Minaxanim təKLƏLİ mehmet rihtim



Yüklə 391,77 Kb.
Pdf görüntüsü
səhifə2/18
tarix21.03.2018
ölçüsü391,77 Kb.
#32704
1   2   3   4   5   6   7   8   9   ...   18

 

sürürdü.  Həmin  ilin  iyununda  Türk  Ədəmi  mərkəziyyət  Müsavat  partiyası  ilə 



birləşdi. 

15-20  aprel  1917:  Bakıda  Qafqaz  Müsəlmanlarının  qurultayı  keçirildi. 

Qurultay  Qafqaz  müsəlmanlarının  Müvəqqəti  hökumətə,  habelə  müharibəyə  və 

Rusiyanın  digər  xalqlarına  münasibəti  məsələlərini  müzakirə  etdi.  Muxtariyyət 

ideyası ilk dəfə açıq şəkildə bu qurultayda qoyuldu. 



1-11  may  1917:  Moskvada  Ümumrusiya  müsəlmanlarının  qurultayı 

çağırıldı.  Qurultay  demokratik  “Rusiya  daxilində  millətlərə  ərazi-milli 

muxtariyyət”  şüarı  altında  keçirildi.  Qurultayda  əsas  məruzə  ilə  çıxış  edən 

M.Ə.Rəsulzadə ərazi muxtariyyətinin tələb edilməsinin zəruriliyini tutarlı dəlillərlə 

sübut etdi. 

Oktyabr  1917:  Qafqaz  türklərindən  bir  heyət  öz  dövlət  müstəqilliyinə 

malik olmaq işində Osmanlı dövlətindən yardım istəmək məqsədi ilə 6-cı ordunun 

bulunduğu Mosula gəldi. 6-cı ordu komandanlığı vəziyyəti yerində öyrənmək üçün 

gələn  heyətlə  birlikdə  üç  zabitini  ora  göndərdi.  Göndərilən  zabitlərdən  tegmən 

Müzəffər  əfəndi  Mosula  döndükdə  Qafqazlarda  vəziyyəti  şərh  etdi.  Nuri  Paşa 

Azərbaycana yola düşmə ərəfəsində onunla görüşmüşdü. 



7 noyabr (25 oktyabr) 1917: Petroqradda çevriliş nəticəsində bolşeviklər 

hakimiyyətə gəldilər. Oktyabrın 25-26-da burada keçirilən II Sovetlər qurultayında 

Sülh  və  Torpaq  haqqında  dekretlər  qəbul  edildi.  Lenin  başda  olmaqla  Sovet 

totalitar rejiminin əsası qoyuldu. 



2 noyabr 1917: Bakı Sovetinin konfransı açıldı. Konfransda Bakıda Sovet 

hakimiyyəti  qurulduğunu  elan  etdilər.  İcraiyyə  komitəsinin  sədri  vəzifəsinə 

S.Şaumyan seçildi. 

15 noyabr 1917: Qafqazın əsas siyasi qüvvələrini təmsil edən Menşevik, 

Müsavat,  Daşnaksutyun  və  sağ  eserlər  (sosialist  inqilabçılar)  Rusiyada  qurulan 

bolşevik hökumətini tanımayaraq regionu idarə etmək üçün Müstəqil Zaqafqaziya 

hökuməti (Zaqafqaziya Komissarlığı) qurdular. 



11  dekabr  1917:  Zaqafqaziya  Komissarlığı  (Transqafqaz)  tərəfindən 

müsəlman  hərbi  birləşməsinin  yaradılması  barədə  dekret  verilmişdir.  Korpusun 

komandiri vəzifəsinə general leytenant Əli ağa Şıxlınski təyin edilmişdir. 1918-ci 

ilin əvvəllərinədək korpusun qərargahı Tiflisdə yerləşirdi.     



16  dekabr  1917:  Xalq  Komisarları  Soveti  Cənubi  Qafqazdakı  vəziyyəti 

müzakirə  edib  Stalinin  təklifi  ilə  Stepan  Şaumyanı  Qafqazın  fövqəladə  komissarı 

təyin  etdi.  Hakimiyət  məsələsini  ciddi  həll  etmək  üçün  bolşeviklər  və  ermənilər 

Bakıda  hərbi cəhətdən möhkəmlənmək üçün əməlli addım atdılar: Q.Korqanovun 

başçılığı ilə yaradılmış hərbi komitə Tiflisdən Bakıya gətirildi.  

18  dekabr  1917:  Nəhayət  1914-cü  il  oktyabrın  29-da  başlayan  Osmanlı-

Rusiya  müharibəsinə  1917-ci  il  dekabrın  18-də  Ərzincan  müqaviləsinin 

imzalanması ilə son qoyuldu. 



 

19  dekabr  1917:  Zaqafqaziya  Komissarlığı  Qafqazdakı  rus  ordusunun 

tərxis  olunması  və  bu  əsasda  milli  qoşun  hissələrinin  təşkil  edilməsi  haqqında 

sərəncam imzaladı. 



26 dekabr 1917: Qafqaz cəbhəsi baş komandanlığının əmrinə (26.12.1917) 

əsasən tərkibində üç piyada diviziyası, atlı briqadası və ərazi alaylan olan erməni 

qol-ordusu (korpusu) yaradıldı. 

29 dekabr 1917: Rus əsirliyindən qurtularaq Türkiyəyə gəlib 29 dekabrda 

VI ordu komandanı ilə görüşən  Avstraliyalı bir mayor yapılacaq bir hərəkat üçün 

Qafqazın  durumunun  çox  əlverişli  olduğunu  çatdırdı.  Həmin  mayor  İstanbulda 

Ənvər Paşa ilə görüşdü. Onun anlatdıqları Ənvər Paşanı necə təsirləndirmiş olacaq 

ki,  Ənvər  Paşa  “Azərbaycan  türklərinin  düşmənə  qarşı  təşkilatlanmağa  və 

savaşmağa  istəkli  olduğu,  ancaq  onları  təşkilatlandıracaq  və  idarə  edəcək  əsgəri 

liderlərin bulunmaması səbəbiylə hərəkətə keçmədikləri qənaətinə gəldim” dedi. 

31  dekabr  1917:  Stepan  Şaumyan  Petroqraddan  “Qafqazın  fövqəladə 

komissarı” olaraq Bakıya göndərildi. 



9-12yanvar 1918: Şəmkir stansiyasında Transqafqaz  hökumət  Milli  Hərbi 

Şurası  qüvvələri  cəbhədən  geri  qayıdan  rus  əsgərlərinin  Bakıda  bolşeviklərə 

xidmət edəcəyini nəzərə alıb onları tərkisilah etdi. 

14  yanvar  1918:  Türkiyə  Transqafqaz  hökuməti  ilə  sülh  danışıqlarına 

başlamağa  təşəbbüs  etdi.  Türk  komandanlığının  general  Odeşelidzeyə  göndərdiyi 

həmin  tarixli  məktubunda  xəbər  verilirdi  ki,  Ənvər  paşa  sülh  bağlamaq  üçün 

Müstəqil Qafqaz hökuməti ilə hansı şəkildə əlaqə yaradılması ilə maraqlanır. 2 gün 

sonrakı  məktubda  Türkiyə  hökuməti  Transqafqaz  komissarlığını  Brest-Litovskda 

aparılan sülh danışıqlarına dəvət edirdi. 



Yanvar  1918:  Nağı  bəy  Şeyxzamanlı  və  əsirlikdən  azad  olunmuş  türk 

ordusu  zabiti  Hüsaməddin  (Tugsavul)  Osmanlı  dövlətindən  hərbi  yardım  istəmək 

məqsədilə  Gəncədən  yola  çıxdılar.  Tiflisdə  Cəmiyyəti  Xeyriyyənin  sədri  doktor 

Xosrov  bəy  Sultanov  onlara  Cəmiyyəti  Хеуriyyə  vəsiqələri  verir;  bu  sənədlə 

nümayəndələr  bütün  Qafqaz  cəbhəsini  gəzib  dolanmaq    səlahiyyətlərinə  malik 

olurdular. 



Fevral  1918:  İstanbulda  Hərbi  nazirlikdə  təşkil  olunmuş  komissiyada 

Qafqaz  İslam  Ordusunun  qərargahı  üçün  20  nəfərlik  bir  tərkib  seçilib 

müəyyənləşir. 

18 fevral  1918: Müttəfiqlərin qərarına uyğun olaraq  Bakını  tutmaq  üçün 

Bağdaddan hərəkətə keçən ingilis generalı Denstervill öz məiyyəti ilə fevralın 18-

də Ənzəliyə çatdı. 

22  fevral  1918:  Güney  Qafqazdan  Ümumrusiya  Müəssislər  məclisinə 

seçilmiş  deputatların  yığıncağında  Zaqafqaziya  Seyminin  yaradılması  və 

hakimiyyətin bu orqana verilməsi haqqında qərar qəbul edildi. 



Yüklə 391,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə