Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə8/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   4   5   6   7   8   9   10   11   ...   95

 
2.
 
Hər cür mərkəzləşmə və bürokratiyadan yerli idarəçili-
yin üstünlüyü
3.
 
Fərdi  hüquq  və  azadlıqların  ictimai  hüquqlardan 
üstünlüyü;  Fərdin  hüquq  və  azadlığının  yalnız  başqa 
fərdlərin  hüquq  və  azadlığını  pozduğu  halla  məhdud-
laşdırılması.  
4.
 
Bütün  hallarda  dövlət  hakimiyyətinin  mümkün  qədər 
məhdudlaşdırılması  (yalnız  ümumi  qanunlar  qəbul 
etmək,  asayişi  təmin  etmək  və  b.  bu  kimi  funksiyaları 
saxlamaqla) və ictimai ziddiyyətlərin fərdi mənafelərin 
tarazlaşması prinsipi ilə həll olunması. Fərdi mənafeləri 
tarazlaşdıran  istənilən  spontan  (ənənəvi,  dövlət  iradəsi 
ilə  deyil,  təbii  ictimai  inkişaf  nəticəsində  yaranan) 
qayda-qanun məqbuldur. 
5.
 
Şəxsi mülkiyyətin toxunulmazlığı; 
6.
 
İnsan  amilinin  hər  şeydən  üstün  tutulması,  etnik,  dini 
irqi,  cinsi  və  siyasi  mənsubiyyətindən  asılı  olmayaraq 
insanların bərabərliyi, ləyaqətlərinin qorunması və tole-
rantlıq. 
7.
 
Sülhün qorunması. Hər bir halda müharibə özü ilə ölüm 
və  dağıntı  gətirdiyinə,  ailələri  və  iqtisadiyyatı  dağıtdı-
ğına,  hakimiyyətin  hakim  sinfin  əlində  cəmləşməsinə 
imkan yaratdığına görə məqbul deyil. 
Bazar  iqtisadi  sisteminin  klassik  liberalizmə  əsaslanan 
modeli  iqtisadi  nəzəriyyədə  bazar  iqtisadi  sisteminin  liberal 
(və ya amerikan) modeli  adlanır və həmin modelin əsas xüsu-
siyyətləri aşağıdakılardır (2.31, s.188-189): 
1.
 
İqtisadiyyatda xüsusi mülkiyyətin çəkisinin çox olması 
və üstün mövqe tutması; 
2.
 
Təsərrüfat  qanunvericiliyinin  bazar  subyektlərinin  tam 
sərbəstliyini  təmin  etməklə  onların  dövlət  tərəfindən 
ola biləcək təsirindən qorunması; 
3.
 
Dövlət tənzimlənməsinin məhdud xarakter daşıması və 
əsasən makroiqtisadi prosesləri əhatə etməsi


 
4.
 
Əhalinin bir çox zəruri yaşayış problemlərinin həll edil-
məsindən dövlətin təcrid edilməsi
5.
 
Sosial  məqsədlərin  həyata  keçirilməsinə  yönəldilən 
xərclərin  qalıq  xarakter  daşıması  və  onların  işsizlərin 
və  həyat  səviyyəsi  ən  aşağı  olan  təbəqələrə  yönəldil-
məsi; 
6.
 
ÜMM-da dövlət büdcəsinin xüsusi çəkisinin az olması 
və  sosial  məqsədlərə  yönəldilən  dövlət  investisiyala-
rının və dövlət xərclərinin aşağı olması.  
Bu  model  klassik  (xalis)  formada  XX  əsrin  əvvəllərindən 
20-ci illərin sonunadək ABŞ-da mövcud olmuşdur. Bu modelin 
formalaşmasında  ingilis  iqtisadçısı,  neoklassik  iqtisadi 
nəzəriyyənin banisi A.Marşalın (1842-1924) sinfi yanaşmadan 
kənar,  minimum  dövlət  müdaxiləsi  şəraitində  azad  bazar 
nəzəriyyəsinin  böyük  rolu  olmuşdur.  A.Marşal  tələb-təklif 
qanunlarını, bazar tarazlığını, qiymətəmələgəlmə mexanizmini 
əsaslı  şəkildə  araşdırmış,  dövlətin  iqtisadiyyata  müdaxiləsinin 
yalnız  azad  rəqabətə  şərait  yaratması  ilə  məhdudlaşdırılması 
ideyasını  müdafiə  etmişdir.  Neoklassik  iqtisadi  nəzəriyyə 
C.Robinson,  E.Cemberlin,  marjinalistlər  –  Avstriya  məktəbi 
nümayəndələri  K.Menger  (1840-1921),  E.Ben-Baberk  (1851-
1914),  F.Vizer  (1851-1926),  ingilis  iqtisadçısı  U.S.Cekons 
(1835-82),  İsveç  iqtisadçıları  L.Varlas  (1834-1910),  V.Pareto 
(1848-1923)  və  b.  nəzəriyyəçilər  tərəfindən  inkişaf  etdiril-
mişdir. 
 20-30-cu  illərin  iqtisadi  böhranı  (“kapitalizmin  ümumi 
böhranı”)  isə  iqtisadiyyatın  dövlət  tərəfindən  tənzimlən-
məsinin,  başqa  sözlə  iqtisadiyyata  dövlət  müdaxiləsinin 
artırılmasını  zəruri  etmiş  və  bununla  əlaqədar  neoliberal 
iqtisadi  nəzəriyyələr  meydana  çıxmışdır.  Lakin,  neoliberalist 
iqtisadi  nəzəriyyəçilərə  aid  edilən  iqtisadçılar  da  iki  qrupa 
ayrılmışdır.  Belə  ki,  onların  bir  qrupu  –  amerikan  iqtisadçısı 
L.Mizes  (1881-1973),  London  məktəbi  nümayəndəsi  F.Hayek 
(1899-1992), 
Çikaqo  monetarist  məktəbi  nümayəndəsi 
M.Fridmen,  “iqtisadi  təklif”  nəzəriyyəçisi  A.Laffer,  “səmərəli 


 
gözləmə”  nəzəriyyəsinin  nümayəndələri  R.Lukas,  T.Sarcent, 
N.Uolles,  C.Mut  və  b.  iqtisadçılar  əsasən  neoklassik  nə-
zəriyyəni  (A.Marşal  və  b.)  davam  etdirmişlər.  Yəni,  dövlətin 
iqtisadiyyata  minimum  müdaxiləsini  məqbul  saymış,  sosial 
siyasəti  isə  inkişaf  üçün  bir  maneə  hesab  edərək  əsasən  onun 
əleyhinə çıxmışlar.  
Digər qrup neoliberalist nəzəriyyəçilər – ingilis iqtisadçısı 
C.M.Keyns 
(1883-1946), 
Frayburq 
(alman) 
məktəbi 
nümayəndələri  –  V.Oyken,  L.Erxard  (1897-1977),  L.Müller 
Armaq,  A.Rustov,  V.Repke,  Avstriya  iqtisadçısı  Y.Şumpeter 
(1883-1950),  müharibədən  sonrakı  dövrdə  neokeynsçilər  – 
C.Honson  (1887-1976),  R.Xorrod,  P.Samuelson,  E.Domar, 
1970-ci  illərdə  post/sol  keynsçilər  –  N.Robinson,  N.Kaldar, 
P.Sraff,  A.Eyxner,  S.Vayntraub  və  b.  iqtisadçılar  bazar 
iqtisadiyyatının dövlət tərəfindən tənzimlənməsini, o cümlədən 
sosial  siyasəti  zəruri  saymışlar.  Bu  nəzəriyyənin  ilk  və  ən 
görkəmli 
nümayəndələrindən 
olan 
ingilis 
iqtisadçısı 
C.M.Keyns  məcmu  tələbə  təsir  etməklə  bazar  iqtisadiyyatının 
dövlət  tərəfindən  tənzimlənməsi  nəzəriyyəsini  işləmiş  və 
praktikada  özünü  doğrultmuşdur.  Keynsin  bu  nəzəriyyəsi 
dövlətin  etməli  olduğu  bir  çox  iqtisadi  tədbirləri  (dövlət 
xərclərinin,  o  cümlədən  dövlət  investisiyalarının  artırılması, 
aztəminatlıların  müdafiəsi  üçün    gəlirlərin  yenidən  bölünməsi 
və  s.)  özündə  əks  etdirmişdir.  Keynsin  bu  nəzəriyyəsi  mü-
haribədən  sonrakı  dövrdə  davamçıları  tərəfindən  daha  da 
inkişaf  etdirilmişdir.  XX  əsrin  60-70-ci  illərində  keynsçilikdə 
sosial  yönümün   daha da ön plana  keçməsi (“Neokeynsçilik”) 
müşahidə olunmuşdur.  
Neoliberal  iqtisadi  nəzəriyyələr  İkinci  Dünya  Müha-
ribəsindən  sonra  bazar  iqtisadi  sisteminin  sosial  yönümlü  (və 
ya  alman)  modelinin  (bu  modelin  əsas  xüsusiyyətləri  kitabın 
177-178-ci  səhifələrində  verilmişdir)  meydana  çıxmasında 
böyük  rol oynamışdır.  Ümumiyyətlə, iqtisadiyyata dövlət  mü-
daxiləsini  nəzərdə  tutan  neoliberal  iqtisadi  nəzəriyyələrin 
meydana çıxması liberalların iqtisadi görüşlərdə sosial-demok-


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə