Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   9   10   11   12   13   14   15   16   ...   56

27 
 
yanır. Ona yanır ki, admiralı tanıyanlardan heç kim sağ deyil, sağ qalıb yaĢayanlar 
isə onu tanımayan, yalançı karikaturasına inananlar idi. 
Kolçakın  yazdığı  gündəliyi  (iki  dəftərlik)  ölümündən  sonra  çexlər 
mənimsəmiĢ,  özləri  ilə  vətənə  aparmıĢdılar.  Hətta  xanımı  Sofiya  Kolçak  bunu 
onlardan  hüquqi  yolla  da  ala  bilməmiĢdi.  Nəhayət,  1945-ci  ildə  məğlub  olmuĢ 
Çexoslovakiyadan  SSRĠ-yə  hərbi  qənimətlər  sırasında  gətirilmiĢdi.  Gündəlik 
maraqlı bir üslubda - Timirovaya ünvanlanmıĢ məktublar Ģəklində yazılmıĢdı. 
Moskvada  məktubları  oxuyan  çekistlər  Timirovanı  təkrar  həbs  edirlər  və 
onun admiral  Kolçakdan ötrü necə  bir əziz  insan olduğunu anlayıb bədbəxt qadını 
qapalı həbsxanaya keçirirlər. Kolçakın ölümündən 25 ildən artıq keçirdi, lakin hələ 
də o sovet hökumətində qorxu və xof yaratmaqda idi. 
Ġbrət  olsun  deyə  qeyd  edə  bilərik  ki,  admiralın  ölümünün  və  ordunun 
məhvinin  iĢtirakçıları  olan  Ġrkutsk  Fövqəladə  Komissiyası  və  Ġnqilab  Komitəsi 
rəhbərlərinin heç biri 37-ci ilin "sallaqxana"sından can qurtara bilməyiblər - ailələri 
ilə birlikdə vətən xaini kimi güllələniblər. 
Çexlərin də xəyanətinin cəzasını övladları çəkdi. Bir neçə onilliklər sonra çex 
gənclərini  sovet  tanklarının  altında  qoyanda  və  bu  gənclər  nümayiĢkaranə  surətdə 
özlərini  meydanda  yandıranda  öz  sadəlövh  ata-babalarının  bolĢeviklərə  tarixi 
xidmətlərini - iblisvari satqınlığını təəssüflə yada salmamıĢdılarmı? 
...Türk adı Kolçak rus dilində soyadı, tarixi hərbi termin, qolçaq, "bazubənd" 
mənalarını  bildirir  (3,  s.17,  92).  Həm  də  Kolçak  rus  dilində  göbələk  növlərindən 
birinin  adıdır.  Görünür,  "düĢmən-düĢmən"  deyilsə  də  nə  dildən  düĢməyəcək,  nə 
könüldən silinməyəcək bir tarixçədir bu. 
 
KƏDƏRİN ƏSARƏTİNDƏ BİR ÖMÜR 
 
Rus yazıçısı Qarşin Vsevolod Mixayloviç (1855-1888) 
 
1877-ci  ildə  könüllü  olaraq  Rusiya-Türkiyə  müharibəsində  iĢtirak  etmiĢdir. 
"Dörd  gün",  "Qorxaq",  "Sıravi  əsgər  Ġvanovun  xatirələrindən"  hekayələrində 
çarizmin  istilaçı  müharibələrini  pisləmiĢdir.  "Hadisə",  "Rəssamlar",  "Prinsip", 
"Qırmızı  gül",  "Nadejda  Nikoloyevna",  "Siqnal",  "Ayılar",  "Gecə",  "GörüĢ"  və  s. 
əsərlərində  ictimai  zülmə,  ədalətsizliyə  qarĢı  qəzəbli  etiraz  vardır.  Əsərlərinin 
mövzsunu  Ģəxsiyyətin  faciəsi  tutur.  Ġntihar  etmiĢdir.  QarĢinlərin  nəsli  rus  çarı  III 
Ġvan (1462-1505) zamanında Qızıl Ordadan ayrılıb Rusa gələn QarĢi Mirzə deyilən 
xanın  nəslindən  baĢlayır.  QarĢi  (KarĢı)  Ģəxs  adının  mənası  tükrcə  "qorxubilməz, 
qarĢısıalınmaz"  deməkdir  (44,  s.48).  Mahmud  KaĢğarlı  lüğəti  səhifələrində  də  bu 
mənasıyla rast gəlinir. 
XVII-XIX  əsrlər  arasında  bu  nəsildən  Rusiyada  az-çox  görkəmli  adamlar 
çıxmıĢdır. 


28 
 
Yazıçı QarĢin özü: "Mən türk xanı QarĢi Mirzənin nəslindənəm",  - deyə hər 
zaman  qürurla  qeyd  edirdi  və  elə  həmin  qürurla  öz  əli  ilə  avtobioqrafiyasında 
yazırdı:  "Ailə  söhbətlərinə  görə  bizim  nəslin  əsasını  qoyan 
Mirzə  QarĢa  III  Ġvan  vaxtı  Qızıl  Ordadan  birdəfəlik  qopub 
gəlmiĢdi;  xaçlanmıĢ,  pravoslav  dininə  iman  gətirmiĢ  və  ona 
indiki  Voronej  qəzasında  iri  torpaqlar,  mülklər  verilmiĢdi. 
QarĢinlər  burada  həmiĢəlik  məskunlaĢmıĢlar".  Yazıçının 
bunun ardınca qeyd etdiyinə görə, indi də onun yaxın qohum-
əqrəbaları oranın  yerli  mülkədarlarıdır. QarĢinlərin xaçlanmıĢ 
türk  (tatar)  xan  ailəsindən  olduğunu  tarixçi  A.Xaliqov  (44, 
s.48) da göstərir. QarĢin Baxmut qəzası mülkədarının qızı olan 
anasının  qızlıq  familiyasının  Akimova  olduğunu  qeyd  edir. 
Akimova soyu da türk əsilli ruslardandır. 
Eləcə də indi Ukraynaya daxil olan Baxmut da əski türk yurdunun adıdır. 
Qeyd edək ki, Baxmut Ģəhərinin adı 1924-cü ildə dəyiĢdirilərək Artyamovsk 
qoyulmuĢdur. Hazırda Ukraynanın Donetski vilayətinə daxildir. 
QarĢin  özü  elə  buradaca,  ana  babasının  mülkündə  1855-ci  il  fevralın  2-də 
dünyaya gəlib. Bu zaman Kırım müharibəsi gedirdi və sonralar onun eĢitdiyi nağıllar 
bu müharibənin iĢtirakçısı olmuĢ atasının zabit dostları ilə bölüĢdükləri xatirələri idi. 
Müharibənin  dəhĢətli  və  eyni  dərəcədə  maraqlı  olan  epizodlarını  gələcək  yazıçı 
həyəcanla  dinləyir,  yenicə  bitmiĢ  müharibənin  təlatümlü  xatirələri  onun  qəlbini 
sarırdı. 
UĢaqlıqdan sərbəst, daha doğrusu, özbaĢına böyüyən kiçik QarĢinin kitablarla 
tanıĢlığı  5-6  yaĢlarından  baĢlayır.  Nəzarətsiz  bu  balaca  oxucunun  mütaliəsi  uĢaq 
kitabları  yox,  Hüqo,  Jukovski,  Qoqol,  PuĢkin,  ÇernıĢevski,  evdə  illərlə  yığılıb 
qalmıĢ  abunə  olduqları  jurnallar  idi.  Yazıçı  körpə  çağlarındakı  bu  kimsəsiz,  lakin 
mənalı,  azad  günləri  xatırlayıb  yazırdı:  Lermontovun  "Zəmanəmizin  qəhrəmanı" 
əsərini oxuyurdum, bir Ģey anlamasam da, "Bela" hekayətini dərk edir, ağlayırdım. 
Dərk etdiyi isə  ürək sıxan  Ģeylər idi: anası böyük uĢaqlarının  müəllimi P.Zavadski 
ilə  qaçmıĢdı.  Bu  əxlaq  faciəsi  ilə  uĢaq  elə  uĢaqlıqdan  bir  tərəfdən  odlu  məhəbbət 
(ehtiras deyə bilərik), digər tərəfdən isə öldürücü bir ailə nifrətinin Ģahidi olmuĢdu. 
Bunlar onun psixologiyasına dərin təsir göstərdi. UĢaqlıqdan da heç üzü gülməzmiĢ. 
QarĢin Dağ-Mədən Ġnstitutunda oxuyarkən 1877-ci ildə Rusiyanın Türkiyəyə 
qarĢı təcavüzkar hərbi baĢlayır. Serb çaxnaĢmaçılarını çoxdan dəstəkləyən çar 1877-
ci  il  aprelin  12-də  Türkiyəyə  müharibə  elan  edir.  Tələbə  QarĢin  "Slavyan 
qardaĢlarımızı Osmanlı zülmündən azad edək" kimi saxta, lakin müdhiĢ bu çağırıĢa 
uyan  minlərlə  Ģovinist  ruhlu  "Xristos  divanələri"nə  könüllülərə  qoĢulub,  Balkan 
cəbhələrinə gedir. 
Çox təəssüf ki, bu oyuncaq ideyaların əsiri olan əcaib, lakin güclü və mətin 
adamlar, onların bədii surətləri o dövr rus ədəbiyyatının gözəl, parlaq nümunələrində 
də  görünür.  Belə  ədəbi  qəhrəmanlar  əslində  baĢlarının  bəlasını  götürüb,  "qardaĢ 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə