Minaxanim təKLƏLİ mehmet rihtim



Yüklə 391,77 Kb.
Pdf görüntüsü
səhifə12/18
tarix21.03.2018
ölçüsü391,77 Kb.
#32704
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

25 

 

 



“Açıq söz” qəzeti 13 zilhiccə 1334 sayında çap olunmuşdur. 

20  iyul  1918:  Bakı  istiqamətində  mühüm    strateji  əhəmiyyətə  malik  olan 

Şamaxı  azad  edildi.  III  briqadanın  komissarı  A.Mikoyan  və  Şamaxı  bölüyü 

komandiri  Qazarov  raportlarında  güclü  yağışlar  altında  geri  çəkildiklərini  xəbər 

verirdi. 



20  iyul  1918:  5  iyulda  İrandan  Ələtə  gələn  Biçeraxov  qüvvələri  Kürdəmir 

döyüşlərində 300 nəfər itki vermişdi. 



20  iyul  1918:  Biçeraxov  komandanlıqdan  imtina  edərək  onu  Avetisova 

təhvil verdi. 



21  iyul  1918:  Ordu  komandanlığından  verilən  əmr  üzrə  Şimal  qrupu 

hərəkətə keçmiş və Mərəzənin qərbində düşmənlə çarpışmadan sonra saat 13.30-da 

kəndi  ələ  keçirmişdir.  Düşmən  cəbhəsində  vuruşan  200  nəfərlik  Hilmilli  və  Qız 

Meydanı (Alekseyevka) malakan kəndliləri geri dönüb qayıtdıqda onlar bir bölük 

piyada əsgər müşayiətində kəndlərinə göndərildi. 

21 iyul 1918:  Qafqaz İslam Ordusu komandanı Nuri paşanın Bakının təcili 

ələ keçirilməsi barədə əmri alındı. 



21  iyul  1918:  “Bakinski  Raboçi”  qəzeti  həmin  sayında  (№  143(259) 

“Moskvadan  kömək”  başlığı  altında  Leninin  tapşırığı  və  göstərişi  üzrə  Petrovun 

780 nəfərlik qüvvəsi ilə Bakıya köməyə gəldiyini xəbər verir. 

22 iyul 1918: Cənub qrupu dəstələri tərəfindən Sığırlı stansiyası bu gün saat 

13.30-da ələ keçirilmişdir. 



22  iyul  1918:  Qafqaz  İslam  Ordusu  komandanı  Nuri  paşa  5-ci  Qafqaz 

firqəsi komandanı Mürsəl paşaya düşməni Hacıqabuldan çıxarıb şərqə atmaq üçün 

Şimal qrupundan bir dəstə ayırmasını, həmçinin bu hücumda Əhməd Həmdi bəyin 

dəstəsinin  də  iştirak  etməsini  tələb  etdi.  Belə  ki,  Əhməd  Həmdi  bəyin  dəstəsinin 

Hacıqabul dəmiryolunu dağıtmasının gərəkliyi lazım bilinirdi. 

22 iyul 1918: Türk ordusu Ələtə çıxmışdır. 

22  iyul  1918:  Şimal  qrupunun  hissə  və  bölmələri  Mərəzə  ətrafında  baş 

verən  döyüşdə  bolşevik-daşnak  qüvvələrini  əzdilər.  Düşmən  Cəngiyə  qədər 

qaçaraq  orada  müdafiə  mövqeləri  qurmağa  çalışdılar.  Bununla  Şamaxı  və  ətrafı 

azad  edildi  və  Bakı  istiqamətində  hücumu  genişləndirmək  üçün  əlverişli  mövqe 

tutuldu. 

23 iyul 1918: Geri çəkilən düşmən stansiyalardakı su anbarlarını, dəmiryolu 

relslərini,  xətt  üzərindəki  körpüləri  dağıdırdı.  Lakin  Hacıqabuldakı  su  anbarının 

susuz çöllə irəliləyən qoşun üçün fövqəladə əhəmiyyəti var idi. Odur ki, ordudan 

bu  istiqamətdə  həmin  məqsəd  üçün  əlavə  kömək  olaraq  38-ci  alayın  3-cü 

taburunun göndərilməsi rica edilirdi. 

24  iyul  1918:  Alınan  kəşfiyyat  məlumatlarına  görə  düşmənin  Qarasu 

stansiyasında (Hacıqabula yaxın) bir zirehli qatarı və bir bölük süvarisi vardır. 




26 

 

25  iyul  1918:  Ordudan  alınan  şifrəli  əmrdə  Bakıya  qarşı  qəti  hücuma 

başlamaq üçün iyulun 26-da ümumi hərəkata keçmək lazım olduğu göstərilirdi. 

25  iyul  1918:  Bolşevik  hökumətinin  iradəsinin  ziddinə  olaraq  eser-daşnak 

və  menşeviklər  Bakı  Sovetində  səsvermə  keçirərək  ingilis  qüvvələrinin  Bakıya 

dəvət edilməsi barədə qərar qəbul etdilər. 

25  iyul  1918:  Qafqaz  İslam  Ordusunun  Bakıya  yürüşünü  dayandırmaq  

üçün  Çiçerin Almaniyanın  diplomatik nümayəndəsinə 4014 №-li nota verdi. 



26  iyul  1918:  Cənub  qrupunun  piyada  qoşun  hissələri  Qarasu  stansiyasını 

almış  və  bununla  Cavad  məntəqəsindəki  Əhməd  Həmdi  bəyin  dəstəsi  ilə  əlaqə 

yaratmışdır. 

26  iyul  1918:  Bakı  altında  Biləcəridə  mövqe  tutmuş  Biçeraxov  Qafqaz 

İslam Ordusu tərəfindən sıxışdırıldığını görüb cəbhəni buraxaraq Dərbəndə getdi. 



27  iyul  1918:  Bu  gün  Cənub  qrupunun  süvariləri  saat  11-də  Hacıqabul 

stansiyasını ələ keçirmiş və düşmən Pirsaat stansiyasına geri çəkilmişdir. 



27  iyul  1918:  Şaumyan  Leninə  teleqramında  bildirirdi  ki,  ordular  Bakıya 

qədər geri çəkilmişdir; bizə qarşı içində alman təlimatçıları olan nizami türk ordusu 

vuruşur. Bakını xilas etmək Rusiya üçün zəruridir. 

28 iyul 1918: Şimal qrupu birlikləri Cəngi poçtu mövqeyini ələ keçirmişlər. 

Elə buradaca irəliləməyə başlayan Şimal qrupu 200 süvari və 20 piyadadan ibarət 

bir bolşevik dəstəsi ilə qarşılaşmış, onu məğlub edərək bir zirehli avtomobil, 2 top 

ələ keçirmişdir. 



28 iyul  1918:  Ələ keçirilən zirehli avtomobildə əsir düşən  ingilis zabitinin 

ifadəsindən  Biçeraxov  qüvvələrinin  artıq  Hacıqabuldan  çəkilib  Biləcəri  altında 

bulunduğu, əvvəl ingilislərin köməyindən imtina edən bolşeviklərin indi bu ittifaqa 

meyil  etməkdə  olduğu  və  habelə  Bakıdakı  ermənilərin  bolşeviklərdən  ayrılaraq 

türklərlə sülhə getmək fikrində olduqları aydın olmuşdur. 

28 iyul 1918: Qafqaz İslam Ordusu qüvvələri Biləcəriyə çatmışdır. 

29 iyul 1918: Ordu komandanlığına verilən raportdan aydın olur ki, Qafqaz 

İslam Оrdusunun irəli hərəkəti başlayandan dəmiryolunda Müsüslüdən Hacıqabula 

qədər  irili-xırdalı  22  körpü  bu  və  ya  digər  dərəcədə  yenidən  tikilmiş  və  qismən 

təmir edilmiş, 8 stansiyanın yol dəyişdiriciləri və bir çox yerləri yenilənmişdir. 



29 iyul 1918: Verilən əmr üzrə 29.07.1918 il saat dörddə hərəkətə başlayan 

Şimal qrupu Atbatan mövqeyinin qərb yamaclarında iki taburdan çox piyada, 200 

süvari,  iki  top  və  üç  zirehli  avtomobildən  ibarət  bir  düşmən  müqavimətinə  rast 

gəlmişdir.  Şimal  qrupu  döyüşə  başlamış  və  düşməni  qovaraq  saat  12.30-da 

mövqeləri ələ keçirmişdir. 

30  iyul  1918:  Şimal  qrupunun  hücumu  qarşısında  Sumqayıt  stansiyası 

istiqamətində geri çəkilən düşməni təqib edərkən Xırdalanın qərbində susuz və isti 

çöldə  Bakıya  Quba  dağlarından  çəkilib  gətirilən  təmiz  və  ləziz  suyun  хəzinəsinə 

təsadüf edilir. 




Yüklə 391,77 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə