Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə7/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   2   3   4   5   6   7   8   9   10   ...   112

– Siz provanslısınız? – deyə soruşdu 
Kişi duruxdu: 
– Xeyr. Bu nə deməkdir ki? – O lap çaşbaş qalmışdı. 
– Heç nə. Sadəcə olaraq, sözünüzün arasına girmək istədim. Belə hallarda mətləbə 
dəxli olmayan şeylər soruşmaq lazımdır. Yoxsa, düz bir saat danışardınız. 
– Siz kimsiniz, müsyö? Nə istəyirsiniz? 
– Bu, sizin səhərdən bəri danışdıqlarınızın içində ən ağıllı söz oldu. 
Kişi özünü yığışdırdı. 
– Siz kimsiniz ki? – O, bunu elə sakit, elə ehtiyatla soruşdu ki, sanki, hörmətizzətli 
bir adamı incidəcəyindən qorxurdu. 
– Həkim. 
Kişi gördü ki, qorxulu adam deyil. 
– Bizə həkim lazım deyil! – O, təzədən əsib-coşmağa başladı. – Polis lazımdır! – 
Diqqətlə gah Ravikə, gah da qadına baxdı, elə bildi ki, indicə qorxu, etiraz, 
yalvarış başlayacaq. 
– Yaxşı fikirdir. Bəs niyə çağırmırsınız? Siz ki onun öldüyünü çoxdan bilirsiniz. 
Kişi heç nə deməyib, acıqla Raviki süzdü. 
– İndi mən deyim niyə… – Ravik bir addım irəli gəldi. – Çünki müştərilərinizin 
dərdindən hay-küy qaldırmaq istəmirsiniz. Bundan xəbər tutan kimi, çoxu köçüb 
gedəcək. Ancaq polis gəlməlidir, çünki qanun belədir, hər şeyi sakitcə yoluna 
qoymaq isə özünüzdən asılıdır. Əslində, bunun sizə dəxli yoxdur. Qorxmusunuz ki, 
19 
sizin boynunuza atıb qaçarlar. Nahaq yerə! Bir də haqq-hesabdan qorxmusunuz. 
Haqqınız çatacaq. Mən indi meyitə baxmaq istəyirəm, sonra hər şeyi özüm həll 
edərəm. 
Ravik kişinin yanından keçib gedərkən, qadından soruşdu: 
– Hansı otaqdır? 
– On dörd. 
– Siz lazım deyilsiniz, gəlməyin, hər şeyi özüm yoluna qoyaram. 
– Xeyr, qala bilmərəm. 
– Hamısını təzədən görməyin nə mənası? 
– Xeyr, qala bilmərəm. 
– Yaxşı necə istəyirsiniz… 
Otaq alçaq tavanlı idi və pəncərəsi küçəyə baxırdı. Qulluqçu qızlar, mərtəbə 
növbətçiləri və xidmətçilər qapıya yığışmışdılar. Ravik onları dağıtdı. Otaqda iki 
çarpayı vardı. Divarın yanındakı kişi uzanmışdı. Rəngi saralmışdı, mumyalanmış 
kilsə xadimi kimi dümdüz uzanmışdı, qara, qıvrım saçları, əynində də qırmızı ipək 
pijama vardı. Əlləri sinəsinə çarpazlanmışdı. Yanındakı balaca kətilin üstündə 
balaca, ucuz, ağacdan yonulmuş madonna fiquru vardı. Onun üstündə pomada 
ləkəsi qalmışdı. Ravik fiquru götürüb arxasına baxdı: «Made in Germany» 
yazılmışdı. Diqqətlə meyitə baxdı. Dodaqlarına boya çəkməmişdi. Üzdən eləsinə 
də oxşamırdı. Gözləri yarıaçıq idi. Biri o birinə nisbətən daha çox açılmışdı. 
Onlardan biganəlik yağırdı və üzündə, elə bil, əbədi həsrət nişanəsi donub 
qalmışdı… 
Ravik meyitə tərəf əyildi. Stolun üstündəki dərman şüşələrinə baxıb, onu müayinə 


etməyə başladı. Zor işlədilməmişdi. Dikəldi. 
– Ona baxan həkimin adı nə idi? – deyə qadından soruşdu. – Adını bilirsiniz? 
– Xeyr. 
Ravik diqqətlə onun üzünə baxdı: rəngi qaçmışdı. 
– Keçin oturun. – O, küncdəki stulu göstərdi. – Yerinizdən tərpənməyin. Həkim 
çağıran xidmətçi buradadır? – Qapıdan içəri boylananlara göz gəzdirdi. 
– Bu mərtəbəyə Fransua baxır, – döşəməsilən ağacı tüfəng kimi sinəsinə sıxmış 
süpürgəçi qadın dilləndi. 
– Fransua kimdir? 
Xidmətçi irəli durdu. 
– O həkimin adı nə idi? 
– Bonne. Çarlz Bonne. 
– Telefon nömrəsini bilirsiniz? 
Xidmətçi eşələyib cibindən nömrəni tapdı. 
– Passi, 2743. 
– Yaxşı… – Ravik boylanan adamların arasından sahibkarın sifətini də gördü. – 
Bəlkə, qapını bağlayaq? Yoxsa, istəyirsiniz, küçədən keçənlər də tökülüşüb 
gəlsinlər? 
– Xeyr, xeyr! Dağılışın. Hamınız dağılışın! Nəyə yığışıbsınız? İş vaxtı deyil? Mən 
axı sizə pul verirəm. – Kişi hamını çıxarıb, qapını bağladı. 
20 
Ravik dəstəyi götürüb əvvəlcə Veberə zəng vurdu, onunla bir az da danışdı. Sonra 
Bonnenin nömrəsini yığdı. Bonne qəbul otağında idi. O, qadının dediklərini təsdiq 
elədi. 
– Kişi ölüb. Ölüm şəhadətnaməsini yazmaq üçün gələ bilməzsiniz? 
– O, məni qovdu. Özü də təhqir elədi! 
– Daha təhqir eləyə bilməz. 
– Heç haqqımı da vermədi. Mənə tamahkar, fırıldaqçı dedi. 
– Bəs pulunuzu da almağa gəlməzsiniz? 
– Adam göndərərəm. 
– Yaxşısı budur, özünüz gəlin. Yoxsa pulu görməyəcəksiniz. 
– Yaxşı, gələrəm, – Bonne bir az tərəddüd eləyəndən sonra razılaşdı. – Ancaq pulu 
almamış, heç nəyə qol çəkən deyiləm. Üç yüz frank eləyir. 
– Çox gözəl, üç yüz frank olsun, verərik. – Ravik dəstəyi asıb qadına tərəf döndü: 
– Təəssüf ki, bunların hamısına siz də qulaq asmalı oldunuz. Başqa çıxış yolu yox 
idi. O, bizə lazımdır. 
Qadın pulu çıxardı: 
– Eybi yoxdur, – dedi, – bu mənim üçün yenilik deyil. Bu da pul… 
– Hələ lazım deyil. İndicə gələcək. Onda verərsiniz. 
– Şəhadətnaməni özünüz yaza bilməzdiniz? 
– Xeyr, həkim gərək fransız olsun. Müalicə eləyən həkim olsa, daha yaxşıdır… 
Bonne qapını arxasınca örtən kimi, otağa dərin sükut çökdü. Sanki, içəridən bircə 
adam deyil, qoşun çıxmışdı. Küçədən eşidilən səs də batmışdı, elə bil o, qatı havanı 
yarıb divara dəyir və ətrafa səpələnirdi. Bir neçə saatlıq get-gəldən, çək-çevirdən 
sonra meyit ilk dəfə özünü hiss etdirməyə başladı. Onun yaratdığı dəhşətli sükut bu 


kasıb otağı başına götürmüşdü. Əynindəki ipək pijama par-par parıldasa da, o 
çoxdan ölmüş təlxək təsiri bağışlayırdı, çünki tərpəniş yox idi. Bütün canlılar 
hərəkət edir və hərəkət edirsə, demək, onda güc olur, qəşəng olur, gülünc olur. 
Bunlarsa əbədi sükuta dalmış şeylərin yaratdığı müvəqqəti əzəmət deyildi. Belə 
əzəmət yalnız ölümdə olur və insan öləndə, bircə anlığa da olsa, əzəmətli görünür. 
– Evlənməmişdiniz? – Ravik soruşdu. 
– Xeyr. Niyə soruşdunuz ki? 
– Qanuna, miras qalmış şeylərə görə. Nəyin sizə, nəyin ona məxsus olduğunu polis 
müəyyənləşdirəcək. Nəyiniz varsa, götürün. Onunkuları polis aparacaq, 
qohumlarından kim tapılsa, ona verəcək. Qohumu var? 
– Fransada yoxdur. 
– Siz onunla yaşayırdınız? 
Qadın cavab vermədi. 
– Çoxdan? 
– İki il idi. 
Ravik yan-yörəsinə boylandı: 
– Çamadanınız yoxdur? 
– Var idi… Orada… Divarın yanında idi… Dünən axşam orada idi… 
– Aha, sahibkar… – Ravik qapını açanda əlində döşəməsilən ağacı tutmuş 
süpürgəçi tez geri çəkildi. – Bu hərəkətiniz heç yaşınıza yaraşmır, anacan. 
Sahibkarı çağırın. 
21 
Qadın etiraz eləmək istədi, ancaq Ravik ona imkan vermədi: 
– Düz eləyirsiniz. Sizin yaşda olanda adam hər şeylə maraqlanır. İndi isə sahibkarı 
çağırın. 
Qarı nəsə mızıldadı, ağacı sürüyə-sürüyə gözdən itdi. 
– Çox təəssüflər olsun… – Ravik qadına tərəf döndü. – Başqa çıxış yolu yoxdur. 
Bir az yaxşı çıxmır, ancaq, gərək, indi eləyək. Bəlkə də, indi başa düşmədiniz, 
ancaq belə lazımdır. 
– Başa düşürəm. 
Ravik diqqətlə ona baxdı: 
– Başa düşürsünüz? 
– Bəli. 
Sahibkar, əlində kağız, qapını döymədən içəri girdi. 
– Çamadanlar haradadır? – Ravik onu qabaqladı. 
– Əvvəlcə haqq-hesab… Buyurun, əvvəlcə haqq-hesabı verin. 
– Xeyr, əvvəlcə çamadanları gətirin. İndiyə kimi heç kəs haqq-hesabdan boyun 
qaçırmayıb. Otaq hələlik bizimdir. Gələn dəfə içəri girəndə qapını döyün. 
Haqqhesabı 
da bura verin, deyin ki, çamadanları gətirsinlər. 
Kişi acıqlı-acıqlı ona baxdı. 
– Qorxmayın, pulunuz çatacaq. 
Kişi çıxıb, qapını ardınca çırpdı. 
– Pul çamadandadır? – Ravik qadına tərəf döndü. 
– Mən… mən… xeyr… Deyəsən, yox… 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə