Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə56/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   52   53   54   55   56   57   58   59   ...   112

əlinə qəzet almırdı. O, çoxlu siqaret çəkdi, kefi kökəldi. Gecə usta ağlamağa 
153 
başladı. Ravik oyaq idi. Ustanın boğuq hıçqırtılarına qulaq asa-asa, balaca 
pəncərədən çölə baxdı. Yata bilmirdi... Usta sakitləşəndən sonra da gözünə yuxu 
getmədi. Fikirləşdi ki, usta yaxşı dolanırmış. O qədər yaxşı yaşayıb ki, onu 
itirdiyinə yanır... 
XVIII 
Ravik vağzaldan gəlirdi. Pal-paltarı çirkli, özü isə yorğun idi. On üç saat üst-başı 
sarımsaq iyi verən adamlarla, yanı tulalı ovçularla, zənbillərdə toyuq-cücə, 
göyərçin aparan qadınlarla bürkülü vaqonda yol gəlmişdi. Bundan əvvəl isə üç ay 
sərhəddə qalmışdı... 
Axşamın yenicə düşən toranlığında nəsə parıldadı. Ravik başını qaldırdı. Sanki, 
Ron-Puenin ətrafına piramidaşəkilli güzgülər düzülmüşdü və indicə qürub etmiş 
may günəşinin son şəfəqləri onlara ilişib qalmışdı... 
Dayanıb bir xeyli onlara baxdı. Doğrudan da, piramidaşəkilli güzgülər idi və 
zanbaq ləklərinin kənarına sıra ilə düzülmüşdü. 
– Bunlar nədir? – deyə o, yenicə düzəldilmiş ləki dırmıqlayan bağbandan soruşdu. 
– Güzgüdür, – bağban başını qaldırmadan cavab verdi. 
– Güzgü olduğunu görürəm, ancaq mən axırıncı dəfə burada olanda yox idi. 
– Çoxdan buralara gəlmirsiniz? 
– Üç aydır. 
– Vah, üç ay! Bunları iki həftədir qoyublar. İngilis padşahı üçündür... Qonaq 
gələcək! Sir-sifətini görər... 
– Adamın tükü ürpəşir... 
– Elədir...–Bağban heç təəccüblənmədi. 
Ravik yoluna davam etdi. Üç ay... Üç il... Üç gün... Görəsən, vaxt, zaman nə olan 
şeydir?! Həm heç nə, həm də hər şey... Şabalıd ağacları indi çiçək açır... Ancaq 
Almaniya yenə də müqavilələri pozub Çexoslovakiyanı büsbütün tutanda heç 
puçurlamamışdı... Bu vaxt ərzində mühacir Yozef Blumental çılğın gülüşlərlə 
özünü Cenevrədəki «Millətlər İttifaqı»nın sarayı önündə güllələmişdi... Belforda 
Qünter adı ilə yaşayarkən keçirdiyi sətəlcəmin izləri köksünün harasındasa gizlənib 
qalmışdı... İndi isə qadın sinəsi kimi yumşaq bir gecədə yenə bura gəlmişdi.... 
Sanki, bunların hamısı məhz belə də olmalı imiş... Hər şeyi necə qəbul edirsənsə, 
bunlara da eləcə «qismətdir» deyib, ümidsizliyin yeganə silahı olan təmkinlə 
dözürsən. Səma hər yerdə eynidir, yer üzündəki qətllərin, nifrətin, məhəbbətin, 
qurbanların üstünə çadır kimi çəkilib... Heç nədən xəbəri olmayan gözəl güllər isə 
hər il açır, mavi toranlıq gündüzlə gizlənqaç oynayır, nə pasport dərdi çəkirlər, nə 
də satqınlıqdan, tənhalıqdan, ümidsizlikdən qorxurlar... Nə yaxşı ki yenə 
Parisdədir! Onun gümüşü rəngə boyanmış küçələrində heç nəyi düşünmədən, 
yavaş-yavaş gəzişmək nə gözəl imiş! Belə saatları yaşamaq nə yaxşı imiş! Sanki, 
həyatdan möhlət almışdı, uzaq keçmişdə qalmış qüssə-kədərlə, sadəcə olaraq, hələ 
ölməyib yaşadığına görə keçirdiyi ülvi səadət hisslərinin qovuşduğu üfüqlərdə 
asta-asta süzürdü... Bu saat elə saat idi ki, Parisə yenicə çatmışdı, ürəyinin başı 
hələ neştərlənməmişdi... Bir də bu qəribə həqarət hissi... Sinədolusu nəfəs almaq... 
Bu nəfəs, sanki, xəfif bir meh idi, haradansa lap uzaqlardan, ürəyin damar-damar 


154 
yollarından, gerçəkliyin qüssə dolu alovundan, çarmıxa çəkilmiş keçmişlərdən, 
gələcəyin neştərli keşməkeşlərindən süzülürdü... Bir də ətrafa çilənmiş bu sükut... 
Ölümlə həyat arasındakı bir anlıq fasilə... Aydın olduğu qədər də zülmətlə dolu bir 
ömür... Ulu dünyanın həzin əbədiyyət nəğməsi... 
Morozov «İnternasional»ın «Palma zalı»nda oturmuşdu. Qabağında bir qrafin açıq 
çaxır var idi. 
– Boris! Salam, qoca! Deyəsən, lap vaxtında gəlib çıxmışam. «Vuvre» şərabıdır? 
– Bəs necə! Bu dəfə otuz dördillikdir. Həm şirindir, həm də qatı. Nə yaxşı gəldin, 
Ravik! Üç ay çəkdi, eləmi? 
– Hə, bu dəfə yaman çox oldu... 
Morozov stolun üstündəki qədimi zəngi götürüb silkələdi. Elə bil, kənd kilsəsinin 
xidmətçiləri zəng çalırdı... «Katakomba»da elektrik xətti olsa da, elektrik zəngi 
yox idi. Buna heç ehtiyac da yoxdu, çünki mühacirlər çox təsadüfi halda ondan 
istifadə edirdilər. 
– İndi adın nədir? – Morozov soruşdu. 
– Yenə Ravikdir. Polisdə bu adı çəkməmişəm, gah Voyçek, gah Noyman, gah da 
Qünter oldum. Heç nə, şıltaqlıqdır, çox xoşuma gəlir, ona görə də dəyişmək 
istəmədim. 
– Çox güman ki, burada qaldığını səndən qopara bilməyiblər, eləmi? 
– Əlbəttə! 
– Aydındır. Yoxsa, mütləq sürək eləyərdilər. Onda yenə burada qalarsan, otağın 
boşdur. 
– Qarının bu işdən xəbəri olmadı? 
– Yox, heç kim bilmədi. Dedim ki, Ruana getmisən. Şeylərin mənim otağımdadır. 
Xidmətçi qız, əlində məcməyi, gəldi. 
– Klarisse, müsyö Ravikə də qədəh gətirin. 
– Ah, müsyö Ravik! – Qız dişlərini ağartdı. – Qayıtdınız? Getdiyiniz yarım ildən 
çoxdur, müsyö... 
– Üç ay, Klarisse. 
– Ola bilməz! Elə bilirdim, yarım ildir... 
O, ayağını sürüyə-sürüyə getdi. Bir az keçməmiş «gata-gomba»nın piy basmış 
xidmətçisi, əlində qədəh gəldi... O, məcməyi götürməzdi. Burada çoxdan işlədiyi 
üçün özünü bir az sərbəst aparırdı. Morozov onun sir-sifətindən bildi ki, bu saat 
sorğu-sual başlanacaq və tez onu qabaqladı: 
– jan, de görüm, müsyö Ravik nə qədər burada olmayıb? Dəqiq deyə bilərsən? 
– Bu nə sözdür, müsyö Morozov?! Əlbəttə, deyərəm! Lap gününü də bilirəm. 
Düz...–O, süni şəkildə fasilə verdi, gülümsədi və dedi: – Dörd həftə yarımdır. 
– Elədir!–Ravik Morozovu qabaqladı. 
– Elədir! – Morozov da təsdiqlədi. 
– Gördünüz?! Mən heç vaxt səhv eləmərəm, – deyə jan aralandı. 
– Özüm onu pərt eləmək istəmədim, Boris. 
– Mən də. Görürsənmi, zaman keçmişə çevriləndə öz mənasını itirir. Adama həm 
təsəlli verir, həm diksindirir, həm də biganələşdirir. Preobrajenski qvardiya 
polkunun poruçiki Belskini 1917-ci ildə Moskvada gözdən itirdim. Dost idik. O, 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə