Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   8   9   10   11   12   13   14   15   ...   56

25 
 
onun  Sibir  diktatoru  seçilərkən  əslən  türk  olduğunu  birdən-birə  yada  salıb 
qabardırdılar. 
Admiral  Kolçak  yaxĢı  təhsil  almıĢdı.  Gimnaziyada  oxumuĢ,  sonra  Dənizçi 
Kadet  Korpusuna  köçürülmüĢdü.  Çox  mütaliə  edirdi  və  ədəb-ərkanlı  idi.  Gənc 
yaĢlarından  yoldaĢları  arasında  böyük  nüfuza  malik  idi,  dostları  hər  Ģeyi  ondan 
soruĢub  öyrənirdilər.  "Kolçak  hər  Ģeyi  bilir",  -  deyə  zərb-məsəl  yaranmıĢdı.  Atası 
xüsusi  hərbi  əsərlərin  müəllifi  idi;  Peterburqda  hərbi  zavodun  dəniz  artilleriya 
silahları  istehsalına  rəhbərlik  edirdi.  Gənc  Kolçak  bütün  boĢ  vaxtlarını  burada  - 
Obuxov  zavodunda  keçirirdi.  Ailədə  hərb  ənənələri  hökm  sürürdü.  Özü  sonra 
bolĢevik  istintaqında  Fövqəladə  Komissiyaya  hərbi  mühitdə  böyüdüyünü,  atasının 
və  əmilərinin  də  hərbi  dənizçi  olduqlarını  göstərirdi.  Kolçak  anası  ilə  möcüzə 
nəticəsində  sağ  qalıb  mühacirətə  gedən  9  yaĢlı  oğluna  da  son  vəsiyyətvari 
məktubunda  yazırdı  ki,  qoy  o  böyük  Ģəxsiyyətlərin  həyatını  oxusun,  bu,  insanda 
güclü keyfiyyətlərin yaranmasına kömək edir. 
Kolçak  hələ  çox  gənc  ikən  donanmada  -  uzaq  ġərqdə  "Rürik"  gəmisində 
iĢləməyə  baĢlayır.  Bu  yaĢdan  ġərq  silahlarına  aid  materiallar  və  maddi  əĢyalar 
toplamağa  giriĢir.  Müasirləri  gələcək  admiralın  hələ  gənclik  illərindən  ingilis, 
fransız,  alman  dillərində  sərbəst  danıĢmasından,  bütün  Avropa  dəniz  döyüĢlərinin 
tarixini yaxĢı bilməsindən və eyni zamanda, gözəl hafizəsindən heyrətə gəlirdilər. 
Hələ  gəncliyində  əzab-əziyyətlə  təkbətək  qalmalı  olmuĢdu:  Rus  Ģimal 
ekspedisiyasında  Arktika tədqiqatçısı geoloq Tolla birlikdə iĢtirak edir; E.V.Tollun 
qrupu itkin düĢəndə qırx gün ölümlə üz-üzə dayanaraq onun axtarıĢını dayandırmır. 
Geri  döndükdə  Kolçakın  Rusiya  Elmlər  Akademiyasının  Xəbərlərində  hesabatları 
dərc  olunur.  1903-cü  ildə  ekspedisiyanın  nəticələrinə  görə,  müqəddəs  Vladimir 
ordeni ilə təltif olunur və Karsk dənizindəki bir adaya qəhrəman leytenant Kolçakın 
adı  verilir.  Qeyd  edək  ki,  30-cu  illərin  sonunda  sovet  elmi  idarələri  onun  adını 
ekspedisiyasının həlak olan digər üzvü matros Rastorquyevin adı ilə əvəz edir. 
Gənc  Kolçak  uzaq  ġimala  ilk  məhəbbətin  hərarətini  aparmıĢdı:  sevdiyi  qız 
Sofiyanın adını elə orada kəĢf etdiyi bir adaya vermiĢdilər. Onun qoyduğu ad indi də 
yaĢayır. 1904-cü ildə həmin qızla evlənirsə də qar və buzlar hopmuĢ bu ailə həyatına 
ürəkdən bağlana bilmir; tale ona böyük məhəbbət ərməğanı hazırlamaqda idi. 
Rus-Yapon  müharibəsi  onu  Yakutskda  yaxalayır,  müharibədə  iĢtirak  edir. 
Port-Arturda əsir düĢür. Əsirlikdən dönərkən,  Ģücaətinə  görə üstü  yazılı qızıl qılınc 
və  müqəddəs Anna ordeni ilə təltif olunur. BaĢ ġtabda iĢə baĢlayır. Yeni tipli hərb 
gəmilərinin  hazırlanması  ilə  bağlı  dəniz  desantı  və  sualtı  gəmilərə  aid  aktual 
mövzularda  məruzələr  edir.  Baltik  dənizində  və  Qara  dənizdə  minalar  düzdürür. 
Kolçak 1916-cı ildə admiral rütbəsi alır. Milyonlarla insanın taleyini bir anda alt-üst 
edən  inqilab  baĢlayır.  Fırtına  dalğaları  onu  cəbhədən  cəbhəyə  atır.  Sibirin  hərbi 
diktatoru -hakimi seçilir (18 noyabr 1918-ci il). 
Admiral özünə yaxın olan intim dairələrdə idarəçilik iĢinin ona yad olduğunu 
etiraf  edirdi.  Lakin  vətənini  azad  görmək  arzusu  ona  ruh  verirdi.  Çox  inandığı 


26 
 
generalları  Zineviçin və Qaydanın öz korpusları ilə qırmızılar tərəfinə keçməsi onu 
ruhdan  saldı.  O  bildi  ki,  qırmızılara  qələbə  bəxĢ  edən  o  mükəmməl  silah  -  yalan 
təbliğat,  təĢviqat  silahı  onda  yoxdur.  Qırmızı  Ordunun  cəbhəboyu  irəliləməsini 
görüb Omsk Ģəhərini tərk edir. 
Yolda onu ələ keçirən çexlər (Çexoslovak korpusu  - I Dünya müharibəsində 
ruslara  əsir  düĢən çexlərdən təĢkil olunmuĢdu) bu  xilaskar  admiralı bir böyük  kisə 
qızıla  bolĢeviklərə  satır.  BolĢeviklər  Sibirin  Qızıl  mədənlərindən  tonlarla  qızıl  ələ 
keçirmiĢdilər,  bu  elə  də  böyük  "qiymət"  deyildi.  Ġrkutskda  həbsxanaya  salınan 
admiralı  Ġnqilab  Komitəsinin  sədri  Ġ.Smirnov  Leninin  göstəriĢi  ilə  səssiz-səmirsiz 
güllələdir: fevralın 7-də səhər saat 4-də onu və baĢ nazir Pepelyayevi UĢakovka cayı 
sahilində (əsil adı: UĢaq çayı) güllələyib, buz deĢiyindən çaya atırlar (33, s.280). O 
isə  kamerada  ittihamı  dinləyib  ardınca  belə  vaxtsız  gələnlərə:  "Deməli,  məhkəmə 
olmadı?!" - deyə sormuĢdu. Və həmin anda son arzusunu bildirmiĢdi: Timirova ilə 
son görüĢ. Son arzu da dərhal rədd edildi. Qəlbində korun-korun Ģölələnən daha bir 
sevgisi var idi: o bu həbsxana divarları arasında oğlunun da nigarançılığını çəkmiĢdi. 
Bu  həsrət  onu  bu  divarlardan  daha  artıq  sıxırdı.  Mühacir  rus  yazıçısı  Ġvan  Bunin 
gündəliyində Kolçakın həlakının ildönümü münasibətilə kilsədə keçirilən mərasimdə 
olduğunu  və  bütün  vaxtı  ağladığını  qeyd  edir.  Yenə  gündəliyində  artıq  1924-cü  il 
avqustun  4-nə  aid  qeyddə  yazıçı  Kolçakın  xanımını  və  oğlunu  gördüyü  barədə 
yazırdı: "Kolçakın oğlu məndə güclü təəssürat yaratdı. Onun necə tünd və qorxunc 
gözləri vardı". 
Timirova sağ qalıb ölümdən addaya bilsə də az qala bütün ömrü boyu çəkən 
həbsxana  həyatı  yaĢadı  və  xatirələri  hansı  yollasa  kənara  çıxdı,  80-ci  illərdə  çap 
olundu.  Yeganə  oğlundan  -  hələ  uĢaqkən  öz  anasına  əmanət  etdiyi  oğlundan  bir 
xəbər bilmədi. Kiçicik bir ümidlə - oğlunun anası ilə bəlkə qaçmağa imkan tapdığına 
özünü  inandırmaqla  dözüb  dayanırdı.  DüĢərgələrin  birində  -  Karakandada  -  40-cı 
illərin  lap  sonunda  bir  dustaq  onun  oğlu  ilə  vaxtilə  bir  düĢərgədə  olduğunu 
çatdıraraq,  Timirovanın  oğlunun  orada  döyülərək  öldürülüb  ümumi  həbsxana 
çalasına  elə  ayağı  "birkalı"  atıldığını  xəbər  verir.  Beləliklə,  bu  bədbəxt  qadının 
zədəli ürəyində 30 ilə qədər hifz etdiyi son ümidi də puça çıxır. 
Ömrü  boyu  daĢıdığı  həsrət  və  nisgili  yalnız  admiralın  ona  ad  günündə  -  o 
bəxtiyar günlərdə Finlandiya sahillərindən teleqrafla göndərdiyi bəyaz inci çiçəkləri 
və onların ətri hopmuĢ qısa vüsalların sevincli xatirəsi qovub dağıda bilirdi. 
O gözəl xatirələri nə bir kimsə ilə bölüĢə bilir, nə də o günlərin xoĢbəxtliyinə 
kimi isə Ģahid çəkə bilirdi. Azadlığa çıxanda rus mühacir yazıçısı Mark Aldanovun 
onun  admiralla  olan  məktublarını  çap  etdirdiyini  eĢidib,  özü  də  həmin  məktubları 
görmək  istəyir.  Gör  aradan  nə  qədər  vaxt  keçib...  Ġndi  63  yaĢı  var.  Həbsxana 
qapılarından ilk dəfə içəri qədəm qoyanda 22 yaĢın içindəydi. Məktublar gəlib çıxır, 
Allah bilir, çətin sovet sərhədlərindən yazıçı onu necə keçə bilib. Məktubları görən 
kimi  o  illəri  -  gəncliyini,  sevgiyə,  eĢqə  qərq  olduğu  çağları  yada  salır.  Yandıqca 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə