Minaxanim təKLƏLİ mehmet rihtim



Yüklə 391,77 Kb.
Pdf görüntüsü
səhifə15/18
tarix21.03.2018
ölçüsü391,77 Kb.
#32704
1   ...   10   11   12   13   14   15   16   17   18

31 

 

darmadağın etmək əmri verilmiş, qızğın döyüşlər başlamışdı. 38-ci alaydan 5 nəfər 



şəhid olmuş, 20 nəfər yaralanmışdı. 

17  avqust  1918:  General  L.Denstervillin  komandası  altında  Britaniya 

qoşunu  Bakıya  girdi.  Gəmidən  düşüb  Bakının  müdafiə  xətlərini  tədqiq  edən 

general  Çanaqqalanı  xatırlayaraq  “Bakını  türklərin  hücumundan  fələk  də  qurtara 

bilməz” deyə təəssüratını dilə gətirdi. 



18 avqust 1918: Dan söküləndə general Denstervill Bakının müdafiə xəttini 

ətraflı təftiş etdi. 



19  avqust  1918:  Rusiyanın  Almaniyadakı  səlahiyyətli  nümayəndəsi 

Almaniya  Xarici  İşlər  Nazirliyinə  verdiyi  A.491  №-li  notasında  türk  ordularının 

Bakı üzərinə hücumunu dayandırmağı tələb etdi. 

20 avqust 1918:  General Denstervill Biçeraxov ilə birlikdə hərəkət planını 

hazırlamaq üçün “Prezident Kryüqer” gəmisi ilə Dərbəndə hərəkət etmişdi. Lakin 

ertəsi gün limana yaxınlaşarkən bir bolşevik gəmisinin atəşinə uğramış və general 

Bakıya dönmüşdü. 



20 avqust 1918:  RSFSR hökuməti Almaniyaya yeni etiraz notası göndərir. 

Notada  türklərin  Bakını  tutmasının  əsl  fəlakət  olacağı,  Bakı  neftinin  Rusiyanın 

xalq təsərrüfatı üçün həyati əhəmiyyətli olduğu göstərildi. 

20  avqust  1918:  Bu  günə  olan  məlumata  görə  Gürcüstanda  214  alman 

zabiti və 5050 əsgəri var idi. 



21  avqust  1918:  Qafqaz  İslam  Ordusu  komandanlığından  21  avqustda 

alınan  məktubda  Batum-Tiflis  yolu  ilə  təqviyyə  qüvvətləri,  habelə  ağır  toplar 

göndərildiyi xəbər verilir. 

Qeyd:  sənədlərdən aydın olur ki, təqviyyə  gücü olan 15-ci  tümənin qatarla 

Gürcüstan  ərazisindən  keçməsi  üçün  gürcülər  türklərdən  Abaztuman  yaylağını 

istəmişdir. Bu kənd onlara verildikdən sonra onlar yolu açmışdılar. 

23  avqust  1918:  Mərəzədən  sonraki  hərəkatda  biri  zirehli  olmaqla  üç 

avtomobili pusquya salıb ələ  keçirən 19-cu süvari bölüyünün zabit  kəşfiyyat qolu 

komandiri Ermenekli Mehmet Emin əfəndinin mükafat olaraq rütbəsi bir dərəcə ilə 

bərabər,  ona  qundaqlı  bir  parabellüm  tapanca  hədiyyə  olundu.  Kəşfiyyat  qolu 

süvari əsgərlərinə isə 100 lirə hədiyyə edildi. 

23 avqust 1918:  On beşinci firqənin Azərbaycana yardıma göndərilməsinə 

23  avqusta  əmr  verildi.  Diviziya  (firqə)  Osmanlı  dövlətinin  Hərbi  naziri  Ənvər 

paşanın əmrinə əsasən Xəlil paşanın komandanlıq etdiyi Şərq Orduları qrupundan 

(9-cu  ordudan)  alınaraq  Qafqaz  İslam  Ordusuna  daxil  edildi.  Azərbaycana 

yetişəndə onun tərkibində 38-ci, 56-cı, 106-cı piyada alayları, topçu bölməsi, cəmi 

157  zabit,  7636  əsgər  olmalı  idi.  Firqə  Qarakilsə-Qazax  yolu  ilə  Azərbaycana 

çatmalı və qatar vasitəsilə Bakıya yetişməli idi. Bakının azad olunması zamanı ona 

Biləcəri tərəfdə mövqe tutmaq və hücuma keçmək tapşırığı verildi. 




32 

 

24  avqust  1918:  Qafqaz  İslam  Ordusunun  Bakını  azad  etmək  uğrunda 

cəhdləri  gücləndi.  Həmin  gün  axşamı  Denstervill  silah-sursat  ardınca  Ənzəliyə 

yola düşdü. 



26  avqust  1918:  Türk  İslam  Ordusunun  Binəqədi  istiqamətindən  güclü 

hücumu  başlandı.  Səhər  13-cü  Qafqaz  alayı  top  atəşləriylə  maneələrlə 

möhkəmləndirilmiş  Yanardağın  qərbindəki  Sarıtəpəyə  hücum  edərək  buradaki 

erməni,  rus,  ingilis  əsgərlərini  süngü  və  bomba  hücumu  ilə  mövqelərindən 

çıxarmış, saat 11.40-da təpəni ələ keçirmişlər. 

26-31  avqust  1918:  Qafqaz  İslam  Ordusu  şəhər  ətrafındakı  strateji 

əhəmiyyətli  mövqeləri  ələ  keçirmək  üçün  Binəqədi  ərazilərində  keçirdiyi  döyüş 

əməliyyatında  V  Qafqaz  firqəsinin  10-cu  və  13  -cü  piyada  alayları,  Azərbaycan 

könüllü  və  süvarilərinin  “Maştağa  dəstəsi”,  38-ci  alayın  bölmələri,  qarşı  tərəfdə 

Şimali Stafford və Uorçester alayının bir bölüyü, Biçeraxov alayının iki bölüyü və 

Sentrokaspi qüvvələri iştirak edirdi. Yanardağ və Binəqədi məntəqələrində cərəyan 

edən döyüşdə 3 zabit, 23 əsgər şəhid, 2 zabit, 70 əsgər yaralı olmaqla, cəmi 98 itki 

verilmişdir. 



Avqust 1918: Avqustun son günlərində ordu komandanı Nuri paşanın əmri 

ilə Şərq cəbhəsi komandanlığının tərkibində üç taktiki qrup - Şimal, Qərb, Cənub 

qrupları yaradıldı. 

27  avqust  1918:  Bakıdakı  ingilis  qüvvələrinə  arxadan  yardımın  qarşısını 

almaq  məqsədi  ilə  türklər  Təbrizdən  Qəzvin  istiqamətinə  hücum  etdilər. 

Denstervill bunu “türklərin müdrikliyi” kimi izah etməyə məcbur oldu. 

27  avqust  1918:  Türkiyə  ilə  müttəfiq  olmasına  rəğmən  Almaniya 

Azərbaycana münasibətdə fərqli siyasət yeridirdi. Buna görə də bu sahədə Rusiya 

ilə  ümumi  maraqlarıyla  bağlı  olaraq  3  aya  qədər  çəkən  danışıqlardan  sonra 

Berlində  Almaniya  ilə  Sovet  Rusiyası  arasında  Brest  müqaviləsinə  əlavə  məxfi 

saziş  imzalandı.  Bu  sazişin  4-cü  maddəsinə  görə  Almaniya  Rusiya  torpaqlarının 

başqa bir dövlətin əlinə keçməsini dəstəkləməyəcəkdir. (Burada Bakının türklərin 

əlinə  keçməsi  nəzərdə  tutulmuşdur).  Oğrunca  aparılan  bu  sövdələşməyə  görə 

Rusiya da Bakıya sahib olduqda Almaniyaya neft verəcəkdi. 



28 avqust 1918: Bakının şimal-qərbindəki Xırdalan kəndi ərazisində Palçıq 

vulkanı  (Çirkli  vulkan)  deyilən  yerdə  türk  qüvvələri  ingilisləri  ağır  məğlubiyyətə 

düçar etdi. 

29  avqust  1918:  Şimali  Qafqaz  Ordusu  komandanı  Yusif  İzzət  paşa 

İstanbuldan Batuma gəldi. 



29  avqust  1918:  Şərq  Orduları  qrupu  komandanı  Xəlil  paşa  siyasi 

mülahizələr  baxımından  Bakı  əməliyyatının  tezliklə  başa  çatdırılmasının 

zəruriliyini bəyan etdi. 

31 avqust 1918: Binəqədi, Digah, Məhəmmədli kəndləri azad edildi. 

31 avqust 1918: Gündüz saat 11-də Bakıda Sovet hakimiyyəti iflasa uğradı. 



Yüklə 391,77 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə