Milli Virtual Kitabxananın təqdimatında



Yüklə 4,52 Kb.
Pdf görüntüsü
səhifə9/95
tarix15.03.2018
ölçüsü4,52 Kb.
#31562
1   ...   5   6   7   8   9   10   11   12   ...   95

 
ratlar  (“islahatçı  sosialistlər”)  tərəfə,  başqa  sözlə,  “sol”a 
meyllənməsi demək idi.  
İqtisadilyyatın  dövlət  tənzimlənməsi  bu  gün  az  və  çox 
dərəcədə  bütün  modellər  üçün  labüd  olsa  da,  bazar  iqtisadi 
sisteminin  liberal  modelinin  əsas  cəhətləri  (daxili  bazarın 
yüksək  olması,  iri  inhisarların  timsalında  xüsusi  kapitalın 
möhkəm  mövqeyə  malik  olması,  həmkarlar  və  fəhlə  hərə-
katının  zəif  olması)  qalmaqdadır  (xüsusən  ABŞ-da)  və  digər 
modellərdən (sosial  və  sosial-demokrat  yönümlü modellərdən) 
əsaslı şəkildə fərqlənir.  
Liberalizmin  həm  materialist,  həm  də  idealist  fəlsəfi 
görüşlü ideoloqları olmuşdur. Bu da liberalizmin həmin məsə-
lələrdə  neytral  olduğunu  göstərir.  Yəni,  bu  ideologiya  üçün 
idealist və ya materialist olmağın, dindar və  ya dinsiz olmağın 
fərqi yoxdur, bu məsələlərdə insanlar azaddır, materialist və ya 
idealist  görüşlü  olmasından  asılı  olmayaraq  hər  bir  şəxs 
liberalizmin prinsiplərini qəbul edə  bilər. 
Hazırda  liberalizmin  əksər  prinsipləri  Birləşmiş  Millətlər 
Təşkilatı (BMT) və  digər beynəlxalq  təşkilatların sənədlərində 
öz əksini tapmışdır.  
Hüquq  təmayüllü  ideologiyalara  başqa  bir  misal  kimi 
anarxizmi  göstərmək  olar.  Anarxizm  yunanca  “anarxiya” 
(“hakimiyyətsizlik”) sözündəndir. Bu ideologiya XIX əsrin 40-
70-ci  illərində  formalaşmışdır.  Əsas  ideoloqları  P.J.Prudon 
(1809-65),  A.Kolods,  M.Ştirner  (1806-56),  M.A.Bakunin 
(1814-76),  P.A.Kropotkin,  J.Qrav  və  b.  olmuşdur.  Bu  ide-
ologiyanın  əsas  ideyası  hər  cür  dövlət  hakimiyyətinin  ləğv 
olunması  və  şəxsiyyətin  qeyri-məhdud  azadlığıdır.  Anarxist-
lərin  müəyyən  etdikləri  iqtisadi  sistemdə  xırda  burjuaziya 
saxlanılmalı,  istehsalçıların  xırda  muxtar  cəmiyyətlərinin  azad 
federasiyası  yaradılmalı  və  gəlirlərin  ədalətli  bölgüsü  təmin 
edilməli  idi.  XIX  əsrin  axırlarında  bir  çox  Avropa  və  Latın 
Amerikası ölkələrinin fəhlə hərəkatlarında  bir müddət anarxist 
meylli  cərəyan  –  anarxizm-sindikalizm  mövcud  olmuşdur. 
Anarxist-sindikalistlər  sinfi  mübarizəni  və  inqilabı  məqbul 


 
saymmışlar.  Onlar  həmkarlar  ittifaqlarının  təşkil  edəcəkləri 
tətillər  vasitəsiylə  “ictimai  çevriliş”ə  nail  olmaq,  dövlət  haki-
miyyətini  ləğv  etmək  və  istehsalata,  ərzaq  bölgüsünə  başçılıq 
edən  sindikatlar  federasiyasının  rəhbərliyi  ilə  yeni  cəmiyyət 
qurmaq  ideyası  ilə  çıxış  emişlər.  İnqilabçı  marksistlər 
tərəfindən  opportunizmə  (“islahatçı  sosializm”ə)  yaxın  hesab 
olunan bu ideyalar qəti şəkildə rədd edilmişdir. 
Anarxist  meylli  bir  çox  tələbə-gənclər  hərəkatları  (“kom-
munist  anarxistləri”,  “yeni  sollar”  və  s.)  dünya  ölkələrində  bu 
gün də mövcuddur. 
 
 
Dini təmayüllü ideologiyalar 
 
Dini  təmayüllü  ideologiyalara  birbaşa  hansısa  dinə  əsas-
lanan  ideologiyalar  aiddir.  Məlumdur  ki,  dinlərdə  görüşlər 
çoxsahəli  olur.  Yəni,  dinlərdə    dünyanın  yaranışı,  varlıq  və 
materiya, ailə-məişət, iqtisadiyyat, hüquq, əxlaq, ictimai ədalət 
və  s.  məsələlər  haqqında  danışılır,  bəşəri  problemlərin  həlli 
yolları  göstərilir.  Bu  baxımdan  din  özlüyündə  bir  ideoloji 
sistemə  malikdir.  Ona  görə  də,  din  tarixən  siyasi  hərəkatların 
ideologiyasına  çevrilmiş  və  bununla  da  dini  təmayüllü 
ideologiyalar,  başqa  sözlə  dini  ideologiyalar  meydana 
çıxmışdır.  Bu  baxımdan,  dini  ideologiyaların  formalaşması 
dinlərin  yaranması  ilə  demək  olar  ki,  eyni  tarixi  dövrdə  baş 
vermişdir. 
Dində  Allaha inam  prinsipi  olduğundan dini ideologiyalar 
cəmiyyətdə  böyük  təsir  gücünə  malikdir.  Bu  ideologiyaların 
hədəfi bir qayda olaraq dini təmayüllü dövlət, başqa sözlə dini 
dövlət  qurmaqdır.  Bəs  dini  dövlət  qeyri-dini  (dünyəvi) 
dövlətdən nə ilə seçilir? Dini dövlət o dövlətə deyilir ki, orada 
dinin  insanlar  qarşısındakı  tələbləri  qanun  və  hüquqi 
normalarla  məcburiləşdirilir.  Bu  zaman  dinin  təbliğatı  yalnız 
dindarlar,  din  ocaqları  (məscidlər,  kilsələr,  mədrəsələr  və  s.) 
səviyyəsindən çıxaraq dövlət səviyyəsinə qalxır. Bu isə, əslində 


 
dinin mahiyyətini  və  ictimai funksiyasını dəyişmiş  olur, başqa 
sözlə  din  siyasiləşir.  Dinlərin  təriqətlərə  bölünməsi  də  əsasən 
siyasi  amillə  bağlıdır.  Son  orta  əsrlərə  qədər  dünya  dövlətləri 
əsasən  dini  təmayüllü  olmuş,  sonradan  tədricən  din  dövlətdən 
ayrılmağa başlamışdır. Lakin, bu gün də az və ya çox dərəcədə 
dini təmayülə  əsaslanan  dövlətlər  (İran, Pakistan, Vatikan,  ək-
sər ərəb ölkələri və s.) mövcuddur. 
Hazırda İslam təriqətləri içərisində “vəhabilik”, “cəfərilik” 
və “nurçuluğ”u ideologiya halına gəlmiş (siyasiləşmiş) təriqət-
lərə misal göstərmək olar. 
Dini ideologiyaların insanları özünə cəlb etmə qüvvəsi çox 
böyük  olduğundan  həmişə  siyasi  qruplar  və  imperialist  döv-
lətlər  bu  ideologiyalardan  müxtəlif  məqsədlərlə  istifadə  etmiş, 
hətta  öz  məqsədlərini  həyata  keçirmək  üçün  mürtəce  dini 
təriqətlər də yaratmışlar. 
 
 
Milli təmayüllü ideologiyalar 
 
Milli  təmayüllü  ideologiyalar  uyğun  olaraq  milli  məsə-
lələrin həllinin (milli varlığın yüksəldilməsi, milli azadlıq, milli 
dövlətin qurulması, etnik ziddiyyətlərin aradan qaldırılması və 
s.)  əsas  götürüldüyü  ideologiyalardır.  Bu  ideologiyalar  adətən 
milli  problemlərin  (müstəmləkəçilik,  xarici  təcavüz,  milli 
ayrıseçkilik, assimilyasiya, mədəni gerilik və s.) daha çox möv-
cud olduğu cəmiyyətlərdə xalqların milli azadlıq hərəkatlarının 
ideologiyası  kimi  formalaşmışdır.  Milli  təmayüllü  ideolo-
giyalar qısa olaraq milli ideologiya da adlandırılır. Lakin “milli 
ideologiya”  ifadəsi  təmayülündən  asılı  olmayaraq  hər  hansı 
dövlətin  qəbul  etdiyi  ideologiya,  hər  hansı  xalqın  tarixən 
formalaşmış dünyagörüşü və b. mənalarda da işlədilir. Biz bu 
ifadəni həmin mənalarda işlətməyəcəyik. 
Milli  ideologiyalar  “millətçilik”  və  ya  hansısa  millətin 
adıyla  da  (türk  millətçiliyi–türkçülük,  ingilis  millətçiliyi–
ingilisçilik  və  s.)  adlandırıla  bilər.  “Millətçilik”  ifadəsi  dar 


Yüklə 4,52 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə