Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə6/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   2   3   4   5   6   7   8   9   ...   95

 
tərəqqi və ədalətli iqtisadi sistem kimi ictimai mülkiyyətə əsas-
lanan sosialist istehsal üsulu müəyyən olunur. 
“Elmi  kommunizm”  nəzəriyyəsi  marksizmin  digər  təlim-
ləri ilə sıx bağlı olmaqla, ideoloji hədəflər kimi sosialist inqila-
bının, sosializm və kommunizm quruculuğunun qanunauyğun-
luqlarını müəyyən edir.   
“Elmi  ateizm”  təlimində  dini  görüşlər  tarixən  meydana 
çıxmış  uydurma,  elmi  əsası  olmayan,  cəmiyyətin  inkişafına 
mane olan və zərərli ünsür kimi izah edilir və həmin görüşlərə 
qarşı mübarizənin yolları müəyyən olunur. 
Marksizmin  özünəməxsus  hüquqi  görüşləri  var.  Burada 
dövlət  tarixən  sinifli  cəmiyyətin  formalaşması  ilə  meydana 
çıxmış  və  istismarçı  sinfin  zəhmətkeş  sinif  üzərində 
hakimiyyətini təmin edən qurum kimi qiymətləndirilir. Sinifsiz 
cəmiyyətə  nail  olunduğu  halda  isə,  tədricən  dövlətin  də  öz 
əhəmiyyətini  itirəcəyi  əsaslandırılır.  Marksizmdə  demokratiya 
(“sosialist demokratiyası”) və insan azadlıqları inkar olunmur, 
lakin  bu  anlayışlar  əsasən  əhalinin  seçkilər  vasitəsiylə  dövlət 
idarəçiliyində iştirakı, irq, milliyyət və cinsdən asılı olmayaraq 
insanların hüquq bərabərliyi ilə məhdudlaşır. Siyasi, ideoloji və 
dini azadlıqlar isə tanınmır. Yəni, bu azadlıqlar sosializm prin-
siplərinə xələl gətitirsə, ona məhdudiyyət qoyulur.   
Marksizmdə  milli  haqlar  və  azadlıqlar  da  inkar  olunmur, 
hər  bir  millətin  öz  milli  varlığını  qoruyub  saxlamaq  hüququ 
tanınır, lakin sosializmin prinsiplərinə zidd sayılan hər bir milli 
ənənə  rədd  edilir,  həmçinin,  cəmiyyətdə  iqtisadi  məsələlər,  o 
cümlədən sinfi  ziddiyyətlərin həlli  əsas götürüldüyündən milli 
məsələlərin həlli ikincidərəcəli hesab olunur.  
Marksizmin son hədəfi olan Kommunizm quruluşu ictimai 
mülkiyyətə,  əmək  və  gəlir  bölgüsü  “hər  kəsdən  qabiliyyətinə, 
hər kəsə tələbatına görə” prinsipinə, sosial bərabərliyə və sinif-
siz  cəmiyyətə  əsaslanan  bir  quruluş  kimi  müəyyən  edilmişdir. 
Sosializm onun birinci fazası sayılır.  
Marksizmin  ideyalarından  müxtəlif  siyasi  hərəkatlar  ya-
rarlanmış,  həmçinin  bu  ideologiyada  müxtəlif  dəyişikliklər  – 


 
“təftişçilik” (E.Bernşteyn (1850-1932), K.Kautski (1854-1938), 
K.Renner  (1870-1950),  F.Adler  (1879-1960),  O.Bauer  (1882-
1938)  və  b.)  də  edilmişdir.  Rusiyada  bu  ideologiyanı  qəbul 
etmiş  bolşevik  hərəkatı  1917-ci  ildə  V.İ.Leninin  başçılığı  ilə 
sosialist  inqilabına  nail  olmuş  və  sosializm  quruluşuna 
əsaslanan,  rəsmi  ideologiyası  marksizm-leninizm  olan  Sovet 
Sosiaıist Respublikalar İttifaqı – SSRİ (1922-91) yaradılmışdır. 
İctimai  mülkiyyətə  əsaslanan  sosializm  quruluşu  dünyanın, 
xüsusən Şərqi Avropanın bir çox ölkələrində bərqərar olmuş və 
bir müddət yaşamışdır.  
Sovet  imperiyası  milli  məsələlərdə  sələfi  olan  Çar  Rusi-
yasının  şovinist  siyasətini  özünəməxsus  bir  şəkildə  davam 
etdirmiş,  sosialist  ideyaları  isə  bu  siyasətin  pərdələnməsində 
mühüm rol oynamışdır. Sovet dövlətində ideal sosializm prin-
sipləri  özünü  doğrultmamış,  xüsusən  dövlətin  son  onillik-
lərində  korrupsiya,  qıtlıq,  gizli  inflyasiya,  sosial  təbəqələşmə 
yüksək həddə çatmış, həmçinin demokratiya prinsipləri kobud 
şəkildə pozulmuşdur.  
Marksizm  ideyalarına  əsaslanan  kommunist  hərəkatları 
zəif olsa da bu gün də mövcuddur.   
İqtisadi  təmayüllü  ideoloji  cərəyanlardan  biri  də  “sosial-
demokratiya”dır.  Müasir  sosial-demokratlar  XIX  əsrin  or-
talarından  Avropa  ölkələrində  formalaşmış  sosialist  hərə-
katlarının  “islahatçı  qanad”ının  ardıcıllarıdır.  Həmin  dövrdə 
“islahatçı  qanad”  (“lassalçılar”,  “xırda  burjua”/”sağ”  sosi-
alistləri,  “təftişçilər”,  “opportunistlər”,  “leqal  marksistlər”, 
“menşeviklər”,  “iqtisadçılar”,  “təsviyəçilər”  və  s.)  radikal  qa-
naddan  (“inqilabçı  marksistlər”)  fərqli  olaraq  burjua  sinfini 
ləğv  etmədən  kapitalist  sistemi  daxilində  fəhlə  sinfinin  məna-
feyinə  uyğun  islahatlar  aparmaqla  sosial  ədalətin  təmin  edil-
məsini  müdafiə  edmişlər.  Bu  qanadların  sosializmə  və  de-
mokratiyaya baxışlarında da kəskin fərqlər olmuşdur. İslahatçı 
sosializmin  əsas  ideoloqları  F.Lassal  (1825-64),  Y.Dürinq 
(1833-1921),  E.Bernşteyn  (1850-1932),  K.Kautski  (1854-
1938),  K.Renner  (1870-1950),  F.Adler  (1879-1960),  O.Bauer 


 
(1882-1938)  və  b.  olmuşdur.  “Sosial-demokrat”  ifadəsi  əv-
vəllər bütün  sosialistlərə, o cümlədən marksistlərə  də aid  edil-
mişdir.  XX  əsrin  əvvəllərindən  bu  qanadlar  arasında  təşkilati 
ayrılmalar  kəskinləşdikdən  sonra  isə  bu  ifadə  yalnız  isla-
hatçılara aid edilmiş, marksistlər isə bir qayda olaraq “kommu-
nistlər” adlandırılmışdır. 
Müasir  sosial-demokratiya  nəzəriyyəsi  azadlıq,  bərabərlik 
və  həmrəylik  prinsiplərinə  əsaslanmaqla  hüquqi-demokratik 
dövləti,  qarışıq  iqtisadiyyata  və  sosial  ədalətə  əsaslanan  bazar 
iqtisadi  sistemini  müdafiə  edir.  “Sosial-demokratiya”nı  bəzən 
ideologiya  da  adlandırırlar.  Lakin,  müasir  dövrdə  onu  ide-
ologiya adlandırmaq düzgün olmaz, belə ki, hazırda sosial-de-
mokratlar  öz  prinsiplərinin  hər  bir  dünyəvi  və  ya  dini  ide-
ologiya  tərəfindən  qəbul  edilə  biləcəyini  qeyd  edirlər  (1.24). 
Ona görə də onu müstəqil ideologiya kimi yox, daha çox bazar 
iqtisadi sisteminin bir modelini və demokratiyanı müdafiə edən 
bir  siyasi  cərəyan,  nəzəriyyə,  iqtisadi  görüş  kimi  qəbul  etmək 
daha  doğru  olar.  Demokratiya  və  insan  haqları  bu  gün  qlobal 
səviyyədə  qəbul  olunduğundan  sosial-demokrat  nəzəriyyəsi 
özünü  daha  çox  iqtisadi  sistemə  münasibətdə  göstərir.  Bazar 
iqtisadi  sisteminin  bu  cərəyan  tərəfindən  müdafiə  edilən 
modelinin elmdə də elə “sosial-demokrat  modeli” adlandırıl-
ması  qəbul  edilmişdir.  Həmin  modelin  əsas  xüsusiyyətləri 
aşağıdakılardır (2.31, s.189-190): 
1.
 
Dövlət mülkiyyətinin yüksək çəkiyə malik olması; 
2.
 
Əmək  münasibətlərinin  ümummilli,  ümumdövlət  sə-
viyyəsində tənzimlənməsi, tarif dərəcələrinin, kollektiv 
müqavilələrin müəyyən edilməsi;  
3.
 
Dövlətin  həyata  keçirdiyi  sosial  siyasətin  əhalinin 
gəlirləri  üzrə  təbəqələşməsinin  azalmasını  təmin  et-
məsi; 
4.
 
Ümumi Milli Məhsulda (ÜMM) dövlət büdcəsinin pa-
yının çox olması. 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə