Minaxanim təKLƏLİ mehmet rihtim



Yüklə 391,77 Kb.
Pdf görüntüsü
səhifə9/18
tarix21.03.2018
ölçüsü391,77 Kb.
#32704
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

19 

 

Qırmızı  ordu  hissələrinin  məğlubiyyəti  ilə  başa  çatan  döyüşlərin  sonunda 



Qaraməryəmi azad etdilər. 

29  iyun  1918:  Salyan  altında  müdaxiləçilərə  qarşı  vuruşan  dəstələrin 

arxasına  keçməyə  cəhd  edən  düşmənin  bu  cəhdini  könüllü  atlı  dəstələri  boşa 

çıxarmışdır. Sabahısı günə doğru düşmənin hücumu tam dayandırılmışdır. 

30  iyun  1918:  Səhər  sübh  vaxtı  Bakı  Soveti  qoşunları  Bozavand  və 

Kırdadul  erməni  kəndləri  ilə  birləşərək  Tatevos  Əmirovun  başçılığı  altında  şimal 

tərəfdən  qəflətən  Göyçaya  hücum  etmiş,  vahiməyə  düşən  yerli  əhali  üzü  cənuba 

Ucar  stansiyasına  doğru  axışmaqda  idi.  Bütün  qüvvələrin  cəbhədə  bulunması 

səbəbiylə  Göyçayda  Ağdaş  və  ətrafının  komandanı  minbaşı  Ehsan  bəy  öz 

qüvvələrilə  nizami  birlik  yarada  bilmirdi.  Qaraməryəm  cəbhəsində  ehtiyatda 

dayanmış 25-ci tabur minbaşı Əhməd Həmdi bəyin əmrinə verilərək ona düşmənin 

qarşısını kəsmək tapşırıldı. 



30  iyun  1918:  Nuri  paşanın  həmin  tarixdə  Şərq  Orduları  qrupuna 

göndərdiyi  raportdan:  bugünkü  hərb  vəziyyətimiz  əndişə  vericidir.  Bolşeviklər 

irəliləyir, çox təcili yardım gəlməzsə, nəticə qorxulu olacaqdır. Bizə dərhal qüvvət 

göndərməniz xahiş olunur. 



30  iyun  1918:  Ordu  Ərkani  hərb  rəisi  Nazim  bəyin  müfəssəl  raportundan 

Ağdaşda  toplanmış  süvari  qüvvələrinin,  ayrıca  Gəncə  könüllülərinin  Həqqi 

əfəndinin  rəhbərliyi  altında  qatardan  Ucarda  endirilərək  Göyçaya  doğru  hərəkət 

etməkdə olduğu, firqə cəbhəsindən 25-ci taburun və topçu taqımının cəbhəyə təcili 

çatmaları və bunun nəticəsində düşmənə hər iki cinahdan şiddətlə təsir etmələrinə, 

habelə Göyçayın özünün yandırılmasına, talan edilməsinə mane olduğu aydın olur. 



30  iyun  1918:  Səlyan  cəbhəsində  düşmənin    hücumları  dayandırılmış,  bir 

düşmən gəmisinə tuşlanan atəşlə gəmi vurulmuşdur. Bu döyüşdə 10-cu alayın 30-

cu  taburu  4-cü  bölük  komandiri  yüzbaşı  Zühdü  əfəndi  ilə  bərabər  altı  nəfər  şəhid 

olmuş və 30 nəfər yaralanmışdır. 



30  iyun  1918:  Düşmən  Qaraməryəmdən  geri  oturduldu.  Lakin  Göyçayın 

şimalındakı  erməni  kəndlərinə  nəzarət  edilmədən  düşməni  təqib  edərək  bu 

mövqelərdən çox da uzaqlaşmaq olmazdı. Firqə komandanının əmrində bu cəhətlər 

nəzərə  alınmışdı:  Qaraməryəm-Qarayazı  xəttinin  ələ  keçirilməsindən  sonra 

düşmənin  Kürdəmirdən  geri  çəkiləcəyi,  Göyçayın  vəziyyətinin  düzəldiləcəyi, 

Göyçayın  şimalından  şərqə  qaçan  düşmən  qüvvələrinin  geri  çəkilmə  xəttinin 

kəsilərək əsir alınacağı nəzərdə tutulur. Vəziyyət əlverişli olduğu təqdirdə Müsüslü 

dəstəsi hücuma keçəcəkdir. 



1  iyul  1918:  4  günlük  gərgin  vuruşma  cəbhənin  taleyini  həll  etdi.  Göyçay 

altındakı döyüşdə bolşevik daşnak qüvvələrinin Gəncəyə yüruşünün qarşısı alındı. 

Qafqaz İslam Ordusunun Bakı istiqamətində hərəkəti başlandı. 

1  iyul  1918:  Axşam  Bakıda  Şaumyan  hökuməti  Göyçayın  Əmirov 

qüvvələrilə təkrar tutulmasına aid teleqram aldı. 




20 

 

1  iyul  1918:  Qafqaz  İslam  Ordusu  qüvvələrinin  irəli  hərəkətinə  müvafiq 

olaraq  5-ci  firqə  qərargahı  Göyçaydan  Qaraməryəmə  doğru  şose  yolu  üzərindəki 

Qarayazı kəndinə köçdü. 



2  iyul  1918:  Əvvəlcədən  İvanovka  istiqamətində  Kürdmaşı  kəndində   

yerləşdirilmiş 10-cu Qafqaz alayından bir tabur piyada və iki dağ topu İvanovkaya 

doğru  hərəkətə  keçmişdir.Yolu  üzərindəki  düşmən  qüvvələrini  əzərək  irəliləyən 

dəstəni İvanovka əhalisi ağ bayraqla qarşılamışdı. 



2  iyul  1918:  Bu  gün  saat  14.30-da  artıq  ermənilər  yaşayan  Bozavand  və 

Kirdadul  kəndləri  tutulmuş,  buradakı  quldur  dəstələri  Əmirvan  və  Bəylərkənd 

istiqamətinə çəkilmişdi. 

2  iyul  1918:  Bir neçə günlük döyüşlərdə əhvali ruhiyyəsi  pozulan düşmən 

geri  çəkilmiş,  milis  süvariləri  onları  qovaraq  təqib  etmişdilər.  Bu  döyüşlərdə 

düşmən  tərəfində  Bankə  ətrafındakı  malakan  və  “xaxol”  deyilən  ruslar, 

ukraynalılar  da  olmuşdu.  Vuruşmaların  gedişində  hərbi  birləşmələrdən  3  nəfər 

şəhid  olmuş,  2  nəfər  yaralanmışdı;  könüllülərdən  10  nəfər  şəhid  olmuş,  15  nəfər 

yaralanmışdı. 



3 iyul 1918:  İyulun 3-dən 4-ə keçən gecəni Kürdmaşıdan hərəkət edən 10-

cu Qafqaz alayı yolu üzərində pərakəndə düşmən qüvvələrini dəf edərək gecə saat 

10.15-də  Gənzə  kəndini  ələ  keçirmiş  buradakı  düşmən  Gürcüvan  istiqamətinə 

qaçmışdır. 



4  iyul  1918:  İyulun  1-dən  bu  günədək  (4  gün  ərzində)  5-ci  firqə  47  şəhid 

vermiş, 75 nəfər itgin düşmüş, 102 döyüşçü yaralanmışdı. 

 5  iyul  1918:  Göyçay dəstəsi ermənilərin möhkəmləndiyi Əmirvan kəndini 

vuruşaraq  ələ  keçirmiş,  qaçan  düşməni  könüllü  qüvvələrlə  hər  iki  tərəfdən  əhatə 

etməklə dağıtmışdır. 

5  iyul  1918:  Divizyanın  sol  cinahı  Padara  qədər  irəliləmiş  olduğu  halda 

düşmən hələ Kürdəmir cəbhəsində müqavimət göstərməkdə inadkarlıq edir. Döyüş 

səhərə  yaxın Padar dərəsi və Kalaqaylı yamaclarında başlandı. Döyüşdə 13-cü və 

10-cu alayın taburları iştirak edirdi. Mürsəl paşa günortaya yaxın cəbhədə idi. 



5  iyul  1918:  Biçeraxov  Bakı  Xalq  Komissarları  Sovetinə  müraciət  edib, 

türk  qoşunlarına  qarşı  birgə  əməliyyat  aparmağa  hazır  olduğunu  bildirdi  və 

Biçeraxov  dəstələri  (1300  nəfərlik  qüvvə)  5  iyulda  Ələt  stansiyası  yaxınlığında 

sahilə çıxarıldı. 



5  iyul  1918:  Biçeraxov  Bakı  Soveti  ordusuna  rəhbərlik  etmək  üçün  4 

təyyarə, 8 zirehli maşın, radiostansiya və 1500-ə yetişən canlı qüvvəsi ilə Yevlaxa 

doğru hərəkət etdi. 

6  iyul  1918:  Saat  3-də  hücum  əməliyyatı  başlandı  13-cü  alay  düşməni 

Ağsuya  doğru  sıxışdırırdı.  Ağsudan  çıxan  yanğın  düşmənin  qəsəbədən  geri 

çəkildiyini  göstərirdi.  l3-cü  alayın  manqaları  Ağsuya  daxil  olmuş,  10-cu  alay  isə 

Ağsudan  Şamaxı  yolu  ilə  qaçan  düşməni  elə  sıxışdırmışdı  ki,  düşmən  bel 




Yüklə 391,77 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə