Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə14/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   10   11   12   13   14   15   16   17   ...   95

 
fikrin  formalaşması  və  qərbmeylli  inkişaf  üçün  mühüm  əsas 
yaratmışdır.  
“Babilər”  hərəkatı  1848-52  illərdə  sosial-iqtisadi  ədalət-
sizliklərə,  feodal  istismarçılığına  və  dövlətin  xarici  kapitaldan 
asılılığına  qarşı  yönəlmiş,  bərabərliyi  təbliğ  edən  dini 
təmayüllü hərəkat olmuşdur.  
Hərəkatın  ideoloji  əsası  Seyid  Əli  Məhəmməd  Babın 
(1819-1850)  dini  təlimi  olmuşdur.  S.Ə.Məhəmməd  qatı  şiə 
təriqəti  olan  “şeyxilər”  təriqətinin  başçısı  Seyid  Kazımın 
ölümündən (1843) sonra təriqətə rəhbərlik etmiş, 1844-cü ildə 
“Bab”  (ərəbcə  “qapı”)  adını  qəbul  etmiş,    hətta  1847-ci  ildə 
özünü  zühur  edəcək  12-ci  imamın  –  Mehdinin  təmsilçisi  elan 
etmişdir. Bundan sonra o, həbs olunmuş, həbsxanada “Bəyan” 
əsərini  yazmaqla  “Babilik”  təriqətinin  əsasını  qoymuşdur.  O, 
bu  əsərdə  islam  dininə  münasibətdə  islahatçı  mövqedən  çıxış 
etmiş,  bir  çox  burjua-demokratik  xarakterli  ideyalar  irəli 
sürmüşdür.  S.M.Bab  şahın  əmri  ilə  Təbrizdə  güllələnmişdir. 
Onun  şagirdləri  sonradan  babilik  əsasında  “Bəhailik”  təlimini 
yaratmışlar.  Bu  təlim  isə  babiliklə  kosmopolit  ideyaları 
birləşdirmişdir.  
Babilərin  birinci  üsyanı  Mazandaranda  (sentyabr,1848), 
ikinci  üsyanı  Zəncanda  (iyun-dekabr,  1848),  üçüncü  üsyanı 
Neyrizdə  (iyun,  1848)  baş  vermiş,  hər  üç  üsyan  şah  qoşunları 
tərəfindən  yatırılmışdır.  1852-ci  ildə  üsyançılar  tərəfindən 
Nəsrəddin  şaha  edilən  uğursuz  sui-qəsd  cəhdindən  sonra 
hərəkata və üsyanlara son qoyulmuşdur. 
Babi  üsyanları  dövründə  Qacarlar  dövlətində  baş  nazir 
olmuş  Mirzə  Məhəmməd  Tağı  xan  (“Əmiri-Nizam”,  “Əmir-
Kəbir”)  (1808-1852)  hərbi,  iqtisadi  və  mədəni  inkişafa 
yönəlmiş  bir  çox  tədbirləri  ilə  yadda  qalmışdır.  O,  ordunu 
yenidən qurmuş, ticarət və sənətkarlığın inkişafına çalışmış, bir 
sıra  dövlət  manufakturaları  yaratmış,  ilk  dəfə  qəzet  nəşr 
etdirmiş (1851-ci ildə “Ruznameyi-Vaqeyi-İttifaqiyyə” qəzeti), 
əyan uşaqları üçün ilk dünyəvi məktəb açdırmışdır. M.M.Tağı 
xan şahın əmri ilə Kaşana sürgün edilərək öldürülmüşdür. 


 
XIX  əsrin  sonlarında  qeyri-bərabər  müqavilələr  nəti-
cəsində  xarici  kapitalın  təsiri  altında  olan  Qacarlar  dövlətində 
sosial-iqtisadi  inkişaf  zəif  gedir,  əhalinin  sosial  vəziyyəti 
ağırlaşır,  kəsbkarlıq  çoxalırdı.  Bu  dövrdə  hakimiyyətə  qarşı 
etirazlar  güclənir,  eyni  zamanda  maarifçilik  və  demokratik 
ideyalar inkişaf edirdi.   
Qacarlar  dövlətində
 
XIX  əsrin  ikinci  yarısı  –  XX  əsrin 
başlanğıcında  mütərəqqi  düşüncəli  yazarlar  və  maarifçi 
şəxsiyyətlər  (M.Xalxali  (1823-1901),  M.Y.MüstəĢarüddövlə 
(1823-1895),
 
H.M.ġükuhi  (1829-1896),  M.Mülküm  xan 
(1833-1908), 
Ə.Talıbov  (1834-1911),  M.C.Qaracadaği 
(1835-1883),
 
Z.Marağayi  (1838-1910),  C.Əfqani  (1838-
1897),  M.Ə.Ləli  (1845-1907),  M.H.RüĢdiyyə  (1851-1944), 
A.Kirmani  (1854-1896),  Ə.Səfərov,  R.Sərraf  (?-1907), 
M.A.Təbrizi (?-1915),  M.Ə.Möcüz  (1873-1934), M.Tərbiyət
 
(1877-1940), H.Tağızadə (1878-1970), S.Səlmasi (1883-1909) 
C.Bağçaban  (1886-1966)  və  b.)
 
yetişmişdir  ki,  onlar  geriliyi 
tənqid  etmiş,  dövlətin  xarici  kapitaldan  asılılığını  pisləmiş, 
elmin,  təhsilin  və  milli  sənayenin  inkişaf  etdirilməsinin  zə-
ruriliyini  təbliğ  etmiş,  konstitusiyalı  dövlət  idarəçiliyini 
müdafiə  etmiş  və  b.  yenilikçi  ideyalarla  çıxış  etmişlər.  Bu 
ideyalar  ölkədə  milli-demokratik  hərəkatların,
 
o  cümlədən 
məşrutə inqilabının baş verməsində mühüm rol oynamışdır. 
XIX  əsrin  ikinci  yarısında  Qacarlar  dövlətində  nisbətən 
müasir  tipli  təhsil  ocaqları  da  açılmışdır.  Bunlara  Təbrizdə 
açılmış  “Mədrəseyi-Nasiri”  (1869),  Təbriz  Dövlət  Məktəbi  – 
“Darülfünün”  (1875),  Təbriz  Dövlət  Mədrəsəsi  (1877), 
Urmiyada Ali Tibb məktəbi (1878) və b. aiddir. İlk yeni üsullu 
(“üsuli-cədid”)  məktəb  isə  böyük  maarifçi,  dildə  türkçülük 
yönündə  mühüm  xidmətlər  göstərmiş  Mirzə  Həsən  Rüşdiyyə 
tərəfindən  1888-ci  ildə  Təbrizdə  açılmış  “Dəbestan”  adlı  
türkdilli  məktəb  olmuşdur.  M.H.Rüşdiyyə  sonradan  Tehranda 
da belə məktəb açmışdır.    
Həmin  dövrdə  “Ruznameyi-Vaqeyi-İttifaqiyyə”  (1951), 
“Azərbaycan”  (1858),  “Təbriz”  (1879),  “Mədəniyyət”  (1884), 


 
“Şəbnamə”  (1892-1906/11,  türkcə),  “Nasiri”  (1893),  “Maarif” 
(1896),  “Əlhədid”  (1897),  “Ədəb”  (1898),  “Kamal”  (1901), 
“Gəncineyi-fünün” (1902) və b. mətbuat orqanları da fəaliyyət 
göstərmişdir. 
Lakin  maraqlıdır  ki,  Qacarlar  dövlətində  əhalinin  çox-
luğunun  və  hakim  sülalənin  ana  dili  olan  türk  dilinin 
mövqeyinin  gücləndirilməsi  və  saflaşdırılması  məsələsi  XX 
əsrin əvvəllərinə qədər ön planda olmamışdır. Bu dövrə qədər 
şifahi  nitqdə  türk  dili  üstünlük  təşkil  etsə  də,  yazılı  nitqdə 
(mətbuat,  yazılı  sənədlər  və  s.)  əsasən  fars  dilindən  istifadə 
ənənəsi  olmuşdur.  Yalnız  məşrutə  inqilabı  dövründən  yazılı 
nitqdə  türk  dilindən  istifadə  genişlənmiş,  o  cümlədən  türkdilli 
mətbuat  formalaşmışdır. 
 Qacarlar  dövlətində  türk  dilinin  mövqeyinin  güc-
ləndirilməsi  istiqamətində
 
böyük  maarifçi  M.H.Rüşdiy-yənin
 
xüsusi  xidmətləri  olmuşdur.  O,  ərəb  qrafikasını  türk  dili 
əsasında  təkmilləşdirmiş,  “Ana  dili”,  “Vətən  dili”  adlı  dərs-
liklər  də  hazırlamışdır

Yuxarıda qeyd etdiyimiz kimi  ilk  yeni 
tipli  (eyni  zamanda  türkdilli)  məktəb  də  1888-ci  ildə 
M.H.Rüşdiyyə tərəfindən yaradılmışdır.  
1890-cı  illərin  əvvəllərində  Qacarlar  dövlətində  tənbəki 
emalı  və  ticarətinin  ingilis  kapitalisti  Tolbotun  inhisarına 
verilməsinə (9 mart, 1891) qarşı tənbəki üsyanı baş vermişdir. 
Tehran,  Təbriz,  İsfahan  və  b.  şəhərlərdə  kütləvi  etiraz  aksiya-
ları  keçirən  üsyançılar  1891-ci  ilin  dekabrında  ölkədə  popiros 
çəkməyi  haram  elan  etmiş,  1892-ci  il,  yanvarın  4-də  şah 
sarayına hücum etmişlər.  Nəticədə Müzəffərəddin şah Tolbotla 
bağlanan müqaviləni ləğv etməyə  məcbur olmuşdur (5 yanvar, 
1892-ci  il).  Bu  üsyan  xarici  imperialist  qüvvələrə  qarşı  müba-
rizənin güclənməsində mühüm mərhələ olmuşdur.  
 MəĢrutə  (konstitusiya)  hərəkatı XX əsrin başlanğıcında 
Qacarlar dövlətində konstitusiyalı monarxiyanı bərqərar etmək, 
eyni zamanda ölkəni xarici imperialist dövlətlərdən asılılıqdan 
azad  etmək  uğrunda  mübarizə  aparan  burjua-demokratik  və 
milli  hərəkat  kimi  meydana  çıxmışdır.  Bu  hərəkat  Qacarlar 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə