Minaxanim təKLƏLİ mehmet rihtim



Yüklə 391,77 Kb.
Pdf görüntüsü
səhifə13/18
tarix21.03.2018
ölçüsü391,77 Kb.
#32704
1   ...   10   11   12   13   14   15   16   17   18

27 

 

30 iyul 1918: Sovet Rusiyasından Bakıya göndərilən qüvvələrə mane olmaq 

məqsədilə Bakı-Dərbənd dəmiryolunun dağıdılması üçün mürəttəb 2-ci süvari alayı 

göndərildi. 



30 iyul 1918: İyulun 30-dan 31-ə keçən gecə Сənub qrupunun qarşısındakı 

düşmən  qüvvələri  Bakıya  geri  çəkildiyi  sırada  Qobunun  şərq  yamacındakı  qoşun 

hissələrimizlə atışma baş verdi. 

30 iyul 1918: Osmanlı dövləti Hərbiyyə naziri Ənvər paşanın Bakı Sovetinə 

göndərdiyi  bəyannaməsində  (30  iyulda  oxundu)  dediyi  “qəhrəman  türk  ordusu 

Bakıya  girərkən  xristian  xalq  müqavimət  göstərməzsə,  onlar  müsəlmanlarla 

birlikdə  bütün  haqlardan  istifadə  edəcəklər.  Əks  təqdirdə  biz  bu  gözəl  və  zəngin 

şəhəri hücumla alacağıq” sözləri böyük həyəcan yaratdı. 

30  iyul  1918:  Səhərə  yaxın  Şimal  qrupu  yenidən  hücuma  keçərək 

Bibiheybətin  cənubi-şərq  təpələrində  erməni-rus  qüvvələrilə  döyüşə  girmişlər. 

Türk-İslam  qoşun  hissələrinin  qarşısında  dayana  bilməyən  bolşeviklər  Qobu 

kəndinin şimalından Sumqayıt tərəflərə çəkilmişdir. 



30

 

iyul 1918: Bakının 10 km. qərbindəki Qobu kəndi ələ keçirildi. 

30  iyul  1918:  Cənub  qrupu  tərəfindən  bu  gün  Nəvahi  və  Ağbulaq 

stansiyalan ələ keçirildi. 



31  iyul  1918:  Şimal qrupu birlikləri tərəfindən Heybət stansiyasının 2 km. 

şimal-qərbindəki 905 m. yüksəklikdəki təpə ələ keçirildi. 



31  iyul  1918:  38-ci  piyada  alayının  1-ci  taburu  Sumqayıt  stansiyası 

ətrafında  müdafiəyə  çəkilən  bolşevik-daşnak  qüvvələrinə  qarşı  hücuma  keçib 

onların müdafiəsini yardı və düşməni Bakıya doğru geri çəkilməyə məcbur etdi. 

31  iyul  1918:  Günortadan  sonra  38-ci  alayın  1-ci  taburu  tərəfindən 

Sumqayıt stansiyası tamamilə ələ keçirildi. 



1  avqust  1918:  Bakıya  2  km.  məsafədə  bulunan  (bu  gün  şəhər  hududları 

içərisində qalan) Salhanı və Qışla təpələri ələ keçirildi. 



1  avqust  1918:  Heybət-Biləcəri  dəmiryolunun  şərqində  müdafiə  mövqeyi 

tutan düşmənə qarşı səhər tezdən hücum başlandı. Şiddətli vuruşmalar nəticəsində 

736  rəqəmli  Qurd  qapısı  gədiyi  ələ  keçirildi.  Bolşevik-daşnak  birləşmələrinin  bu 

mühüm  məntəqəni  yenidən  əllərinə  salmaq  üçün  ardıcıl  hücumları  bacarıqla  dəf 

olundu. 

1  avqust  1918:  Şərq  cəbhəsinin  Ərkani  hərbi  (qərargahı)  axşamçağı 

Hökməli kəndində yerləşdirildi. 



1 avqust 1918: 60-cı tabur hücum edərək Hacı Həsən kəndini ələ keçirdi. 

1 avqust 1918: Bakıda Şaumyanın Sovet hakimiyyətinin  süqutundan  sonra 

antimilli  oyuncaq  hökumət  olan  “Sentrokaspi  diktaturası”  yaradıldı.  (Sentyabrın 

15-ədək mövcud olmuşdur) Partiya mənsubiyyətinə görə daşnaklardan, sağ eser və 

menşeviklərdən  təşkil  olunmuş  Diktaturanın  hərbi  qüvvələri  isə  əsasən  Bakı 

Kommunası  dövründə  formalaşdırılmış  erməni-rus  birliklərindən  ibarət  idi. 

Hökumət  Qafqaz  İslam  Ordusunun  Bakıya  doğru  irəliləməsinin  qarşısını  almaq 




28 

 

üçün  L.Biçeraxovun  və  ingilis  qüvvələrinin  İrandakı  komandanı  L.Denstervillin 



köməyinə  əl  atdılar.  Diktaturanın  hərbi  komissarı  əvvəl  Markaryan,  sonra  isə 

Baqratuni; qoşun komandanı Avetisov idi. 



2 avqust 1918: Qafqaz İslam Ordusu komandanının əmri ilə təşkil olunmuş 

yerli  alayların  1-ci  alay  Qazax  alayı;  2-ci  alay  Qarabağ;  3-cü  alay  Zaqatala;  4-cü 

alay Ağdaş alayı-adlandırılması qərara alındı. 

2  avqust  1918:  Qafqaz  İslam  Ordusu  komandanı  Nuri  paşa  III  ordu 

komandanına  avqustun  5-də  Bakını  hücumla  tutmaq  barədə  2  avqustda  əmr 

verdiyini bildirir. 

2  avqust  1918:  Bakının  şimalındakı  kəndlərin  silahlı  əhalisini  düşmənə 

qarşı döyüşlərə cəlb etmək məqsədilə Ləzgi alayı komandirinin əmrində bir süvari 

Ləzgi bölüyü lazimi təlimatla kəndlərə göndərildi. 

3  avqust  1918:  Axşam  Gəncədən  dəmiryolu  ilə  hərəkət  etdirilən  27-ci 

taburun iki bölüyünün Hacıqabuldan təcili cəbhəyə göndərilməsi bildirildi. 



3  avqust  1918:  Qoşun Ərkani hərbinin Xırdalan stansiyasında yerləşdiyini 

düşmənin öyrəndiyinə görə qərargah avqustun 3-dən 4-ə keçən gecə buradan Qobu 

kəndinə köçürüldü. 

3  avqust  1918:  Qafqaz  İslam  Ordusunun  5-ci  firqə  (diviziya)  komandanı 

Mürsəl  paşa  Bakı  Soveti  və  Erməni  Milli  Şurasına  şəhəri  təslim  haqqında 

ultimatum  verdi.  Lakin  Biçeraxovun  yardımına  ümid  bəsləyən  düşmən  Mürsəl 

paşaya cavab vermədilər. 



4  avqust  1918:  Daşnakların təhriki ilə  “Sentrokaspi diktaturası” İngilisləri 

Bakıya  dəvət  etdi;  avqustun  4-də  ilk  olaraq  polkovnik  Stoksun  rəhbərliyi  altında 

300 nəfərlik ingilis hissəsi Bakıya daxil oldu. 

4  avqust  1918:  Batumdan  bir  silah-sursat  qatarının  Poylu  stansiyasına 

gəldiyi xəbəri alınmışdır. 



4 avqust 1918: Ağsunun şimalında və Gürcüvan ətrafında erməni quldurları 

tuğyan  etdiyindən  onların  cəzalandırılması  üçün  Gəncədən  qaimməqam  Muxtar 

bəy Kürdəmirə hərəkət etdirilmişdir. 

5  avqust  1918:  Birinci  Bakı  hücumu.  Sübh  saat  4.25-də  türk  qoşunun 

hücumu  qarşısında  erməni,  rus  və  ingilislərdən  meydana  gələn  Bakını  “müdafiə” 

edən qüvvələr geri çəkilmək məcburiyyətində qalmışdılar. Şəhərə hakim olan Bayıl 

təpələri də ələ keçirilmişdi. Şəhərin  xristian əhalisi xof və  dəhşət içində qaçmağa 

qalxmışdı. Artıq düşmənin 1-ci müdafiə xətti qırılmış, 2-ci xəttə girişilirdi. Bakının 

qurtuluşu yaxınlaşmaqda idi. Lakin topçuların irəliləyən qoşun hissələrinə verdiyi 

atəş  dəstəyi  getdikcə  azalmağa  başlamış  və  günortadan  sonra  tamam  kəsilmişdi. 

Beləliklə, top mərmisi ehtiyatının olmaması üzündən hücum başa çatdırıla bilmədi. 

Bol  silah-sursatla  təchiz  olunmuş  düşmənin  top  və  makinalı  tüfəng  atəşləri 

qarşısında türk birlikləri Heybət-Biləcəri dəmiryolunun qərbindəki xəttə çəkilməyə 

məcbur oldular. 



Yüklə 391,77 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə