Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə3/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   2   3   4   5   6   7   8   9   ...   112

– Bununla birtəhər keçinmək olar. Adam, gərək, ən çətin anlarda belə rahatlıq 
haqda düşünsün. Köhnə əsgərlik adətidir. 
– Təşəkkür edirəm, – qadın dilləndi, – təşəkkür edirəm. 
Ravik vanna otağına keçib kranları burdu. Su vannaya püskürdü. Qalstukunu 
çıxarıb, güzgüdə fikirli-fikirli özünə baxdı. İti gözləri çuxura düşmüşdü. Sifətdən 
arıq idi və o qədər əzgin görünürdü ki, gözlər olmasaydı, deyərdin, ölü sifətidir. 
Dodaqlar... Burun pərlərindən dodaqların ucuna qədər uzanan nazik qırışlar... Sağ 
gözünün üstündəki uzun çapıq saçlarına qədər gedib çatmışdı... 
Telefon zəngi onu xəyaldan ayrıdı. Lənət şeytana! Bircə anlığa hər şeyi 
unutmuşdu. Onda belə hissə qapılma halları olurdu. Hələ içəridəki qadın... 
– Gəlirəm, – deyə qışqırdı. 
– Qorxdunuz? – deyə o, dəstəyi qaldırdı. – Necə? Bəli... Yaxşı... hə, əlbəttə, olar... 
Bəli... harada? Yaxşı, bu dəqiqə gəlirəm... İsti qəhvə... Tünd olsün... Bəli... 
O, dəstəyi yavaşca yerinə qoydu, fikirli-fikirli divanın ayaq tərəfində oturdu. 
Sonra: 
– Mən gedəsi oldum, – dedi, – tələsikdir... 
Qadın o dəqiqə ayağa durdu. Azacıq səndələdi, stula söykəndi. 
– Yox, yox! – Ravik qadının bu hərəkətindən riqqətə gəldi. – Siz qalın. Yatın... 
Mən bir-iki saatlığa gedirəm... Bilmirəm, nə qədər çəkər... Qalın... 

Paltosunu geydi. Qəflətən ağlına bir fikir gəldi və o dəqiqə də yoxa çıxdı. Qadın 
oğurluq eləməzdi. Bu, eləsindən deyildi. Elələrini yaxşı tanıyırdı. Bir də oğurlanası 
nəyi var idi? 
– Olar, mən də gedim? – Qadın bu sözləri deyəndə Ravik artıq qapıya çatmışdı. 
– Xeyr, olmaz! Siz qalın. Nə lazım olsa, götürün. İstəyirsiniz, çarpayıda yatın. 
Konyak da var. Yatın... – O geri dönüb çıxmaq istədi. 
– Qoyun işıq yana-yana qalsın. – Qadın bu sözləri qəflətən, tələsə-tələsə dedi. 
Ravik əlini dəstəkdən çəkdi. 
– Qorxursunuz? 
Qadın başını buladı. Ravik başı ilə açara işarə elədi: 
– Qapını arxamca bağlayın, ancaq açarı çıxarın. Aşağıda biri də var, onunla 
açaram... 
Qadın yenə başını buladı: 
– Qorxuram... Xahiş edirəm, qoyun işıq yana-yana qalsın. 
– Belə de... – Ravik sınayıcı nəzərlərələ ona baxdı: – Onsuz da söndürmək 
istəmirdim. Qoyun beləcə qalsın. Başa düşürəm... Özümün də başıma gəlib. 
Akasiya küçəsinin tinində taksi rast gəldi. 
– Laurstan küçəsi, on dörd. Bir az cəld olun. 
Sürücü maşını döndərib Karno prospektinə çıxdı. Onlar dö le Qrand Arme 
prospektinə çatanda sağ tərəfdən balaca, ikiadamlıq bir maşın çıxdı. Əgər küçə yaş 
və sürüşkən olmasaydı, toqquşardılar. Əyləci basanda o biri maşın düz küçənin 
ortasına kimi sürüşdü, az qaldı, qabağı taksiyə dəysin. «Reno» markalı maşın idi, 
fırfıra kimi fırlanırdı. Sükanın arxasında eynəkli, qara şlyapalı bir kişi oturmuşdu 
və maşın fırlandıqca, hərdən avazımış sifəti görünürdü. Sonra maşın düzəldi, 
küçənin başında, Aida darvazasının yanında, üzü «Zəfər tağı»na tərəf dayandı. 


Uzaqdan yaşıl böcəyə oxşayırdı. Sürücü əlini pəncərədən çıxarıb yumruğu ilə 
onları hədələdi. Taksinin sürücüsü Ravikə tərəf döndü: 
– Beləsini heç görmüsünüz? 
– Bəli. 
– Şlyapasına bax! Kim başına şlyapa qoyub, gecə vaxtı belə sürətlə maşın sürər? 
– Günah sizdə idi, çünki o, baş küçə ilə gedirdi. Niyə söyürsünüz? 
– Əlbəttə, günah bizdə idi. Elə ona görə də söyürəm. 
– Bəs günah onda olsa, neyləyərdiniz? 
– Onda da söyərdim. 
– Deyəsən, çox zarafatcıl adama oxşayırsınız... 
– Onda başqa cür söyərdim, – deyə sürücü maşını Foş prospektinə döndərdi. – Belə 
də təəccüblənməzdim. Aydın oldu? 
– Xeyr. Tinlərdə bir az yavaş sürün. 
– Onsuz da yavaş gedirəm. Küçələrə, elə bil, yağ çəkilib. Siz ki mənə qulaq asmaq 
istəmirsiniz, niyə danışdırırsınız? 
– Çünki yorulmuşam, – Ravik hövsələdən çıxırdı, – çünki gecədir. Bir az bərk 
sürün. 
– Bu, başqa məsələ... – Sürücü əlini furajkasının günlüyünə apardı. – Başa 
düşdüm. 
Birdən Ravikin ağlına nəsə gəldi: 

– Bura baxın, – dedi, – siz russunuz? 
– Xeyr. Ancaq müştəri gözləyəndə əlimə keçəni oxuyuram. 
«Bu gün mənimki ruslar sarıdan gətirmir, – deyə Ravik ürəyindən keçirdi və 
arxaya söykəndi. – İndi bir fincan qəhvə olaydı... Özü də tünd, isti... Yəqin, orada 
var... Gərək, əllərim titrəməsin... Yoxsa, Veberə iynə vurdurası olaram». 
O, şüşəni aşağı salıb, nəm havanı acgözlüklə ciyərlərinə çəkdi... 
II 
Balaca cərrahiyyə otağı çox işıqlı idi və tərtəmiz saxlanan sallaqxanaya oxşayırdı. 
Hər yanda qana bələnmiş pambıqla dolu vedrələr, sarğılar, tamponlar! Elə bil, 
onlardan otağa qırmızı işıq süzülürdü. Veber üzbəüz otaqda, üstünə lak çəkilmiş 
dəmir stolun arxasında oturub nəsə yazırdı. Tibb bacısı alətləri qaynadırdı. Su 
pıqqıldayır və bu zaman, sanki, otaqdakı işıq cızıldayırdı. Ancaq cərrahiyyə 
stoluna uzadılmış meyit bunların hamısına biganə idi, heç nədən xəbəri yoxdur. 
Ravik duru sabunu əllərinə töküb, yumağa başladı. Çox acıqlı idi və əllərini elə 
bərk sürtürdü ki, deyərdin, dərisini soymaq istəyir. 
– Tfu… – o, kobud bir söyüş söydü. Tibb bacısı ikrahla ona baxdı. Veber başını 
qaldırdı: 
– Sakit olun, Ejeni, bütün cərrahlar söyür. Xüsusilə, işləri düz gətirməyəndə! 
Gərək, siz indiyə kimi buna öyrəşmiş olaydınız. 
Tibb bacısı xeyli aləti qaynayan suyun içinə atdı, incik tərzdə dilləndi: 
– Professor Pere heç vaxt pis söz danışmazdı. Buna baxmayaraq, o da çox adama 
həyat bəxş eləyirdi. 
– Professor Pere beyini sahəsində mütəxəssis idi. Onunku zərif, dəqiq zərgər işidir, 
Ejeni. Biz isə qarın-bağırsaqla əlləşirik. Bu, tamam başqa şeydir. – Veber 


dəftərçəni örtüb ayağa durdu. – Yaxşı işlədiniz, Ravik. Ancaq bizdən əvvəl kimsə 
başdansovu iş görübsə, neyləmək olar?! 
– Xeyr, olar. Bəzən olur… – Ravik əllərini silib, siqaret yandırdı. Tibb bacısı heç 
nə deməyib, narazılıqla pəncərəni açdı. 
– Afərin, Ejeni! – Veber onu alqışladı. – Həmişə qayda-qanunu gözləyirsiniz. 
– Mənim həyatda hələ arzularım var, belə tez ölmək istəmirəm. 
– Çox gözəl, Ejeni, bu da bir təsəllidir. 
– Ancaq elələri var ki, heç nəyi yoxdur. İstəmirlər də olsun… 
– Bu, sizə aiddir, Ravik, – Veber güldü. – Yaxşısı budur, tez aradan çıxaq. Səhərlər 
Ejeni çox acıqlı olur. Onsuz da burada bizlik iş qalmadı. 
Ravik dönüb həyatda arzuları olan tibb bacısına nəzər saldı. Qız da çəkinmədən 
onun gözlərinin içinə baxdı. Gözlərindəki nikelli eynək Ejenin ifadəsiz üzünə nəsə 
bir sərtlik verirdi. O da Ravik kimi bir adam idi, ancaq nədənsə ona yovuşa 
bilmirdi. 
Ravik: 
– Bağışlayın, – dedi, – siz haqlısınız. 
10 
Dümağ stolun üstünə uzadılan şey bir az da bundan qabaq özündə ümid işartısı, 
dözüm yaşadan titrək bir həyat parçası idi. İndi isə cansız meyit olmuşdu və 
ömründə heç vaxt səhv addım atmadığı ilə öyünən Ejeni adlı avtomat insan onun 
üstünə ağ mələfə çəkib apardı. «Belələri həmişə hər şeyə dözürlər, – Ravik 
ürəyindən keçirdi. – Günəşin bu daşürəklilərdən xoşu gəlmir, ona görə də onları 
unudur və axır nəticədə, belələri çox yaşayır». 
Veber dilləndi. 
– Hələlik, Ejeni, bu gün doyunca yatın. 
– Hələləik, doktor Veber. Təşəkkür edirəm, cənab doktor. 
– Hələlik. – Bunu da Ravik dedi. – Bayaqkı söyüşə görə də bağışlayın. 
– Sabaha qədər. – Ejeni çox soyuq tərzdə cavab verdi. Veber üz-gözünü turşutdu: 
– Yaman tündməcaz qızdır. 
Bayırda tutqun bir səhər açılırdı. Küçədən zibildaşıyan maşınların tırıltısı eşidilirdi. 
Veber yaxalığını qaldırdı: 
– Çox pis havadır. Sizi aparım, Ravik? 
– Xeyr, təşəkkür edirəm. Piyada gedəcəyəm. 
– Belə havada? Apara bilərəm. Heç bir tin də deyil. 
Ravik başını yırğaladı: 
– Təşəkkür edirəm, Veber. 
Veber onu sınayıcı nəzərlərlə süzdü: 
– Qəribədir, – dedi, – bıçağınızın altından kimsə sağ çıxmayanda hələ də 
həyəcanlanırsız. On beş ildir adam yarırsınız, belə şeyləri çox görmüsünüz. 
– Bəli, çox görmüşəm. Amma yenə həyəcanlanıram. 
Kök, boy-buxunlu Veber onunla üzbəüz dayanmışdı. Kopuş yanaqları Normandiya 
alması kimi qıpqırmızı idi. Yağış islatdığından qara, qısa bığları işıldayırdı. 
Səkinin kənarında bir «Buik» dayanmışdı və o da beləcə işıldayırdı. Veber indi ona 
minib evinə gedəcək. Çəhrayı rəngli evi şəhərin kənarında idi. Bu evdə onu 
tərtəmiz, gözqamaşdıran arvadı, bir cüt tərtəmiz, gözqamaşdıran balası, tərtəmiz, 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə