Minaxanim təKLƏLİ mehmet rihtim



Yüklə 391,77 Kb.
Pdf görüntüsü
səhifə10/18
tarix21.03.2018
ölçüsü391,77 Kb.
#32704
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

21 

 

qayışlarını  ataraq  fərar  etmişdi.  Qaçan  düşməndən  külli  miqdarda  silah-sursat 



qənimət götürülmüşdü. 

7  iyul  1918:  Həsən  bəyin  dəstəsi  saat  11-də  Qarasaqqal  stansiyasını  ələ 

keçirmiş buradan Kürdəmir üzərinə hərəkətə keçmişdi. Lakin düşmən Kürdəmirdə 

350-yə  dək  piyada,  3  makinalı  tüfəng  2  topdan  ibarət  qüvvəsi  ilə  müqavimət 

göstərmiş,  Göydəlləklidən  100-ə  qədər  süvarinin  döyüşə  qoşulmasından  sonra 

hücumu  dayandırmış  və  döyüşü  çox  şiddətlənmişdi.  Düşmən  250  nəfərlik  əlavə 

təqviyyə  dəstələrilə  də  Həsən  bəyin  dəstəsinə  qarşı  əks-hücuma  keçmişdi.  Dəstə 

cinahlarının 

təhlükəyə 

düşəcəyindən 

çəkinərək 

döyüşə-döyüşə 

əvvəl 


İbrahimbəyliyə,  gecə  22.30-da  Musabəyli  kəndinə  çəkilmişdir.  Dəstə  5  nəfərlik 

şəhid, 12 nəfər yaralı itkiləri vermişdir. 



7 iyul 1918: Vəfat edən sultan V Mehmet Rəşadın yerinə keçən VI Mehmet 

Vahidəddin  Qafqaz  İslam  Ordusu  komandanlığına  göndərdiyi  məktubunda 

(7.07.18) müzəffər türk ordusuna müvəffəqiyyətlər arzulayır, xeyir-dua verirdi. 

8  iyul  1918:  Səhər  tezdən  Muğanın  şərq  yamaclarından  Şamaxı 

istiqamətində  hücuma  keçən  10-cu  alay  qərargaha  göndərdiyi  raportda  30-cu 

taburunun  qarşısındakı  düşməni  məğlub  etmişkən  29-cu  alayın  sursatı  qurtardığı 

üçün Şərədil yamaclarına çəkildiyi, habelə döyüşdə düşməndən başqa ətrafdakı rus 

malakan kəndlərinin də iştirak etdiyi göstərilir. 

8  iyul  1918:  Firqənin  08.07.1918  il  tarixli  əmrində  13-cü  alayın  (dəqiq 

olaraq: 4-cü taburu, könüllü bölüyü, iki top taqımı, top batareyası) iyulun 7-dən 8-ə 

keçən  gecə  Ağsudan  hərəkət  edən  Həsən  bəyin  dəstəsiylə  (dəstə  tərkibi:  46-cı 

tabur,  mürəttəb  və  milis  süvari  alayları)  birlikdə  Kürdəmirə  hücum  etmələri 

göstərilirdi. 

9  iyul  1918:  Karrar stansiyası istiqamətinə göndərilən 13-cü alay saat 5-də 

verdiyi  öz  raportunda  Qarasaqqal  stansiyası  ətrafında  mövqe  tutan  düşmən 

topçusunun  atəş  etməməsi  səbəbindən  həmin  topların  geri  çəkildiyi  bildirsə  də 

qərargahdan 13-cü alayın sursat vəziyyəti böhranlı görüldüyündən hələlik müdafiə 

vəziyyəti alınmasına əmr verildi. 

9  iyul  1918:  Ağsu  və  ətraf  kəndlərinin  əhalisi  böyük  xof  içində  Padara 

doğru qaçmaqdadır. Onları qorxuya salan Ağsunun şərqində qərbə doğru böyük bir 

düşmən  süvari  alayının  hərəkətə  keçməsi  olmuşdu.  Cəbhəni  gəzən  ordu 

komandanlığı zabitləri əhalini sakitləşdirib yerlərinə qaytara bildilər. 



9  iyul  1918:  Kürdəmir-Ağsu  şosesi  ilə  hərəkət  edən  düşmənin  zirehli 

avtomobilləri manqa xətlərini top və makinalı tüfənglərlə atəşə tutmaqdadır, lakin 

13-cü  alayın  əmrində  olan  Azərbaycan  topçu  taqımı  onları  tezliklə  susdura  bildi. 

Osmanlı  toplarına  nisbətən  onların  səhra  toplarının  mərmi  ehtiyatı  çox  üstün  idi. 

Kəllərə qoşulu olan toplar yoldan kənara çıxa bilməsə belə onların atəşləri düşmən 

toplarını susdurmağa və zirehli avtomobillərini qaçırmağa kifayət edirdi. 



9  iyul  1918:  Komandanlıqdan  verilən  məlumata  görə  Qafqaz  İslam 

Ordusunun  çatışmamazlıqlarını  tamamlamaq  üçün  9-cu  ordudan  göndərilən  350 




22 

 

nəfər  süvari  əsgərin  Qazaxa  çatdığı,  iyunun  10-da  onların  Bərgüşad  stansiyasına 



sövq ediləcəyi bildirilir. 

10  iyul  1918:  Ordu  komandanlığının  əmrinə  görə  13-cü  alay  Müsüslü 

dəstəsi  ilə  birlikdə  Kürdəmiri  tutmalı  idi.  Gecə  saat  2-də  başlayan  hücum 

qarşısında düşmən geri çəkilsə də Şilyan keçidində ciddi müqavimət göstərmişdir. 

9-cu ordudan göndərilən sıravi əsgərlər (onların fişəngli üçatılan fransız tüfəngi var 

idi) dərhal ehtiyat qüvvə kimi Qaraqoyunluya sövq edildi. 

10  iyul  1918:  Yeni  bölüklərlə  gücləndirilən  13-cü  alay  var  gücü  ilə 

Kürdəmirə can atırdı; artıq saat 17.30-da alay Kürdəmir bağçalarına daxil olmuşdu. 

Kürdəmir  qəsəbəsi  böyük  olmaqla,  dağınıq  halda  salındığından  və  hər  tərəf  bağ-

bağça  olduğundan  buradakı  düşməni  geri  çəkilməyə  vadar  etmək  elə  də  asan 

deyildi.  Kürdəmirin  tutulması  ilə  qatarla  geri  çəkilən  düşmən  tamamilə  əsir  düşə 

bilərdi.  Çox  yerdə  əlbəyаха  döyüşlər  gedirdi.  13-cü  alayın  yaralılarını  daşımağa 

kifayət  qədər  nəqliyyat  vasitəsi  yox  idi.  Yaralılar  Qarasaqqal  stansiyasına 

çıxarılırdı. Üç  gün iki gecə  fasiləsiz döyüşlərə  görə  yorğun düşən qoşun hissələri 

Kürdəmirin şərqindəki düşməni təqib edərək gecəni burada keçirdi. 

11  iyul  1918:  Qafqaz  İslam  Ordusu  qüvvələrinin  Kürdəmir  cəbhəsində 

vəziyyəti belə  idi: Kürdəmir-Bakı dəmiryolu ayrıca  xətt olmaqla  Müsüslü dəstəsi 

onun  cənubunda,  13-cü  alay  Maqsud  bağının  yaxınlığında,  Müsüslü  dəstəsinin 

süvariləri və mürəttəb süvari alayı, bir də könüllü süvari alayı Kanar stansiyası və 

Qarasaqqal kəndi istiqamətində idilər. 

12  iyul  1918:  Düşmən  zirehli  qatardan  və  8  topdan  da  atəş  etdiyindən, 

habelə  ərazi  düzənlik  olduğundan  dəstə  Qarasaqqal  stansiyasına  üç  kilometrdən 

çox  yaxınlaşa  bilməmişdi.  Axşamçağı  Qarasaqqaldakı  düşmən  13-cü  alaydan 

göndərilən  bir  tabura  qədər piyada  ilə  qovulmuş  və  bu  stansiya  ələ  keçirilmişdir. 

Bu döyüşdə igid Həsən bəy (46-cı taburun komandanı) şəhid oldu. 

13 iyul 1918:  Şaumyan V.İ.Lenin çəkdiyi teleqramda  “Rusiyadan ciddi bir 

yardım  gəlməzsə,vəziyyəti  düzəltmək  mümkün  olmayacaqdır.  Cəbhədə 

vəziyyətimiz  fənadır.  Düşmənin  qabağını  saxlamağa  yalnız  bizim  qüvvələrimiz 

kifayət etmir. Rusiyadan ciddi yardım göndərilməsi lazımdır. Yardım göndərilməsi 

ilə  bağlı  bütün  nüfuzunuzdan  istifadə  edin.  Vəziyyət  çox  qarışıqdır”  deyə  xəbər 

verirdi. 



14 iyul 1918: 6.7.1918-də Gümrüdən hərəkət edən 38-ci alayla 65 zabit 247 

əsgər,  701  qoşqu  və  minik  heyvanı,  2092  tüfəng,  16  ağır  makinalı  tüfəng,  4 

qüdrətli  dağ  taqımı  və  bir  dağ  batereyası  bu  gün  Azərbaycan  ərazisinə  -  Qazaxa 

çataraq həmən Qafqaz İslam Ordusu sərəncamına daxil olur. 



14  iyul  1918:  Şaumyan yenidən cəbhəyə  - Qırmızı Ordu  Komandanlığına 

gəldi; ordu hissələrinin döyüş bacarığı ilə tanış oldu. Bu Qafqaz İslam Ordusunun 

Karrar stansiyasını bolşevik-daşnak qüvvələrindən azad etdiyi gün idi. 



Yüklə 391,77 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə