Minaxanim təKLƏLİ mehmet rihtim



Yüklə 391,77 Kb.
Pdf görüntüsü
səhifə16/18
tarix21.03.2018
ölçüsü391,77 Kb.
#32704
1   ...   10   11   12   13   14   15   16   17   18

33 

 

1  sentyabr  1918:  Bağdaddan  bir  günlüyə  Bakıya  müşavirə  üçün  dəvət 

edilən  Lyuin  və  Denstervill  Bakının  müdafiəsinin  daha  faydasız  olduğu  qərarına 

gəldilər. 



1  sentyabr  1918:  Denstervillin  Bağdaddakı  ingilis  qüvvələri  baş 

qərargahına  göndərdiyi  teleqrafdan:  ingilis  təqviyyə  qüvvələrinin  Bakıya 

gəlmələrindəki  gecikmə  düşmənin  üstünlüklər  əldə  etməsinə  səbəb  olmuş, 

qoşunlarımız son müdafiə xəttinə çəkilməyə məcbur olmuşdur. Bakıda 900 nəfərlik 

ingilis  qüvvələrinə  və  güvənə  biləcəyim  1000  nəfər  rusa  malikəm.  Bakı 

qüvvələrinin qalan qismi faydasızdır. 



1 sentyabr 1918: General Denstervillin xatirələrindən: Sübh saat 6-da türk 

qüvvələri Digahda  möhkəmlənən rus, erməni və ingilis birliklərinə  hücum etdilər. 

Ruslarla ermənilər öz mövqelərində bir saatacan qala bildilər. Sonra isə öz yerlərini 

buraxıb  təcili  qaçdılar,  bununla  Varviçkşir  ingilis  bölüyünü  hər  iki  yandan  açıq 

qoydular. Vuruşa-vuruşa geri çəkilən ingilis bölükləri 4 zabit və 67 kiçik zabit və 

əsgər itirdi. 



2 sentyabr  1918:  Əlimərdan  bəy  Topçubaşov  Batumdan  Fətəli  xan 

Xoyskiyə məktubunda bolşeviklərlə müqavilə bağladığına görə fon Kress vasitəsilə 

Almaniya hökumətinə təcili etiraz etməli olduğunu göstərirdi. 

3 sentyabr 1918: İkinci Bakı hücumunda mütləq nəticə əldə etmək məqsədi 

ilə  15-ci  diviziyadan  56-cı  və  36-cı,  Qafqaz  diviziyasından  106-cı  alayları  15-ci 

diviziyanın  komandiri  Süleyman  İzzət  bəyin  rəhbərliyi  altında  Qafqaz  İslam 

Ordusu əmrinə girmək üçün Gümrüdən yola düşdü. 



3  sentyabr  1918:  Qafqaz  İslam  Ordusunun  bir  qrup  zabiti  yüksək  hərbi 

hazırlığa və döyüş şücaətinə  görə Osmanlı dövlətinin orden və  medalları ilə təltif 

edilmişdir. 

6  sentyabr  1918:  Bakının  düşmənlərdən  azad  edilməsində  yardıma 

göndərilən  15-ci  Qafqaz  firqəsi  Ağstafaya  yetişdi.  Həmin  gün  ordu  komandanı 

Nuri paşa Azərbaycan hökuməti üzvləri ilə Gəncədə 15-ci firqəni qarşıladı. 

6 sentyabr  1918:  Müttəfiqi  olan  Türkiyənin  regiondakı  siyasəti  ilə 

razılaşmayan  və  türk  ordusunun  Bakıya  yürüşünün  qarşısını  almağa  çalışan 

Almaniyanın  Rusiya  ilə  imzaladığı  gizli  sazişin  təsirinin  zəiflədilməsi  və 

Almaniyanın  Azərbaycanın  iqtisadiyyatina  münasibətinin  dəyişdirilməsi  üçün 

Tələt  paşa  1918-ci  il  sentyabrın  6-da  Berlinə  gedərək  Almaniyanın  hökumət 

qəzetlərilə danışıqlar apardı və imzalanması arzu edilən yeni saziş layihəsi təqdim 

etdi. Bu layihəyə görə Bakı azad edilərək Azərbaycanın paytaxtına çevrilməli idi. 

7 sentyabr  1918:  Nuri  paşanın  əmrinə  cavab  olaraq  15-ci  Qafqaz  firqəsi 

Bakıya yola salındı. 



9 sentyabr 1918: 15-ci   piyada  tüməni   qaimməqam (yarbay) 

Süleyman 

İzzət  bəyin  komandanlığı  altında  Qafqaz  İslam  Ordusuna  qoşulmaq  üzrə  9 

sentyabrda  Bakı cəbhəsinə  ulaşdı.  15-ci  tümənin  mövcudu 191 zabit, 5541 əsgər, 




34 

 

Bakı cəbhəsində  olan 15-ci  və  5-ci  tümənin toplam  mövcudluğu 11.564 əsgər və 



448 zabitdən ibarət idi. 

9  sentyabr  1918:  Şərq  Orduları  qrupu  komandanı  Xəlil  paşa  Bakıya 

hücumu  təşkil  etmək  üçün  ön  cəbhəyə  gələrək  Mürsəl  paşanın  Putadakı 

qərargahında dayandı. 

10  sentyabr 1918: Nuri paşa Bakının azad edilməsinə rəhbərliyi bilavasitə 

öz üzərinə götürdü. 



10 sentyabr 1918: 10 sentyabr tarixli əmr ilə Şərq cəbhəsi komandanlığı və 

ona  məxsus  Şimal  qrupu  ləğv  edilmiş,  cəbhədəki  bütün  birliklərin  hərəkatı 

bilavasitə Qafqaz İslam Ordusu komandanlığına həvalə edilmişdir. 

10  sentyabr  1918:  Ordu  komandanlığının  əmrinə  görə  Azərbaycan 

milislərindən (Xalq ordusu) meydana gələn 4-cü alaya Halim Pertev bəy rəhbərlik 

edəcəkdi. 

10  sentyabr  1918:  Bakıya  hücum  ediləcək  ərazilərdə  tədqiqat  aparmaq 

üçün  Şərq  Orduları  qrupu  komandanı  Xəlil  paşa  və  Qafqaz  İslam  Ordusu 

komandanı Nuri paşa Bakı altna gəldilər. 

12 sentyabr 1918: Azərbaycan Hərbi Nazirliyinin təşkilati işlərini qaydaya 

salmaq  və  kadr  heyətləri  hazırlamaq  üçün  yerli  zabitlərin  fəaliyyətlərini 

nizamlamaq məqsədi ilə Osmanlı Hərbiyyə Nazirliyində  təcrübə keçməsi  barədə 

12.09.18 il tarixli 2/4455.34 saylı əmri  



12 sentyabr 1918: Şərq Orduları qrupu komandanı Xəlil paşa Bakının azad 

olunması haqqında əmr verdi. 



13 sentyabr 1918: Düşməndə şimaldan hücum edəcəyimiz fikrini yaratmaq 

məqsədilə qoşun  hissələrimizin hamısı Yanardağ-Binəqədi ərazisində  toplanmışdı 

(Nuri paşanın xatirələrindən) 

13  sentyabr  1918:  Qafqaz  İslam  Ordusunun  komandanlığı  döyüşən 

diviziyalara  göndərdiyi  13.09.18  il  tarixli  əmri  ilə  14  sentyabr  saat  02-də  Bakıya 

qarşı hücumun başlayacağını bildirirdi. 

13  sentyabr  1918:  Bu  günə  olan  məlumata  görə  Bakıya  qəti  hücumda 

iştirak  etmək  üçün  təxminən  8000  Osmanlı  əsgəri  və  6000-7000  nəfərə  qədər 

Azərbaycanın yerli qüvvəsi toplanmışdı. 

14  sentyabr  1918:  Gecə  saat  2-də  5-ci  Qafqaz  tüməni  Heybət-Biləcəri 

dəmiryolu istiqamətində irəliləməyə başladı. 1-ci Bakı müdafiə xətti 3.00-da, 2-ci 

Bakı  xətti  6.00-da  ələ  keçirildi.  Salahanı  və  Salyan  qışlalarında  hücuma  hazır 

düşmən topçu atəşiylə dağıdıldı. Hücumun baş qəhrəmanı olan 56-cı alay Bakıya 

hakim təpələri ələ keçirib qarşısındakı düşməni təqib edərək irəliləyirdi. 15-ci alay 

sərt  Biləcəri  yamaclarını  tutmuşdu,  həmin  alaya  mənsub  Maştağa  dəstəsi 

Sabunçunu  ələ  keçirmişdi.  Azərbaycan  könüllüləri  Keşlə  stansiyasını  tutmuşdu 

Açıq savaşdan qaçan ermənilər şəhər daxilində məhəllə, ev davası yaratdılar. Sanki 

mart soyqırımını təzələmək istəyirdilər. 



Yüklə 391,77 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə