Minaxanim təKLƏLİ mehmet rihtim



Yüklə 391,77 Kb.
Pdf görüntüsü
səhifə6/18
tarix21.03.2018
ölçüsü391,77 Kb.
#32704
1   2   3   4   5   6   7   8   9   ...   18

13 

 

7  iyun  1918:  Stepan  Şaumyan  Bakı  Sovetinin  həmin  günü  iclasında 

çıxışında  deyirdi:  “Daşnaksutyun”  partiyasının  məlumatına  görə  türklərin  Qara 

dənizdən İrana qədərki cəbhə boyunca cəmi 18-20 min yorğun, başıpozuq qoşunu 

var.  Onlar  belə  bir  qüvvə  ilə  Bakıya  gəlib  çıxmaq  üçün  Zaqafqaziyanı  əllərində 

saxlaya bilməzlər. “Bakinski raboçi” 11 iyun 1918 №112 (228) 



7  iyun  1918:  9-cu  Qafqaz  alayı  7  iyun  saat  12.30-da  Qazax  qəsəbəsinə 

çatmışdır. Alay bütün atlı əhali və bölgənin adlı-sanlı adamları tərəfindən şəhərdən 

xeyli  uzaqda  çox  təntənəli  surətdə  qarşılanmışdır.  Qəsəbə  Osmanlı  bayraqları  və 

zəfər tağları ilə bəzədilmişdi. 



7  iyun  1918:  9-cu  Qafqaz  alayı  Qazaxa  çatmaqla  bərabər  mürəttəb  süvari 

alayını əmrinə götürərək ona “Gəncə dəstəsi” adı verilmişdir. 



8  iyun  1918:  Həsən  bəyin  13-cü  alayla  gücləndirilən  qüvvəsi  Kürdəmir 

uğrunda  Qarasaqqal  stansiyasında  və  şərqinə  toplanmış  düşmənlə  bütün  günü 

döyüşmüşsə də düşmən məğlub edilmədiyindən Həsən bəyin dəstəsi döyüşü davam 

etdirməyi  sabaha  saxlayıb  gecəni  Qarasaqqal  ilə  İbrahimbəyli  kəndi  arasında 

keçirmişdir. 

9 iyun  1918:  Firqə qərargahı 8-dən 9-a keçən gecəni Ağkığıda, 9-dan 10-a 

keçən  gecəni  də  Ləmbəlidə  keçirdi.  Buradan  atlı  çapar  ilə  əvvəlcə  yola  çıxan 

mürəttəb  süvari  alayı  və  9-cu  alay  istisna  olmaqla  5-ci  Qafqaz  firqəsi,  firqə 

qərargahı, teleqraf taqımı, orkestr bölüyü, 10-cu Qafqaz alayı 26-cı tabur, istehkam 

bölüyü,  dağ  topçu  taburu,  II  qədəmə  ilə  13-cü  Qafqaz  alayı,  artilleriya  taburu, 

səhiyyə bölüyü, səyyar xəstəxana, mətbəx taqımının 12.06.1918-cı ildə Ağstafaya 

çatacağı haqqında Qazaxa Qafqaz İslam Ordusuna rəsmi məktub göndərdi. 

9  iyun  1918:  Təqviyyə  qüvvəsi  kimi  göndərilən  9-cu  alaya  daxil  olan 

Gəncə  dəstəsi  qatarlarla  saat  4.30-da  Qazaxdan  hərəkət  edərək  saat  22.20-də 

Gəncəyə çatmışdır. Burada onların qarşılanma mərasimi olmuş, Türk İslam Ordusu 

komandanı Nuri paşa qarşılanmada iştirak etmişdir. 



10  iyun  1918:  Türk  İslam  Ordusu  komandanlığı  еrməni  məhəlləsinin 

tərkisilah  edilməsi  qərarını  qəbul  etdi  və  bu  barədə  “Gəncə  dəstəsi”  komandirinə 

şifahi əmrlər verdi. 

10 iyun 1918: Qafqaz İslam Ordusunun əsas gücünü təşkil edəcək olan 5-ci 

Qafqaz firqəsi birlikləri Gəncəyə daxil oldu. 



10 iyun 1918: Tiflisdə mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan 

olunması xəbəri Bakıya çatan kimi Şaumyan onun üzərinə yürüşü planladı. İyunun 

10-da  Bakı  Sovetinin  qoşunlarının  (I  Qafqaz  Qırmızı  Korpusu  adlanır)  Hacı 

Qabuldan Gəncəyə hərəkatı başlandı. Korpusun komandiri Qazarov, qərargah rəisi 

Avetisov,  1-ci  atıcı  briqadanın  komissarı  Quloyan,  2-ci  briqada  komandiri  Ter-

Sarkisov,  3-cü  briqadanın  komissarı  A.Mikoyan,  4-cü  briqada  komissarı 

A.Qabisev,  topçu  komissarı  Sarkisyan,  siyasi  qüvvələr  komissarı  T.Şaumyan  idi. 

Bakı  Soveti  qoşunlarının  baş  komandanı  Hərbiyyə  və  Dəniz  işləri  komissarı 




14 

 

Q.Korqanov təyin olundu. Erməni Milli Şurasının qoşunu da daxil olan bu orduda 



ermənilər sayca üstünlük təşkil edirdilər. 

11  iyun  1918:  Erməniləri  tərkisilah  edərkən  18  türk  əsgəri  şəhid  oldu. 

Onların bəzisinin meyidi eybəcər hala salınmışdı (bəziləri hələ canını tapşırmamış 

onların qulaqlarını, dodaqlarını, burunlarını kəsmişdilər, hətta bir əsgərin sinəsində 

tonqal da qalamışdılar). Nuri paşanın tapşırığı ilə həmin əsgərlərin cəsədləri yerli 

müsəlmanlardan və qoşundan gizlədildi və kimsə əzabkeş əsgərləri görməsin deyə, 

yalnız  üçüncü  gün  səhər  saat  5-də  Şah  Abbas  məscidinin  qarşısındakı  meydanda 

onları  basdırdılar.  (“İttihad”  qəzeti  (25  may  1919  №  9)  Əbdüləli  bəyin 

xatirələrindən). 



11  iyun  1918:  Şaumyanın  “ilk  uğurları”  barədə  Leninə  teleqramı:  bizim 

qoşunlar Sığırlı stansiyasını tutmuşlar. Qoşunlarımız irəli hərəkət edir. 



12  iyun  1918:  Bakı  Soveti  qüvvələri  Kürdəmiri  işğal  edib  Göyçaya 

yaxınlaşdılar. 



12  iyun  1918:  11  iyun  gecəsi  Ağstafadan  qatarla  hərəkət  edən  28-ci  tabur 

və bir Şnayder dağ topçu dəstəsi, 27-ci taburdan bir piyada bölüyü 12 iyunda saat 

13-də Gəncəyə daxil oldu. 

12  iyun  1918:  Səhər  Qafqaz  İslam  Ordusunun  komandanı  Gəncə 

qəsəbəsində  olan  erməni  taburu  komandirinə  göndərdiyi  məktubunda  Osmanlı 

ordusunun gəlməsiylə ümumi təhlükəsizliyin qorunması, habelə Osmanlı hökuməti 

ilə  ermənilər  arasında  sülh  əldə  edilməsi  ilə  əlaqədar  olaraq  erməni  əhalisinin  öz 

silahlarını təhvil vermələrinin lazım olduğunu bildirdi. 

13  iyun  1918:  Bolşevik orqanı olan  “Bakı Şurasının Əxbarı” qəzeti həmin 

tarixli  sayında  (№50)  xəbər  verirdi  ki,  Moskvadan  Bakı  Soveti  qoşunlarına 

göndərilən  zirehli  maşınları  gətirən  Qırmızı  Ordu  komandirləri  “Mapselyoza” 

marşı ilə qarşılanmış,  yaxın zamanda  Bakının  müdafiəsi üçün  hərbi təyyarələr də 

göndəriləcəkdir. 

14  iyun  1918:  Batumda Azərbaycanla Türkiyə arasında  “Sülh və Dostluq” 

müqaviləsinə əlavə daha 2 saziş imzalandı. 



14  iyun  1918:  Nazim  bəy  Müsüslü  cəbhəsinə  gələrək  Qafqaz  İslam 

Ordusunun  Baş  Ərkani  hərb  rəisliyinin  icrasına  başlayır.  Bu  münasibətlə  Nuri 

paşaya  “Allahın  birliyinə  sığınaraq  bu  cinahda  rəhbərliyi  öz  üzərimə  götürdüm” 

deyə məlumat verir. 



14  iyun  1918:  Baş  qərargah  rəisinin  erməni  bolşevik  qüvvələrinin 

Kürdəmiri və qərbindəki bir neçə kəndi, о cümlədən Qarabucaq stansiyasını işğal 

edib yandırması barədə məlumatı. 

14 iyun 1918: Qafqaz İslam Ordusu komandanlığından Şamaxı hərəkatının 

sürətlə  tamamlanması-düşmənin  məhvi  və  əsarətinin  tezliklə  bitməsi  məqsədi  ilə 

bir  qüdrətli  dağ  batareyası  ilə  38-ci  alayın,  Ləzgi  süvari  alayınınsa  Yevlaxdan 

Kürdəmirə  nəql  edildiyi,  Kürdəmirə  250  sandıq  piyada  mərmisi  və  600  atım  top 

sursatının göndəriləcəyi bildirildi. 



Yüklə 391,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə