Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə4/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   2   3   4   5   6   7   8   9   ...   95

 
verilərək  eyni  yox,  başqa-başqa  (müstəqil)  ideologiyalar  kimi 
təqdim olunur.  
İdeologiya  bir  və  ya  bir  neçə  ideoloq  tərəfindən  forma-
laşdırıla  bilər.  Bir  neçə  ideoloq  tərəfindən  yaradılan  ideolo-
giyalar  tarixin  müxtəlif  dövrlərində  mərhələlərlə  və  ya  eyni 
dövrdə  yaradıla  bilər.  İdeologiyanın  müəlliflərindən  biri  sis-
temləşdirici, tamamlayıcı olmaqla həlledici rol oynaya və əsas 
ideoloq hesab oluna bilər. Həmçinin, eyni  ideologiyanın  müx-
təlif tərəfləri (məsələləri, görüşləri) müxtəlif müəlliflərin adı ilə 
bağlı  ola  bilər.  Ümumiyyətlə,  müəlliflərin  çoxluğu  ideologi-
yada fikir ayrılığı yaradaraq onu daha çox ziddiyyətli edə bilər. 
İdeologiyanın  bir  müəllif  (ideoloq)  tərəfindən  işlənilməsi  isə, 
ziddiyyətlərin daha az olmasına səbəb olur. 
Bütün  bunlarla  yanaşı,  hər bir ideologiyanın  bir  və  ya bir 
neçə hədəfi olur ki, bu da ideyaları həyata keçirmək üçün əsas 
problemlərin və  ya maneələrin aradan qaldırılması  hadisəsidir. 
Yəni,  hədəf  ideyaların  həyata  keçirilməsi  uğrunda  praktiki 
mübarizədə meydana çıxır. Hədəfə çatmaq elə bir hadisədir ki, 
o,  ideologiyanın  həyata  keçməsini  gerçəkləşdirir.  Məsələn, 
marksizmin  hədəfləri  sosialist  inqilabı  və  onun  nəticəsində 
“sosializm”  və  “kommunizm”  quruluşunun  bərqərar  edilmə-
sidir. 
İdeologiyanın  hədəfləri  uğrunda  mübarizə  isə  siyasi 
hərəkat  vasitəsiylə  aparılır.  Siyasi  hərəkatın  başında  siyasi 
təĢkilat  və  siyasi  lider  dayanır.  İdeologiyanın  əsas  prinsipləri 
bir  qayda  olaraq  təşkilatın  proqram  və  məramnaməsində  öz 
əksini tapır. 
Beləliklə,  öncə  ideologiyanın  nəzəri  əsasları  yaradılır, 
sonra bu ideologiyanı qəbul edən insanlar bir təşkilatda birləşir 
və siyasi hərəkat yaradırlar. Bu siyasi hərəkat isə ideologiyanın 
hədəfləri  uğrunda,  başqa  sözlə,  ideyaları  həyata  keçirmək 
uğrunda mübarizə aparır. 
İdeologiyanı  qəbul  edən  və  onun  uğrunda  hər  hansı 
formada  mübarizə  aparan  şəxslərə  ideologiyanın  daĢıyıcıları 
deyilir. Bu şəxslər içərisində elitar şəxslər fərqləndirilir. Elitar 


 
şəxslər  hərəkatın  elitasını  (“elita”  sözü  yunan  dilindan  tər-
cümədə  “seçmə” mənasını  verir) təşkil edən şəxslərdir. Siyasi 
hərəkatın  “elita”sı  isə,    müəyyən  intellektual  səviyyəyə  malik, 
ictimai nüfuzu olan, hərəkatın önündə gedən şəxslərdən ibarət 
qrupdur. 
İdeologiya  anlayışı  dünyagörüşü  anlayışı  ilə  sıx  bağlıdır. 
Belə  ki,  dünyagörüşü  anlayışı  da  insanların  çoxsahəli 
görüşlərini  əks  etdirir.  Lakin,  dünyagörüşü  daha  ümumi  anla-
yışdır  və  insanların  təbiət  və  cəmiyyət  haqqında  ən  primitiv, 
kor-təbii  görüşləri  (məsələn,  qədim  mifologiyalar  və  ənənəvi 
dinlər)  də  həmin  anlayışa  aid  edilir.  İdeologiya  isə  yuxarıda 
qeyd etdiyimiz kimi, konkret hədəfi olan, ictimai ziddiyyətlərin 
həllinə  və  inkişafa  yönəldiyi  elmi  cəhətdən  əsaslandırılmış 
çoxsahəli görüşlər sistemidir. 
Bütün  bunlarla  yanaşı  ideologiya  anlayışı  bir  müddət 
(1960-70-ci  illərdə)  yalnız  müəyyən  sosial  qrupların  siyasi-
iqtisadi mənafeyinə xidmət edən, aldadıcı və mürtəce ünsür ki-
mi  də  qəbul  olunmuş  və  bununla  əlaqədar  “ideologiyasızlaş-
dırma” ideyası meydana çıxmışdır. Lakin sonradan cəmiyyətin 
və  dövlətin  inkişafında  ideologiyaların  müsbət  rolu  yenidən 
etiraf  edilmiş  və  “yenidən  ideologiyalaşdırma”  ideyası  irəli 
sürülmüşdür. 
  
 
2. Ġdeologiyaların təsnifatı və tarixən  
yaranmıĢ ideologiyalar 
 
Ġdeologiyaların təsnifatı 
 
İdeologiyaların  dəqiq,  mükəmməl  təsnifatına  ədəbiyyatda 
demək  olar  ki,  rast  gəlinmir.  Ona  görə  də  bu  məsələdə  bir 
sistemsizlik,  bu  sahədə  işlədilən  ifadələrdə  “sərbəstlik”  hökm 
sürməkdədir.  Belə  ki,  ədəbiyyatda  və  müxtəlif  şəxslər  tə-
rəfindən ideologiyalar haqqında danışıldıqda “liberallar”, “mü-
hafizəkarlar”, “islahatçılar”, “demokratlar”, “millətçilər”, “din-


 
çilər”  “sağçılar”,  “solçular”,  “sosialistlər”,  “sosial-demokrat-
lar”,  “kommunistlər”  və  s.  ifadələr  mahiyyətinə  varılmadan 
işlədilir.  Bu  ifadələrin  konkret  ideologiyanı,  yoxsa  ideolo-
giyalar qrupunu ifadə etdiyinin fərqinə varılmır. Bəzilərinin nə 
konkret  ideologiya  adı,  nə  də  ideologiyalar  qrupu  olmadığı 
nəzərdən  qaçırılır.  Bu  məsələyə  aşağıda  aydınlıq  gətirməyə 
çalışacağıq. 
Tarixin  müxtəlif  dövrlərində  və  çağdaş  dövrümüzdə 
formalaşmış müxtəlif ideologiyalar mövcuddur. Məsələn: libe-
ralizm,  marksizm,  kosmopolitizm,  müsavatçılıq  və  s.  Bu  ifa-
dələrin  hər  biri  konkret  bir  ideologiyanın  adıdır.  Həmin  ide-
ologiyalar  isə  müxtəlif  meyarlara  görə  qruplaşdırıla,  başqa 
sözlə, təsnif oluna bilər.  
İdeologiyaların  ən  geniş  əhatəli  təsnifatını  aparmaq  üçün  
onlarda hansı sahənin (hansı sahə ilə bağlı görüşlərin) əsas yer 
tutmasını  (təməl  rolunu  oynamasını)  meyar  kimi  qəbul  etmək 
məqsədəuyğun  olar.  Həmin  meyara  görə  ideologiyaları  aşağı-
dakı qruplara ayırmaq olar: 
1.
 
Ġqtisadi təmayüllü ideologiyalar 
2.
 
Hüquq təmayüllü ideologiyalar 
3.
 
Dini təmayüllü ideologiyalar 
4.
 
Milli təmayüllü ideologiyalar 
5.
 
QarıĢıq və ümumi təmayüllü ideologiyalar 
Bu ideologiya qrupları haqqında bir az sonra ayrı-ayrılıqda 
ətraflı məlumat verəcəyik. 
İdeologiyalar  bəzi  digər  xüsusiyyətlərinə  görə  də  təsnif 
edilirlər.  Geniş  yayılmış  təsnifatlardan  biri  ideologiyaların 
mülkiyyət məsələlərinə və gəlirlərin ictimai bölgüsünə (iqtisadi 
görüşlər)  münasibətinə  görə  aparılan  təsnifatdır.  Bu  meyara 
görə ideologiyalar “sağçı” və “solçu” ideologiyalara bölünür-
lər.  Həmin  ideologiyaların  tərəfdarlarına  isə  uyğun  olaraq 
“sağçılar” və “solçular” deyirlər. 
“Sağçı”  ideologiyalar  o  ideologiyalara  deyilir  ki,  orada 
özəl  mülkiyyətə,  azad  sahibkarlığa  və  bazar  tənzimlənməsinə 
üstünlük  verilir.  Bu  ideologiyalara  bazar  iqtisadi  sisteminin 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə