Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.

səhifə1/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   56



 
AZƏRBAYCANDA ATATÜRK MƏRKƏZĠ 
 
 
MİNAXANIM TƏKLƏLİ 
 
 
 
 
 
 
 
 
TÜRK  ƏSİLLİ  RUSLAR 
 
I KİTAB 
 
 
 
 
 
 
 
NURLAR 
NƏġRĠYYAT-POLĠQRAFĠYA MƏRKƏZĠ 
 
BAKI - 2007 
 
 



 
Elmi redaktor: 
Nizami CƏFƏROV 
AMEA-nın müxbir üzvü, professor, millət vəkili 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MİNAXANIM TƏKLƏLİ. TÜRK ƏSİLLİ RUSLAR 
Bakı, «NURLAR» NəĢriyyat-Poliqrafiya Mərkəzi, 2007, 184 səh. 
 
Yazıçı-türkoloq  Minaxanım  Təkləlinin  kitabı  türk  mənĢəli  rus 
soyadlarının  yaranma  və  formalaĢma  tarixinə  həsr  edilmiĢdir.  Kitabda  mənĢəcə 
türk  olan  tanınmıĢ  rus  ailələrinin,  o  cümlədən  böyük  Ģəxsiyyətlərin  həyat  və 
fəaliyyətlərini əhatə edən sənədli, tarixi oçerklər verilmiĢdir. 
 
 
 
 
 
 
 
 
 
ĠSBN: 9952-426-71 -2 
 
 
© AzAtaM, 2007  
©  «NURLAR», 2007
 
 
 



 
ÖN SÖZ 
 
ŞÖHRƏTLİ RUS SOYLARININ  VƏ SOYADLARININ TÜRK ƏSLİ 
 
Ruslarda  türk  soy  adı  daĢıyan  ailələr  öz  mənĢəyi  etibarilə  qədim  oğuz  və 
qıpçaq  nəsillərindən,  ardınca  Qızıl  Ordadan  ayrılıb  Rusa  köçən  türk  feodalları 
ailəsindən  çıxmaqla  daha  sonra  isə  Kazan,  Astarxan,  Sibir,  Kırım  xanlıqlarının, 
habelə  Noqay  Ordasının,  bir  çox  türk  tayfa  birliklərinin  süqutundan  sonra 
xristianlığı qəbul etmiĢ türk əsilzadələri soyuna mənsubdur. 
Filologiya  elmləri  doktoru,  professor  Minaxanım  Təkləlinin  "Türk  əsilli 
ruslar" əsəri rus dövləti tarixində əhəmiyyətli mövqeyə malik olan Ģöhrətli soyların 
kökünün,  mənĢəyinin  araĢdırılmasına  həsr  olunmuĢdur.  Bu  ailələrin  mənsub 
olduğu və yüz illərlə daĢıdıqları soy adlarının tarixi-etimoloji təhlili ilə bərabər bu 
nəsillərin malik olduğu Ģanlı, Ģöhrətli familiyaların yaranması, tarixi inkiĢafı, eləcə 
də bu soydan çıxmıĢ görkəmli adamların öz "əslinə, kökünə" uyğun "yeni" xarakter 
və biçimdə tanıdılması diqqət mərkəzindədir. 
Rus  türkoloqlarından  hələ  E.P.Karnoviç,  A.M.SeliĢev,  daha  sonralar  isə 
A.V.Superanskaya, B.O.Unbenqaun, V.A.Nikonov, NA.Baskakov rus familiyaları 
içərisində güclü bir qat təĢkil etməklə onun daha qədim layını təĢkil edən türk soy 
adlarına ciddi yanaĢmıĢ, onları üzə çıxarmıĢ, tədqiq etmiĢlər. 
N.Baskakovun  elmi-ictimai  fikri  tərpədib  silkələyən,  sözün  əsil  mənasında 
bu sakit düĢüncə  və  fikir  tərzində  tüğyanlar,  fırtınalar  yaradan "Türk  mənĢəli rus 
familiyaları"  (1979)  kitabında  müəyyən  sayda  soyadları  tarixi-linqvistik  təhlilə 
cəlb  edilmiĢdir.  Beləliklə,  rusların  daĢıdığı  türk  soyadlarının  həm  kəmiyyət,  həm 
keyfiyyətcə dolğun, bitkin mənzərəsi yarandı.  Və elə bu özü göstərdi ki, ruslarda 
türk  əslindən,  kökündən  xəbər  verən  onun  malik  olduğu  türk  soyadı  Rusun 
tarixində  nə  ötəri  və  keçici,  nə  də  təsadüfi  hal  olmayıb  böyük  və  sürəkli  tarixi 
faktorların nəticəsidir. 
Məhz belə araĢdırmalar bu böyük mövzunu tərpədib onun daha böyük, daha 
"gizli", vacib tərəflərinin hələ öyrənilib tədqiq olunmadığını üzə çıxardı. 
Beləliklə,  aydın  oldu  ki,  bu  sahədə  geniĢ  və  əlveriĢli  material  olmasına 
baxmayaraq,  türk  mənĢəli  rus  familiyaları  və  bu  soy  adlarının  meydana  çıxdığı 
tarixi  Ģərtlər  kifayət  qədər  müəyyənləĢməmiĢ,  daha  geniĢ  və  əhatəli  mükəmməl 
filoloji təhlilə cəlb edilməmiĢdir. 
N.Baskakovun,  çox  haqlı  olaraq  qeyd  etdiyi  kimi,  ruslarda  türk  mənĢəli 
familiyaların  sayca  üstünlüyünə  baxmayaraq,  indiyədək  bu  problem  üzrə  xüsusi 
araĢdırmalar  aparılmamıĢdır.  Bu  sahədə  hiss  olunan  çatıĢmazlıqlardan  biri,  çox 
Ģübhəsiz,  türk  mənĢəli  familiyaların  meydana  çıxdığı  tarixi  Ģəraitin,  eləcə  də 
soyadının  daĢıyıcısı  olan  ayrı-ayrı  ailə  Ģəcərələrinin  kifayət  qədər 
öyrənilməməsidir.  Əslində  belə  tarixi-filoloji  araĢdırmalar  soy  adının  etimoloji 



 
Ģərhi  qədər  vacibdir.  Belə  olarsa,  məsələ  təkcə  linqvistlər  üçün  deyil,  həm  də 
tarixçilər üçün xüsusi əhəmiyyət kəsb edən vacib məsələyə çevriləcəkdir. 
"Türk  əsilli  ruslar"  kitabında  haqqında  bəhs  olunan  soylar,  nəsillər  Rus 
dövlətinin  ictimai-siyasi  həyatında  mühüm  yeri  olan,  adları  mühüm  tarixi-ictimai 
hadisələrlə səsləĢən ailələrdən ibarətdir. Dostoyevski, Yusupovlar, ġeremetyevlər, 
Turgenev,  Bunin,  Anna  Axmatova  bu  adlar  həmiĢə,  hər  yerdə  Rus  dövləti  və 
milləti adına tam mənası ilə bərabər tutula bilən nəhəng adlardır. 
Bu adlar vasitəsilə və belə yanaĢma tərzi ilə rus tarixinə giriĢilir, çox həssas 
nöqtə  olan  etnos  məsələlərinə  toxunulur,  maraqlı  məqamlar  üzə  çıxır.  Xüsusən 
barəsində çoxlu ədəbiyyat olsa da Kutuzov, Kolçak, QarĢin, Arakçeev, Derjavin və 
s. Ģəxsiyyətlərin həyat tarixçəsi yeni-yeni vacib Ģtrixlərlə dolğunlaĢır. 
Rus  hərb  adamları  olan  UĢakov,  Kolçak,  rus  çarları  Ġvan  Qroznı,  çar 
Qodunov,  rəssam  Kuinci  (əslində  Kuyumçu)  haqqında  mükəmməl  mənbələrə, 
ciddi  məlumatlara  əsaslanan  yazılar  təptəzə,  eyni  zamanda  bitkin,  samballı 
təəssüratlar yaradır. 
Bu  yazıların  hər  biri,  müəllifin  türk  soylarının  mənĢəyi,  ailə-nəsil  Ģəcərəsi 
və  bu soydan çıxmıĢ  məĢhur  Ģəxsiyyətləri barədə  qələmə  aldığı bu bədii parçalar 
əslində sənədli hekayələrdir. 
Hekayə  Ģirinliyində  yazılan  və  hekayə  Ģirinliyində  də  oxunacaq  bu  tarixi 
oçerklər kitabı da, müəllifi də oxuculara sevdirəcəkdir. 
 
Nizami CƏFƏROV, 
professor, filologiya elmləri doktoru, 
Azərbaycanda Atatürk Mərkəzinin sədri 
 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   56


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə