Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   11   12   13   14   15   16   17   18   ...   56

31 
 
Öz  cazibədar  xarici  görünüĢü,  elə  o  qədər  də  cazibədar  xarakteri  -  ülfəti, 
mərhəməti ilə, heç unuda bilmədiyi o tanımadığı türk əsgərinə qəlbən acıyıb axıtdığı 
göz yaĢıyla əslindən-kökündən xəbər verən QarĢin bu Ģəkildə çox doğmadır. 
 
ALÇALDILMIŞ VƏ TƏHQİR EDİLMİŞ 
İNSANLARIN DOSTU DOSTOEVSKİ (1821-1881) 
 
Dostoevskinin müasiri rus riyaziyyatçısı Rusiya EA-nın ilk qadın akademiki 
yazıçı Sofya Kovalevskaya xatırlayır: Bir dəfə Dostoevski bizdə öz köhnə dostu ilə 
qarĢılaĢdı.  Onlar  çoxdan  görüĢmürlərmiĢ,  indi  bu  iki  dost 
ətrafdakılara  fikir  vermədən  yalnız  hər  ikisinə  zövq  verən 
mövzulardan  danıĢırdılar.  Çox  keçmədi  ki,  onların  sənətdən, 
ədəbiyyatdan  baĢlayan  söhbətləri  gedib  din  üzərinə  çıxdı. 
Dostoevski  mömin,  dostu  ateist  idi.  Söhbət  qəlizləĢmiĢdi; 
Dostoevski "Allah vardır!" deyə xüsusi vəcdlə qıĢqırırdı. Biz də 
unutmuĢduq  ki,  bayram  axĢamıdır,  söhbətə  elə  aludə  olmuĢduq 
ki...  Birdən  yaxın  kilsənin  fərəhli  zəng  səsləri  içəriyə  doldu. 
Dostoevski elə ehtizaza  gəldi ki: Sanki göylə  torpaq birləĢərək  məni uddu və  mən 
allahın  özünə  qovuĢdum  deyə  həmin  andaca  deyə  bildi.  Siz  sağlam  adamlarsınız, 
məni  anlamazsınız.  Məhəmməd  inandırır  ki,  cənnətdə  olmuĢ,  onu  görmüĢdür.  Siz 
ağıllı dəlilər isə ona Ģübhə edirsiniz. Amma o sızə düzünü deyir. O həqiqətən cənnəti 
görmüĢdür. Dostoevski artıq bu sözləri sehirli pıçıltılarla deyirdi (15, s.27). 
Dostoevski  ədəbi  mühitə  qədəm  qoyanda  Krılov,  PuĢkin,  Lermontov  kimi 
"bahadırlar" yenicə əbədən susmuĢdular. Bununla da rus ədəbiyyatında lal bir boĢluq 
açılmıĢdı. 
Belə  bir  zamanda  hərbi  qulluqdan  istefaya  çıxan  Fyodor  Mixayloviç 
Dostoevskinin  "Yazıq  adamlar"  əsəri  rus  oxucularının  qulağına  yazıqların, 
binəsiblərin  ah-nalələrini  çatdırdı  və  bu  qulağı  ağlaĢma  səsləri  ilə  doldurdu;  bu 
acıma  və  mərhəmət  xristian  mühitində  dərhal  əks-səda  verdi.  Elə  bu  ilk  əsəri  də 
Dostoevskinin  bütün  gələcək  yaradıcılığının  epiqrafı  ola  bildi.  Bütün  yaradıcılığı 
boyu belə dərdli və yazıq adamlar onun ədəbi qəhrəmanları oldu. Onların fəlakətli 
həyatı  -  həbsxanaya  bənzər  güzəranı  və  bu  hıçqırıqlar,  bu  fəryadlar  qəlbdən  kənar 
keçilə bilməzdi. 
Onda uĢaqlıqdan ürəkkeçmə xəstəliyi vardı. Yüksək emosiyalar onu özündən 
çıxarırdı.  Bu  ən  çoxu  acımadan,  rəhmdillikdən  doğulduğu  kimi,  gözəlliklər 
qarĢısında  ağır  heyrət  nəticəsində  də  baĢ  verə  bilərdi.  Fövqəladə  gözəl  qadın 
qarĢısında, çoxlarının gözləri önündə bir ziyafətdə o qəĢĢ edərək özündən getmiĢdi 
(9, s.386). 
Bu çılğınlıq onun "bəzəyi" idi. Moskvada PuĢkinin abidəsinin açılıĢında elə 
həyəcanlı  nitq  söyləmiĢdi  ki,  ondan  sonra  gözəl  ədəbiyyatĢünas  sayılan  Ġvan 


32 
 
Aksakov öz sözündən imtina etmiĢdi. Bu çıxıĢdan sonra elə alqıĢlar qopur ki, onun 
əllərini təĢəkkür üçün əllərinə alan gənc də çıldırıb bayılır (9, s.581). 
Bu  ürəkkeçmə  onun  qəhrəmanlarının  da  bir  çoxunda  var  idi.  Ömrü  boyu 
alçaldılan  və  təhqir  edilən  bu  insanlar  yarımdəli  idilər.  Yazıçının  özünün  duyduğu 
əzabları  və  iztirabları  zavallı  qəhrəmanları  da  təbii  bir  tərzdə  -  dəlilik  içində 
daĢımaqda  idi.  Əsil  əzabkeĢ  idi;  gənclik  havasına  uyub  qoĢulduğu  gizli  təĢkilatın 
fəal  üzvü  kimi  ölümə  məhkum  olması,  son  anda  əfv  olunmaq,  həbsxana,  sürgün, 
daha  sonra  isə  sarayda  qəbullar,  ehtiram-ehtiĢam,  ona  büt  kimi  baxan  Ģahzadələr, 
yüksək saray əyanları. 
Taleyə bax, necə amansız, necə də lütfkar, səxavətli! 
Qumarbaz  idi:  asan,  yüngül  yolla  qazanılan  pul  ona  ağır,  müdhiĢ  nəticələr 
bəxĢ edirdi. 
Arvadının paltarlarına qədər uduzurdu (30, s. 156-167). 
Ağlayırdı, tövbə edirdi, təkrar qumar masasına dönürdü, yenidən and-qəsəm. 
Onu  yalnız  özündən  24  yaĢ  kiçik  olan  arvadı  -  son  məhəbbəti  Anya  baĢa  düĢüb 
bağıĢlaya bilirdi. 
...Dostoevskilər  nəslinin  gerbi  ay-ulduzludur;  bu  gerbdə  çalın-çarpaz 
qoyulmuĢ  yatağan  və  ox  təsvir  olunmuĢdu.  Bu  təsvirin  hər  iki  tərəfində  çiynində 
oxla  dolu  sadağı  olan,  kaftanı  qurĢaqla  bağlanmıĢ,  Ģalvarının  balağını  yumĢaq 
sapoqlara (uzunboğaz çəkmə) salmıĢ iki silahlı türk əks olunmuĢdu (9, s.68). 
Belə  bir  gerb özü  bu  ailənin  birbaĢa  pravoslav  nəsillərə  mənsub  olmadığını 
aydın göstərməkdədir. 
Dostoevskinin  kiçik  qardaĢı  hələ  yazıçının  sağlığından  yazmağa  baĢladığı 
xatirələrində  özlərinin  Litva  zadəganlarından  olduqlarını  göstərir.  Sonradan 
Ukraynada  məskunlaĢdıqlarını və ruhani babalarınadək bu  Ģəcərənin tarixini  uzada 
bilir. Əsl mənĢələri haqqında bilərəkdən və ya bilməyərəkdən susur (15,s.31). 
Ġnqilabdan  hələ  çox  əvvəldən  xaricdə  yerləĢən  yazıçının  öz  qızı  Lyuba  da 
özlərinin mənĢəcə ruslara mənsub olmalarını bilmərrə inkar edir. Hər yerdə atasının 
Norman-Litva əsilli olduğunu israrla qeyd edir. Zira ana nənəsi də Ġsveçdən gəlmiĢdi 
bu qızın. 
Dostoevskilər nəsli əvvəllər ĠrtiĢ adlanırdı. Bu familiya müxtəlif mənbələrdə 
müxtəlif Ģəkillərdə - RtiĢeviç, ĠrtiĢeviç, ArtıĢeviç yazılır. Sonralar güclü və nüfuzlu 
rus familiyası kimi tanınan RtiĢev belə yaranır (44, s.84). Bu familiya Azərbaycanın 
taleyində  görünür:  Rusiya  və  Ġran  arasında  Gülüstan  müqaviləsi  bağlanarkən  rus 
höküməti tərəfdən aktı imzalayan həmin soydan olan baĢ komandan Nikolay RtiĢev 
idi. 
Bəs RtiĢevlər (əslində ArtıĢevlər: rus danıĢıq dilinə xas olaraq söz baĢındakı 
sait səs düĢür) kimdir? 
Bilindiyi  üzrə  Qızıl  Orda  öz  qüdrətini  Əmir  Teymurun  ardıcıl  hücumları 
nəticəsində  itirməyə  baĢlamıĢdı.  Qızıl  Ordadakı  parçalanmanı  daxili  çəkiĢmələr  də 
sürətləndirirdi. Rus zadəganlarının Ģəcərə kitabında da göstərildiyi kimi 1389-cu ildə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə