Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   45   46   47   48   49   50   51   52   ...   56

102 
 
hiss  etmiĢdi.  Onda  Suvorovun  qətiliyi,  riski,  amansızlığı,  qəddarlığı  vardı.  Bu  özü 
taktika idi. Rus qoĢunu məhz canlı qüvvənin üstünlüyündən bəhrələnirdi. 
Qara dəniz boyunca diyarlara qarĢısıalınmaz maraq göstərən II Yekaterina 
Ģövqlə  apardığı  Rus-Türk  müharibələrində  UĢakova  bərk  güvənirdi.  Suvorovun 
Ġsmayıl  qalasını  alması  ilə  baĢa  çatan  (1790-cı  il,  dekabr)  növbəti  müharibənin 
sonunda  bağlanan  sülhü  ona  görə  ləngidib  qanunsuz  elan  etdilər  ki,  çar  Rusiyası 
UĢakovun  səyi  ilə  artan  qələbələrdən  ruhlanmıĢdı.  Sülh  bağlandıqdan  sonra  belə 
UĢakov dənizin həqiqətən əmiri kimi sularda sağa-sola cövlan edir, limanlara basqın 
edir,  türk  flotunu  qarabaqara  izləyir,  gedib  Ġstanbulu  bombalamaq  istəyirdi.  Onun 
qələbələrinə  arxayın  olan  Potyomkin  guya  tələsik  imzalanmıĢ  sülh  müqaviləsini 
cırıb  atır.  Yekaterina  sevimlisinin  bu  yekəxanalığından  razı  qalır,  məmnunluqla: 
"Onsuz  da  admiral  UĢakov  Səlimi  əməlli-baĢlı  qorxuzub"  -  deyə  sülh  Ģərtlərini 
ağırlaĢdırır. Ġstanbulda isə UĢak paĢanın adı dillərdə dolaĢır. 
Hələ  1790-cı  ilin  aprelində  Potyomkin  UĢakovu  özünün  bulunduğu  Yassı 
Ģəhərinə  dəvət  edib  türklərin  itirilmiĢ  torpaqlarına  görə  gələcəkdə  təkrar  hücuma 
keçməmələri  və  bu  torpaqları,  xüsusən  türklərin  Kırımı  bir  daha  yad  etməmələri 
üçün  tədbir  tökməyə  çağırır.  UĢakov  16  mayda  50  topçu  gəmisi,  4  freqat,  11 
kreyserdən ibarət qüvvə ilə Türkiyənin Anadolu sahillərinə yollandı. Bu zaman Qara 
dəniz  Rus  Flotiliyası  tərkibində  UĢakovun  bu  eskadrasında  "Qriqoriy  Velikiya 
Armeni" adlı gəmi də iĢtirak edirdi (l,s.l36). 
21 mayda bu ölüm karvanı Sinopa yetiĢdi. UĢakov sahil əhalisini vahiməyə 
salmaq,  rus  silahı  ilə  onların  gözünü  qorxutmaq  üçün  limanda  dayanmıĢ  keĢikçi 
gəmilərilə  bərabər  ticarət  gəmilərinə  də  hücum  edib  onları  yandırmaq  əmri  verdi. 
Özü isə buxtaya girib dinc əhalini topların atəĢi ilə qorxuya saldı. UĢakovun tapĢırığı 
ilə rus gəmiləri,  sularda  "ovladıqları"  gəmiləri istər balıqçı  gəmisi,  istərsə  də  hərbi 
gəmi  olsun,  əsir  edib  buxtaya  gətirir,  yerli  əhalinin  gözləri  önündə  heyət  qarıĢıq 
batırırdılar.  Bu  yanğın  və  qəddarlıq  müharibə  meydanlarından  uzaq  olan  bu 
məntəqələrdə  vahimə  yaratdı.  Ramazan  bayramı  günləri  idi;  bayram  yasa  çevrildi. 
Bu qayda  ilə Samsunu topa  tutan  və  gəmiləri  yandıran UĢakov dönüb  Anapaya  üz 
tutdu.  Anapa  general  Bibikovun  komandanlığı altındakı rus  mühasirəsindən  yenicə 
çıxmıĢdı. Türklər UĢakovun həyasız hücumlarına cəsarətlə cavab verdilər. Nəhayət o 
Sevastopola  dönüb  üç  həftəlik  pirat  hücumlarının  nəticələrini  Potyomkinə  raportla 
xəbər verdi. 
...On  il  idi  ki,  vətənində  Tambov  vilayətinin  sakit  bir  guĢəsində  ömrünün 
son  çağlarını  yaĢamaqda  idi.  Xəstə  idi.  Elə  xəstə-xəstə  də  fransız  qoĢununun 
Rusiyaya giriĢinin də, çıxıĢının da Ģahidi oldu. 
Bütün  pulunu,  saxlancını  müharibənin  var-yoxdan  çıxardığı  adamlara, 
müharibə  əlillərinə  vəsiyyət  etdi.  Təəssüf  ki,  daha  artığını  edə  bilmirəm",  dedi. 
Amma xahiĢ etdi ki, adını çəkməsinlər, ianənin kimdən olduğu gizli qalsın. 
EvlənməmiĢdi, "qardaĢım uĢaqlarını öz uĢaqlarım bilirəm" deyə kəndlərini, 
əkin ərazilərini onların adına yazdırdı. 


103 
 
Çoxlu  kəndləri  içində  özünə  elə  sığınacaq  seçmiĢdi  ki,  monastıra  yaxın 
olsun. Çox ianələr ehsan etdiyi  Sanaksar  monastırında  dəfn olunmaq arzusu vardı. 
Elə də oldu. 
 
AKSAKOVLAR NƏSLİNİN "DƏRSLƏRİ" 
 
Aksakov  soy  adı  türk  sözü  axsaq,  aksak  (fel  əsası  axsamak,  aksamak) 
sözündən  yaranmıĢdır.  Bu  mənada  da,  əlbəttə  Aksakov  familiyasının  türk  mənĢəyi 
heç kimdə Ģübhə yeri qoymur. 
Ġlk  dəfə  adı  Kiyev  Rus  dövlətinin  tarixində  çəkilən 
Aksakovun  1027-ci  ildə  böyük  knyaz  Yaroslav  Vladimirovçin 
yanında  xidmət  etdiyi  məlumdur.  Yaroslav  Vladimiroviç  Kiyev 
Rusunda  xristianlığı  yayan  böyük  knyaz  Vladimirin  oğludur. 
Salnamələr  Aksak  xanın  özünün  3  min  adamıyla  Kiyev  knyazına 
xidmətdə olduğunu göstərir. Ġndi bu faktın necə iĢıqlandırıldığına, 
tarix səhnəsində necə əks olunduğuna diqqət yetirək. 
Məlumdur  ki,  qədim  slavyanlar  bugünkü  cənubi  rus  çöllərinin  türkcə 
danıĢan  ən  azı  üç  xalqı  ilə  -  qara  klobuklar  (qara  qalpaqlar,  qara  papaqlar), 
poloveslər (yəni qıpçaqlar, rus dilində polovets "çöl adamı, çölçü") və peçeneqlərlə 
yaxın əlaqədə idilər. Bu xalqlar yəni qara klobuklar, poloveslər, peçeneqlər, torklar, 
berendeylər  tarixdən  məlum  olduğuna  görə  hələ  monqola  qədərki  Rusun  taleyində 
vacib  və  əhəmiyyətli  rol  oynamıĢlar.  Hətta  müxtəlif  dini  inancları  belə  bu  dövrün 
münasibətlərinə  təsir  edə  bilmirdi.  Bu  xalqların  əməli  iĢtirakı  qədim  Rusda  siyasi 
hadisələrin  gediĢinin  xarakterini  müəyyən  edirdi.  Belə  ki,  Kiyevin  döyüĢ 
drujinalarında  qara  klobuklar  (bilindiyi  kimi  bir  çox  türk  tayfaları  öz  geyimi  ilə 
adlanırdı: qaradonlu, alabaĢlar, bozpapaqlar və s. türk etnonimləri belə yaranmıĢdı. 
Qara  klobuklar  dedikdə  qara  kalpaklar  nəzərdə  tutulur;  klobuk  türk  sözüdür;  ĢiĢ, 
sivri  təpəsi  olan  Ģapka  deməkdir)  mühüm  mövqedə  idilər.  Belə  ki,  ölkənin  hərb 
vəziyyətində onların sayı 30 min nəfər döyüĢçüyə çatırdı. Onlar Kiyev knyazlarının 
ən  sadiq  müttəfiqi  idilər  (29,  s.68).  Qədim  türklər  lap  qədim  zamanlardan  rus 
qoĢunlarının  atlı  bölüklərinin  təĢkilində  əsas  mənbə  idi.  XII  əsrdə  demək  olar  ki, 
bütün  knyazlar  öz  qoĢunlarına  onları  cəlb  edirdi.  Onlar  tezliklə  xristianlığa  iman 
gətirdilər (49, s.55). 
Həqiqətən, tarixə  saxta,  yapma  münasibətlərdən bir qədər yan  keçə  bilsək 
görərik  ki,  qədim  türklər  Ģərqi  slavyanlarla  çox  yaxınlaĢmıĢ,  onlarla  sıx  təmasda 
yaĢamıĢlar. Bu əlaqələr sonradan qara boyalarla eybəcərləĢdirilmiĢdir. 
Beləliklə,  Rusda  xidmət  edən  həmin  hərbiyun  türklərin  dəstəsində 
Aksakovlar  soyu  fərqlənirdi.  Çünki  öz  baĢında  üç  minlik  gücü  ilə  Kiyev 
knyazlığının dostuna dost, düĢməninə düĢmən idi. 
Aksak  (axsaq)  ləqəbi  daĢıyan  bu  adlı-sanlı  kiĢinin  gələcəkdə  qəbul  etdiyi 
Aksakov soy adı onun daĢıdığı ləqəbindən doğmuĢdu. Bu tayfa o qədər nüfuzlu və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə