gəlirdi. Heç vaxt tül, ipək paltar geyməzdi. Rəngi həmişəkindən də çox qaçmışdı,
bir az da həyəcanlı idi.
– Gəl, – dedi, – səhərdən gözləyirəm. Bax, gör neçə yaşayıram.
O, qabağa düşdü. Ravik gülümsədi. Yaman bic idi, onu qabaqlayıb, sual verməyə
qoymadı. Onun qəşəng, şax çiyinlərinə baxdı. İşıq düz saçlarına düşürdü. Bircə
anlığa nəfəsi tutuldu, ona elə gəldi ki, Joana əməlli-başlı vurulub...
Joan onu böyük bir zala gətirdi. İşıqlı emalatxanaya oxşayırdı. Enli, hündür
pəncərəsi Rafael prospekti ilə Prudon prospektinin arasındakı bağa açılırdı. Bir az
181
sağda isə Port-de-la-Mote görünürdü. Onun arxa tərəfində isə Bulon meşəsi
qızılıyaşılı
rəngə çalırdı.
Otaq yarımçıq da olsa, müasir dəbdə bəzədilmişdi. Böyük divanın üstündəki örtük
gömgöy idi. Kreslolar üzdən çox rahat görünsə də, o qədər də rahat deyildi. Stollar
da çox alçaq idi. Ortalığa həmişəyaşıl fikus ağaçı qoyulmuşdu. Bunlardan əlavə,
bir amerikan qrammofonu var idi və Joanın çamadanlarından biri də küncə
qoyulmuşdu. Hər şey yerli-yerində idi, ancaq buna baxmayaraq, Ravikin o qədər
də xoşuna gəlmədi. Ya lap yaxşı olsun, ya da lap pis, yarımçıq şeyləri xoşlamırdı.
Fikusdan da lap zəhləsi gedirdi...
Hiss elədi ki, Joan ona baxır. Ravikin bunu neçə qəbul edəcəyini bilmirdi, ancaq
cəsarət eləyib onu bura çağırması böyük risq idi.
– Çox gözəldir, – deli, – böyükdür, gözəldir.
O, qrammofonun qapağını qaldırdı. Əntiqə cihaz idi, valları özü avtomatla
dəyişirdi. Stolun üstündə bir qalaq val vardı və Joan bir-ikisini götürüb diskin
üstünə qoydu:
– İşlətməyi bilirsən?
Ravik bilsə də, «yox» dedi.
Joan düymələrdən birini basdı:
– Əntiqə şeydir, saatlarla çalır. Valları dəyişdirmək, söndürmək üçün tez-tez
durmaq lazım deyil. Uzan, qulaq as, günəşin qürub etməsinə bax, xəyala dal...
Doğrudan da, əla cihaz idi. Ravik onu görmüşdü və bilirdi ki, qiyməti, təxminən
iyirmi min frankdır. Həzin musiqi sədaları ətrafa yayıldı. Parisin sentimental
mahnılarından idi... «Jjattendrai».(20)
Joan bir az aşağı əyilib diqqətlə qulaq asırdı.
– Xoşuna gəlir?–deyə soruşdu.
Ravik başını tərpətdi. O, qrammofona deyil, Joanın musiqinin sehrinə düşmüş
cazibədar sifətinə baxırdı. O istədiyi anda vurula bilirdi və Ravik də özündə
olmayan bu xasiyyətinə görə ona yaman vurulmuşdu. Ürəyindən keçirdi: «Daha
qurtardı!» Ürəyi ağrımadı. Elə bil, günəşli İtaliyadan dumanlı-çiskinli şimala
qayıtdı...
Joan dikəlib gülümsədi:
– Gəl, – dedi, –hələ yataq otağını görməmisən.
– Mütləq görməliyəm?
Joan sınayıcı nəzərlərlə ona baxdı:
– İstəmirsən? Nə üçün baxmırsan?
– Doğrudan, nə üçün baxmıram? Əlbəttə, baxacağam!
Joan onun yanaqlarını sığallayıb öpdü. Nə üçün belə elədiyini Ravik başa düşdü...
– Gəl, – deyə Joan onun əlindən yapışdı.
Yataq otağı fransızsayağı bəzədilmişdi. Çarpayı iri idi, süni naxışlarla XVI
Lüdovik üslubuna oxşadılmışdı. Balaca dolabça da onun eyni idi və böyrəyə
oxşayırdı. Güzgü barokko üslubunu xatırladırdı. Divardan müasir Həbəş xalçası
asılmışdı. Stulları, kresloları, sanki, ucuz macəra filmlərindən götürmüşdülər.
Üstündə «XVI əsr» yazılmış naxışlı Florensiya sandığı burdakıların heç birinə
182
yaraşmırdı, elə bil, gözəl şahzadə qız görməmiş cavanların arasına düşmüşdü. Bir
küncə atılıb qalmışdı və üstündə bənövşə taxılmış şlyapa, bir cüt gümüşü ayaqqabı
vardı.
Çarpayı yığışdırılmamışdı. Ravik onun bayaq harada uzandığını gördü. Dolabçanın
üstünə çoxlu ətir şüşəsi düzülmüşdü. Divardakı şkaflardan biri açıqdı. İçərisində
xeyli paltar asılmışdı. Əvvəllər onun bu qədər paltarı yox idi...
Joan Ravikin əlini hələ də buraxmamışdı və ona sığındı:
– Xoşuna gəlir?
– Yaxşıdır. Sənə yaman yaraşır...
Joan başını tərpətdi. Ravik onun yumşaq qolunu, döşlərini hiss etdi və
qeyriixtiyarn
onu özünə tərəf çəkdi. Joan müqavimət göstərmədi. Çiyinləri bir-birinə
toxundu. Joan sakitləşmiş, bayaqkı yüngül həyəcanından əsər-əlamət qalmamışdı.
Sifəti aydın idi və Ravikə elə gəldi ki, onun gizlətməyə çalışdığı razılıq
hisslərindən başqa, üzündə güclə sezilən bir qalibiyyət kölgəsi də dolaşır...
«Qəribədir, bunlara alçaqlıq da yaraşır, – deyə ürəyindən keçirdi. – İndi mən ikinci
dərəcəli yelbeyin bir məşuq rolunu oynayıram, o da utanıb-qızarmadan birinci
dərəcəli məşuqun bağışladığı bərbəzəkli otaqları mənə göstərir və ondarı
göstərəgöstərə
də zəfər ilahəsi Nikeyə oxşayır...»
– Heyif ki, sənin də belə mənzil almağa ixtiyarın yoxdur. O miskin
mehmanxanalar hara, bu hara... Bu, başqa aləmdir.
–Düz deyirsən. Çox sağ ol ki, bunları mənə göstərdin. İndisə gedim, Joan.
– Gedirsən? Belə tez? İndicə gəlmədin?
Ravik onun əllərindən yapışdı:
– Gedirəm, Joan... həmişəlik gedirəm... Sən başqası ilə yaşayırsan... Mən isə
sevdiyim qadını başqa kişilərlə bölüşmək istəmirəm!
Joan əllərini geri çəkdi:
– Nə? Nə dedin? Mən? Bunu sənə kim çatdırıb? Yaramazlığa bax! – O, diqqətlə
Ravikin üzünə baxdı: – Hə, bildim! Yəqin, Morozov deyib. Ay...
– Nə Morozov? Bunu demək lazım deyil ki. Özüm görmürəm?
Hirsindən Joanın rəngi ağardı. O, bayaq qələbə çalacağına əmin idi, ancaq vəziyyət
birdən-birə dəyişdi.
– Hə, başa düşdüm! Belə mənzildə qaldığıma, «Şəhrizad»dan çıxdığıma görə
deyirsən! Belə çıxır, kimsə məni saxlamalıdır... Başqa cür ola bilməz...
– Demədim ki, səni saxlayan var.
– Eyni şeydir! Məsələ aydındır! Əvvəlcə məni o lənətə gəlmiş gecə restoranında
işə düzəldirsən, sonra da tək qoyub gedirsən, mən də kiminləsə söhbət edəndə, ya
da kimsə qeydimə qalanda, deyirlər ki, səni saxlayan var! Restoran qapıçısının
uydurduğu bundan artıqmı olacaq! Kiminsə mənliyi olmasını, işləyib özünə gün
ağlamasını dilənçi kimi çaypulu yığan bir adam haradan başa düşər? Sən, sən də
onun sözünə inanırsan. Heç utanmırsan?
Ravik geri dönüb, onun qollarından yapışdı, göyə qaldırıb, çarpayının üstünə atdı:
– Gördün?! – dedi. – Boş-boş danışma!
Bu, Joan üçün o qədər gözlənilməz oldu ki, o, yerindəcə uzanıb qaldı.
– Bəlkə, gəlib döyəsən də?! – dedi.
– Yox! İstəyirəm, sən boş-boş danışmayasan.
183
– Belə də olmalı idi...–Joan astadan, boğuq səslə dilləndi. – Belə olmalıydı...
Sakitcə uzanmışdı. Sifəti ifadəsiz, dümağ idi, qanı qaçmışdı, bir nöqtəyə zillədiyi
gözləri şüşə kimi parıldayırdı. Sinəsi yarıyacan açılmış, çılpaq baldırı çarpayıdan
sallanmışdı.
– Mən də sənə zəng vururam, sevinirəm ki, gələcəksən... Sən də gəlib belə oyun
çıxarırsan...–O, ikrahla bir də təkrar elədi: – Oyun çıxarırsan! Elə bilirdim, sən
başqa adamsan...
Ravik yataq otağının qapısında dayanmışdı. Zövqsüz bəzədilmiş otağa, çarpayıda
uzanıb qalmış Joana baxır və görürdü ki, onlar bir-birinə yaraşır. Bu söhbəti
saldığına peşman oldu, özünü danladı. Gərək, bu söhbəti başlamayaydı, dinməzcə
çıxıb gedəydi, vəssalam... Yox, elə eləsə, Joan dalınca gələrdi, həmin söz-söhbət
orada başlanardı.
– Demək, sən belə imişsən! – Joan bir də tərkar elədi. – Heç gözləməzdim... Elə
bilirdim, sən başqa adamsan...
Ravik dinmirdi, ancaq belə ucuz-ucuz danışmasına da dözə bilmirdi. Necə olub ki,
üç gün elə bilib, o gəlməsə, gözünə yuxu getməyəcək? İndi bunu xatırlamağın
mənası vardımı? Siqaret çıxarıb yandırdı. Ağzı qurumuşdu. Qonşu otaqda
qrammofon hələ də oxuyurdu. Yenə həmin mahnı idi: Ijattendrai... Gedib onu
söndürdü.
Geri qayıdanda Joan hələ də uzanmışdı. Sanki, heç qımıldanmamışdı. Ancaq
xalatın ətəyi bir az da açılmışdı.
– Bu barədə nə qədər az danışsaq, o qədər yaxşı olar, Joan...
– Sən özün başladın.
Ravik az qaldı ətir şüşələrindən birini götürüb onun təpəsinə çırpsın...
– Bilirəm, – dedi, – mən başladım, mən də qurtarıram...
Geri dönüb qapıya tərəf getdi. Ancaq Joan onu qabaqladı, qapının cəftəsini vurub,
üzünü Ravikə çevirdi, qolları i1ə yolunu kəsdi:
– Belə oldu? Necə yəni qurtarıram? Qurtarıb gedirsən? Getmək nə yaxşı belə asan
imiş? Ancaq mən hələ qurtarmamışam, sözüm qalıb! Çox sözüm qalıb! Sən, sən
özün məni «Kloş d jOr»da gördün! Gördün ki, yanımda kişi var, ancaq gecə yanına
gələndə bu vecinə olmadı, mənimlə yatdın, səhəri də fikir vermədin, doymamışdın,
yenə mənimlə bir yastığa baş qoydun... Onda xoşuma gəldin, çünki ağıllı idin, heç
nə soruşmurdun və elə buna görə də səni əvvəlkindən də çox sevdim, dedim ki, nə
Dostları ilə paylaş: |