17
sursatı, 4000 atım qüdrətli və Şnayder mərmisi göndərilməsi lazım olduğunu
çatdırır.
21 iyun 1918: Komandan Nuri paşa təklifləri qəbul
etdiyini, bu məqsədlə
46-cı taburu tam tərkibdə, 26-cı taburun iki bölüyünü, Gəncədəki Şnayder və
qüdrətli dağ toplarını, 9-cu alayın makinalı tüfəng bölüyünü, toplanacaq
könüllüləri göndərmək qərarında olduğunu bildirirdi.
22 iyun 1918: Diviziya qərargahından ordu komandanlığına 400-ə qədər
düşmən əsgərinin Qaraməryəmin qərb yamaclarında çadır qurmaqla məşğul olduğu
xəbər verildi.
23 iyun 1918: Müsüslü cəbhəsindən kəşfiyyatçı milis süvarilərimiz Ərəb
Mehdibəy kəndinə yaxınlaşdığı vaxt düşmən atəşinə məruz qalmış, bununla həmin
kəndlərdə düşmənin mövcudluğu təsdiq edilmişdi. Kürdəmir stansiyasına əsgər
gətirən üç qatarın gəldiyini müşahidə etmişlər. Müşahidələr raportla ordu
komandanlığına bildirilmişdir.
23 iyun 1918: Bakı Xalq Komissarları Soveti cəbhəni möhkəmlətmək
məqsədilə 1893-1897-ci illər arası doğulanlar üzrə Bakının bütün millətlərindən
səfərbərlik elan etdi.
24 iyun 1918: 26-cı taburun Göyçaya gələn bölükləri Cavad məntəqəsinə
minbaşı Nazim bəy Ramazanovun ixtiyarına yola salındı.
25 iyun 1918: Ordu komandanlığından Cavanşir məntəqəsinə toplanan
könüllülərin Yevlaxdan, 200 atlı və 200 piyada könüllülərininsə Qazaxdan qatarla
Bərgüşad stansiyasına göndəriləcəyi xəbər verildi. Bu əlavə qüvvələrin 27 iyun
axşamı cəbhəyə yetişəcəyi təxmin olunurdu.
26 iyun 1918: Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 26
iyun tarixli qərarı ilə milli ordunun formalaşdırılmasına başlanmış və əsasən
azərbaycanlılardan ibarət olan Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu
adlandırılmış, Azərbaycanda xilaskarlıq missiyasını həyata keçirən Qafqaz İslam
Ordusunun tərkibinə daxil edilmişdir. Əlahiddə Azərbaycan korpusunun
komandanı Əli ağa Şıxlinski təyin edilmişdi. Bununla da Cümhuriyyət ordusunun
əsası qoyulmuşdur. Azərbaycan Milli Ordusunun ilk hərbi birləşmələri xalq
könüllü dəstələri ilə birlikdə Nuri paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun
tərkibində bolşevik-daşnak hərbi qüvvələrinə qarşı döyüşlərdə iştirak etmişdi.
26 iyun 1918: Bankədən hərəkətə keçən 2000-dən artıq düşmən qüvvəsi
Kür çayının hər iki sahilində keçdikləri kəndləri talan və qətliam edərək Salyana
yaxınlaşdıqda minbaşı Nazim bəy Ramazanov bir bölük piyada, makinalı tüfəng
taqımı, bir dağ topu taqımı, 73 milis süvarisindən ibarət qüvvəsi ilə gəmilərlə
Salyana irəliləmiş, qəsəbəni müdafiə halında möhkəmlətmişdir. Düşmənin
bugünkü hücumu təsirsiz qalmışdır. (N.Ramazanovun raportundan).
26 iyun 1918: Nazim bəy Ramazanovun dəstəsi
Salyan yaxınlığında
düşmənin dəstələri ilə 200 piyada və süvari 6 top, beş makinalı tüfəng, iki zirehli,
dörd nəqliyyat gəmisindən ibarət düşmən qüvvəsi ilə döyüşə girdi.
18
26 iyun 1918: Denstervill Biçeraxovla danışıqlar aparmaq üçün Ənzəliyə
gəldi, onların sazişi baş tutdu; gəmilərlə Bakıya yola düşəcək Biçeraxov ordu
hissələrinin gələcək planı müzakirə edildi.
27 iyun 1918: Səhər saat 6-da düşmənin üç tabur piyadası Göyçay-
Qaraməryəm şosesindən, iki bölüyə qədər piyadası şimal istiqamətindən 10-cu
Qafqaz alayının önünə və sol cinahına doğru irəliləmiş və döyüş başlamışdır. Lək-
Çıplaq və Qaraxıdır məntəqələrində cəmləşən milis süvariləri və piyadalarının
Veysəlli üzərindən Alxasova istiqamətinə irəliləyərək düşmənin yan və arxa
hissələrinə keçmələri əmr olundu. Onlara 42-ci bölüyü ilə bərabər gələn minbaşı
Zihni bəyin komandanlıq etməsi tapşırıldı.
27 iyun 1918: Bakı Xalq Komissarı Sovetinin Azərbaycan Xalq
Cümhuriyyətini məhv etmək üçün Gəncə istiqamətində hərəkət edən bolşevik-
daşnak dəstələrindən ibarət 1-ci Qafqaz qırmızı korpusunun qüvvələrinə qarşı iyun
ayından Müsüslü və ətrafında mövqe tutan qüvvələr vahid komandanlıq altında
birləşdirildi və “Müsüslü dəstəsi” (müfrəzəsi) adlandı. Qafqaz İslam Ordusunun
əmri ilə Həbib bəy Səlimov dəstənin komandiri təyin edildi. Müsüslü dəstəsində 1-
ci tatar süvari alayı, 1-ci, 2-ci bölükləri, 2-ci süvari alayının 1-ci bölüyü, Qarayazı
süvari bölüyü, Göyçay əsgər bölüyü, Ağdaş və Xaldandan toplanmış könüllü
dəstələri vuruşurdu.
28 iyun 1918: Sabahkı hücuma hazırlıq məqsədilə 13-cü Qafqaz alayı Bığır
kəndinin (Göyçay) şimalına, yəni 1-cu alayın sağ cinahına keçirildi. Minbaşı Zihni
bəyin komandası altında könüllü süvarilər də Bığır altına toplandı.
29 iyun 1918: Xəlil paşa (Kut) istefaya gedən Vehib Mehmet paşanın
yerinə Şərq Orduları qrupuna komandan təyin edildi.
29 iyun 1918: Şərq Orduları komandanı Xəlil paşa Nuri paşaya yazırdı:
Ərkani-hərb rəisi Nazim bəy oraya döndü. Bütün tələblərinizə əməl ediləcəkdir. 9-
cu Orduda 80 sandıq mauzer sursatı ilə 800 atım top mərmisi Dilican yolu ilə
Qazaxa vürud etdi. Bunlar Ağstafadan qatarla Ucara göndəriləcəkdir.
29 iyun 1918: Bakıdan göndərilən düşmən qüvvələrinin qarşısını almaq
üçün istehkamçı dəstəsi Sığırlı-Qarasu stansiyaları arasındakı Kürdəmir-Bakı
dəmiryolu relslərini sökərkən Nazim bəyin dəstəsindən bu döyüşdə üç nəfər şəhid
olmuşdur.
29 iyun 1918: 5-ci Qafqaz firqəsinin 26-cı taburunun bölükləri Cavada
daxil oldu.
29 iyun 1918: Səhər tezdən Göyçay-Qaraməryəm cəbhəsində döyüş
başlandı. Bu, 5-ci Qafqaz firqəsinin özünün tam tərkibində girişdiyi ilk döyüş idi.
Diviziya komandanı Mürsəl paşanın məlumat üçün verdiyi raportda 10-cu və 13-cü
alayların şiddətli hücumu ilə önündəki düşmən hər tərəfdən geri çəkilir və
dəstələrimiz tərəfindən təqib olunduğu göstərilir.
29 iyun 1918: Səhər tezdən Qafqaz İslam Ordusunun 10-cu və 13 alayın
döyüşçüləri Qaraməryəmdə möhkəmlənən düşmənin müqavimətini qırdılar.