Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə105/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   101   102   103   104   105   106   107   108   ...   112

– Heç vaxt!–Ravik də söhbətə qarışdı.–Bu cür ağızdan yava adamları tez yola 
gətirmək olur. 
– Elə şeyi bacarmaram... Kimsə məni təhqir eləsin, mən də ona pul verim! 
Morozov etiraz etdi: 
285 
– Əsl təhqir odur ki, birbaşa sənin özünə deyilsin. Bununku ümumi təhqirdir. Siz 
də ona çaypulu verib təhqir eləyin! 
– Yaxşı... yaxşı,–deyən Şternin gözlərinə təbəssüm qondu. 
Pul çıxarıb yügdaşıyanlara verdi. İkisi də onu ikrahla götürdü. Ştern də eyni ikrah 
hissi ilə pulqabını qaytarıb cibinə qoydu. Yükdaşıyanlar ora-bura baxıb, Həbəşistan 
stullarını maşına yığmağa başladılar. Servantı qəsdlə lap axırda yüklədilər. Onu 
qoyanda bir az yana əydilər, sağ tərəfi maşına dəydi. Selma içini çəkdi, ancaq 
dinmədi. Ştern isə bunu heç görmədi. Elə hey dönə-dönə vizasını, kağızlarını 
yoxlayırdı. 
Morozov: 
– Heç nə küçəyə yığılmış mebel qədər adama pis təsir eləmir,–dedi. 
Növbə Vaqnerlər ailəsinə çatdı. Bir neçə stul və görkəmindən qüssə-kədər yağan 
çarpayı... Onu da utanmadan düz küçənin ortasına qoymuşdular... Üstünə «Qrand- 
Otel», «Qardone» və «Adlon», «Berlin» şəkilləri yapışdırılmış iki çamadan... Qızıl 
çərçivəli açılıb-yığılan güzgü. Küçənin şəkli indi də ora düşürdü. Və bir də mətbəx 
ləvazimatı. Bilinmirdi ki, bunları Amerikaya nəyə aparırdılar... 
– Qohumlarımız...–Leone Vaqner dilləndi.–Çikaqodakı qohumlarımız düzəltdi 
hamısını... Pul, viza göndərdilər, qonaq çağırdılar. Oradan da Meksikaya 
gedəcəyik. Qohumlarımız! Qohumlarımız elədi! 
Qadın utanırdı. Burada qalanların baxışlarını üzərində hiss etdikcə özü özünə 
fə__________rari 
kimi görünürdü. Ona görə də tez getmək istəyirdi. Hətta yükdaşıyanlara da kömək 
elədi. Yalnız birinci tini burulandan sonra rahat nəfəs alacaqdı. Ancaq onda da yeni 
bir qorxu başlayacaqdı. Görəsən, gəmi yola düşəcəkmi? Onları sahilə 
buraxacaqlarmı? Görəsən, geri göndərməzlər ki? Bir qorxu gedən kimi, ayrısı 
gəlirdi. Neçə ildi ki, beləydi... 
Subay Ştoltsun, demək olar ki, kitablardan başqa heç nəyi yox idi. Bircə çamadan 
pal-paltarı və bir də kitabları... İlk çaplar, qədim nəşrlər, təzə kitablar. 
Qəddi əyilmiş bu qırmızıbaş kişi lap yazıqlaşmışdı... 
Qalan qaçqınlar yavaş-yavaş mehmanxananın qapısı ağzına yığışırdılar. Çoxu 
dinmir, yalnız şeylərə, mebel maşınına baxırdı... 
Şeyləri yükləyib qurtaran kimi əsəbləşmiş Leoni Vaqner dedi: 
– Hə, indi hələlik! Ya da qud bay! – O, həyəcanlı-həyəcanlı güldü.–Ya da adye! 
İndi hamısı bir-birinə qarışıb, adam özü də çaşıb qalır! 
O, qapıda dayananların bəzilərinə əl verdi: 
– Oradakı qohumlarımız, – dedi. – Onlar elədi. Bizə qalsa, heç vaxt... 
Leoni bir azdan səsini kəsdi. Doktor Ernst Zaydenbaum əlini onun çiyninə qoydu: 
– Eybi yoxdur,–dedi,–kiminin bəxti gətirir, kimininki də yox... 
– Çoxununku gətirmir!–Mühacir Vizenhof əlavə etdi.–Eybi yoxdur, yaxşı yol! 
Yozef Ştern, Ravik, Morozov və bir neçə nəfərlə vidalaşdı. Günahkar bir 


təbəssümlə gülümsəyirdi, elə bil, əlində saxta pul tutulmuşdu: 
– Kim bilir, axırı necə olacaq?! Bəlkə də, «İnternasional»dan ötrü ürəyimizin başı 
göynədi... 
Selma Ştern artıq maşında idi. Subay Ştolts heç kəslə halallaşmadı. O, Amerikaya 
getmirdi, sənədləri Portuqaliyaya qədər idi. Bunu da mənasız şey hesab edir və ona 
286 
görə də başqaları kimi təntənə ilə vidalaşmırdı. Yalnız maşın tərpənəndə o əl 
elədi... 
Qapıda dayananlar yağışa düşmüş toyuq-cücə kimi xeyli büzüşüb durdular. 
Morozov Ravikə tərəf döndü: 
– Gəl, – dedi,–birbaşa «katakomba»ya! Bu yanğını təkcə kalvados söndürər! 
Onlar oturmamış başqaları da gəldi. Sanki, külək xəzan vurmuş yarpaqları 
oynadaoynada 
içəri doldururdu. Seyrək saqqallı, solğun bənizli iki yəhudi ruhanisi, 
Vizenhof, Rut Qoldberq, avtomat-şahmatçı Finkenştayn, fatalist Zaydenbaum, bir 
neçə ər-arvad, xeyli uşaq, impressionist şəkillərin sahibi, hələ də çıxıb gedə 
bilməyən Rozenfeld, bir-iki yeniyetmə və bir neçə qoca-qoltuq... 
Şam yeməyinə hələ çox qalırdı, ancaq, deyəsən, heç kəs o otaqların tənhalığına 
qayıtmaq istəmirdi... Hamı bir yerdə oturdu. Heç biri danışmırdı, hamı öz taleyi ilə 
barışmışdı. Elə bədbəxtliklər görmüşdülər ki, bundan sonra başlarına nə 
gələcəyinin heç bir fərqi yox idi. 
– Kübarlar getdi!–Zaydenbaum dilləndi.–Burada da ömürlük həbs cəzasına, ya da 
ölümə məhkumların iclası başladı. Seçmə xalqlar! Yehovvanın əziz-xələfləri! 
Yalnız fəlakət üçün yaranmışlar! Yaşasın həyat! 
– Hələ İspaniya durur,–deyə Finkenştayn söz atdı. Onun əlində şahmat məsələləri 
dərc olunmuş «Matyen» qəzeti və qabağında şahmat taxtası vardı. 
– Hə, İspaniya... Faşistlər ora keçən yəhudiləri öpüb gözlərinin üstünə qoyacaqlar! 
Köklüyündən yırım-yırım yırğalanan xidmətçi qadın kalvados gətirdi. 
Zaydenbaum pensnesini taxdı: 
– Çoxumuz əməlli-başlı içib keflənməyi də bacarmırıq. Heç olmasa, bircə gecə bu 
dəhşətlərdən uzaq olardıq. Bu da əlimizdən gəlmir! Özümüz də Aqasferin 
varisləriyik. İndi o qoca səyyahın özü də çaşıb qalar, sənədsiz çox uzağa gedə 
bilməzdi. 
Morozov dedi: 
– Bizimlə bir qədəh için. Kalvados yaxşıdır. Allaha şükür ki, sahibə bunu bilmir, 
yoxsa qiymətini qaldırardı. 
Zaydenbaum başını buladı: 
– İçən deyiləm. 
Ravik bir az o tərəfdəki üzütüklü kişiyə baxırdı. O, tez-tez cibindən güzgü çıxarıb 
özünə baxır, yerinə qoyur, təzədən bir də çıxarırdı. 
– Bu, kimdir? – deyə Ravik Zaydenbaumdan soruşdu. – Onu buralarda heç 
görməmişəm. 
Zaydenbaum dodaqlarını büzdü: 
– Təzə Aron Qoldberqdir. 
– Necə? Qadın nə tez ərə getdi? 


– Getməyib. Ölmüş Qoldberqin pasportunu ona iki min franka satıb. Qoca 
Qoldberqin çal saqqalı vardı. İndi də bu tayı saqqal buraxır. Pasport üçün şəkildən 
ötrü... Saqqalı çıxmamış pasportdan istifadə eləməyə qorxur. Zamanı qabaqlamaq 
istəyir! 
Ravik yenə əsəbiliklə cod saqqalını didişdirə-didişdirə onu pasportdakı şəkillə 
müqayisə eləyən kişiyə baxdı: 
– Uzaqbaşı, desin ki, saqqalımı yandırmışam. 
287 
– Yaxşı fikirdir, ona deyərəm. – Zaydenbaum pensnesini götürüb əlində oynatdı, 
gülümsədi.–Cəncəl işdir! İki həftə bundan qabaq xalis alver idi. İndi isə Vizenhof 
qısqanmağa başlayıb, heç Rut Qoldberqin də halı özündə deyil. Bu da sənədin 
iblisliyi! Kağıza əsasən, kişi onun halalca əridir... 
O durub təzə Aron Qoldberqə tərəf getdi. Morozov Ravikə baxdı: 
– «Sənədin iblisliyi»ni yaman dedi. Bu gün neyləyəcəksən? 
– Ket Heqstrem axşam «Normandiya» gəmisi ilə gedir, onu Şerbura aparacağam. 
Öz maşınında gedir, onu qaytarıb qaraja salacağam. Maşını qaraj sahibinə satıb. 
– Yol gedə bilər? 
– Əlbəttə. İndi onun üçün neyləməyin fərqi yoxdur. Gəmidə yaxşı həkim var. Nyu- 
Yorkda da... – Ravik çiyinlərini çəkib, qədəhini boşaltdı. 
«Katakomba»nın havası ağır, boğucu idi. Pəncərəsi yoxdu. Toza bələnmiş süni 
palmanın altında qoca ər-arvad oturmuşdu. Qüssə-kədər onların dörd yanına çəpər 
çəkmişdi. Əl-ələ tutub hərəkətsiz oturmuşdular və baxan deyərdi ki, onlar bir də 
ayaqa dura bilməyəcəklər... 
Ravikə birdən-birə elə gəldi ki, dünyanın bütün dərd-ələmi bu qaranlıq zirzəmiyə 
dolub. Divardan asılmış ölgün işıqlı sapsarı elektrik lampaları bu otağı daha da 
yoxsullaşdırırdı. Sükut, pıçıltı, gündə min dəfə oxunan kağız-kuğuzların xışıltısı, 
lal-dinməz oturub dönə-dönə günləri saymaq, ümidsiz-ümüdsiz öz sonunu 
gözləmək, cüzi, miskin bir qeyrət hissi, min dəfə alçaldılmış, min dəfə təhqir 
edilmiş həyat! O həyatı indi bir küncə qısnayıblar, dəhşətə gəlib, nə edəcəyini 
bilmir! Birdən-birə o bunların hamısını duydu, iyini aldı. Bu, qorxu iyi idi. 
Sonuncu nəhəng, lal bir qorxu idi və o da bunu duyurdu. Bildi ki, onu bir dəfə də 
həbs düşərgəsində, adamları küçələrdən, yatan yerdən gətirib baraklara dolduranda 
və həmin adamlar da başlarına nə gələcəyini gözləyəndə hiss etmişdi... 
Qonşu stol arxasında iki nəfər oturmuşdu: saçını tağdan ayırmış qadın və onun əri. 
Qarşılarında, təxminən, yeddi-səkkiz yaşlarında bir oğlan uşağı dayanmışdı. 
Stolların arasında çox vurnuxmuş, hərədən bir-iki söz eşidəndən sonra qayıdıb 
gəlmişdi. 
O: 
– Niyə biz yəhudiyik? – deyə anasından soruşdu. 
Qadın cavab vermədi. 
Ravik Morozova baxdı: 
– Mən xəstəxanaya gedəsiyəm,–dedi. 
– Mən də çıxıram. 
Onlar pilləkənlə yuxarı qalxanda Morozov dedi: 
– Çox bilməyin özü də yaxşı deyil. Bunu sənə köhnə antisemit kimi deyirəm! 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə