stolun arxasında mülki paltarda bir kişi oturub, onları qeyd 


edirdi. İki polis də qapını qoruyurdu. Ancaq qaçmaq istəyən yox idi... 
– Pasportunuz var?– deyə məmur Ravikdən soruşdu. 
– Xeyr. 
– Başqa sənədləriniz necə? 
– Xeyr. 
– Burada gizli yaşayırsınız? 
– Bəli. 
– Nə üçün? 
– Almaniyadan qaçmışam. Bizə sənəd vermirlər. 
– Familiyanız? 
– Frezenburq. 
– Adınız? 
– Lüdviq. 
– Yəhudisiniz? 
– Xeyr. 
– Sənətiniz? 
– Həkim. 
Kişi hamısını yazdı. 
– Həkim?– deyə kişi balaca bir kağız parçasını gözlərinə yaxınlaşdırdı.–Ravik adlı 
həkim tanımırsınız? 
309 
– Xeyr. 
– O da burada qalır. Məlumatımız var... 
Ravik diqqətlə kişiyə baxdı. «Ejeni!»–deyə ürəyindən keçirdi. Mehmanxanaya 
qayıtdığını soruşdu! Ona rast gələndə də çox heyrətləndi! Mətbəxin qapısında 
dayanmış sahibə də dilləndi: 
– Sizə dedim ki, burada elə adam yaşamır. 
– Siz danışmayın! – deyə məmur onun sözünü kobudluqla kəsdi. – Onsuz da 
polisdən xəbərsiz bu qədər adam saxladığınıza görə cəza alacaqsınız. 
– Mən bununla fəxr edirəm. İnsanpərvərliyə görə cəza verirlərsə, eybi yoxdur, qoy 
versinlər. 
Məmur, sanki, yenə nəsə demək istədi, ancaq dinməyib, əlini yellətdi. Sahibə 
təkəbbürlə ona baxdı. Əlaqələri geniş idi, heç nədən qorxusu yox idi. Məmur 
Ravikə tərəf döndü: 
– Şeylərinizi yığışdırın. Özünüzlə dəyişək, bir günlük də yemək götürün. Varsa, 
adyal da götürün. 
Ona bir polis də qoşdular. Otaqların çoxu açıq idi. Ravik çoxdan qablaşdırıb hazır 
saxladığı çamadanı və adyalı götürdü. 
– Özgə heç nə götürməyəcəksiniz?–deyə polis soruşdu. 
– Heç nə. 
– Bunlar qalır? 
– Qalır. 
– Bu da?–deyə polis çarpayının yanındakı stolun üstünə qoyulmuş balaca madonna 
fiqurunu göstərdi. Bunu o vaxt Joan «İnternasional»a göndərmişdi... 
– Bu da... 


Aşağı düşəndə elzaslı Klarissa ona bir bağlama uzatdı. Ravik gördü ki, bu 
bağlamadan hamıda var. 
– Yeməkdir, – sahibə dilləndi. – Ac qalmayın... Bilirəm ki, getdiyiniz yerdə hələ 
heç nə hazırlamayıblar... 
Sahibə gəc nəzərlərlə məmuru süzdü. O da hirslə: 
– Az danışın!–dedi.–Müharibəni mən başlamamışam… 
– Bunlar da başlamayıb. 
– Məni niyə belə qaralamısınız?!–Məmur yanındagı polisə tərəf döndü:–Qurtardı? 
Aparın. 
Kölgəyə oxşayan dəstə hərəkətə gəldi. Ravikin gözləri «mətbəxböcəyi» deyə 
qışqıran qadınla ərinə sataşdı. Kişi bir əli ilə arvadının qolundan tutmuşdu və o biri 
əlində də iki çamadan aparırdı. Biri əlində, biri də qoltuğunda... Bir çamadanı da 
uşaq sürüyürdü. Kişi imdad diləyən nəzərlərlə Ravikə baxdı. Ravik başını tərpətdi: 
– İynə-dərman götürmüşəm,–dedi.–Qorxmayın. 
Onlar yük maşınına mindilər. Motor uğuldadı, maşın tərpəndi. Sahibə qapıda 
dayanıb əl eləyirdi... 
— Hara gedirik?– deyə kimsə polisdən soruşdu. 
– Bilmirəm. 
Ravik, Rozenfeld və yalançı Aron Qoldberqlə yanaşı dayanmışdı. Rozenfeldin 
əlində futlyar, onun içində də Sezanla Qogen vardı. O, nəyisə ürəyində. 
hesablayırdı. 
310 
– İspaniya vizasının vaxtı... – deyə sözə başlayan Rozenfeld nədənsə duruxdu, 
sonra davam etdi: – Kor yapalaq aradan çıxdı... Markus Mayeri deyirəm... Dünən 
Amerikaya getdi. 
Maşın silkələnirdi, hamısı bir-birinə qısılmışdı, heç biri də danışmırdı... 
Tini buruldular. Ravik gördü ki, fatalist Zaydenbaum da buradadır. Büzüşərək bir 
güncə çəkilmişdi və: 
– Yenə yollardayıq,–dedi. 
Ravik ciblərində siqaret axtardı, ancaq tapmadı. Yadına düşdü ki, çamadanda 
çoxdur. 
– Elədir,–dedi.–İnsan çox şeyə dözə bilir... 
Maşın Vaqram prospektindən keçib Etual meydanına çıxdı. Heç yerdə işıq 
yanmırdı. Meydan zülmətə bürünmüşdü. Elə qaranlıq idi ki, heç «Zəfər tağı» da 
görünmürdü... 
1 Şarlardan əbədi yadigar (fran). 
2 Alçaq əcnəbilər (fran). 
3 Yaşasın (ispan) 
4 Qəlyanaltı (fran.) 
5 Çəhrayı çaxır (fran.) 
6 Əzizim (fran.) 
7 Paştet növü 
8 Xristianların sual-cavab şəklində olan dini kitabı. 
9 «Sarışın sevgilimə» (fran.) 
10 Paris axşam qəzeti. 


11 Yenilməz. 
12 Mənə məhəbbətdən danışın (frans.) 
13 Gecəniz xeyrə qalsın (ital.). 
14 «Axırıncı vals» (fran.) 
15 Əfsanəyə görə, Baltik dənizində batmış şəhər. 
16 Aralıq dənizinin sahili ilə Nitsadan Genuyaya gedən yol. 
311 
17 Beynəlxalq süni dil. 
18 Paris xəbərləri (frans). 
19 İngilis krallarının tacındakı brilyant. Dünyada ən böyük brilyant daşlarından 
biridir. 
20 «Gözləyəcəyəm» (fran.) 
21 Kübar nəslə mənsub olduğunu göstərir. 
22 «Odlu xaç»–Fransada faşist təşkilatının adı. 
23 « Gözləyəcəyəm» (frans). 
24 Kilsə də bürünmüş ay işığına 
25 «Görüş evi» (frans.) 
26 Murdar alman! (fran.) 
27 Murdar qaçqınlar (fran.) 
28 Murdar yəhudilər (fran.). 
29 Kef, (ing.). 
30 Sevirəm səni! (ital.). 
31 Məni sevirsən? (ital.). 
32 Mən həmişə səninlə idim… (ital.). 
33 Məni öp… (ital.) 
34 Sənsiz… mən yaşaya bilməzdim. (ital.).
__
 

Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə