Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə2/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   2   3   4   5   6   7   8   9   ...   95

 
ların  bütöv  sistemi  olduğundan  milli  ideologiyamız  da  bu 
əsasda formalaşmalıdır. 
Müəllif  çağdaş  milli  ideologiyamızın  əsas  məsələlərindən 
olan  millət  və  vətən  anlayışından,  milli  mənəvi  dəyərlərdən, 
elmi-texniki tərəqqinin üstünlüklərindən, milli şüur, milli  döv-
lət,  milli  siyasət  və  milli  hədəflərdən,  iqtisadi  inkişaf  prob-
lemlərindən,  dövlət,  hüquq  və  hüquq  sistemi,  hüquqi  dövlət, 
demokratiya  və  azadlıq  anlayışlarından,  insan  hüquq  və  azad-
lığı  problemindən,  fəlsəfi  və  dini  məsələlərdən  bəhs  etmiş  və 
belə  bir  ümumi  nəticələrə  gəlmişdir  ki,  Millət  –  vahid  dilə, 
folklora  və  tarixə  malik  ən  böyük  insanlar  toplusu,  Vətən  – 
millətin  tarixən  üzərində  yaşadığı,  maddi  və  mənəvi  dəyərlər 
yaratdığı  və dövlət  qurduğu  ərazi,  Milli  şüur  – milli ideyalara 
əsaslanan ictimai şüur forması, Milli dövlət – millətin milli mə-
nəvi  dəyərləri  olan  dilinə,  folkloruna  və  tarixinə  söykənən, 
onun tarixi ərazisində qurulmuş və milli mənafeləri təmsil edən 
dövlət, Milli siyasət – milli ideologiyaya əsaslanan, milli məsə-
lələrin  həllinə  yönələn  siyasət,  Din  –  ictimai  şüur  forması  və 
inama  əsaslanan  dünyagörüş,  Demokratiya  –  vətəndaşların 
dövlət  idarəçiliyində  bərabərhüquqlu  iştirakının  təmin  edildiyi 
hakimiyyət  forması  olduğundan  Milli  İdeologiyamız  bütün 
bunları nəzərə alaraq formalaşmalıdır.  
Müəllif  əsərində  həmçinin  türk  milli  varlığının  əsas 
ünsürləri olan Türk dili, onun yaranması və inkişafı tarixindən, 
Türk dilinin bəzi fonetik, qrammatik və leksik özəlliklərindən, 
Türk  xalqlarının  ortaq  ədəbi  dil  problemindən,  Türk  tarixi, 
onun  təhrif  olunmuş  bəzi  məqamları  və  Türk  dövlətçilik 
tarixinin  ümumi  xronologiyasından,  Türk  folklorundan  –  xalq 
ədəbiyyatı,  xalq  musiqisi,  xalq  adət-ənənələri  və  digər  folklor 
ünsürlərindən  yığcam  şəkildə  bəhs  etmiş  və  belə  bir  nəticəyə 
gəlmişdir  ki,  türk  xalqlarının  etnik  və  dövlətçilik  tarixi, 
folkloru,  yazılı  və  şifahi  ədəbiyyatı,  vahid  bir  millətin  –  Türk 
millətinin  mənəvi  dəyərləri  olduğundan  onlar  vahid  əsasda  da 
öyrənilməli və öyrədilməli, milli ideologiyamız bunlara əsasən 
formalaşmalıdır.  


 
Milli ideologiyamızın formalaşmasında irəli sürülən bütün 
bu  dəyərli  fikir  və  mülahizələrlə  yanaşı  əsərdə  mübahisə 
doğuracaq  bəzi  məsələlər  də  vardır  ki,  onları  yazılı  şəkildə 
müəllifin nəzərinə çatdırdığımızdan burada qeyd etməyi lazım 
bilmirik.  Ümid  edirik  ki,  əsər  çapa  hazırlanarkən  müəllif  bu 
məsləhətlərimizi nəzərə alacaq.  
Son olaraq qeyd etməyi lazım bilirik ki, müəllifin bu əsəri 
son  dövrlərdə  milli  ideologiyamıza  həsr  edilmiş  ən  dəyərli 
tədqiqatlardan biridir. Tədqiqat əsəri bu vaxta qədər buraxılmış 
müəyyən  boşluqların  doldurulmasında  mühüm  mənbələrdən 
sayıla bilər. 
Müəllifə gələcək tədqiqatlarında başarılar diləyirəm.   
 
Aydın
  QASIMLI (MƏDƏTOĞLU) 
Türkoloq, filologiya elmləri  
namizədi, dosent. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
GiriĢ 
 
Çağdaş  dövrümüzdə  xalqımızın  milli  ideologiya  prob-
leminin  araşdırılması  aktual  məsələlərdəndir.  İndiyə  qədər  bu 
sahə  ilə  bağlı  müəyyən  araşdırmalar  aparılmışdır.  Bu  araş-
dırmalara  Əlikram  Tağıyev,  Nizaməddin  Şəmsizadə,  Həsən 
Əzizoğlu  (Həsənov),  Faiq  Ələkbərov  (Qəzənfəroğlu),  Kamran 
Məmmədov,  Elşad  Mirələm,  Sona  Vəliyeva,  Rahid  Ulusel, 
Mübariz  Yusifov,  Aydın  Abbasov  və  b.  müəlliflərin  əsərlərini 
misal  göstərmək  olar.  Bu  araşdırmalar  öz  tədqiqat  predmetləri 
üzrə  kifayət  qədər  dəyərli  və  lazımlı  araşdırmalardır.  Lakin 
indiyə  qədər  milli  ideologiya  mövzusunda  yazılmış  əsərlər 
milli ideologiyamızın  yalnız ayrı-ayrı məsələlərini əhatə etmiş 
və  bu  baxımdan  məhdud  xarakter  daşımışdır.  Milli  ideologi-
yamız  demək  olar  ki,  indiyə  qədər  bütöv  bir  sistem  şəklində 
tədqiqata cəlb edilməmişdir. Hətta bəzi milli-ideoloji məsələlər 
haqqında  indiyə  qədər  yalnız  məqalələr,  çıxışlar  və  müsahi-
bələr səviyyəsində danışılmışdır. Halbuki, xalqımızın, xüsusən 
də gənc nəslin milli şüurunun inkişafında və milli hədəflərimiz 
uğrunda  mübarizədə  milli  ideologiyamızın  bir  bütöv  sistem 
şəklində  öyrənilməsi  vacib  məsələlərdəndir.  Bu  kitabda  milli 
ideologiyamız olan türk millətçiliyini bir bütöv sistem şəklində 
araşdırmaya cəlb etməyə çalışmışıq.  
Kitab “Giriş” hissəsindən, üç bölmədən və “Nəticələr”dən 
ibarətdir.  
Birinci  bölmədə  öncə  daha  aydın  və  bütöv  təsəvvürün 
yaranması  naminə  ideologiya  anlayışı  incələnmiş,  ideologiya-
ların  ən  geniş  təsnifatı  müəyyən  edilmiş,  tarixən  yaranmış 
ideologiyalar  haqqında  ətraflı  məlumat  verilmiş,  milli  ideo-
logiya – millətçilik şovinizmə qarşı dayanan bir mütərəqqi ide-
ologiya kimi izah edilmişdir. Daha sonra milli ideologiyamızın 
formalaşması  və  inkişafının  son  iki  yüz  illik  tarixi  ayrı-ayrı 
türk xalqları üzrə xronoloji olaraq,  yeni  yanaşma ilə nəzərdən 
keçirilmişdir.  Belə  ki,  türk  millətçiliyinin  yaranmasının  tarixi 
şəraiti,  Qacarlar  və  Osmanlı  dövlətlərində  milli  ideyaların 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə