Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   2   3   4   5   6   7   8   9   ...   56


 
emalatxanasına gələn, lakin onu bağlı görən Anna gətirdiyi qızılgülləri (O görüĢlərə 
həmiĢə  məhəbbət  simvolu qızılgüllə gəlirdi) pəncərədən içəriyə  ata  bilir. Sonradan 
öz  emalatxanasına  gəlib  qapını  açarkən  rəssam  döĢəmədəki  qızılgülləri  görmüĢ  və 
əli ilə cibindəki açarını yoxlaya-yoxlaya "qapı bağlı idi, sən içəri necə girmiĢdin?" - 
deyə  soruĢmuĢdu.  Axmatova  da  ona:  "mən  onları  pəncərədən  atmıĢdım"  -  deyə 
cavab  verəndə  rəssam  heyrətlə:  axı  onlar  elə  gözəl  qoyulmuĢdu  ki...  deyə  vəcdə 
gəlmiĢdi. 
Lakin ömür adlı bu möhtəĢəm ağacda hansı zədə yox idi?! AĢiqlərin qəlb odu 
ilə  tumarlanan,  nazlanan,  öpüĢlərə  qərq  edilən  bu  əllər  sonra  oğluna  növbələrdə 
gözləyə-gözləyə Leninqrad türməsinə məhbus bağlaması daĢıyacaqdı. 
... Onlar ikilikdə Paris parklarında saatlarla, hətta yağıĢ altında, yağan yağıĢa 
əhəmiyyət  vermədən  oturub  qala  bilirdilər. Belə  havalarda  Dedonun  (Amadeonun) 
açıb baĢları üstündə tutduğu iri, möhkəm kiĢi çətirinin altında bir-birinə sığınmıĢ bu 
aĢiqlərin çox sakit və qayğılı, lakin vurğun görüĢləri onların hər ikisini saran ciddi 
duyğulardan xəbər verirdi. Modilyani bu Ģahanə xanımı, yeni-yeni yazmağa baĢlasa 
da,  Rusiyada  artıq  Ģair  kimi  məĢhur  olan  Anna  Axmatovam  Misir  fironlarının 
xanımlarının  libasında  çəkirdi;  onların  çöhrələrini  Annaya  baxıb  yaradırdı. 
Axmatovanın boyunbağılarını, sinəbəndlərini, ağır bilərziklərini, qədimi bəzəklərini 
vəcdlə çəkir, təqdir edirdi. 
Anna sonralar, çox-çox sonralar bu yəhudi gəncində hər Ģeyin ilahi olduğunu 
yazacaqdı. 
Parisi  ən  çox  gecələr  gəzməyə  çıxırdılar;  laübalı  Ģəkildə,  azana,  yolu 
itirənəcən gəzirdilər. Qəlbləri və duyğuları ilə həmahəng olan Ģəhər qəbristanlığında 
da  dolaĢırdılar.  Bəlkə  qəlbən hər  ikisi  uĢaq  idi;  yaĢlı  və  dərdli  uĢaq.  Modilyaninin 
Lüksemburq  bağında  baĢları  üstündə  açıb  saxladığı  iri  çətirin  altında  Avropa 
ədəbiyyatından  bildikləri  Ģeirləri  birlikdə  əzbər  deyirdilər  və  bunları  hər  ikisinin 
əzbər bildiyinə sevinirdilər. Məhəbbətin dili açılmıĢdı. 
Gecə  yarıdan  keçəndən  sonra  da  yuxulu  küçələrdə  təkbaĢına  gəzən 
Modilyaninin  ayaq  səslərindən  onu  tanıyırdı.  Bu  ayaq  səslərinin  gəlib  onun 
pəncərəsi  altında  yavaĢıdığım  da  duyurdu  Axmatova;  durub  pəncərə  jalüzünün 
arasından onu gizlicə, heyran-heyran seyr edirdi. 
Modilyani öz sənət manerinə sadiq qalaraq 21 yaĢlı Annanı da çılpaq çəkirdi. 
Ah!... Adi vaxtlarda ciddiyyəti, təkəbbürü ilə Ģahzadələri də ötüb keçən Axmatova 
bu  anda  lütfündə,  nəvaziĢlərində,  ülfətində  necə  səxavətli  idi.  Bir  anda  mələkə 
libaslarını soyunub atan qadının Ģahanə mükafatı idi bu. 
Qısa görüĢlərdən böyük xatirələr qaldı - rəssam çəkdiyi 16 Ģəkli Axmatovaya 
bağıĢladı və xahiĢ etdi ki, o bunların hamısını Peterburqdakı evində assın. Heç vaxt 
onları divardan almasın. O rica etsə də həyat baĢqa sürpriz hazırlamaqda idi; həmin 
Ģəkillər Sovet hakimiyyətinin ilk illərində Axmatovanın mənzilindən axtarıĢ zamanı 
aparılıb  yoxa  çıxdı.  Anna  Axmatova  həmin  hadisəni  "böyük  itki"  adlandırırdı. 
Yalnız bir Ģəkil qala bildi. Ölümündən azca əvvəl böyük bir kitabı çapa hazırlanırdı. 



 
Üstündə  Modilyaninin  yaratdığı  portret  verilən  bu  sonuncu  kitabı  görmək  Ģairə 
müyəssər olmadı. "Zamanın qaçıĢı" adlı həmin kitab Axmatovanın ölümündən sonra 
çıxdı. 
Amedeo Modilyani  sərxoĢluq, dilənçilik, ağır vərəm  xəstəliyinin içində  dəli 
məhəbbətlə sevə bildi. Həm də yaĢada bildi, yarada və çəkə bildi. 
Odur  ki,  onun  ölümündən  sonra  haqqında  yazılmıĢ  monoqrafiyaları, 
tədqiqatları  oxuyan  Anna  Axmatova  Modilyaniyə  həsr  olunmuĢ  bədii  filmi  - 
"Monparnas - 19" filmini də, araĢdırmaları da hibrid və bayağılıq adlandırırdı. 
Onun tanıdığı Modilyani daha böyük, daha güclü və daha gözəl idi. 
...  Amadeo  ciyər  vərəminə  baxmayaraq  çəkir,  içir  və  tək-tənha  qalan  qəmli 
çılpaq  qadın  portretləri  yaradır;  onların  yalqızlığını  elə  bil  ölü  lüt-üryanlığı, 
paltarsızlığı ilə də qabarıqlaĢdırırdı. 
Yox, yox, bu indi görməyə və alıĢmağa baĢladığımız iyrənc erotik Ģəkillərdən 
deyildi.  Rəssam  çılpaq  Venera  heykəllərini  özünəməxsus  vasvasılıqla  qoruyurdu. 
Onun fikrincə, paltar gözəlliyi örtüb saxlaya, bədəndən duyulan gücü, enerjini, bəlkə 
də ilahiliyi də azalda bilərdi. Paltar bədəndən  - ruhdan süzülən səmimiliyi, ehtirası 
çox riyakarlıqla gizlədib qapada bilərdi. 
Elə Axmatova da bütün ömrü boyu heç vaxt səadətdən, xoĢbəxt məhəbbətdən 
yaza bilmədi. 
Amma  həmiĢə,  hər  zaman  Axmatova  söhbətlərində,  sözündə  -  danıĢığında 
özünəməxsus zahiri sərtlik və soyuq biganəliklə onu anacaqdı. Lakin için-için, yana-
yana  yazacaqdı:  "Aramızda  hər  nə  olmuĢdusa  da,  bu  bizim  həyatımızın,  onun  çox 
qısa, mənimsə uzun ömrümün proloqu olmuĢdur". Bu uzun ömrün məĢuqları da çox-
çox  idi.  Annanın  da  əsil  "Don  Juan"  siyahısı  vardı.  Hə...  hə...  1925-ci  ildə 
Lujnitskiyə diqtə etmiĢdi bu siyahını (28, 114). 
Anna Axmatova 75 il yaĢadı; əri Nikolay Qumilyevi sovet repressiyasının ilk 
illərində  itirmiĢdi  (N.Qumilyev  prof.  Taqantsevin  sui-qəsd  qrupunun  üzvü  kimi 
təqsirli sayılıb 1921-ci ildə güllələnmiĢdi). Yeganə oğlu gələcək filoloq-tarixçi Lev 
Qumilyev ilə həmiĢə ayrı düĢdü - gənc oğlu bitib-tükənməyən Stalin düĢərgələrində, 
özü isə xof qarıĢıq acı peĢimançılıq içində məĢəqqətli ömür yaĢadı. 
Onu  həyatdan  dördüncü  infarkt  apardı.  Hətta  təcrübəli  yaĢlı  həkimlər  belə 
təəccüb qalmıĢdılar: bir ürək nə qədər yara ala bilər?! 
Bir neçə ay əvvəl "Amedeo Modilyani" xatirə-məqaləsini bitirmiĢdi. 
...Axmatova-Modilyani  münasibətləri  təkcə  qəlb  əyləncəsi  deyilmiĢ;  o  bir 
epizod kimi qısa və ötəri olsa da, ulduz qədər parlaq və sönməz, tarix qədər etibarlı 
danılmaz faktlardır. 
Bu məhəbbət tarixçəsi qısa olsa da, belə "qısa" sevgilər bütöv ömrü məhəbbət 
nuruna boyayıb, hər zaman bu iĢığı saxlamağa qadirdir. 
P.S. Bir neçə il əvvəl Ġstambulda olarkən orada çalıĢan çoxlu ruslardan biri  - 
xidmətçi  qadın  mənə  çay  gətirdi.  Onu  söhbətə  tutdum.  Rus  dilində  əzbər  Ģeir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə