Minaxanim təKLƏLİ mehmet rihtim



Yüklə 391,77 Kb.

səhifə5/18
tarix21.03.2018
ölçüsü391,77 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   18

11 

 

28  may  1918:  Bakıda  hakimiyyəti  ələ  keçirmiş  S.Şaumyanın  başçılıq 

etdiyi  daşnak-bolşevik  rejiminin  Azərbaycanın  türk-müsəlman  əhalisinə  həyata 

keçirdiyi  kütləvi  soyqırımının  qarşısını  almaq,  torpaqlarını  azad  etmək  və 

Azərbaycan xalqını dövlət müstəqilliyini qorumaq üçün Osmanlı dövlətinin qoşunu 

və  Azərbaycan  könüllü  qüvvələrindən  təşkil  edilmiş  hərbi  struktur  olan  Qafqaz 

İslam Ordusu yaradılmışdır. 

28 may 1918: “Bakinski raboçi” qəzetinin bugünkü sayında (№ 109(225)) 

Nuri  paşanın  30  zabiti  25  atlı  əsgəri  ilə  Yevlaxda  duz-çörəklə  qarşılanması 

mərasimini  təsvir  edərək  qarşılayanlar  adından  injiner  Bebitovun  salamlamasını 

Nuri bəyin qısa cavab nitqindən sonra Gəncəyə yola düşdüyü xəbər verilir. 



2 iyun 1918: III Ordu komandanı Vehib paşa Nuri paşanı Gəncəyə çatması 

münasibəti  ilə  təbrik  edir  və  tərkibi  qarışıq  (çeşidli)  olan  mürəttəb  bir  dəstəni 

Qazax yolu ilə Gəncəyə göndərəcəyini çatdırırdı. 

 2 iyun 1918: 5-ci Qafqaz piyada firqəsinin Bakıya yola düşməsi barədə Ш 

Ordu  komandanı  Vehib  paşanın  məlumatında  “Azərbaycan  hökumətinin  mənə 

müraciətlə  onların  bolşevik  təcavüzündən  qorunması,  təhlükəsizlik  və  asayişinin 

təmin  olunması,  Bakı  və  ətrafının  bolşeviklərdən  təmizlənməsi  və  Azərbaycan 

ərazisi  daxilindəki  dəmiryolu  xətlərinin  təminat  altına  alınması  və  fəaliyyət 

göstərməsi  məsələlərindəki  istək  və  xahişlərini  dərhal  qəbul  edərək  ən  cəsur  və 

hərbi qabiliyyəti çox yüksək olub, həmişə şan-şərəf tacı geymiş bir  firqəni dərhal 

yola saldım. Lazım olsa bu qüvvələri gücləndirəcəyəm” bildirirdi. 

Azərbaycandan  Batum  konfransının  nümayəndəsi  Xosrov  bəy  Sultanov 

mətbuat  təmsilçilərinə  verdiyi  müsahibədə  bolşevizmlə  mübarizədə  türklərdən 

kömək istədikdə onlar bunun Zaqafqaziya hökumətinin xahişindən sonra mümkün 

ola  biləcəyini  çatdırdılar.  Zaqafqaziya  hökuməti  isə  Türkiyənin  müsəlmanlan 

mühafizə  etməsini  insani  vəzifə  hesab  edir.  Türklərin  gəlişi  anarxiyanı  yatirib 

ermənilərlə  münasibətlərin  yaxınlaşmasına  səbəb  olacaqdır,  deyə  göstərir. 

(“Hümmət” qəzeti 2 iyun 1918). 



2 iyun 1918: III Ordu komandanı Mehmet Vehib paşanın hərbi  nazir Ənvər 

paşaya Azərbaycana təcili əlavə hərbi yardım göndərmək barədə teleqramı. 



2  iyun  1918:  Şaumyan  hökuməti  neft  müəssisələrinin  milliləşdirilməsi 

haqqında  dekret  verdi.  Leninə  teleqramında  (7  iyun)  bununla  Gəncəyə  doğru 

hücuma hazırlıqların gedişində belə dekretləri verməklə Rusiya Sovet respublikası 

üçün neftin necə böyük əhəmiyyət kəsb etməsini duyduğunu qeyd edirdi. 



2  iyun  1918:  III  Ordu  komandanının  əmrinə  əsasən  Qazaxdan  başlayaraq 

Gəncəyədək  olan  dəmiryolu  xəttini  süvari  minbaşısı  komandanı  altında  olan 

mürəttib 2-ci süvari alayı qorumalı idi. 

4 iyun 1918: Bakı Xalq Komissarları Soveti Hərbi və Dəniz işləri komissarı 

Q.Korqanov  1-ci  Qafqaz  Qırmızı  Korpusunun  Zaqafqaziya  dəmiryolu  boyunca 

Hacıqabuldan qərbə doğru hücuma keçməsi barədə 8 saylı əmri imzaladı. 



12 

 

4  iyun  1918:  5-ci  Qafqaz  firqəsinin  tərkibində  olan  9-cu  Qafqaz  alayı 

Qazağa  doğru  hərəkət  əmri  alıb  saat  04.30-da  Gərgərdən,  saat  6.00-da  isə  1336 

nəfərlik canlı qüvvəsi Nikolayevkadan yola çıxdı. 



4  iyun  1918:  Batumda  “Sülh  və  dostluq  haqqında”  Osmanlı-Azərbaycan 

müqaviləsi  imzalandı.  Azərbaycanın  taleyində  mühüm  rol  oynayan  Batum 

müqaviləsinin  əsasında  M.Rəsulzadə  və  M.Hacınski  xarici  hərbi  müdaxiləyə  son 

qoymaq  və  daxili  asayişi  qorumaq  məqsədilə  hərbi  yardım  barədə  Türkiyəyə 

müraciət  etdilər.  Müqavilənin  şərtinə  görə  Beşinci  Qafqaz  firqəsi  Azərbaycana 

göndərildi. Həmin diviziya və general leytenant Əli ağa Şıxlinskinin komandanlığı 

ilə  əsası  hələ  1917-ci  ildə  qoyulan  Azərbaycan  hərbi  qüvvələri  (Müsəlman 

korpusu)  Qafqaz  İslam  Ordusu  ilə  vahid  strukturda  birləşdirildi.  Bu  struktura 

rəhbərlik Nuri paşaya həvalə olundu. 

4  iyun  1918:  Cəmil  Cahid  bəyin  rəhbərliyi  altında  Cəlaloğlu  yolu  ilə 

Gəncəyə doğru hərəkətə keçən 9-cu piyada alayında 61 nəfəri topçu olmaqla 1336 

nəfər var idi. 

4  iyun  1918:  Minbaşı  Zihni  bəyin  komandanlığı  altında  mürəttəb  süvari 

alayı saat 14-də Cəlaloğludan Qazax istiqamətində hərəkət etdi. 



6  iyun  1918:  Bakı  XKS  adından  S.Şaumyan  Gürcüstan  hökumətindən 

Türkiyə  qoşunlarını  öz  ərazisindən  Azərbaycana  buraxmamasını  tələb  etdi.  Məhz 

buna görə də iyun ayının 10-da Borçalı istiqamətindən Azərbaycana doğru hərəkət 

edən türk qoşunları alman-gürcü qoşunları ilə üz-üzə dayandı. Kiçik bir əməliyyat 

keçirməklə  Türkiyə  qoşun  hissələri  general  Kressin  başçılıq  etdiyi  alman-gürcü 

dəstələrini geri oturtdu və xeyli sayda əsir aldı. 



6  iyun  1918:  Qrup  komandanının  iyunun  2-də  verdiyi  əmrə  əsasən  Zihni 

bəyin  komandanlığı  altında  2-ci  mürəttəb  süvari  alayı  iyunun  6-da  artıq 

Azərbaycan ərazisində idi. 

6 iyun 1918: Qazaxa ayrı-ayrı bölüklər halında və ayrı-ayrı yollardan girən 

Zihni bəyin komandanlığı altında mürəttəb 2-ci süvari alayı tərəfindən Ağstafa və 

qərbindəki stansiyalar ələ keçirilmişdir. 

6-7  iyun  1918:  Azərbaycana  yardıma  qoşan  və  Qafqaz  İslam  Ordusunun 

özəyini təşkil edən V  Qafqaz piyada  firqəsi Mürsəl paşanın komandanlığı altında 

Batum-Dilican  yolu  ilə  Qazaxa  daxil  olur.  Diviziyada  330  zabit,  7403  əsgər, 

həmçinin 1939 qoşqu və minik heyvanı var idi. 



7  iyun  1918:  Baş  komandanlığın  əmri  ilə  3-cü  və  2-ci  ordulardan  Şərq 

Orduları qrupu təşkil edildi; V Qafqaz firqəsi müstəqmən III Orduya tabe idi. 



7  iyun  1918:  Cəlaloğludan  hərəkət  edən  (iyunun  4-u)  9-cu  piyada  alayı 

iyunun 7-də Qazaxa çatdı. 



7  iyun  1918:  Şərq  Orduları  qrupu  komandanının  5-ci  Qafqaz  firqəsinin 

özünün təkmil qüvvəsi və qərargahı ilə Cəlaloğludan ayın 8-də səhər Qazaxa doğru 

hərəkətə keçməsi barədə əmri verildi. 





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə