Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   10   11   12   13   14   15   16   17   ...   56

29 
 
köməyi"nə  qaçırlar.  Turgenevin  Dmitri  Rudini  ("Rudin"),  Yelena  Staxovası 
("Ərəfə"),  Tolstoyun  zabit  VronskiĢi  ("Anna  Karenina)  və  s.  kimi  kamil  bədii 
obrazlar  bu  axını,  pərdələnmiĢ  Ģovinist  məqsədləri  yaxĢı  təcəssüm  etdirmiĢlər; 
ədəbiyyatın  bu  müsbət  qəhrəmanları  "zülmə"  qarĢı  çıxmaq  istərkən  yeni  zülmün  - 
çar müstəmləkəçiliyinin öz əllərilə bu torpaqlarda binasını qoymuĢlar. 
QarĢinlər  ailəsi  öz  türk  əslini-kökünü,  soyunu,  ənənəsini  çoxdan  unudub 
dəyiĢdirmiĢdi.  Odur  ki,  QarĢin  özünün  pravoslav  borcunu  dərk  edərək  institutunu 
dərhal  buraxır.  Özü  kimi  yerindən  oynamıĢ  "vətənpərvərlər"in  çəyirtkə  axınına 
qoĢulur.  Anasına  teleqram  vurub,  ondan  xeyir-dua  və  izn  istəyir.  Anadan  dərhal, 
əlüstü razılıq gəlir: "Allah köməyin olsun!" QarĢin yola çıxır. 
Təbiət  etibarilə  isə  çox  mərhəmətli  idi.  Bu  ərəfədə  ölüm  yatağında  olan 
dəhĢətli bir xəstəlikdən ölən dostunun baĢına pərvanətək fırlandığını, ona bir Ģəfqət 
bacısıtək  xidmət  etdiyini  hamı  bilirdi.  Bu  hadisə  onun  "Qorxaq"  hekayəsində  əks 
olunub. Burada  həmin  vəfalı və  fədakar dost o özüdür. Bu onun o vaxt dostlarına, 
eləcə də oxucularına məlum idi. 
..  .Tələbə-könüllü  əsgər  ağır  Dunay  yürüĢündən  keçir.  Ayaslar  döyüĢündə 
yaralanır.  Dizindən  dəyən  güllə  ilə  həmin  andan  onun  hərbiyyun  ilhamı  yüngül 
duman kimi əriyib gedir. Qan onun gözlərini açır. Çarizmin baĢladığı müharibənin 
dəhĢətini və lüzumsuzluğunu dərk edir. O, silahı yerə qoyur. Özünün qarayaxa, saxta 
"vətənpərvərliyi"nə istehzası baĢlayır; ruhunda binadan olan Ģəfqət, mərhəmət, sevgi 
hissləri baĢ qaldırır, sel olub axır. Özünü yenidən tapıb dərk edir. Ġndi onun hərbə, 
ədalətsizliyə aid çoxlu qanlı təcrübələri vardır. Yazıçı müharibələri də, döyüĢləri də 
bir-birinə qarıĢdıran, cəbhələrdən cəbhələrə sürüklənən rus əsgərini  yaxından təsvir 
edir. Gecə-gündüz  min  verstlərlə  yol  gedən,  uzaq Türkiyə  torpaqlarına  qovulan bu 
əsgərlər  artıq  çiynindəki  torbasını  daĢımaqda  aciz  qalmıĢlar.  Keçib  getdikləri 
kəndləri  yandırıb xaraba  qoysalar da, əhalini  ucdantutma  qırsalar belə. Bu  mənada 
oxucu  özü  bilmir  bu  cahangir  ordunun  əsgərlərinə  acısın,  yoxsa  darılsın.  Yazıçı 
QarĢin bu əsgərlərə - bədbəxtlərə lap yaxın gəlir. YürüĢ etdikləri Bolqar torpaqlarını 
Buxara torpaqları bilib çaĢ-baĢ qalan əsgərlərin onlara irad tutanlara sonda "nə fərqi 
var,  bolqar  və  ya  buxara  olsun?!"  nəticəsinə  Ģərik  olur.  Doğrudan  da,  o  əsgər 
imperialist  məqsədlərdə  bir  alətdirsə,  yenicə  fəth  olunmuĢ  Türkistanın  DaĢkənd, 
Buxara  torpaqları  ilə  dərhal  bu  müharibələrin  ardınca  əks  istiqamətdəki  Osmanlı 
torpaqlarına  göz  dikmiĢ  çarizmin  slavyan  qardaĢlığını  bəhanə  edərək,  Balkanlara  - 
Bolqarıstana  girməsi  arasında  prinsipial  olaraq  fərq  yoxdur.  Əsas  olan  Ģey  "türk 
öldürməkdir",  bunu  soldat  heç  nəylə  qarıĢdıra  bilməz.  Belə  olduqda  əsgərin 
düĢüncələri və eləcə də izahatı daha dərin və məntiqlidir. 
Əzab-məhrumiyyət  rus soldatını sevdiyi tünd Ģərabdan da  artıq sərxoĢ edib. 
O düĢünür ki, əgər evini-eĢiyini atıb Türk axtarırsa, deməli, bu iĢdə türk günahkardır 
və ölməlidir, deyə süngüsünü itiləyir. Rus imperialist ali qüvvələrindən fərqli olaraq 
fasiləsiz,  bir-birinin  ardınca  Rusiya-Türkiyə  müharibələrinin  iĢtirakçısı  olmuĢ  rus 


30 
 
soldatının türk əsgəriylə düĢmənçiliyi məhz belə kiçicik inciklikdir. Budur QarĢinin, 
insansevər yazıçının məsələnin açıb-tutduğu məğzi. 
Onun  "Dörd  gün",  "Qorxaq",  "Sıravi  Ġvanovun  xatirələrindən"  əsərlərində 
özünün  müharibə  sarsıntıları  əks  olunmuĢ,  bu  müharibə  fəlakət  dəyərində 
pislənmiĢdi. Gözü qarĢısında minlərlə insan qırğınının Ģahidi olmuĢ QarĢin məhz bu 
mərhəməti  sayəsində  indi  bir  nəfərin  belə  ölümünə  qıymır.  Elə  bu  insansevərliklə 
Rusiya daxili iĢlər naziri Loris-Melikovun qəbuluna gedir, bu böyük əyandan xahiĢi 
var idi.  Bir neçə  gün qabaq nazirə  sui-qəsd olmuĢdu. QarĢin xahiĢə  gedir ki,  güllə 
atan  terrorçu  Molodetskini  edamdan  qurtarıb  bağıĢlatsın.  XahiĢi  rədd  edilən  yazıçı 
xəstələnir... 
Qısa  ömründə  vaxt  tapıb  yaza  bildiyi  sonrakı  hekayələrində  də  Ģəxsiyyətin 
məhkumluğu, faciəsi,  namuslu adamların pisliklə, sosial ədalətsizliklə  mübarizə  də 
təkliyi,  gücsüzlüyü  motivləri  çox  qabarıqdır.  QarĢinin  əsərlərində  ictimai  zülm  və 
istibdada qarĢı güclü etiraz vardır. 
Dərd içində qalan yazıçının bu etirazı özü qədər dərdli, bədbəxt oxucularının 
da qulağına diri-diri torpağa gömülmüĢ adamın boğuq-qırıq hıçqırtıları tək yetiĢir. 
Deyirlər  ki,  məĢhur  "Ġvan  Qroznı  və  oğlu  Ġvan"  Ģəklində  qana  bələnmiĢ 
Ģahzadəni rəssam Ġ.Y.Repin QarĢinə baxıb çəkmiĢdir. QarĢinin gözləri, dostlarını və 
onu tanıyanların hamısını təsirləndirən ölüm kədərli baxıĢları, dərdli çöhrəsi, qəlbin 
iztirablarından kip sıxılmıĢ dodaqları bu Ģəkildəki Ģahzadənin son dəqiqələrini necə 
də təbii əks etdirir?! 
Bu  etiraz  onun  öz  qəlbində,  mənəviyyatında  güclü  partlayıĢa  keçə  bilir. 
Sənətkar  dərin  qəlb  sarsıntıları  keçirir.  Ağır  depressiya  -  tərkidünyalıq  əzabları 
baĢlayır. 
...Neva  çayının çatlayan buzlarının  Ģaqqıltısı insanlara  fərəh gətirirdi.  Bahar 
gəlirdi,  lakin  yaprıxmıĢ  ruh  və  ümid  canlanıb  dirilə  bilmir.  QarĢin  həmin  kədərin 
məngənəsində  1888-ci  ilin  martında  özünü  yuxarı  mərtəbədən  ataraq  intihar  edir. 
Lakin dərhal ölmək ona müyəssər olmur. 
BeĢ  gün  ağrılar  içində  can  verir.  Bütün  ömrünün  əzabları  o  beĢ  günün 
iztirablarına qarıĢaraq onun dostlarının da fiziki və mənəvi ağrılarına səbəb olur. 
Onlar  QarĢini  lap  Müqəddəs  ƏzabkeĢlər  sırasında  görməyə  baĢlayıblar.  O, 
sağlığında özünə sadiq və vəfalı dostlar qazana bilmiĢdi. 
Bu  dostlar  deyirdi  ki,  QarĢin  dünyada  Ģər  və  günahın  da  olduğundan 
xəbərsizdir.  Özü  təbiətcə  mütəvaze  insan  olan  yazıçı  Çexov  QarĢində  heyrətamiz 
istedada vurulmuĢdu. Bu baĢqa heç nə yox, insan olmaq istedadı idi. Çünki QarĢində 
əzaba,  iztiraba  qarĢı  qəribə  həssaslıq,  baĢqa  kədərlərə  doğmalıq,  ortaqlıq  duyğusu 
vardı.  Dərin  kədər  onun  bütün  əsərlərinə  öz  möhürünü  vurmuĢdu.  Bu  əsərlərdən 
duyulan  bədbəxtlik  və  qəm-qüssə  əslində  ictimai  quruluĢdakı  ədalətsizliyin 
sənətkara məhvedici təsiri demək idi. 
...Rəssam  Ġ.Y.Repinin  1884-cü  ildə  çəkdiyi  29  yaĢlı  QarĢin  qarasaqqalı,  sıx 
qara saçlıdır, gözləri Ģəvə kimi parlayır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə