Minaxanim təKLƏLİ mehmet rihtim



Yüklə 391,77 Kb.
Pdf görüntüsü
səhifə7/18
tarix21.03.2018
ölçüsü391,77 Kb.
#32704
1   2   3   4   5   6   7   8   9   10   ...   18

15 

 

15  iyun  1918:  Göyçayda  mövqe  tutan  Qafqaz  İslam  Ordusu  hissələrinə 

hücum  təşəbbüsündə  olan  Molla  İsaqlı  və  Sultankənddə  toplaşan  düşmənə  qarşı 

10-cu alayın 30-cu taburu uğurlu əməliyyat həyata keçirdi. 



15  iyun  1918:  Baş  qərargah  rəisi  Nazim  Mehmet  bəy  raportunda 

Azərbaycan  korpusundan  olan  Müsüslüdəki  rus  və  gürcü  teleqrafçılarının  həmin 

gecə fərarilik etdiyini, çox ehtimal ki, buna aclığın səbəb olduğunu bildirir. 

15  iyun  1918:  Qaraməryəm-Göyçay  yolunun  erməni  quldurları  tərəfindən 

kəsilməsi,  müsəlmanların  yolda  yaxalanması,  şimal-qərbindəki  erməni  kəndləri 

olan  Sultankənd,  Molla  İsaqlı,  Kalakert  kəndlərindəki  erməni  quldurlarının 

müqavimət göstərdikləri haqqında baş qərargah rəisinin məlumatı. 



16  iyun  1918:  Gəncənin  erməni  məhəllələrinin  mühasirəsinə  artıq  lüzum 

qalmadığından blokada xətti ləğv edildi. 



16 iyun  1918:  Bakı  Xalq Komissarları  Sovetinin bolşevik-daşnak  quldur 

dəstələrindən ibarət Qafqaz Qırmızı Ordusunun Hamazaspın komandir olduğu 3-cü 

briqadası  azərbaycanlılardan,  gürcü  və  dağıstanlılardan  ibarət  dəstənin  üzərinə 

hücuma keçdi. Turk hərbi qüvvələri bölgəyə gəlib çatmadığından müdafiə dəstələri 

geri  çəkilmək  məcburiyyətində  qaldılar  və  bolşevik  qoşunları  Qaraməryəmi  ələ 

keçirdilər. 



16  iyun  1918:  Azərbaycan  Milli  Şurası  və  hökuməti  Tiflisdən  Gəncəyə 

köçdü. 


16  iyun  1918:  Bakıda  yayımlanan  bolşevik  orqanı  olan  “Bakinski  raboçi” 

qəzeti  “Borba”  (“Mübarizə”)  adlı  menşevik  qəzetinə  istinadən  Gəncədə  Nuri 

paşanın  və  Nazim  paşanın  hər  yerdə  şadyanalıqla,  böyük  coşqu  ilə 

qarşılanmalarını,  yerli  əhalinin  asayişini  qorumalarını,  əhalinin  onları  gözləri 

üstündə  saxladığını;  guya  onların  burada  söz  azadlığını  ləğv  etmələrini,  eləcə  də 

onları hər yerdə müşayiət edənlərin bəylər, hampalar olduğunu xəbər verməkdədir. 

Nazim paşanın Gəncəyə, Azərbaycana gəlişini özünün ikinci ömrü sandığını kin və 

qəzəb içində yazır. 



16  iyun  1918:  Bakı  Sovetinin  iclasında  eser  və  daşnakların  ingilisləri 

Bakıya dəvət etmək haqqında təklif etdiyi qətnaməni bolşevik üzvləri rədd etdilər. 



17  iyun  1918:  10-cu  alayın  28-ci  taburu  səhər  tezdən  Qaraməryəmin 

qərbindəki düşmənə kəşfiyyat hücumu etmək üçün Göyçay - Qaraməryəm yolu ilə 

hərəkətə  keçmişdir.  Düşmən  isə  qabaqdan  və  yandan  sürəkli  hücuma  keçməklə 

əlverişsiz  mövqedən  geri  çəkilmək  istəyən  taburun  yolunu  kəsmişdir.  İstidən  və 

susuzluqdan  taqətdən  düşmüş  tabur  döyüşçülərini  qaniçən  ermənilər  para-para 

etmişdi.  Veysəlli  kəndi  üzərindən  köməyə  göndərilən  29-cu  tabur  da  hər  iki 

tərəfdən mühasirəyə düşərək ağır itkilərlə geri çəkilməli olmuşdur. 

17  iyun  1918:  Qısa,  lakin  qanlı  Qaraməryəm  döyüşündə  Qafqaz  İslam 

Ordusunun 115 nəfər əsgər və zabiti şəhid olmuş, 121 nəfər yaralanmışdır. 



18 iyun 1918: İyunun 17-dən 18-ə keçən gecə Gəncədən qatarla yola düşən 

Qafqaz İslam Ordusu komandanı Nuri paşa, Əli ağa Şıxlinski və Ərkani hərb rəisi 




16 

 

səhər tezdən Müsüslü cəbhəsinin arxasında qatardan endi. Buradan Göyçaya gələn 



komandan Nuri paşa axşam qaranlığı çökərkən meydanda camaata xitabən deyirdi: 

“Azərbaycanı  və  azərbaycanlıları  düşməndən  qurtarmaq  üçün  Osmanlı  ordusu 

məmləkətinizə  gəldi.  Bu  orduya  canla-başla  yardım  etməniz  lazımdır.  Silahla 

yardım edə bilinmirsə, heç olmazsa, əsgərlərin ərzaq və sularını daşıyın. Bu qızmar 

istidə döyüşən zabit və əsgərlərdən bir çoxları susuzluqdan ölmüşlər. 

18  iyun  1918:  Qafqaz  İslam  Ordusu  komandanı  Nuri  paşa  Mürsəl  paşaya 

cəbhədə  bilavasitə  komandanlığı  ələ  alması,  ordu  və  firqə  (diviziya)  qərargahının 

Gəncədən Göyçaya daşınması barədə əmr verdi. 

18  iyun  1918:  Qaraməryəm  uğursuzluğundan sonra S.Şaumyan Moskvaya 

Qafqaz  İslam  Ordusunun  itkilərinin  500  olduğunu  yazmışdı.  Bu  “qələbə” 

münasibətilə  Korqanovun  sərəncamına  Moskvadan  zirehli  döyüş  maşını 

göndərildi. 



19  iyun  1918:  Nuri  paşa  ordu  Baş  Qərargah  rəisi  Nazim  bəyin  nəzərinə 

ermənilərin  Qutqaşen  bölgəsində  20-dən  artıq  müsəlman  kəndini  yandırdığını 

çatdırır və buna görə də Qutqaşen üzərinə ordudan bir qol ayırıb göndərməyi tələb 

edir. 


19  iyun  1918:  13-cü  Qafqaz  alayının  bəzi  hissələri  və  dağ  topçu  taburu 

Agstafadan qatarla Gəncəyə gəlmişdir. Buradan 25-ci tabur Ucar stansiyasına, 46-

cı taburun 3-cü bölüyü və alayın makinalı tüfəng bölüyündən dörd ağır tüfəng, bir 

Şnayder top taqımı və  bir istehkam birliyindən ibarət  bir müfrəzə  Şəkiyə  İsmayıl 

Həqqi bəyin əmrinə verilmək üçün Yevlax stansiyasına göndərilmişdir. 

19  iyun  1918:  Qafqaz  İslam  Ordusu  komandanlığından  Şərq  Orduları 

qrupuna göndərilən şifrəli məktubunda Şamaxı, Göyçay, Qayabaşı istiqamətindəki 

erməni  kəndlərində  toplaşan  2000-3000-lik  düşmən  qüvvəsinin  Göyçaya 

yaxınlaşması və onların şərqə doğru püskürdülməsi üçün 5-ci Qafqaz firqəsi hərbi 

birləşmələri tərəfindən hücum olunduğu, bu zaman silah-sursat çatışmazlığının hiss 

olunduğu bildirilir. 



19  iyun  1918:  Nazim  bəy  Ramazanovun  dəstəsi  Kür  çayı  ilə  irəliləyən 

düşmənin  qarşısını  kəsmək  üçün  Mollakəndin  6  km  şimalındakı  gəmi 

dayanacağına çatdı. 

20 iyun 1918: Türk İslam Ordusu komandanının əmrindən sonra iyunun 20-

si axşamı Göyçay qəsəbəsində Sadıq ağa və qardaşı Həzrət bəyin evində Gəncədən 

köçürülmüş 5-ci Qafqaz firqəsinin qərargahı təşkil edildi. 

20 iyun 1918: Cəbhədə vəziyyətlə bilavasitə tanış olduqdan sonra qərargah 

rəisi tərəfindən komandan Nuri paşaya Qazaxda toplaşan 800 milis (könüllü xalq 

ordusu) atlısının, habelə Göyçay, Ağdaş, Bərdə atlılarının  və Gəncədə toplanacaq 

atlı və piyadanın döyüş mövqelərinə göndərilməsi təklif olundu. 



21  iyun  1918:  5-ci  Qafqaz  firqəsi  (diviziyası)  komandanı  Mürsəl  paşa 

cəbhəyə lazım olan silah-sursatı: bir piyadaya 500 hesabı ilə 3000 sandıq mauzer 




Yüklə 391,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə