Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   7   8   9   10   11   12   13   14   ...   56

23 
 
Sibir həbsxana  və  düĢərgələrində  can çürütmüĢ, amma  yaĢamıĢ  və  bu  yadigar eĢqi 
yaĢatmağa çalıĢmıĢdı. Bu məhkum ömürdən yalnız son 15 ilini azadlıqda yaĢamıĢdı. 
Timirovanın əsas ittihamı onun "cinayətkar" eĢqi idi; Sovet məktəblərində adı 
ilə 70 il uĢaqları xortdan, bir adamyeyən kimi qorxutduqları Admiral Kolçakla olan 
sevgisi və onu son nəfəsinə kimi tərk etməməsi idi. 
...Bu  məhəbbət  od-alov  və  qan  içində  doğulmuĢdu,  elə  beləcə  də  sabahı 
olmayacaq bir ümidsiz gecənin Ģöləsində yaĢadı. 
Hər ikisi həyatlarını həsr etdikləri mübarizənin sonunu - aqibətini bilirdi. 
Həyat onları qarĢılaĢdırarkən hər ikisi evli idi. Gənc Anna Timirova təntənəli 
bir  bal  gecəsi  onu  görmüĢ,  aĢiq  olmuĢdu.  Qadının  cəzbedici  Ģərq  gözəlliyi  və 
füsunkarlığı  admiralın  ciddiyyətini  və  möhkəm  inadını  qırmıĢdı.  Sonralar  Omskda 
(qədim  tatar  Ģəhəri  Ombu)  admiralın  yanında  Timirovanı  görüb  müĢahidə  edən, 
Sibir  hökumətinin  müttəfiqlərindən  olan,  fransız  emissarı  Berjeron  xatirələrində 
ondan  vəcdlə  bəhs  edir:  "Ömrümdə  heç  yerdə  gözəllik,  cazibə  və  ləyaqətin  belə 
çulğalaĢmasına  rast  gəlməmiĢdim.  Mən  özüm  inadkar  subaylardanam,  amma  nə 
vaxtsa ailə qurmaq fikrinə düĢsəm, arzu edərdim ki, yalnız onun kimi bir qadına rast 
gəlim...  Ġlk  dəfə  mən  onu  rəsmi  bir  görüĢdə  admiralla  bir  gördüm,  onların  zahiri 
oxĢarlığı  məni  heyrətə  gətirdi.  Əgər  mən  onların  münasibətlərini  və  əlaqələrinin 
xarakterini əvvəlcədən bilməsəydim, onları bacı-qardaĢ və ya yaxın qohumlar zənn 
edərdim.  BaxıĢlar,  rəftar,  yeriĢ,  əhval-ruhiyyə,  temperament...  hamısı  eyni.  Eyni 
ġərq  ruhu.  Onlara  baxır  və  qeyri-ixtiyari  düĢünürsən:  Onların  bir-birindən  ayrı 
həyatı mümkün deyil. Yadımdadır, mən onları ilk dəfə birlikdə  gördükdə təəssüflə 
düĢünürdüm: kim bilir, qarĢıda onları nə gözləyir - Ģahlıq, yoxsa Ģərəfsiz bir ölüm?!" 
Həyat...  Zərrə-zərrə,  damla-damla  qəlbə  dolan  vurğunluq  və  Ģəfqət  artıb, 
kükrəyib bu qəlbdə nə tüğyanlar, fırtınalar qopara bilərmiĢ!... Müharibələrə, aclığa, 
itkiyə, məhrumiyyətə qalib gələn məhəbbət!... Minlərdən-milyonlardan yalnız birinə 
nəsib olan Ģan-Ģərəfli məhəbbət! 
...Admiralın  1919-cu  ilin  aprelindən  öz  anası  ilə  mühacirətdə  yaĢayan  oğlu 
Rostislavın  (1910-1965)  yazdığına  görə,  onların  kökü  türk  Ġlyas  paĢa  Kolçakdan 
baĢlayır. Türk yurdu, Osmanlı Ģəhəri Xatın qalasının komendantı Ģanlı-Ģöhrətli Ġlyas 
paĢadan. 
"Kolçak, qolçak" türk dillərində tarixən hərbi geyim, hərb paltarlarının biri  - 
qola geyilən, onu qoruyan zirehli geyim mənasını ifadə etmiĢdir. "Kolçak, qolçaq" 
get-gedə  sonra  məiĢət  əĢyası  Ģəklinə  düĢərək  iĢ  vaxtı  paltarı  xarab  olmaqdan 
qoruyan,  eyni  zamanda  qolu  qoruyan  (məsələn,  təndirə  çörək  yaparkən  geyilən 
qolçaq)  əĢya  mənasını  daĢımağa  baĢlamıĢdır.  Tarixçi-filoloq  Nikolay  Baskakov 
özünün "Ġqor alayı haqqında dastanın türk leksikası" əsərində rus dilindəki kolçuqa 
"zirehli döyüĢçü geyimi" terminini də  "kolçak" sözü ilə bağlayır. Vladimir  Radlov 
məĢhur qıpçaq xanı Konçak xanın adının da (tarixi mənbələr göstərməkdədir ki, Rus 
xalqının  ilk  tarixi  bədii  abidəsi  olan  "Ġqor  alayı  haqqında  dastan"ın  qəhrəmanının 


24 
 
oğlu Konçak xanın qızı ilə evlənmiĢdi) qollara və dizə-baldıra geyilən zireh adından 
yarandığını göstərir. Beləliklə, kolçaq və konçaq sözünün paralelliyini irəli sürür. 
...Ġlyas paĢa sultanın vəziri idi. Sultan Ġlyas paĢaya inanıb basqınçı kazakların 
hücumuna  tez-tez  məruz  qalan  Xatın  qalasını  ona  tapĢırmıĢdı.  Sədaqətli  Ġlyas  paĢa 
Kolçaka. 1736-cı ilin mayında ruslar feldmarĢal Minixin rəhbərliyi altında möhkəm 
istehkamlara  malik  olan  Or  Kapı  qalasını  (sonradan  qoyulmuĢ  adı  Perekop)  tutdu. 
Ruslar  Kırım  torpağına  ilk  dəfə  ayaq  basdı.  Bu  müharibəyə  bir  tərəfdən  də 
Avstriyanın  türklərə  qarĢı  cəbhə  açaraq  qoĢulması  ilə  hərbi  əməliyyatlar  bir  daha 
qızıĢıb gücləndi. 
Ruslar  1739-cu  ilin  yayında  Xatın  (indi  Ukraynaya  daxil  olan  Xotin  Ģəhəri) 
və  YaĢ  Ģəhərini  (Rummiyanın  Yassı  Ģəhəri)  tutdular,  müharibə  sona  çatdı,  artıq 
qələbə  təmin  olunmuĢdu.  Bu  döyüĢlərdə  Xatın  qalasının  komendantı  Ġlyas  paĢa 
Kolçak oğlu Mehmet bəy və iki min qala əhalisi ilə əsir düĢür və Rusiyaya hərbi əsir 
kimi gətirilir (4, s.147). O, bir daha geri dönə bilmir və xaçlanır, amma Ģöhrətli soy 
adını  saxlayır.  YaĢamaq  üçün  də  uzağa  getmirlər,  sonra  Kolçaklar  hələ  türkün 
qoxusunu saxlayan Odessada (bu Ģəhər 1789-cu ildə istila olan Hacı bəy Ģəhəridir) 
yerləĢir. Hər halda bura Evə yaxın idi. 
Son ana qədər o qazandığı sədaqət adını saxladı. Əsir düĢdükdə arvadını və 
gəlinlərini  Ġstambula,  sultanın  himayəsinə  göndərdi.  Bununla  o  canını,  baĢını  yox, 
təkcə  sədaqətini,  vətənə  məhəbbətini  "sığorta"  edirdi.  Belə  olduqda  sultan  ondan 
daha Ģübhələnməzdi. Onun qalanı ruslara təslim etməsindən xəyanət görməzdi. Odur 
ki,  Ġlyas  paĢa  sədaqət  və  ixlasında  sona  qədər  dayandı;  ailəsini  amana  göndərməsi 
bunu sübut edirdi (4, s.147). Məhz bu dəyanətinə görə əsir düĢdükdən sonra düĢmən 
tərəfdə  də  onunla  hörmətlə  rəftar  edirlər.  1740-cı  ilin  fevralında  paĢa  özü 
imperatriçanın  qələbə  Ģənliyində  iĢtirak  edir.  Ġmperatriça  özü  onunla  fəxri  qonaq 
kimi rəftar edir. Onu bu təntənələrə baxmağa dəvət edir (4, s.153). 
Kolçak paĢanın adı rus alimi  və  Ģair M.Lomonosovun "Xotinin alınması  və 
türklər  üzərində  qələbəsinə  görə"  imperatriça  Anna  Ġohannovnaya  həsr  etdiyi 
mədhiyyədə  çəkilir.  "Кто  скоро  тол  тебя,  Колчак,  Учит  российской  вдатся 
власти,  Ключи  вручит  в  поддантсва  знак.  И  бол  шей  избежат  напасти? 
Правдивый  Аннин  гнев  велит  что  падишах  перед  ней  шадит"  (Tərcüməsi: 
Annanın hiddəti qarĢısında padiĢahlar tir-tir əsərkən, Kolçak, belə tezliklə kim səni 
Rusiya hökumətinə tabe olmağa, qul olmaq niĢanəsi olaraq açarları təhvil verməyə 
və əjdərhanın cəhəngindən xilas olmağa sövq etdi?!). 
...Ġlyas  paĢanın  nəvəsi  Ģtabs-kapitan  Vasili  Kolçak  Kırım  müharibəsində 
iĢtirak edir. Sevastopolun (keçmiĢ adı Aktıyar) müdafiəsində dayanır. 1893-cü ildə 
general-mayor  rütbəsində  istefaya  çıxır.  Əslən  kazak  olan  Olqa  Ġlina  adlı  qızla 
evlənir.  Gələcəyin  admiralı  Aleksandr  Kolçak  onların  yeganə  oğlu  idi.  Kolçaka 
bəlkə də hərb iĢinə sevgi ulu babası olan türk qalasının rəisi Ġlyas paĢadan keçmiĢdi. 
Hər  kəs  onda  ġərq  qanı  qaynadığını  xüsusilə  göstərirdi.  Sonralar  isə  düĢmənləri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə