Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə2/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   2   3   4   5   6   7   8   9   ...   112

– Bəlkə, birini də içəsiniz? 
Qadın başını yırğaladı. Ravik əli ilə xidmətçini çağırdı: 
– İki qədəh da kalvados gətirin. Ancaq qədəhlər bir az böyük olsun. 
– İri qədəhlərdə? Dolu? 
– Bəli. 
– Demək, ikiqat olsun. 
– Düz tapdınız. 
Ravik qət etdi ki, kalvadosu gətirən kimi içib dursun. Çox yorulmuşdu və darıxırdı. 
Əslində, hər təsadüfə dözümlü idi, qırx illik həyatında çox şeylər 
görübgötürmüşdü, 
belə işlərə çox rast gəlmişdi. Neçə ildir ki, Parisdə yaşayırdı, gecələr 
həmişə gec qayıdırdı və küçələrdə nə desən, görürdü. 
Xidmətçi qədəhləri gətirdi. Ravik tünd, kəskin qoxulu alma arağını götürüb, 
ehtiyatla qadının qarşısına qoydu. 
– Bunu da için, – dedi, – bir şey deyil, ancaq qızışarsınız. Başınıza nə gəldiyini 
bilmirəm, ancaq ürəyinizə salmayın. Çox şeyi ürəyə salmağa dəyməz. 
Qadın dinmədən onun üzünə baxırdı. Arağı hələ içməmişdi. 

– Doğrudan, elədir. Xüsusilə gecələr olan şeyləri, heç dəyməz. Gecələr hər şey 
adama dəhşətli gəlir. 
Qadın hələ də ona baxırdı, nəhayət, dilləndi: 
– Mənə təsəlli vermək lazım deyil... 
– Bu daha yaxşı... 
Ravik baxışları ilə xidmətçini axtardı. Bəsi idi, belə qadınları çox görmüşdü. 
Ürəyindən keçirirdi: «Yəqin rusdur. Çətini özünə yer eləməkdir, sonra adamın 
ağzından vururlar». 
– Russunuz? – deyə soruşdu. 
– Xeyr. 
Ravik haqq-hesabı kəsib, xudahafizləşmək üçün ayağa qalxdı. Qadın da sakitcə 
onunla bərabər durdu, sanki, belə də olamalı idi. Ravik tərəddüdlə ona baxdı, «eybi 
yoxdur, çıxan kimi, ayrılaram,» – deyə fikirləşdi. 
Bayırda yağış başlamışdı. Ravik qapının ağzındaca dayandı. 
– Hansı tərəfə gedəcəksiniz? – deyə soruşdu və qət etdi ki, qadın haranı desə, əks 
tərəfə dönsün. 
– Bilmirəm... hara olsa... 
– Harada yaşayırsınız? 
– Ora olmaz! Yox! Gedə bilmərəm... Ora olmaz! 
Qadın diksindi. 
Onun gözlərində qəflətən dəhşətli bir qorxu qığılcım kimi parıldayıb yox oldu. 
«Dalaşıb, – Ravik fikirləşdi, – nə üstündəsə sözləri çəp gəlib, acıq eləyib çıxıb. 
Sabah günortaya qədər düşünüb-daşınacaq, axırda geri qayıdacaq». 
– Heç kəsi tanımırsınız ki, yanına gedəsiniz? Tanışınız yoxdur? Meyxanadan zəng 
vurmaq olardı... 
– Xeyr, heç kəsim yoxdur. 
– Hər halda, bir yerə getməlisiniz. Pulunuz da yoxdur? 


– Var. 
– Onda mehmanxanaya gedin. Bu yaxın küçələrdə nə qədər desəniz, var. 
Qadın dinmədi. 
– Axı harayasa getməlisiniz, – Ravik hövsələdən çıxırdı. – Küçədə, yağışın altında 
qalası deyilsiniz ki... 
Qadın plaşını düymələdi. 
– Düz deyirsiniz, – dedi və sanki, nəsə yadına düşdü. – Düz deyirsiniz. Təşəkkür 
edirəm. Mənim üçün narahat olmayın, bir yer tapıb gedərəm. Təşəkkür edirəm. – O 
biri əli ilə plaşının yaxalığını qaldırdı. – Çox sağ olun... 
Altdan yuxarı nifrətlə Ravikə baxdı, gülümsəmək istədi, ancaq alınmadı. Sonra 
sakit, qəti addımlarla dumanlı-çiskinli küçəyə addımladı... 
Ravik bir anlığa yerindən tərpənmədi. «Lənət şeytana», – deyə təəccüblə, 
tərəddüdlə donquldandı. Heç bilmədi, nə oldu, necə oldu, o yazıq təbəssümmü, ya 
da baxışımı ona birdən dedi ki, dumanda azmış uşağa bənzəyən bu qadını tək 
buraxmayacaq. Tez onun arxasınca yönəldi: 
– Mənimlə gedək, – dedi, – sizin üçün bir şey fikirləşərik... 
Onlar Etual meydanına çatdılar. Çənli-çiskinli havada bu meydan elə böyük 
görünürdü ki, deyərdin, ucu-bucağı yoxdur. Duman qatılaşmışdı və yan-yörədə 

çarpazlaşıb ayrılan küçələr daha seçilmirdi. Görünən yalnız bu nəhəng meydan, 
solğun işıqlı ara-sıra fənərlər və bir də «Zəfər tağı»nın göylərdə dumana qarışıb 
itən daş qülləsi idi. Qüllə də, sanki, o çiskinli-dumanlı səmanın dirəyi idi və bu 
gecənin tənhalığında insanlığın son məzarını andıran naməlum əsgərin qəbri 
üstündəki sönük məşəli qoynuna almışdı... 
Onlar meydanı kəsə keçdilər. Ravik tələsirdi. O qədər yorulmuşdu ki, fikirləşməyə 
də heyi qalmamışdı. Təkcə qadının yüngül addım səslərini eşidirdi. 
Dinməzsöyləməz 
onun ardınca gedən qadın da başını sinəsinə əymiş, əllərini plaşının 
cibində gizlətmişdi və birdən Ravik bu meydanın tənhalığında hiss etdi ki, 
tanımadığı, bilmədiyi bu qadın, qəribə də olsa, bircə anlığa ona lap doğmalaşdı. 
Bəlkə də, bunun səbəbi elə tənhalığın özü, qadının da onun kimi qərib olması idi. 
Halbuki qadın onun üçün yad bir adamdır, görünür, illərin tənhalığı, qəribliyi 
onları yaxınlaşdırmışdı. 
Ravik Tern meydanının arxasında, Varqam prospekti ilə birləşən dar döngədəki 
balaca mehmanxanada qalırdı. Bina özü çox köhnəlmişdi, ancaq girişindəki lövhə 
təzəydi: «İnternasional» oteli. 
Zəngi basdı. 
– Boş otağınız var? – deyə qapını açan oğlandan soruşdu. Oğlan yuxulu-yuxulu, 
küt nəzərlərlə onun üzünə baxdı. 
– Növbətçi yoxdur, – nəhayət, o kəkələdi. 
– Özüm görürəm. Səndən boş otaq soruşdum... 
Oğlan tərəddüdlə çiyinlərini çəkdi. Ravikin yanında qadın olduğunu görürdü, 
ancaq niyə boş otaq soruşduğunu anlaya bilmirdi. Eşidib-bildiyinə görə belə 
hallarda ikinci otaq lazım gəlmirdi. 
– Madam yatır. Oyatsam, məni qovar, – deyə oğlan ayaqlarını bir-birinə sürtdü. 


– Yaxşı, onda özümüz baxarıq. 
Ravik ona çaypulu verərək, açarı götürdü, qabağa düşüb, pilləkənlə qalxdı. Öz 
otağını açmamış qonşu qapıya baxdı. Astanada ayaqqabı yox idi. Qapını iki dəfə 
tıqqıldatdı. Cavab gəlmədi. Ehtiyatla dəstəyi burdu. Qapı bağlı idi. 
– Dünən boş idi, – deyə Ravik mızıldandı, – pəncərə tərəfdən baxaq. Yəqin, sahibə 
özü bağlayıb. Qorxur ki, taxtabitilər qaçar. 
Öz otağını açdı. 
– Bircə dəqiqəliyə oturun, – qırmızı örtüklü divanı göstərdi. – İndicə gəlirəm. 
Ravik eyvana çıxan qapını açdı, dəmir arakəsməni aşıb, o biri otağın eyvanına 
düşdü, qapını itələdi. O da bağlı idi. Kor-peşman geri qayıtdı. 
– Bir şey çıxmadı. Sizə yer düzəldə bilmədim. 
Qadın divanın bir küncünə qısılmışdı. 
– Olar, bir az da oturum? 
Ravik diqqətlə onu süzdü. Yorğunluqdan üz-gözü qırışmışdı. Adama elə gələirdi 
ki, daha yerindən tərpənə bilməyəcək. 
– Qala da bilərsiniz. 
– Bircə dəqiqəliyə... 
– Buradaca yatın. Ən asan yolu budur. 
Qadın, deyəsən, onu eşitmədi. Asta-asta, demək olar ki, qeyri-ixtiyari başını 
buladı. 

– Gərək, məni küçədə qoyaydınız. İndi... deyəsən... gedə bilməyəcəyəm... 
– Mən də elə fikirləşirəm. Qalın, burada yatın. Ən yaxşısı budur. Sabah baxarıq. 
Qadın onun üzünə baxdı: 
– Mən sizə... 
– Allah xatirinə... – Ravik onu qabaqladı, – mənə mane olmursunuz. Hara 
gedəcəyini bilməyən adamların burada gecələdiyi birinci dəfə deyil. Bu 
mehmanxana qaçqınlar üçündür. Belə şeylər burada hər gün olur. Çarpayı sizin 
olsun, mən isə divanda yataram. Öyrəşmişəm... 
– Xeyr, xeyr! Mən elə burada oturacağam. Buradaca oturmağa icazə versəniz, 
bəsimdir. 
– Yaxşı, siz deyən olsun. 
Ravik paltosunu çıxarıb asdı. Sonra çarpayının üstündəki adyalı, yastığı götürüb, 
stullardan birini divana tərəf çəkdi. Vanna otağından uzun bir hamam xalatı gətirib, 
stulun başına asdı. 
– Olanım budur, – dedi, – istəsəniz, pijama da götürün. Siyirmədə olmalıdır. Daha 
sizinlə qurtardım. İstəyirsinizsə, gedin, yuyunun. Mənim hələ bir az işim var. 
Qadın başını buladı. Ravik gəlib onun qarşısında dayandı. 
– Plaşı isə indi çıxarmalı olacaqsınız, – dedi, – tamam sudur. Bereti də verin. 
Qadın ikisini də çıxarıb verdi. Ravik yastığı divanın bir küncünə qoydu: 
– Başınızı bura qoyarsınız. Stulu da ona görə qoymuşam ki, yıxılmayasınız. 
O, stulu divana bir az da yaxın çəkdi. 
– Ayaqqabılarınızı da çıxarın. İçində sellər-sular oynayır. Yaxşı sətəlcəmliksiniz... 
O, qadının ayaqqabılarını çıxartdı, siyirmədən bir cüt qısa yun corab götürüb, 
ayağına geydirdi. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə