Minaxanim təKLƏLİ mehmet rihtim



Yüklə 391,77 Kb.
Pdf görüntüsü
səhifə11/18
tarix21.03.2018
ölçüsü391,77 Kb.
#32704
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

23 

 

15  iyul  1918:  Cəbhədə  düşmənin  diqqətə  layiq  heç  bir  hərəkəti  müşahidə 

olunmamışdı.  15-dən  16-a  keçən  gecə  13-cü  alay  Ağsuya  göndərilmiş,  Ağsudakı 

25-ci tabur isə Müsüslü dəstəsinə verilmişdi. 



16  iyul  1918:  Şərq  cəbhəsi  komandanlığının  tərkibində  Cənub  qrupu 

yaradıldı. Onun bazasını Müsüslü dəstəsinə daxil olmuş 10-cu alayın 26-cı taburu, 

5-ci  Qafqaz  firqəsinin  istehkam  bölüyü,  38-ci  alayın  bir  taburu,  zirehli  qatar, 

Azərbaycan könüllülərinin hissə və bölmələri təşkil edirdi. Qrup Gəncə-Bakı dəmir 

yolu  boyunca  irəliləməli  idi.  Cənub  qrupuna  Kürdəmir  döyüşlərində  Həbib  bəy 

Səlimov  rəhbərlik  edirdi.  Bakı  altında  döyüşlər  zamanı  Həbib  bəy  Gəncəyə 

çağırıldı,  onun  yerinə  Cəmil  Cahid  bəy  təyin  edildi.  Bakıya  həlledici  hücum 

ərəfəsində Cənub qrupu şəhərin cənub-qərbində (sahil boyunca) mövqe tutmuşdu. 



16 iyul 1918: Axşam 38-ci alaydan bir tabur piyada, alayın makinalı tüfəng 

bölüyü və qüdrətli dağ batareyası Kürdəmirə çatdırılmış və stansiyada endirilmişdi. 

Ordu  tərəfindən  38-ci  alayın  3-cü  taburunu  Gəncədə  saxlamaq,  2-ci  taburunu 

Müsüslü  dəstəsinin  əmrinə  vermək,  1-ci  taburunun  isə  firqə  ehtiyatı  kimi  Şimala 

göndəriləcəyi qərarlaşdırıldı. 

16-18 iyul 1918:  Döyüşləri vahid plan əsasında həyata keçirmək  üçün  və  

həmçinin  ordu qüvvələrinin daha çevik və səmərəli idarəsinə nail olmaq məqsədi 

ilə  Şərq  cəbhəsi  komandanlığı  yaradıldı.  Qafqaz  İslam  Ordusu  komandanlığının 

əmri  ilə  Bakıya  gedən  şose  yolu  ilə  hərəkət  edəcək  hissə  və  bölmələr  bir  taktiki 

qrupda  birləşdirildi.  V  Qafqaz  firqəsinin  komandanı  Mürsəl  paşa  Şərq  cəbhəsi 

komandanı təyin edildi. 



17 iyul 1918: 17 iyul axşamı Gəncədə Fətəli xan Xoyskinin rəhbərlik etdiyi 

ikinci hökumət kabinəsi təşkil edildi. 



17 iyul 1918: Cəbhələrdə kəşfiyyat fəaliyyətləri aparılmışdır. Qafqaz İslam 

Ordusu qoşun birləşmələrinə səmərəli xidmət göstərmək məqsədilə Səhiyyə bölüyü 

Qaraqoyunluya çıxarılmış və öz işinə başlamışdır. 

18  iyul  1918:  Ordu komandanlığı tərəfindən Azərbaycan ordusunun təşkili 

üçün  Qafqaz  İslam  Ordusundakı  zabitlərdən  təlim  və  tərbiyəyə  şövqü  olan  fəal 

zabitlərin 22.07.1918-il tarixdə Gəncədə olması üçün ezam edilməsi əmr olundu. 

18 iyul 1918: Qafqaz İslam Ordusunun Şamaxı və Kürdəmirdən sonra Bakı 

istiqamətində  ordu  üçün  suyu  necə  əldə  etməsilə  əlaqədar  olaraq  ordu 

komandanlığından  Hacıqabul  stansiyasındakı  su  anbarının  düşmən  tərəfindən 

dağıdılmadan ələ keçirilməsinin gərək olduğu qərarlaşdırıldı. 



18  iyul  1918:  38-ci  alayın  ikinci  taburu  da  Kürdəmirə  gəlmiş  və  Cənub 

qrupunun  əmrinə  verilmişdir.  Gəncə  stansiyasından  yola  salınan  198  sandıq 

piyada,  112  sandıq  qüdrətli  və  97  sandıq  Şnayder  dağ  mərmisi  saat  11.30-da 

qatarla Kürdəmirə çatdırılmış və Ağsuya daşınmışdır. 



19  iyul  1918:  Azərbaycanda  yaranmış   mürəkkəb və  gərgin şəraiti  nəzərə 

alaraq hökumət bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. 




24 

 

19  iyul  1918:  Bugünkü  hücum  nəticəsində  Şimal  qrupunun  qarşısındakı 

düşmən Mədrəsəyə, daha sonra Mədrəsədən də şərqə çəkilmişdir. Çəkilən düşmən 

qüvvəsi 800-1000-ə qədər piyada və topdan ibarətdir. Şimal qrupu Şamaxı yolunu, 

bölgədəki  düşməni  atəş  altında  tutmalı;  ətrafdakı  malakan  kəndlərini  nəzarətdə 

saxlamalı idi. 



19  iyul  1918:  Qafqaz  İslam  Ordusu  Şamaxı  istiqamətində  hücuma  keçdi. 

Lakin  Qırmızı  Ordunun  Şamaxı  yoluyla  çəkildiyini  görüb  onların  arxasına  keçib 

mühasirəyə  salmaq  üçün  Mədrəsə  kəndinə  istiqamət  alaraq  buradan  Acıdərə 

yüksəkliyindən keçib Mərəzəyə çıxdı. (20.07.1918) 



19 iyul 1918: Sarıtsindən Bakıya Petrovun yaxşı silahlanmış, tərkibində atlı 

eskadronu,  matros  bölüyü,  atlı  kəşfiyyatçı  dəstələri  olan  800  nəfərlik  hərbi 

birləşməsi daxil oldu. 

19-22  iyul  1918:  Şamaxı  əməliyyatı.  Qafqaz  İslam  Ordusunun  Şimal 

qrupunun  Şamaxı  şəhərini  S.Şaumyanın  başçılıq  etdiyi  Bakı  Sovetinin  bolşevik 

daşnak  qüvvələrindən  azad  etmək  uğrunda  keçirdiyi  hərbi  əməliyyat  Ağsu  və 

Kürdəmirin azad olunmasından sonra əməliyyat üçün münasib şərait yarandı. Bakı 

uğrunda  həlledici  hücuma  başlamaq  üçün  Şamaxı  əsas  dayaq  bazası  olduğundan 

ordu komandanlığı bu məntəqənin tezliklə alınmasını zəruri hesab edirdi. 



20  iyul  1918:  Petrov Bakının hərbi komendantı təyin olundu. İrəliləməkdə 

olan  Qafqaz  İslam  Ordusuna  qarşı  hər  kəsi  səfərbər  olmağa  səslədi;  onun 

intibahnamələri çağırış ruhundaydı: “Dayan! Oxu! Onda bilərsən ki, qorxaqsan, ya 

yox.  Sənə  müraciət  edirəm,  ideya  qardaşlarım!”  Bunlar  əbəs  idi.  Bakının 

müsəlman əhalisi gözünü xilaskar türk ordusunun yoluna tikmişdi. 

20 iyul 1918: Türk İslam Ordusu Şimal qrupu qüvvələri Şamaxıdan keçərək 

onun  şərqindəki  Çuxanlı-Məlikçoban  xəttinə  çıxdı.  Düşmən  qüvvələri  Şamaxıda 

mühasirəyə  düşmək  təhlükəsi  ilə  üzləşdiklərindən  təcili  Mərəzəyə  doğru  geri 

çəkildilər. 



20  iyul  1918:  Abdulla  Şaiqin  Qafqaz  İslam  Ordusunun  xilaskar  yürüşünə 

həsr edilmiş “Neçin böylə gecikdin” şeiri:  



Sənsiz qəlbim qırıq, sönük, 

çeynənmiş, xırpalanmış, 

Ömür şüşəm daşa dəymiş, 

həyatım parçalanmış. ... 

Şu vətənin öksüzləri, 

gəlinləri, dulları 

Yolunuzu bəkləməkdən 

bənizləri sararmış. 

Heç gəlmədin, о şən, 

gülər ürəkləri qəm almış 

Sən gəlməsən, dolumsanmış 

ürəklər heç şad olmaz. 


Yüklə 391,77 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə