Minaxanim təKLƏLİ mehmet rihtim



Yüklə 391,77 Kb.
Pdf görüntüsü
səhifə18/18
tarix21.03.2018
ölçüsü391,77 Kb.
#32704
1   ...   10   11   12   13   14   15   16   17   18

37 

 

5  oktyabr  1918:  Nuri  paşa  Qubaya  gəldi.  Xalq  bayram  günündə  olduğu 

kimi bəzənmiş şəhər küçələrinə çıxmışdı. Yollara xalça, atlas döşənmişdi. Qubada 

xalqın  xilaskar  kimi  qarşıladığı  Nuri  paşa  öz  nitqində  19  yaşdan  24  yaşa  kimi 

cavanları əsgəri xidmətə çağırdı. 

6  oktyabr  1918:  Əsgəranla  Şuşa  arasında  olan  Əyri  kənd  ətrafında  döyüş 

baş verdi. Ətrafdakı Xramort, Xanabad, Daşbaşı, Aranzəmin, Qarakənd erməniləri 

daxil  olmaqla  burada  xeyli  erməni  qüvvəsi  toplanmışdı.  1-ci  Azərbaycan 

diviziyasının sərəncamında olan topların  sürəkli  atəşindən  sonra həmin qüvvələr 

qaçıb dağıldılar. 

6  oktyabr  1918:  1918-ci  ilin  sentyabrında  Bakı  Türkiyə  və  Azərbaycan 

hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu tərəfindən azad olunduqdan sonra 

AXC Bakıya köçdü və oktyabrın 6-da Fətəli xan Xoyski 2-ci hökumətdə dəyişiklik 

etdikdə Səhiyyə nazirliyi yaradıldı və Xudadad bəy Rəfibəyli Səhiyyə naziri təyin 

olundu. 

6  oktyabr  1918:  Azərbaycan  Cümhuriyyətinin  Hərbiyyə  Nəzarəti  təşkil 

edilmişdir. İlk dəfə bu vəzifəyə İsmayıl bəy Ziyadxan təsdiq olunmuşdu. 



6 oktyabr 1918: Dərbənd  azad edilmişdir.  Əvvəlcə bir zirehli qatar, sonra 

56-cı və 38-ci alaylar Dərbənd cəbhəsinə yeridilmişdi. Xaçmaz mühafizə dəstəsi də 

15-ci  piyada  tüməninin  sərəncamına  verilmişdi.  Oktyabrın  5-də  56-cı  alayla 

Dərbənddəki  Biçeraxov  qüvvələri  arasında  qanlı  döyüş  oldu.  Ertəsi  gün  38-ci 

piyada  alayı  da  döyüşə  qoşuldu.  Günortaya  yaxın  Dərbənd  şəhəri  bütünlüklə  ələ 

keçirildi. 



6-7  oktyabr  1918:  Ənvər  paşa  Şərq  Orduları  qrupu  komandanlığına  6-7 

ekim  (oktyabr)  tarixli  əmrində  “Görünüşdə  Azərbaycan  və  Şimali  Qafqazdakı 

qüvvələrimizi  çəkməyə  məcbur  olacağız.  Belə  bir  halda  Azərbaycan  ilə  Şimali 

Qafqazın  öz  qüvvəsinə  dayanması  lazım  gələcəkdir.  Bundan  dolayı  Qafqazda 

qalacaq  qüvvələr  Azərbaycan  və  Şimali  Qafqaz  qüvvələri  olaraq  qalmaq  üçün 

indidən 


bu 

qüvvələr 

silahlandırılmalı 

və 


yeni 

təşkilat 

şəklində 

qüvvətləndirilməlidir. 



8  oktyabr  1918:  Qafqaz  İslam  Ordusu  hissələri  Şuşaya  daxil  oldu.   

Əsgəran keçidində ciddi məğlubiyyətə uğrayan düşmən artıq özünü göstərməməyə 

çalışırdı.  Təntənəli  qarşılanma  mərasimi  Gövhər  Ağa  məscidində  oldu.  Şuşada 

Qafqaz  İslam  Ordusunun  hissələrinin  rəsmi-keçidi  təşkil  edildi.  Şəhərdə  əhalinin 

əmniyyəti və asayişini qorumaq məqsədilə postlar quruldu. 

10  oktyabr  1918:  Rusiya  Xarici  İşlər  naziri  Çiçerin  yeni  notasında 

(10.10.1918.)  türk  hökumətindən  Brest  Litovskda  müəyyən    edilmiş    yerlərədək  

çəkilməyi, hücum vaxtı baş verən itkilərin əvəzini bütünlüklə ödəməyi tələb edirdi. 

11  oktyabr  1918:  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti tərəfindən 17 

yaşına  çatmış  hər  bir  gəncin  hərbi  mükəlləfiyyətli  hesab  edilməsi  barədə  qanun 

verildi. 



38 

 

13  oktyabr  1918:  Şimali  Qafqaz  Cümhuriyyəti  rəsmi  elan  edildi. 

Mərasimdə  Cümhuriyyətin  başçısı  Əbdulməcid  Çermoyev,  Nuri  paşa  və  Yusif 

İzzət paşa iştirak edirdilər. 



13 oktyabr 1918: “İttihad və Tərəqqi” partiyası mənsublarından olan Tələt 

paşa  kabinəsi  rəsmən  istefa  vermək  məcburiyyətində  qaldı.  Beləliklə,  Hərbiyyə 

naziri olan Ənvər paşanın da vəzifəsi sona çatırdı. 

18  oktyabr  1918:  “Azərbaycan”  qəzetinin  18.10.18  il  sayında  “Ə” 

imzasıyla gedən “Nuri paşa həzrətləri şərəfinə böyük ziyafət” adlı məqalədə Bakı 

şəhəri  əhalisi  tərəfindən  Qafqaz  İslam  Ordusu  komandanı  Nuri  paşanın  şərəfinə 

verilən  vida  ziyafətindən,  baş  nazir  Fətəli  xanın  Azərbaycan  türklərinin  əsarət 

zülmündən qurtulmasında  tökülən  Osmanlı türklərinin qanına  işarə  ilə dediyi  “nə 

bu qan, nə bu qan tökülən mübarək yerlər heç vaxt unudulmaz və xatirdən çıxmaz” 

tarixi sözlərindən, habelə həmin axşam söylənilən çıxışlardan söz açılır. 

21 oktyabr 1918: Şərq Orduları qrupu ilə birlikdə Qafqaz İslam Ordusu və 

Şimali Qafqaz ordusunun ləğv edilməsi. 



23  oktyabr  1918:  Tələt  paşa  hökumətinin  istefa  etməsindən  sonra  yeni 

hökumət quran Əhməd İzzət  paşa  Qafqaz İslam  Ordusuna  göndərdiyi 23 oktyabr 

tarixli əmri ilə Qarabağ hərəkatının dayandırılmasını tələb etdi. 

24  oktyabr  1918:  Bakıda “Türk Ədəbiyyatı-lisanı və türk cərəyani-əfkari” 

mövzusunda konfrans keçirilmişdir. 



30  oktyabr  1918:  B.Britaniya (admiral Kaltorn) və Türkiyə (Rauf Hikmət 

və    Sədulla  bəy)  nümayəndələri  arasında  İngiltərənin  Mudros  limanında  (Ege 

dənizi,  Lemnos  adası)  dayanmış  “Aqamemnon”  krayserində  sülh  imzalanmışdı. 

Mudros  barışığının  şərtləri  türk  ordusunun  danışıqsız  təslim  olmasını,  Türk 

ordusunun  İrandan,  Kilikiyadan,  Cənubi  Qafqazdan,  o  cümlədən  Azərbaycandan 

və Dağıstandan çıxarılmasını nəzərdə tuturdu. Mudros barışığının 11-ci maddəsinə 

əsasən, Azərbaycan İngiltərənin nüfuz dairəsi elan edildi. 

1  noyabr  1918:  Cümə günü Müsəlman Qafqaz Ordusunun baş komandanı 

(indi sabiq) Nuri paşa kütləvi axtarışlar, qarətlər və müsəlmanlar arasında, xüsusən 

də  nəyə  görəsə  Bakı  hadisələrində  iştirak  etməkdə  günahkar  bilinən  qaçqın 

bakılıların arasında həbslər aparan Avetisovun dəstəsinin biabırçı davranışı barədə 

məlumatları  türk komandanlığına   çatdırmaq üçün Lənkəran cəmiyyəti tərəfindən 

vəkil edilmiş deputat Teymur bəy Bayram  Əli  bəyi  qəbul  etmişdir. Teymur bəy 

lənkəranlıların  dözülməz  dərdinə  və  müsibətlərinə,  Avetisov  dəstəsinin  törətdiyi 

başıpozuqluğa son qoymağa kömək göstərməyi xahiş etmişdir. 



4  noyabr  1918:  Hərbiyyə  nazirliyinin  4.11.18  tarixli  113  №li  əmrilə:  l. 

Şimali  və  Cənubi  Qafqaz  orduları  mülqadır.  2.Azərbaycan  Şimali  Qafqaz  və  sair 

İslam  hökumətləri  ərazisindəki  əsgər  və  zabitlərdən  arzu  edənlər  Osmanlı 

hökuməti  ilə  heç  bir  münasibətdə  bulunmamaqla  həmin  hökumətlərin 

xidmətlərində qala bilərlər. 3.Bunlar ordudan tərxis olunurlar. Lakin zabitlər üç il 

ərzində  geri  dönüb  təkrar  orduya  xidmətə  daxil  ola  bilərlər.  4.Bunlar  qalacaqları 




39 

 

yerdə  hökumətlə  özləri  müqavilə  bağlamalıdırlar.  5.Zabitlər,  kiçik  zabitlər  və 



əsgərlər  orada  olduqları  zaman  ərzində  Osmanlı  təbəəsi  ola  bilməzlər.  6.Orada 

qalacaq  olan  əsgər  və  zabitlər  orduda  xidmət  edəcəklərini  bir  bəyannamə  ilə  ən 

böyük  rütbəli  komandana  bildirəcək,  komandan  həmin  bəyannaməni  Hərbiyyə 

Nazirliyinə  göndərəcəkdir.  Azərbaycanda  (eləcə  də  digər  Qafqaz  bölgələrində) 

xidmət etməli olan Qafqaz İslam Ordusu əsgər və zabitlərin hüquqlan ifadə edilir. 

6 noyabr 1918:  Qafqaz İslam Ordusu hissələri oktyabrın 20-dən Petrovsk-

Port  (indiki  Mahaçqala)  istiqamətində  hərəkətə  keçdilər.  Biçeraxovun  qüvvələri 

geri çəkilərək, şəhərin darvazası rolunu oynayan Tərki dağında  müdafiə  mövqeyi 

tutmuşdular.  Oktyabrın  27-si  Petrovsk-Port  şəhəri  cənub  və  qərb  tərəfdən 

mühasirəyə alındı. Dağıstanın azad olunması uğrunda döyüşlərdə albay Akif bəyin 

komandanlıq etdiyi Azərbaycan alayı da iştirak edirdi. Noyabrın 5-də Tərki dağına 

hücum başlandı. Biçeraxov qüvvələrinə 2 hərb gəmisi də yardım göstərirdi. Lakin 

noyabrın  6-dakı  hücuma  davam  gətirə  bilməyən  düşmən  şəhəri  tərk  edib  qaçdı. 

Beləliklə, Petrovsk-Port şəhəri azad olundu. 

8  noyabr  1918:  Qafqaz  İslam  Ordusunun  başlatdırdığı  Qarabağ  hərəkatı 

sona  çatmış,  qısa  bir  zaman  ərzində  Şuşanın  keçidi  olan  Əsgəran  boğazı  erməni 

quldurlarından  təmizlənmiş,  Şuşa  qalasında  bulunan  20  min  Azərbaycan  türkü 

Andronikin pəncəsindən qurtulmaqla gözlənilən soyqırımdan da xilas olmuşdu. 



11  noyabr  1918:  Feriq  Yusif  İzzət  paşa  Temirxan-Şurada  yeni  təşəkkül 

etdiriləcək ordunun təşkilatına dair bir təlimatnamə hazırladı. 



11  noyabr  1918:  Mudros  sülhündən  sonra  türk  qüvvələri  Naxçıvanı  tərk 

etməli  oldu.  Lakin  onların  dəstəyi  ilə  qurulan  Araz  Türk  Cümhuriyyəti  burada 

erməni təcavüzünə imkan vermədi. 

11 noyabr 1918: Kompyen meşəsində, marşal Foşun vaqonunda Almaniya 

ilə barışıq imzalandı; Birinci Dünya müharibəsi başa çatdı. 



12  noyabr  1918:  Şimali  Qafqaz  Cümhuriyyəti  ordusundan  əskəri 

mükəlləfiyyətlə əlaqədar olaraq Temirxan-Şurada (indi Buynaksk) 12 kasım günü 

Qafqaz  Cümhuriyyəti  tabeliyində  bulunan  hər  bir  nəfərin  hərbi  mükəlləfiyyəti 

olduğu və bu mükəlləfıyyətin on səkkiz yaşın tamam olduğu gün başlayıb qırx beş 

yaşında sona çatacağı barədə əmr verildi. 

16  noyabr  1918:  Milli  Şura  beş  aylıq  fasilədən  sonra  yenidən  fəaliyyətə 

başladı. 



17  noyabr  1918:  Tomson  hərbi  dəstələri  Bakıya  daxil  oldu.  Az  sonra 

Tomson  elan  etdi  ki,  Fətəli  xanın  başçılığı  ilə  yaradılmış  Azərbaycan  hökumətini 

ölkə daxilində yeganə qanunu hakimiyyət orqanı hesab edir. 

20  noyabr  1918:  Şimali Qafqaz Ordusunun təşkili  üçün  hazırlıqlar davam 

edərkən Hərbiyyə naziri və Ərkani hərbiyyə ümumiyyə rəisi Feriq Cevat imzasıyla 

Şimali  Qafqaz  Ordu  Komandanı  Yusif  İzzət  paşaya  aşağıdakı  əmr  çatdırıldı: 

“Dövlətin  siyasi  vəziyyəti  Azərbaycanda  və  Şimali  Qafqazda  bulunan  qitaəti 

Osmaniyyənin  sürətlə  məmaliki  Osmaniyyəyə  nəqillərini  qətiyyətlə  icab  etdirir. 



40 

 

Əvvəlcə verilən əmr üzrə qitaətin nəqli məmləkətin varlığı adına lazımdır. Bu əmri 



aldığınızı bir vasitə ilə Hərbiyyə nəzarətinə bildirməyinizi rica edirəm”. 

24  noyabr  1918:  Azərbaycan  hökuməti  ilə  Qafqaz  İslam  Ordusu  arasında 

müqavilə imzalandı. Bu müqavilənin şərtinə  görə Azərbaycan ordusunda xidmətə 

girəcək  türk  əsgəri  Azərbaycan  hökumətinin  təbəəsi  olacaqdı.  Azərbaycan 

Hərbiyyə  nazirliyi  Şimali  Qafqazda  və  Azərbaycanda  qalıb  xidmət  etmək  üçün 

5887 saylı əmri verdi. 

29 noyabr 1918: Şimali Qafqazdakı Osmanlı qoşun hissələrini daşıyan son 

qatarlar Biləcəri stansiyasından keçir. Beləliklə Şimali Qafqaz ərazisi Qafqaz İslam 

Ordusu tərəfindən tamamilə təxliyyə edilməkdədir. 

29  noyabr  1918:  Qafqaz  İslam  Ordusunun  şərəfinə  və  onların  yola 

salınması  münasibətilə  Gəncədə  ziyafət  verildi.  Ziyafətdə  Əhməd  Ağaoğlu,  15-ci 

tümən komandanı Süleyman İzzət bəy və Nuri paşa nitq söyləmişdilər. 

3 dekabr 1918: Şimali Qafqaz məntəqəsində bulunan Qafqaz İslam Ordusu 

qüvvələrini aparan ən sonuncu qatarın Biləcəri stansiyasından keçdiyi bildirilir. 



7  dekabr  1918:  Azərbaycan  parlamenti  təntənəli  bir  şəraitdə  açıldı.  Fətəli 

xan Xoyski hakimiyyəti parlamentə təhvil verdi. 



12 dekabr 1918: Hərbiyyə naziri və Ərkani hərbiyyəi ümumiyyə rəisi Feriq 

Cevat paşanın imzasıyla Gəncədə bulunan Yusif İzzət paşaya göndərilən teleqrafda 

vəzifəsinə son verildiyi və İstanbula dönməsinin təmənni edildiyi bildirildi. 

18  dekabr  1918:  Tomson elan etdi ki, Fətəli xanın başçılığı ilə yaradılmış 

Azərbaycan  hökumətini  ölkə  daxilində  yeganə  qanunu  hakimiyyət  orqanı  hesab 

edir.  Onu  tanıdığını  və  onu  tanıyacağını  bəyan  etdi.  Özü  ilə  bərabər  gətirdiyi 

erməni əsgərlərini və Biçeraxov kazaklarını Bakıdan çıxardı. 



13  yanvar  1918:  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  Daxili  İşlər 

Nazirliyi  təklifi  üzrə  Şuşa,  Cavanşir,  Cəbrayıl  və  Zəngəzur  qəzaları  əsasında 

müvəqqəti general-qubernatorluq yaradılması haqqında qərar çıxardı. Bu vəzifəyə 

yanvarın 19-da Xosrov paşa bəy Sultanov təyin olundu. 



13  may  1918:  “İttihad”  qəzeti  Nuri  paşanın  ingilislər  tərəfindən  həbsi  ilə 

bağlı olaraq Qarabəy Qarabəyovun etiraz dolu məqaləsini çap etdi: Biz Azərbaycan 

müsəlmanları həyatı və xilası üçün Nuri paşaya borcluyuq. Azərbaycanı bolşevik-

daşnak  birləşmələrindən  təmizləmiş  Nuri  paşanın  təhqir  olunmasını  yolverilməz 

hesab edirik. 

27  iyun  1919:  Rus  imperiyasını  bərpa  etməyə  çalışan  general  Denikin 

təhlükəsi  qarşısında  Azərbaycanla  Gürcüstan  arasında  hərbi-müdafiə  aktı 

imzalandı. 

15  aprel  1920:  Fətəli  xan  Xoyski  rus  sovet  ordusunun  Azərbaycan 

sərhədinə  yaxınlaşması səbəbiylə  əlaqədar Rusiya  Xarici İşlər komissarı  Çiçerinə 

nota göndərdi. 

27  aprel  1920:  İşğalçı  Sovet  qoşunları  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

ərazilərinə  təcavüz  edərək  onun  hüquqlarını  kobudcasına  pozdu.  Müstəqil 




41 

 

Azərbaycan  dövlətini  ləğv  edən  Qırmızı  Ordunun  müdaxiləsi  Sovet 



tarixşünaslığında  “inqilab”  kimi  xarakterizə  edilirdi.  Aprelin  27-də  Azərbaycanın 

sərhədlərini  keçən  11-ci  Qırmızı  Ordu  aprelin  28-də  Bakını,  ardınca  bütün 

Azərbaycanı işğal etdi. 

26 may 1920: Rus Sovet işğalçılarına qarşı Gəncə üsyanı başlandı. Üsyana 

zahirən  səbəb  Azərbaycan  diviziyası  zabitlərinin  XI  Qızıl  Ordu  qərargahından 

göndərilmiş  zabitlərlə  əvəz  olunması  oldu.  31  mayda  dönə-dönə  arxadan 

möhkəmləndirilən düşmən üsyanı yatırtdı. 13 min nəfərdən çox vətənpərvər şəhid 

oldu. 

29 may 1920: Aprel işğalından sonra Azərbaycanda sovet-bolşevik rejiminə 

qarşı baş vermiş qüvvətli xalq üsyanlarından biri (29 may-13 iyun) Qarabağ xalq 

üsyanı  başlandı.  Üsyanın  rəhbəri  və  istiqamətverici  qüvvələri  AXC  ordusunun 

zabitləri  və  hərbi  qulluqçuları  idi.  Qafqaz  İslam  Ordusunun  keçmiş  komandanı 

Nuri paşa və polkovnik Zeynalov üsyana rəhbərlik edirdilər. İyunun 10-da Qırmızı 

Ordu  qüvvələri  üsyançılara  qarşı  bütün  cəbhə  boyu  hücuma  keçdi.  İyunun  13-də 

Şuşa müdafiəçilərinin də müqaviməti qırıldı. 

15 mart  1921: Türkiyə siyasi və dövlət xadimi, Osmanlı Dövləti baş naziri

Azərbaycandan İstanbula yardım xahişlərilə gəlmiş  nümayəndələri  Ənvər paşa ilə 

birlikdə  qəbul  edərək  hərbi  yardım  göstərilməsi  fikrini  müdafiə  etmiş, 

Azərbaycanın  müstəqilliyinin  möhkəmlənməsi,  Bakının  Azərbaycanın  paytaxtına 

çevrilməsi  yolunda  coşqun  fəaliyyət  göstərən  Tələt  paşa  mühacirətdə  olduğu 

Berlində Soqomon Tayleryan adlı erməni terrorçu tərəfindən qətlə yetirilmişdir. 



4  avqust  1922:  Böyük  ictimai  və  siyasi  xadim,  Osmanlı  Hərbiyyə  naziri, 

Azərbaycana  yardıma  göndərilmiş  Qafqaz  İslam  Ordusunun  əsas  təşkilatçısı  və 

ilhamçısı  Ənvər  paşa  indiki  Tacikistan  ərazisində  Abi-Dərya  çayı  kənarında 

bolşevik qüvvələrilə döyüşdə şəhid olmuşdur. 



15  may  1945:  Qafqaz  İslam  Ordusunun  əsas  tərkibini  təşkil  edən  5-ci 

Qafqaz  firqəsinin  komandanı,  Azərbaycanın  xüsusən  Bakının  azad  edilməsində 

fövqəladə hünər göstərən Bakı Mürsəl paşa İstanbulda vəfat etmişdir. 

2 mart 1949: Hərbi  xidmətdən  ayrılandan  sonra İstanbulda hərbi təyinatlı 

məhsullar istehsal edən Dəmir-tökmə fabriki açaraq burada silah-sursat istehsalı ilə 

məşğul  olan  Nuri  paşa  fabrikdə  naməlum  səbəblər  üzündən  baş  verən  partlayışda 

həlak olmuşdur. 

 

 

 



 

 

 



 

 



42 

 

MİNAXANIM TƏKLƏLİ 



MEHMET RIHTIM 

 

 

 

QAFQAZ İSLAM ORDUSUNUN 

 XRONOLOGİYASI 

 

 



 

 

Texniki redaktor:   Rauf Kərimov  



Bədii redaktor:   Elnur Əhmədov  

Korrektor:   Suğra Osmanova 

 

 

 



 

 

Yığılmağa verilmişdir: 15.09.2008. 



Çapa imzalanmışdır: 23.10.2008. 

Nəşrin ölçüsü: 60x90 1/16. 

Fiziki çap vərəqi: 6,5. 

Sifariş: 196. Sayı: 500 ədəd. 

Müqavilə qiyməti ilə. 

 

 



 

 

 



 

NURLAR 

Nəşriyat Poliqrafiya Mərkəzi 

 

Bakı, Az1122, Zərdabi pr. 78 /  



Tel: 4977021 Faks: 4971295 /  

E-poçtu: office@nurprint.com 



 

Yüklə 391,77 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə