Minaxanim təKLƏLİ mehmet rihtim



Yüklə 391,77 Kb.
Pdf görüntüsü
səhifə17/18
tarix21.03.2018
ölçüsü391,77 Kb.
#32704
1   ...   10   11   12   13   14   15   16   17   18

35 

 

14  sentyabr  1918:  General  Denstervill  və  Mərkəzi  Xəzər  Diktaturası 

hökuməti Bakı коmissarları Bakıdan qaçır. 

15  sentyabr  1918:  “Azərbaycan”  qəzetinin  ilk  sayı  çap  edilmişdir 

(Gəncədə).  Bu  sayda  Bakının  azad  edilməsi  haqqında  xəbərlər  dərc  edilmişdir. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  adına  Qafqaz  İslam  Ordusunun  komandanı  Nuri 

paşa həzrətlərinin teleqramı: Bismillahir rəhmanir rəhim! Bakı şəhəri 15.09.18 saat 

9-a  işləmiş  igid  ordu  hissələri-miz  tərəfindən  azad  olundu.  Qafqaz  İslam  Ordusu 

komandanı FerikNuri 

15  sentyabr  1918:  AXC  hökuməti  sədri  Fətəli  xan  Xoyskinin  qəhrəman 

Nuri  paşaya  təbriki:  Qafqaz  İslam  Ordusunun  komandanı  səadətli  Nuri  paşa 

həzrətlərinə.  Təhti-komandanızda  olan  igid  türk  əsgərləriniz  tərəfindən 

Azərbaycanın  paytaxtı  olan  Bakının  düşmənlərdən  xilas  edilməsi  münasibətilə 

millətim  zatil-həmiyyəti-pərvəranələrinizə  və  dünyanın  ən  nəcib  və  cəsur  əsgəri 

olan türk oğullarına minnətdar olduğumu ərz etməklə iftixar edirəm,əfəndim. 



Heyəti-vükəla rəisi Fəthəli xan “Azərbaycan” qəzeti 15.09.18. 

16  sentyabr  1918:  Şəhər  ətrafında,  hərbi  qışla  meydanında  (indiki  BDU 

ərazisi) qoşun birliklərinin rəsmi-keçidi yapıldı. 



17  sentyabr  1918:  Bakı  Qafqaz  İslam  Ordusu  tərəfindən  azad  edildikdən 

sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçdü. 



18  sentyabr  1918:  Şəhər  ətrafında  dayanmış  Qafqaz  İslam  Ordusu  qoşun 

hissələri  Bakıya  daxil  oldu.  İndi  şəhərin  əsl  sahibi  olan  azərbaycan  türkləri  onu 

xilaskar kimi böyük hərarətlə qarşıladı. 

18 sentyabr 1918: Qafqaz İslam Ordusunun komandanı Nuri paşanın Bakı 

şəhəri  əhalisinə  silahların  təhvil  verilməsi  haqqında  əmri:  Bu  gün  axşam  saat  6 

üçün milliyyətindən asılı olmayaraq bütün şəhər əhalisi yivsiz lüləli ov tüfəngləri 

istisna olmaqla, bütün odlu və soyuq silahları təhvil verməlidirlər. 



20  sentyabr  1918:  Etdikləri  cinayətlərin  qorxusundan  Bakıdan  qaçmış  26 

Bakı  Komissarlarının  Krasnovodskda  həbs  olunaraq  Ağcaqum  çölündə  ingilislər 

tərəfindən güllələndikləri söylənilir. 

20  sentyabr  1918:  Bakının  azad  olunmasını  təcavüzkar  hərəkət  aktı  kimi 

qiymətləndirən  Rusiya  Xarici  İşlər  naziri  Çiçerinin  notası  (notada  Bakı  haqqında 

“Rusiya respublikasının mühüm şəhərlərindən birinin zəbt olunub məhv edilməsi” 

deyə bəhs olunurdu) sabahısı günü 21 sentyabrda qəzetlərdə dərc olundu. 



20 sentyabr 1918: Milli hökumətin Bakı əhalisinə müraciəti: Paytaxtı olan 

Bakıya təzə varid olmuş Azərbaycan Hökuməti Cümhuriyyəti bununla şəhərdə və 

ətrafda  yaşayan  ümum  əhaliyə  din  və  millət  fərqi  qoymadan  əmr  edir  ki, 

Azərbaycan  hökumətinin  təhti-təbiyyəsində  yaşayan  heç  bir  millətə  təfavüt 

qoyulmayaraq  caniləri,  qarətkarları,  qatilləri  və  camaatın  asayişini  pozanları 

hökumət böyük cəzaya, edama varıncaya qədər düçar edəcəkdir. Türk Azərbaycan 

hökumətinin  şan  və  şərəfinə  yaraşmaz  ki,  onun  paytaxtında  günahsız  adamların 

haqq və hüququna təcavüz olunsun. 




36 

 

21  sentyabr  1918:  Türkiyədə  nəşr  olunan  “Yeni  gün”  qəzetinin  21  eylül 

sayında  “Azərbaycan  tamamiyyəti  mülkiyyəsini  təmin  etdi”  başlıqlı  Bakının  türk 

qüvvələri tərəfindən tutulması ilə bağlı təfsilatlı böyük bir məqalə çıxdı. 

Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı başladı.  Nuri paşa  Qarayazı və 

Ləzgi  süvari  alaylarının  Yevlaxa  və  oradan  da  Bərdəyə  yola  düşmələrinə  əmr 

verdi.  Onun  sonrakı  23  sentyabr  tarixli  əmri  ilə  digər  hərbi  hissələrin  də  yola 

salınmasına  başlandı.  Qafqaz  İslam  Ordusunun  Qarabağ  hərəkatı  qüvvələrinə 

Cəmil  Cahid  bəy  komandanlıq  edirdi.  Qarabağ  hərəkatına  1-ci  Azərbaycan 

diviziyası, 9-cu və 106-cı türk alayları, milli könüllü bölmələr, zirehli avtomobillər 

daxil idi. 

22  sentyabr  1918:  15-ci  firqə  özünün  tam  tərkibində  Dağıstana  doğru  

hərəkətə  başladı. Orada uğurlu döyüşlər keçirən firqə Dağıstanda milli qüvvələrin 

hakimiyyətinin yaranmasına yardımçı oldu. 

25 sentyabr 1918: Bakı şəhəri  azad edildikdən sonra  Qafqaz İslam Ordusu 

komandanlığının əmri ilə Azərbaycan diviziyalarının  yaradılmasına  başlanıldı; 2-

ci Azərbaycan piyada diviziyasının təşkili barədə əmr verildi. 

1 oktyabr1918: Qafqaz İslam Ordusu komandanı Nuri paşa oktyabrın 1-də 

15-ci tümənə Dağıstana  hərəkətə keçmək əmri  verdi. 15-ci  tümənə  və ona kömək 

edəcək Dağıstan könüllülərindən ibarət qüvvəyə Şimali Qafqaz Ordusu komandanı 

Yusif  İzzət  paşa  rəhbərlik  edirdi;  ordunun  qərargah  rəisliyinə  İsmayıl  Həqqi  bəy 

(Berkok) təyin edilmişdi. Dağıstanın Biçeraxov qüvvələrindən azad edilməsilə həm 

də AXC-nin şimal sərhədlərinin təhlükəsizliyi təmin olunurdu. 



1  oktyabr  1918:  Qarabağda  vəziyyətin  gərginliyi  üzündən  Nuri  paşa 

Ağdama  gəldi.  Çünki  sentyabrın  sonlarında  Cəmil  Cahid  bəyin  komandanlığı 

altında Qarabağa girən qüvvələrə etina etməyən ermənilər Azərbaycan hökumətini 

tanımayacaqlarını və silahlarını verməyəcəklərini bəyan etmişdilər. Nuri paşa vaxt 

itirmədən türklərin öz torpağı olan Qarabağa qüvvə şövq edilməsini əmr etdi. 

2  oktyabr  1918:  Baş  komandanlıq  qərargah  rəisi  Ənvər  paşanın  Şərq 

Orduları qrupu komandanı Xəlil paşaya yaxında gözlənilən sülhün məhdudlaşdırıcı 

şərtləri  qarşısında  Azərbaycan  və  Şimali  Qafqaz  hökumətlərini  gücləndirmək  və 

Azərbaycana təcili silah göndərilməsi barədə məxfi sərəncamı. 



4  oktyabr  1918:  Həmin  gün  qüvvələrimiz  Ağdamdan  Şuşaya  doğru 

hərəkətə  başladı  və  elə  həmin  gün  Əsgəran  ətrafında  güclü  döyüş  baş  verdi 

Əsgəran  boğazının  təbii  şəraitindən  istifadə  edən  ermənilər  burada  möhkəm 

müdafiə  postları  qurmuşdular.  Üzbəüz  döyüşdə  bu  mövqeləri  yarıb  keçmək  çətin 

olacağından  2-ci  piyada  alayı  və  bir  süvari  alayı  Kətik-Daşbaşı  istiqamətinə 

göndərildi.  9-cu  Qafqaz  piyada  alayı  isə  Ağbulağa  tərəf  hərəkət  edərək  bu 

məntəqəni  ələ  keçirdi  və  ermənilərin  geriyə  yolunu  kəsdi.  Həmin  alayın  25-ci 

taburu  cənubdan  Əsgərana  doğru  hərəkət  etməklə  ermənilərin  müqaviməti 

tamamilə qırıldı və bununla Şuşa yolunda əsas müqavimət səddi aradan qaldırıldı. 



Yüklə 391,77 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə