Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə5/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   2   3   4   5   6   7   8   9   ...   112

Qapıçı onu görən kimi: 
– Bağlayırıq, – dedi, – heç kəs qalmayıb. 
– Heç kəs? 
– Təkcə madam Rolandadır. Qızlar dağılışıb. 
– Çox yaxşı. 
Qapıçı narazı tərzdə ayağındakı qaloşları daş döşəməyə sürtdü. 
– Taksini buraxırsınız? Sonra tapmaq çətin olacaq. İşin axırıdır. 
– Bunu bir dəfə dediniz. Narahat olmayın, taksi taparam. 
Ravik qapıçının döş cibinə bir qutu siqaret basıb içəri girdi, asılqanın yanındakı 
ensiz qapıdan böyük zala keçdi. Bar bomboş idi; ətrafa dağılmış şərab, çevrilmiş 
stullar, döşəmədəki siqaret kötükləri, tütün, ətir qoxusu yenicə qurtarmış kef 
məclisindən xəbər verirdi. 
– Rolanda! 
Rolanda, üstündə çəhrayı rəngli ipək paltarlar qalaqlanmış stolun yanında 
dayanmışdı və Raviki görəndə heç təəccüblənmədi: 
– Gecdir, Ravik. Nə istəyirsən? Qız, yoxsa içmək? Bəlkə, ikisini də? 
– Araq. Polşa arağı. 
Rolanda şüşə və qədəh gətirdi. 
13 
– Özün süz, iç. Mən, gərək, bu paltarları seçib yazam. Camaşırxananın maşını 
indicə gələcək. Hamısını bircə-bircə yazmasan, bu qırxquldur çırpışdırır. 
Sürücüləri deyirəm! Öz qızlarına hədiyyə eləyirlər… 
– Musiqi çaldır, Rolanda. Özü də lap ucadan. 
– Yaxşı. 
Rolanda cihazı işə saldı. Gur musiqi səsi bu nəhəng, boş zalı başına götürdü. 
– Çox gur oldu, Ravik? 
– Xeyr. 
«Çox gur? Nə idi çox gur olan? Yalnız buradakı sükut! Havasız otaq kimi adamı 
boğan sükut!» 
– Qurtardım! – Roland Ravikə yaxınlaşdı. Onun şax qaməti, aydın sifəti, sakit, 
qara gözləri vardı. Əynindəki abırlı qara paltardan bilinirdi ki, dayədir və bu paltar 
onu, demək olar ki, çılpaq gəzən fahişədən fərqləndirirdi. 
– Mənə yoldaşlıq elə, Rolanda. 
– Yaxşı. 
Ravik bardan ayrı qədəh gətirib araq süzdü. Qədəh yarıya çatanda Rolanda şüşədən 
yapışdı: 
– Bəs eləyər. Çox içən deyiləm. 
– Yarımçıq qədəhdən zəhləm gedir. İçmədiyin qalar. 
– Niyə? Bu ki bədxərclikdir. 
– Bədxərcliyə bax! Fransızlar ömrü boyu ondan qorxublar! Qısmaq nəyə lazımdır? 
Axı sənin həyatına heç kəs qənaət eləmir… 
– Bu, alverdir, tamam başqa şeydir. 
Ravik güldü: 
– Gəl onda elə bu sağlığa içək! Görəsən, alver qayda-qanunları olmasaydı, dünya 
neyləyərdi?! Canilərlə, idealistlərlə, tənbəllərlə dolardı. 


– Sənə qız lazımdır, Ravik. İstəyirsən, Kikiyə zəng vurum. Qəşəng qızdır, iyirmi 
bir yaşı var. 
– Belə de… Bunun da iyirmi bir yaşı var. Yox, o, bu gün mənim malım deyil. 
Ravik qədəhini doldurdu. 
– Rolanda, yuxuya getməzdən əvvəl nə haqda fikirləşirsən? 
– Çox vaxt heç fikirləşmirəm. Yaman yoruluram. 
– Bəs çox yorğun olmasan? 
– Tur barədə. 
– Niyə? 
– Xalamın orada evi var. Altı da mağazadır. İki dəfə girov haqqını mən vermişəm. 
Yetmiş altı yaşı var, öləndə ev mənə qalacaq. İstəyirəm. mağazanı kafe eləyim. 
Açıq rəngli güllü divarlar, üç nəfər musiqiçi – piano, skripka, violonçel… Arxası 
da var… Xudmani bir kafe… Ev gedişli-gəlişli yerdədəir. Mənə elə gəlir, 
pərdələri, çilçırağı ilə bir yerdə doqquz min beş yüz franka başa gətirmək olar. 
İstəyirəm, ilk günlər üçün beş min frank da ehtiyatım olsun. Bir də ikinci, üçüncü 
mərtəbələrin kirayəsi… Mən bunlar haqda düşünürəm, Ravik. 
– Sən Turda anadan olmusan? 
– Bəli. Ancaq o vaxtdan hara getdiyimi bilən yoxdur. İşlər yaxşı getsə, heç 
maraqlanan da olmayacaq. Pul hər şeyi həll eləyir. 
14 
– Hər şeyi yox, çox şeyi… 
Ravik gicgahlarında küt ağrı hiss elədi, gördü ki, dili dolaşır. 
– Deyəsən, çox içdim, – deyə cibindən pul çıxardı. – Turda ərə gedəcəksən, 
Rolanda? 
– Gedən kimi yox. Bir az keçsin, sonra… Orada adamım var. 
– Onun yanına gedirsən? 
– Hərdən. Arabir özü məktub yazır. Əlbəttə, başqa ünvana. Evlidir, ancaq arvadı 
xəstəxanada yatır. Vərəmdir. Həkimlərin dediyinə görə, bir-iki ilə ancaq yaşayar. 
Sonra tək olacaq. 
Ravik durdu. 
– Allah özü sənə kömək olsun, Rolanda. Sənin çox sağlam düşüncə tərzin var. 
Rolanda inamla gülümsədi. Ona elə gəldi ki, Ravik düz deyir. Aydın sifətində daha 
yorğunluq əlaməti görünmürdü. Gümrah idi, elə bil yenicə yuxudan durmuşdu. Nə 
istədiyini yaxşı bilirdi. Həyatın ondan gizli heç bir sirri yoxdur. 
Bayırda hava işıqlanmışdı. Yağış da kəsmişdi. Qapıçı getmiş, gecə öz qınına 
çəkilmiş, gündüz başlamışdı. Dəstə-dəstə tələsən adamlar basabasla metrolara 
doluşurdular. Sanki, bu metrolar yarğanlar idi, adamlar da özlərini qədim Allahlara 
qurban vermək üçün ora girirdilər… 
Qadın divandan dik atıldı. Qışqırmadı, zəif, boğuq bir səs eşidildi, dirsəklənib 
yerindəcə dondu. 
– Qorxmayın! – Ravik tez dilləndi. – Mənəm. Sizi bura gətirən adamam. 
Qadın dərindən nəfəs aldı. Ravik onu güclə seçirdi. Hələ də yanan elektrik işığı 
pəncərədən süzülən günəş işığına qarışaraq otağı solğun, sarıya ölgün bir işığa 
bələmişdi. 
– Zənnimcə, indi söndürmək olar, – deyib Ravik düyməni burdu. O, yenə də 


gicgahlarında küt ağrılar hiss edirdi. – Səhər yeməyi istəmirsiniz? – deyə soruşdu. 
O, qadını büsbütün unutmuşdu, gəlib aşağıdan açarı götürəndə xatırlamış və elə 
bilmişdi ki, getmiş olar. Kaş elə getmiş olaydı! Ravik çox içmişdi, şüurunun 
pərdələri çəkilmiş, zamanın cingiltili zənciri sınmış, qorxu-hürkü bilməyən coşğun 
xatirə və xəyallar onu öz qoynuna almışdı. O, indi tək qalmaq istəyirdi… 
– Qəhvə istəyirsiniz? – deyə yenə soruşdu. – Burada ondan yaxşı heç nə olmur. 
Qadın başını buladı. Ravik diqqətlə onu süzdü. 
– Nə olub? Gələn var idi? 
– Xeyr. 
– Ancaq nəsə olub. Mənə elə birtəhər baxırsınız ki… 
Qadının dodaqları tərpəndi və «İy var» sözləri eşidildi. 
– İy? – Ravik heç nə anlamadı. – Araqdan iy gəlməz. Gilas arağı, brendi də elə… 
Siqaret də deyil, çünki özünüz çəkənsiniz. Burada qorxmağa özgə nə səbəb ola 
bilər? 
– Elə demək istəmirəm… 
– Allah eşqinə, bəs nəyi deyirsiniz? 
– Həminkidir… Həmin iydir… 
– İlahi, efir iyi olacaq!.. – Bu, birdən Ravikin ağlına gəldi. – Efirdir? 
Qadın başını tərpətdi. 
– Nə vatsa təşrih olunmusunuz? 
15 
– Xeyr. Bu… 
Ravik daha qulaq asmadı, gedib pəncərəni açdı: 
– Bu dəqiqə keçib kedəcək. Hələlik bir siqaret çəkin. 
O, vanna otağına keçib, kranları burdu. Güzgüdə özünə baxdı. Bir-iki saat bundan 
qabaq da beləcə dayanmışdı. Bu arada insan ölmüşdü. Əlbəttə, görünməmiş şey 
deyildi. Hər an minlərlə adam ölür. Bu haqda dəqiq hesablamalar da var. 
Görünməmiş iş deyildi. Ancaq ölən adam üçün çox şey deməkdir, hətta öz 
gedişində olan dünyada da qiymətli. 
Vannanın kənarında oturub ayaqqabılarını çıxardı. Eyni şeylər idi, təkrar olunurdu. 
Hər gün gördüyü əşyalar və onların lal hökmü! Bayağılıq, abırsız adətlər… Adam 
lap çaşbaş qalır! Məhəbbət dənizinin ürək adlı çiçəklənən sahili… Kim olursan ol, 
istəyir şair ol, istəyir yarımallah, istəyir də lap axmağın biri, fərqi yoxdur, hər ikiüç 
saatdan bir öz dünyandan qopub ayaqyoluna getməlisən. Heç kim ondan yaxa 
qurtara bilməz! Təbiət adamı beləcə dolayır! Bir yanda romantik xəyal dünyası, bir 
yanda da şirə ifraz eləyən vəzilər, acından quruldayan qarın… İnsana nədənsə 
ləzzət almaq üçün verilən üzvlər həm də nəyisə içəridə seçib ayırır… Ravik 
ayaqqabıları küncə itələdi. Bir də bu zəhlətökən soyunmaq adəti! Ondan yaxa 
qurtarmaq olmur. Yalnız tək yaşayanlar bunu duya bilər. Bu adətdə nəsə iyrənc bir 
mütilik, üzüntü vardı. Ondan canını qurtarmaq üçün çox vaxt geyimli yatmışdı. 
Ancaq nə xeyri, bunu da bir dəfə, iki dəfə eləyirsən… Yox, ondan yaxa qurtarmaq 
olmaz. 
Şırnağı açdı. Sərin su bədənini qıdıqladı. Sinə dolusu nəfəs alıb qurulandı. Bu da 
xırda adətlərin təsəllisi! Su, nəfəs və bir də axşam yağışı. Yalnız tənha qalmış 
adamlar onu yaxşı bilər. Suya «sağ ol» deyən dəri, napnazik, gömgöy damarlardan 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə