Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   44   45   46   47   48   49   50   51   ...   56

99 
 
Qoca sərkərdə taleyin, qismətin yazısına inanmalı idi. Enən qalxmalı, qalxan enməli 
idi. Necə? Nə zaman?.. 
Rusiya  fəci  günlər  yaĢayırdı.  Çar  Peterburqdan  hər  Ģeyi  -  arxivin,  hətta  I 
Pyotrun  Senat  meydanında  olan  atlı  heykəlinin  də  evakuasiya  edilməsi  barədə 
sərəncam vermiĢdi. 
Belə  halda  günahı  yıxmağa  bir  günahsız  boyun  axtarırdılar.  Hər  köhnə 
tarixçələr eĢilib araĢdırılırdı. Peterburqa - panika içində çabalayan paytaxta Filidəki 
hərbi  Ģuranın  protokolunu  da  tələb  edirdilər.  Lakin  çar  qoca  əsgəri  baĢ 
komandanlıqdan  çıxarmağa  cürət  etmirdi.  Müasirləri,  daha  doğrusu  o  günün 
Ģahidləri  Kutuzov  haqqında  deyirdilər  ki,  "onun  bir  hərəkətsiz  günü  min  qələbəyə 
dəyər!" 
Qoca  əsgərinsə  özü  susurdu,  onun  zarafatla  bir  vaxt  dediyi  "Sərkərdənin 
baĢını  qoyduğu  yastıq  da  onun  fikirlərini  bilməməlidir"  sözlərini  xatırlayıb  bu 
susmağın  qızıl  olduğunu  dərk  edirdilər.  Amma  bərk  fikir  çəkirdi...  Və  sonra  gələn 
ölümün səbəbi də bu "gözəl" fikir oldu. 
O bilirdimi ki, inam və sevgiylə yanaĢı Napoleona qələbə çalan rus Ģaxtası 
da  olacaqdı?! Ġndi bu Ģaxta  çox  yerində  və  vaxtında  zühur etmiĢdi.  Kutuzova xalq 
kömək edirdi. Qaçan düĢməni qovub haqlayan xalq indi-indi cürətə gələn qoĢunu da 
qabaqlayırdı. Yalın əllə belə indi yıxılan düĢməni döyürdü. 
Xalq  yaba  götürüb,  pas  tutmuĢ  dəryazını  itiləyib  axın-axın  axıĢıb  düĢmən 
qabağını kəsirdi, çayın buzunu sındırıb əllərinə keçən fransızı buz deĢiyindən suya 
salıb boğurdu. 
ġaxta  qılınc  kimi  kəsir,  qəzəbdən  qudurmuĢ  xalq  yatmalı  olduğu  uzun 
ayların  "qıĢ  yuxusu"ndan  silkinib  həyasız  düĢməni  ayağı  tutduqca,  qılıncı  kəsincə 
qovmaq  istəyirdi.  Bu  düĢmən  ona  görə  həyasız  idi  ki,  keçən  yüzilliyi  baĢdan-baĢa 
uzaq  yad  torpaqlarda  keçirən  istila  edən,  çalan-biçən  rusun  öz  vətəninə  ayaq 
qoymuĢdu. 
...Nəhayət  Kutuzov  düĢüncələrdən  baĢını  qaldırır,  vaxtın  çatdığını 
anlayırdı.  Fransız  elçisindən  müharibənin  qurtarması  barədə  Napoleonun  dəvətini 
etinasızlıqla  dinləyib  "Necə  yəni  müharibəni  qurtaraq?  O  indi  baĢlayır"  -  cavabı 
sərkərdənin  qələbəyə  inamının,  baĢlıcası  bu  iĢdə  özünə,  öz  ömrünə  inamının 
ölmədiyini, yaĢadığını göstərdi. 
Həqiqətən  getdiyi  qələbə  yolunda  öldü.  Ölüm  onu  Almaniyada  yaxaladı, 
yataqda  yox,  əsgər  tək  səfərdə  öldü.  Türklərlə  savaĢa  həsr  olunmuĢ  bir  türk  ömrü 
sona yetdi. 
 
 
 


100 
 
UŞAK PAŞA - RUS ADMİRALI F.F.UŞAKOV 
 
FeldmarĢal  Potyomkin  imperatriça  Yekaterinaya  yazdığı  məktubda  "əgər 
fransız gəmiləri türklərə öz bayrağı altında ərzaq daĢımasaydı türk paytaxtı çörəksiz 
qalmaqdaydı,  çünki  türk  gəmisi  dənizə  çıxmağa  cürət  etmir" 
deyə öyünərək xəbər verirdi. 
...1780-cı  ildə  avstro-rus  yaxınlığı  baĢlandı.  Bu 
"hərarətli" ittifaqın nəticəsi o oldu ki, növbəti il Türkiyə əleyhinə 
hərbi  hücum  müqaviləsi  imzalandı.  Rusiyada  "yunan  proyekti" 
deyə bir ideya yarandı ki, bu proyektə görə Türkiyə Balkanlardan 
qovulmalı, onun yerində Vizantiya imperiyası bərpa olunmalı idi 
(1, s.66). 
Ġndi budur, daimi xarakter alan Rus-Türk  münaqiĢəsində  yeni çarpıĢmalar 
gözlənilirdi.  Xüsusi  yunan  gəmiləri  və  ələlxüsus  korsar  (dəniz  qulduru)  gəmiləri 
casusluğa  cəlb edilirdi.  Zaparojye  kazaklarının da  əlinə  yaxĢı  fürsət  düĢmüĢdü. Bu 
yöndə  onlar  hər  vasitə  ilə  ruhlandırılırdılar.  Müharibənin  baĢlanmasına  sadəcə 
kiçicik bir bəhanə lazım idi... 
Kıl  Burun  (indi:  Kmbrunn)  limanında  dayanmıĢ  iki  rus  hərb  gəmisi 
hərəkətə  keçib  Oçakkalanı  (indiki  Oçakov)  aramsız  atəĢə  tutdu.  Bir  neçə  saatlıq 
döyüĢdən sonra 1787-1991-ci ilin Rus-Türk müharibəsi baĢlandı. 
Türk Ģücaətinin simvolu olan Oçak kala təslim olarkən o qanlı bir məzara 
oxĢayırdı. I Sultan Əbdülhəmid vəfat edərkən müharibədəki uğursuzluqlar haqqında 
oxuduğu məktubun əlində olduğunu deyirdilər. 
Oğlu  Sultan  Səlimin  taxta  çıxması  ilə  fərəhli  dönüĢlərə  ümidlər  artmıĢdı. 
Yeni müharibə isə  məkirli tədbirlərlə baĢlayırdı. Bu tədbirlər qanlı müharibələrdən 
də  təhlükəli  idi.  Yunanları  qızıĢdırıb  gizli  təxribati  iĢlərə  qoĢmaqla  çar  hökuməti 
Yunanıstanda  Osmanlı  əleyhinə  üsyan  qaldırmağa  çalıĢırdı.  Gizli  manifestlər 
göndərilirdi. Nəhayət, yunanların dəniz quldurları Ġstanbulu mühasirəyə aldılar, onu 
blokadada saxlamaqla Ģəhəri ərzaqdan məhrum etməkdə idilər. 
Bu səbəbdən Türk flotu Aralıq dənizini və Qara dənizi nəzarətdə saxlamalı 
idi. 
Qüvvənin  ağırı  Qara  dənizə  istiqamətləndirildi.  Burada  yeni  zühur  etmiĢ 
Əmir əl Bəhr - admiral Fyodr Fyodoroviç UĢakov tüğyan edirdi. 
Ruslar  neçənci  dəfədir  ki,  üzbəüz  vuruĢduqları  türklərin  cəsarətinə  artıq 
bələd  edilər.  Etiraf  edirdilər  ki,  türklərin  gəmilərini  suya  qərq  etmək  və  ya 
yandırmaq  olar,  lakin  onları  bayraqlarını  endirməyə  məcbur  etmək  qeyri-
mümkündür (46, s.25). 
Türklər  vətən  uğrunda  mübarizəyə  qalxmıĢdı.  Son  damla  qanlarınadək 
döyüĢəcəkdilər.  QarĢı  tərəf  istilaçı  idi,  bütün  vasitələrdən  istifadə  edirdi,  türk 
gəmilərinin adları əgər "Meleki-Bəhri", "Pərviz Bəhri" və  s. idisə də, rusların hərb 


101 
 
gəmisi  "Velikaya  Armeniya"  idi.  Bu  hal  özü  müharibəyə  provakasiya  xarakteri 
verirdi. Ruslar Qara dənizdə yeni-yeni qazandığı ixtiyarları əldən vermək istəməzdi. 
...UĢakovlar  qədim  Kosaq  torpağından  (müasir  kazakların  qədim  vətəni, 
kosoqdan)  çıxmıĢdılar.  UĢakovların  nəsil  atası  UĢak  öz  doğma  torpağı  olan 
Temereki  müdafiə  edərək  həlak  olmuĢdu  (Temerek-müasir  Temiryuk,  knyaz 
Çerkezskilərin  yurdu.  Ġvan  Qroznı  onların  qızına  evləndikdən  sonra  bu  xan  ailəsi 
xristianlığı qəbul etmiĢdi). 
UĢakın törəmələri, bir vaxt xristianlığı ilk qəbul edən iki oğlunun (onların 
xristian adı: Roman və Yuri) varisləri xanın kötücəsinə təkrar olaraq UĢak adı qoydu 
və XVI əsrdən onlar UĢakov soy adı ilə tanınmağa baĢladı. 
UĢakov  soy  adı  uĢak-uĢaq  "balaca,  körpə,  azyaĢlı",  əlavə  mənalarında  isə 
"cahil, təcrübəsiz adam", "nökər, cavan xidmətçi, qulam" və s. mənalar daĢıyan türk 
sözündən yaranmıĢdır. Rus lüğətĢünası Vladimir Dalın göstərdiyinə görə rus dilinin 
məhəlli  danıĢığında  uĢak  həm  də  "ögey  övlad",  eləcə  də  sütun  və  dirəyin  dayaq 
taxtası" deməkdir. 
UĢakovlar  nüfuzlu  bir  ailə  kimi  Romanovların  hakimiyyətə  gəlməsi  ilə 
məĢhurlaĢdılar.  Bu  soy  Rusiyada  demək  olar  ki,  bir-biri  ilə  qohumdur,  eyni  kökə 
malikdir.  Onların  arasında  hərbçilər  üstünlük  təĢkil  edir.  Məsələn,  UĢakov 
Aleksandr  Korniloviç  (1803-1877)  Rus-Türk  müharibəsində  (1828-1829),  PolĢa 
üsyanının  (1831)  yatırılmasında  iĢtirak  etmiĢ,  Kırım  müharibəsində  (1853-1856) 
Dunayı  keçib  türklərin  müdafiəsini  yarmıĢdı,  1863-cu  ildəki  PolĢa  üsyanının 
yatırılmasında iĢtirak etmiĢdir. 
Digər məĢhur dənizçi UĢakov Aleksandr Mitrofanoviç qraf Orlova qoĢulub 
türk adalarını bir pirat kimi talan etmiĢdi. 
Yazıçı  Stepan  Fyodoroviç  UĢakov  (1705-1790)  senator  idi  və  Sankt-
Peterburq  Ģəhərinin  general-qubernatoru  vəzifəsini  aparırdı.  Həmin  əsrdə  daha  bir 
Ģair UĢakov (UĢakov Matvey Aleksandrovçi) var idi. 
Lakin  bu  ailənin  Ģərəf-Ģanını,  adını  məĢhurlaĢdıran  admiral  Fyodor 
Fyodoroviç UĢakov (1743-1817) olmuĢdu. 
UĢakov  I  Rus-Türk  müharibəsində  Azov  dənizində  üzürdü;  Don  çayının 
mənsəbini  təmizləyib  arıdır,  gəmiləri  təmir  etdirirdi.  1787-ci  ildən  Qara  dəniz 
flotuna  keçirilir.  1790-cı  ildə  Yekaterinanın  keçmiĢ  sevimlisi,  ömrü  boyu  isə  onun 
sadiq dostu kimi qalmağa nail olan knyaz Potyomkin onu Qara dəniz flotuna təyin 
edir.  UĢakovun  hərbi  Ģöhrəti  baĢlayır.  Özünün  "Müqəddəs  Aleksandr"  flaqman 
gəmisi ilə Ģəxsən Anadolu sahillərinə yanaĢaraq Sinopu bombaladı. 26 türk gəmisini 
durduğu yerdə yandırdı. Qayıdıb Kerç boğazına sıxıĢdırdığı türk gəmilərini Hacıbəy 
(indiki Odessa) altında ələ keçirib darmadağın etdi. 1800-cü ildə tam admiral rütbəsi 
alan UĢakov 1802-ci ildə Baltik dənizinə keçirildi. 1807-ci ildə xəstələndiyinə görə 
təqaüdə çıxdı və 1817-ci ildə vəfat etdi. 
UĢakov  yeni dəniz  derjavasına  çevrilmiĢ hökumətinin  flotunun daha  yeni, 
əslində yeni olmayan, çox cəsarətli (bəlkə də həyasız) taktikalara ehtiyacı olduğunu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə