Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   13   14   15   16   17   18   19   20   ...   56

35 
 
Onun  katorqa  cəzası  bitmiĢdisə  də  masa  arxasında  əsil  katorqaçı  kimi 
iĢləyirdi. Yeni arvadı - atası xaxol, anası alman qızı olan Anya daim təĢviĢ içində idi. 
Xəstə  kiĢiyə  güvənə  bilmirdi.  Onu  uĢaqlarının  gələcəyi  dərdə  salırdı.  Odur  ki,  o, 
xəstə yazıçını ciddi rejimli iĢ Ģəraitinə salmıĢdı. "Alman dəqiqliyi" bu qızın öz cəza 
metodu idi. 
Yazıçı  isə  çəkdiyi  qayğının  dəhĢətindən  fantastikaya  qapılırdı,  xəyallara 
güc verirdi. Ən qəribəsi o idi ki, Ġstanbula qaçıb getmək istəyirdi. Hətta bu məqsədlə 
Ġstanbuldakı rus konsuluna tövsiyə məktubu da almıĢdı (14, s.81). 
Artıq bu fakt bunun əyləncə, xəyal yox, ciddi məqsəd olduğunu göstərirdi. 
Kilsə  əsiri  idi  və  imanında,  sevgisində  ifrata  varırdı,  dərviĢlər  kimi  vəcdə 
gəlirdi. Bir dəfə belə olur: arvadı ilə ciddi bir iĢ dalınca gedirlər. Küçədə  yığıncaq 
olduğunu  görüb  dayanırlar.  Müharibə  baĢlamıĢ,  12  apreldə  (1877)  rus  ordusu  türk 
sərhədlərini aĢmıĢ, indi qəzetlərdə çap olunmuĢ müharibənin elan olunduğu manifest 
əllərdədir.  Manifesti  müjdə  kimi  əlində  tutan  yazıçı  ekstaz  içində:  kilsəyə!  Deyə 
sürücüyə əmr edir. DüĢüb özü kimi ağlını itirmiĢ kütləyə  qarıĢır və sidq-ürəklə rus 
silahının Ģərəfinə duaya baĢlayır. Həmin gün aldığı həmin manifesti göz bəbəyi kimi 
qoruyur.  Ġndi  arxivində  mühüm  sənədlər  arasında  həmin  manifest  də  vardır  (14, 
s.340). 
Ölümündən 4-5 ay əvvəl naĢir Suvorinin arvadını kilsədə cani-dildən ibadət 
edərkən görüb dərhal ona yaxınlaĢır, and-aman edib yalvarır ki, söz ver mən öldükdə 
məndən  ötrü  belə  dua  edəcəksən.  Qadm  Suvorinin  ikinci  arvadı  idi;  çox  cavan  və 
təravətli idi. Belə qadınlar dua edərkən mələyə oxĢayarlar... 
Qəribəlikləri çox idi. Təbiətən həssas olan Dostoevski elə buna görə də tez-
tez  mənzil dəyiĢirdi.  Bu zaman ona  fikir verirdi ki,  evin pəncərələrindən dünyanın 
əbədi  mənası  olan  kilsə  qübbələri  və  xaçları  görünsün;  bu  harmoniya  ona  dinclik, 
rahatlıq verirmiĢ. 
Bir vaxt Sibir katorqasında onunla birlikdə cəza çəkən, xüsusən öz mənəvi 
təmizliyinə  və  eləcə  də  öz  aralarında  bir-birinə  mehri-ülfəti  ilə  nəzərləri  cəlb  edən 
Qafqazlı  müsəlmanları  (Qafqazda  milli-azadlıq  müharibəsi  gedirdi  və  Sibir 
həbsxanaları müsəlmanlarla dolu idi) böyük ehtiramla yad edir. 
...Ölüm  hökmü  katorqa  ilə  əvəz  olunduqda  qəlbi  əfvin  riqqəti  ilə  dolan 
yazıçı elə o edam kürsüsündən yeni adam kimi düĢür. Bu minnətdarlığı ömrü boyu 
özü  ilə  gəzdirir.  Sonrakı  dinc  həyatında  onu  çarpərəstlikdə  məzəmməd  edənlərə: 
mən çara qarĢı çıxa bilmərəm, o mənə həyat bəxĢ etdi, - deyir. HəmiĢə padĢahı yerdə 
allahın kölgəsi sanmağında qalır. 
Çox  gec  ata  olmuĢdu,  daim  onların  fikrini  çəkir,  onların  sabahını 
düĢünürdü. Anasının çox varlı bacısı övladsız ölərkən var-dövlətini bacısı uĢaqlarına 
vəsiyyət etmiĢdi. Artıq onuncu il idi ki, vərəsələr arasında miras davası gedirdi; hər 
kəs öz payının az olduğunu, aldadıldığını düĢünürdü. 


36 
 
Belə  "ailə"  davalarının  birində  ən  çox  sevdiyi  bacısı  ilə  aralarında  düĢən 
mübahisə yazıçının ölümü ilə nəticələndi. Qədimi türk ailəsinin axırına sevdiyi pul 
çıxdı. 
...  Oktyabr  çevriliĢinin  yaratdığı  o  müdhiĢ  hərc-mərclikdə  yazıçının  dul 
arvadı  Adler  yaxınlığında  aldıqları  torpaqlarındakı  malikanəsində  yaĢayırdı.  Bu 
malikanəyə  o  "Otrada"  adı  vermiĢdi.  Ġndi  gəlini  və  nəvələri  də  onunla  idi.  Amma 
onun öz dalandarı müharibədən qayıdıb elə baĢ-gözlə ona hücum çəkdi ki, bu təhdid 
və  qorxudan  sonra  o evdə  qalmaq olmazdı.  Yazıq  Anna  Yaltada  "Fransa" otelində 
xəstə  yatırdı.  VətəndaĢ  müharibəsi  gedirdi.  Oğlu  onu  itirmiĢ,  qızı  isə  unutmuĢdu. 
Oğlunun var qüvvəsini sərf etdiyi, sevdiyi və öyündüyü atçılıq idi; indi o özünün at 
zavodunu  itirmiĢdisə  də,  atlarından  ayrılmır,  müsadirə  edilmiĢ  at  zavodunda 
mehtərbaĢı  iĢləyirdi.  Görünür  ömrü  at  belində  keçən  babalarının  -  Qızıl  Orda  xanı 
Arslan Çələbinin ruhu ölüb itməmiĢdi. 
Anna  isə  özü  ilə  bir  səbət  götürə  bilmiĢdi.  Bu  səbətdə  Dostoevskinin  ona, 
onunsa  Dostoevskiyə  məktubları  vardı.  Ölümqabağı  Anna  ərinin  məktublarındakı 
bir  çox  sözləri,  cümlələri  bərk-bərk  pozdu.  Elə  pozdu  ki,  kimsə  onu  təkrar  oxuya 
bilməsin.  Yarımdəli  yazıçı  Təpəgöz  gücündə  bir  məĢuq  idi;  arvaddan  uzaqda  bu 
ehtirası o sözlərə köçürürdü. O yazmağı yaxĢı bilən türk idi... 
 
KANTEMİR XAN ADINI KNYAZ TİTULUNA DƏYİŞDİRDİ 
 
SSRĠ  Elmlər  Akademiyasının  ġərqĢünaslıq  Ġnstitutunun  Arxivində  cəmi  bir 
nüsxədə üç səhifəlik bir manifest saxlanılır. Bu ərəb əlifbası ilə türk dilində yazılmıĢ 
gözəl,  süslü  nəqĢlərlə  bəzədilmiĢ  bir  sənəddir.  Söhbət 
Azərbaycana  hücum  edərkən  I  Pyotrun  bu  xalqa  müraciətinin 
mətnindən  gedir.  Pyotru  bu  səfərdə  müĢayiət  edən  adamlar 
arasında tarixçi Dmitri Kantemir də var idi. Kantemirlə birlikdə 
bu  səfərdə  oğlu  14  yaĢlı  Antiox  Kantemir  də  iĢtirak  edirdi. 
Rusiyada  ərəb  Ģiriftli  mətbəənin  yaranması  Kantemirin  adıyla 
bağlıdır.  1722-ci  ildə  Pyotrun  göstəriĢi  ilə  həmin  mətbəə 
Azərbaycana  yürüĢdə  götürülüb  istifadə  edilirdi.  Məhz,  bu 
"üzən  mətbəədə",  Astarxanda  1722-ci  il  15  iyulda  Pyotrun  Xəzərboyu  torpaqların 
türk əhalisinə müraciəti çap olundu. 
Üslub  və  ifadə  tərzi,  xüsusən  əsrarəngiz  dil  manifest  müəllifinin  türk  dilinə 
dərindən  aĢina  olduğunu  göstərirdi.  Bu  səfərdə  Pyotrun  əhatəsində  olan,  onunla 
dostcasına  sərbəst  davranan  Kantemir  bu  torpaqlarda  da  azad  və  sərbəst  surətdə 
tarixi müĢahidə və araĢdırmalara giriĢir. Dərbəndin qədim qəbirstanlığında qəbirüstü 
kitabələrin  üzünü  köçürüb,  onları  oxuyaraq  Ģərhini  verir.  Bu  axtarıĢlar  gələcəkdə 
Kantemirin əsərləri toplusuna daxil ediləcək idi. Avqustun 5-də (1722-ci ildə) qoĢun 
yürüĢə  baĢlayır. Həmin  manifestin üzü çıxarılıb 150 nüsxədən ibarət  olmaqla  yerli 
hakimlərə, ellərin qabaqcıl adamlarına, hampalara və məmurlara göndərilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə