Minaxanim təKLƏLİ mehmet rihtim



Yüklə 391,77 Kb.
Pdf görüntüsü
səhifə8/18
tarix21.03.2018
ölçüsü391,77 Kb.
#32704
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

17 

 

sursatı,  4000  atım  qüdrətli  və  Şnayder  mərmisi  göndərilməsi  lazım  olduğunu 



çatdırır. 

21  iyun  1918:  Komandan  Nuri  paşa  təklifləri  qəbul  etdiyini,  bu  məqsədlə 

46-cı  taburu  tam  tərkibdə,  26-cı  taburun  iki  bölüyünü,  Gəncədəki  Şnayder  və 

qüdrətli  dağ  toplarını,  9-cu  alayın  makinalı  tüfəng  bölüyünü,  toplanacaq 

könüllüləri göndərmək qərarında olduğunu bildirirdi. 



22  iyun  1918:  Diviziya  qərargahından  ordu  komandanlığına  400-ə  qədər 

düşmən əsgərinin Qaraməryəmin qərb yamaclarında çadır qurmaqla məşğul olduğu 

xəbər verildi. 

23  iyun  1918:  Müsüslü  cəbhəsindən  kəşfiyyatçı  milis  süvarilərimiz  Ərəb 

Mehdibəy kəndinə yaxınlaşdığı vaxt düşmən atəşinə məruz qalmış, bununla həmin 

kəndlərdə  düşmənin  mövcudluğu  təsdiq  edilmişdi.  Kürdəmir  stansiyasına  əsgər 

gətirən  üç  qatarın  gəldiyini  müşahidə  etmişlər.  Müşahidələr  raportla  ordu 

komandanlığına bildirilmişdir. 

23  iyun  1918:  Bakı  Xalq  Komissarları  Soveti  cəbhəni  möhkəmlətmək 

məqsədilə  1893-1897-ci  illər  arası  doğulanlar  üzrə  Bakının  bütün  millətlərindən 

səfərbərlik elan etdi. 

24  iyun  1918:  26-cı  taburun  Göyçaya  gələn  bölükləri  Cavad  məntəqəsinə 

minbaşı Nazim bəy Ramazanovun ixtiyarına yola salındı. 



25  iyun  1918:  Ordu  komandanlığından  Cavanşir  məntəqəsinə  toplanan 

könüllülərin Yevlaxdan, 200 atlı və 200 piyada könüllülərininsə Qazaxdan qatarla 

Bərgüşad  stansiyasına  göndəriləcəyi  xəbər  verildi.  Bu  əlavə  qüvvələrin  27  iyun 

axşamı cəbhəyə yetişəcəyi təxmin olunurdu. 



26  iyun  1918:  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinin  1918-ci  il  26 

iyun  tarixli  qərarı  ilə  milli  ordunun  formalaşdırılmasına  başlanmış  və  əsasən 

azərbaycanlılardan  ibarət  olan  Müsəlman  korpusu  Əlahiddə  Azərbaycan  korpusu 

adlandırılmış,  Azərbaycanda  xilaskarlıq  missiyasını  həyata  keçirən  Qafqaz  İslam 

Ordusunun  tərkibinə  daxil  edilmişdir.  Əlahiddə  Azərbaycan  korpusunun 

komandanı Əli ağa Şıxlinski təyin edilmişdi. Bununla da Cümhuriyyət ordusunun 

əsası  qoyulmuşdur.  Azərbaycan  Milli  Ordusunun  ilk  hərbi  birləşmələri  xalq 

könüllü dəstələri ilə birlikdə Nuri paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun 

tərkibində bolşevik-daşnak hərbi qüvvələrinə qarşı döyüşlərdə iştirak etmişdi. 

26  iyun  1918:  Bankədən  hərəkətə  keçən  2000-dən  artıq  düşmən  qüvvəsi 

Kür  çayının  hər  iki  sahilində  keçdikləri  kəndləri  talan  və  qətliam  edərək  Salyana 

yaxınlaşdıqda  minbaşı  Nazim  bəy  Ramazanov  bir  bölük  piyada,  makinalı  tüfəng 

taqımı,  bir  dağ  topu  taqımı,  73  milis  süvarisindən  ibarət  qüvvəsi  ilə  gəmilərlə 

Salyana  irəliləmiş,  qəsəbəni  müdafiə  halında  möhkəmlətmişdir.  Düşmənin 

bugünkü hücumu təsirsiz qalmışdır. (N.Ramazanovun raportundan). 



26  iyun  1918:  Nazim  bəy  Ramazanovun  dəstəsi  Salyan  yaxınlığında 

düşmənin dəstələri ilə 200 piyada və süvari 6 top, beş makinalı tüfəng, iki zirehli, 

dörd nəqliyyat gəmisindən ibarət düşmən qüvvəsi ilə döyüşə girdi. 



18 

 

26  iyun  1918:  Denstervill  Biçeraxovla  danışıqlar  aparmaq  üçün  Ənzəliyə 

gəldi,  onların  sazişi  baş  tutdu;  gəmilərlə  Bakıya  yola  düşəcək  Biçeraxov  ordu 

hissələrinin gələcək planı müzakirə edildi. 



27  iyun  1918:  Səhər  saat  6-da  düşmənin  üç  tabur  piyadası  Göyçay-

Qaraməryəm  şosesindən,  iki  bölüyə  qədər  piyadası  şimal  istiqamətindən  10-cu 

Qafqaz alayının önünə və sol cinahına doğru irəliləmiş və döyüş başlamışdır. Lək-

Çıplaq  və  Qaraxıdır  məntəqələrində  cəmləşən  milis  süvariləri  və  piyadalarının 

Veysəlli  üzərindən  Alxasova  istiqamətinə  irəliləyərək  düşmənin  yan  və  arxa 

hissələrinə  keçmələri  əmr  olundu.  Onlara  42-ci  bölüyü  ilə  bərabər  gələn  minbaşı 

Zihni bəyin komandanlıq etməsi tapşırıldı. 

27  iyun  1918:  Bakı  Xalq  Komissarı  Sovetinin  Azərbaycan  Xalq 

Cümhuriyyətini  məhv  etmək  üçün  Gəncə  istiqamətində  hərəkət  edən  bolşevik-

daşnak dəstələrindən ibarət 1-ci Qafqaz qırmızı korpusunun qüvvələrinə qarşı iyun 

ayından  Müsüslü  və  ətrafında  mövqe  tutan  qüvvələr  vahid  komandanlıq  altında 

birləşdirildi  və  “Müsüslü  dəstəsi”  (müfrəzəsi)  adlandı.  Qafqaz  İslam  Ordusunun 

əmri ilə Həbib bəy Səlimov dəstənin komandiri təyin edildi. Müsüslü dəstəsində 1-

ci tatar süvari alayı, 1-ci, 2-ci bölükləri, 2-ci süvari alayının 1-ci bölüyü, Qarayazı 

süvari  bölüyü,  Göyçay  əsgər  bölüyü,  Ağdaş  və  Xaldandan  toplanmış  könüllü 

dəstələri vuruşurdu. 

28 iyun 1918: Sabahkı hücuma hazırlıq məqsədilə 13-cü Qafqaz alayı Bığır 

kəndinin (Göyçay) şimalına, yəni 1-cu alayın sağ cinahına keçirildi. Minbaşı Zihni 

bəyin komandası altında könüllü süvarilər də Bığır altına toplandı. 

29  iyun  1918:  Xəlil  paşa  (Kut)  istefaya  gedən  Vehib  Mehmet  paşanın 

yerinə Şərq Orduları qrupuna komandan təyin edildi. 



29  iyun  1918:  Şərq  Orduları  komandanı  Xəlil  paşa  Nuri  paşaya  yazırdı: 

Ərkani-hərb rəisi Nazim bəy oraya döndü. Bütün tələblərinizə əməl ediləcəkdir. 9-

cu  Orduda  80  sandıq  mauzer  sursatı  ilə  800  atım  top  mərmisi  Dilican  yolu  ilə 

Qazaxa vürud etdi. Bunlar Ağstafadan qatarla Ucara göndəriləcəkdir. 



29  iyun  1918:  Bakıdan  göndərilən  düşmən  qüvvələrinin  qarşısını  almaq 

üçün  istehkamçı  dəstəsi  Sığırlı-Qarasu  stansiyaları  arasındakı  Kürdəmir-Bakı 

dəmiryolu relslərini sökərkən Nazim bəyin dəstəsindən bu döyüşdə üç nəfər şəhid 

olmuşdur. 



29  iyun  1918:  5-ci  Qafqaz  firqəsinin  26-cı  taburunun  bölükləri  Cavada 

daxil oldu. 



29  iyun  1918:  Səhər  tezdən  Göyçay-Qaraməryəm  cəbhəsində  döyüş 

başlandı. Bu, 5-ci Qafqaz firqəsinin özünün tam tərkibində girişdiyi ilk döyüş idi. 

Diviziya komandanı Mürsəl paşanın məlumat üçün verdiyi raportda 10-cu və 13-cü 

alayların  şiddətli  hücumu  ilə  önündəki  düşmən  hər  tərəfdən  geri  çəkilir  və 

dəstələrimiz tərəfindən təqib olunduğu göstərilir. 

29  iyun  1918:  Səhər  tezdən  Qafqaz  İslam  Ordusunun  10-cu  və  13  alayın 

döyüşçüləri  Qaraməryəmdə  möhkəmlənən  düşmənin  müqavimətini  qırdılar. 




Yüklə 391,77 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə