Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   2   3   4   5   6   7   8   9   ...   56

11 
 
ġəhərdə  xristianlıq  qələbə  çalırdı;  hər  tərəfdə  kilsələr  tikilirdi,  iĢ  çox  idi. 
Kuinci memar Cabanenkonun tikdiyi kilsədə usta əli altında Ģagird iĢləyir. Lakin əli 
iĢə yatmır, tezliklə hər Ģeyi atır. 
Kafaya,  düz  rəssam  Ayvazovskinin  yanına  üz  tutur  rəssamlığı  öyrənmək 
üçün, lakin Ģagirdlik baĢ tutmur. Çünki gözəl rəssam Ayvazovski, gözəl də müəllim 
ola  bilməmiĢdi.  Ayvazovski  Kırımda  Kafa  altında  ġah  Mamay  oymağında  sultan 
saraylarını andıran villasında yaĢayırdı (Ġndi ġah Mamay kəndi onun adını daĢıyır). 
Bu  60  yaĢa  girən  qoca  bir  də  görürdün  nə  zamandır  əlinə  fırça  almır, 
əyanlarla, yüksək dairə adamları ilə oturub-durur, görürsən dənizə baxan eyvanında 
sarmaĢıqlar altında odlu qartal gözlərini aludəsi olduğu özü kimi nadinc, dəli dənizə 
zilləyib dizləri üstə endirdiyi kamanda ahəstə-ahəstə zümzüməyə baĢlayır. Ən çoxu 
da "Qalanın dibində bir daĢ olaydım..." mahnısını dili ilə kamanı bir oxuyur. Bu səs 
həzin bir istək olub indi qaranlığa qovuĢan qorxunc dənizin narahat, xoflu köksünə 
tumar çəkir, yalvara-yalvara onu dincliyə, uyğuya səsləyir. 
...Ayvazovskiyə  Ģagird  olmaq  ona  nəsib  olmur.  Əvəzində  Qara  dənizi 
qazanır,  onu  görür,  ona  bənd  olur.  Qədim  türklərin  həm  Sudak  dediyi,  həm  də 
böyüklüyünə, vahiməsinə görə Qara dəniz adı verdiyi dənizə. 
Əsl sənətlə və ilhamla artıq üz-üzədir. Sevgi də erkən gəlir onun ömrünə. 
Kuinci evlənir. Qız da onun özü kimi türk əsilli idi. Rəssamın evləndiyi tacir 
qızı Ketçerçi Vera Leontyevanın da ailəsi türk və sonrakı rus familiyasını bir müddət 
qoĢa  iĢlətsələr  də,  sonra  özlərinin  türk  soyadlarından  tamam  imtina  edib  özlərini 
tacir ġapovalov kimi yazdırmıĢdılar. 
Yerli əhalinin - türklərin bu yerlərdə xristianlaĢdırılması sürətlə gedirdi. 
Kuincidən çox yazılıb: onun özü də, müasirləri də, indi çox-çox sonralar dahi 
rəssamın  həyat  və  yaradıcılığının  araĢdırıcıları  onu  yunan  əsilli  rus  kimi  təqdim 
etmiĢlər və etməkdədirlər. 
Yazıçı Viktor ġukov "Kuinci iĢığı" adlı romanında onu yunan kimi göstərir, 
həmçinin  romanda  iĢlətdiyi  yerli  türk  koloritini  saxlayan  türk  sözlərini,  bütöv 
cümlələri əsərin bədiiliyi və reallığını artıran bir çox vasitələr kimi istifadə olunmuĢ 
atalar  sözlərini  belə  yunan  sözləri  kimi  təqdim  edir.  Hətta  romanda  verdiyi  türk 
mahnılarını, məsələn: 
 
Ay sevdiyim sən kiminsen,  
Yanağın gül, dilin bülbül.  
Xalatının gülü çoxdur,  
Senden kayrı kimsem yoxdur. 
 
ġərqisinin  sözlərinin  türkcə  olmasını  belə  nəzərə  almadan  yunan  mahnısı 
kimi göstərir və s. Kuincinin özü-özünü yunanlıdan dönmə deyə təqdim etdiyi kimi. 
Rus mənzərə rəssamı Arxip Kuinci öz xarici görünüĢü  - qara qıvrım saçları, 
qapqara qaĢ-gözü, coĢqun temperamenti ilə də öz mənĢəyini büruzə verirdi. 


12 
 
Müasirlərinin xatirələrindən aydın olur ki, rəssamın ailəsi tatarca danıĢırmıĢ. 
Yenə müasirlərinin qeyd etdiklərinə görə Kuinci Kırımda yerli adamlarla onların öz 
dilində  -  türkcə  danıĢırdı.  Özünün  türk  mənĢəyi,  dünənki  keçmiĢi  haqqında  isə 
susurdu. 
Lakin  fırçasında  yaratdığı  mənzərələr  dil  olub  danıĢırdı.  Doğma  Kırım 
mənzərəsi,  Kalçıkın  füsunkar  gözəlliklərini  aĢiqanə  bir  vəcdlə  tutub  saxlayan 
Ģəkillər  -  türk  ruhula  süslənən  qapı-baca,  qovaqlı,  çinarlı  bağlar,  Kırımın  cənnət 
sahilləri, dənizi, ilıq fəsilləri, gündüz qədər gözəl gecələr, səmanın iĢıqlı ənginlikləri, 
yerli  xalqın  –  türklərin  tanıĢ  və  doğma  görünüĢləri,  geyim-keçimi  və  məhrəm 
biçimləri,  ġərq  ətirli  bağların  hüsnü  və  s.  təsvirlər,  zəhmət  adında  bir  fədakarlıq 
"əslini" dəyiĢən rəssamı bizim gecikmiĢ və əslində lüzumsuz  məzəmmətlərimizdən 
aralı saxlayır. 
Kuincinin Ģəkilləri sadəcə adi təbiət lövhələri deyil, bunlar poetik duyğuları 
daĢıyan mənzərələrdir. Nahaq yerə ulu babaları nəsilbə nəsil qızılçı olmayıbdılar ki. 
Ġndi  bu  barmaqlar  özü  qızıldan  idi.  Bu  sənət  Turgenev,  Dostayevski,  Mendeleyev, 
Suvorin, PetruĢevski kimi Rusiyanın qabaqcıl Ģəxsiyyətlərini elə heyran qoymuĢdu 
ki, bu heyranlıq onları Kuinci sənətindən vəcdlə yazmağa sövq etmiĢdi. Sənəti kimi 
onun Ģəxsiyyəti də, həyatının hər bir anı sevgi ilə anılırdı. Bu həyat bu ürəyin özü 
kimi  çox  kövrək  idi.  Kuincinin  Ģagirdi  rəssam  Rılov  da  öz  kövrək  xatirələrində 
yazırdı ki, müəllimin Kırımdakı bağında piramida Ģəkilli artıq qurumağa üz qoymuĢ 
qoca  Ģam  ağacları  da  gözə  dəyirdi.  Bu  bağın  füsnkar  zümrüdü  gözəllikləri  ilə 
uyuĢmayan  bu  qart  Ģamların  biri  lap  qurumuĢdu.  Yarpaqsız,  lüt  qalan  bu  ağacın 
acınacaqlı görünüĢü təəccüb yaradırdı. Lakin bağbanın dediyinə görə rəssam Kuinci 
bu qurumaqda olan və bağın gözəlliyinə xələl gətirən ağacın kəsilib yığıĢdırılmasına 
icazə  verməyirdi  (34,  92).  Ağacın  yaĢına  hörmət  edirmiĢ...  Budur  gözəllik  və 
mərhəmət; hər ikisi bir yerdə. 
Kuinci hələ sağlığında böyük Ģöhrətə çatmıĢdı. O, hələ lap erkən "Tatar kəndi 
ay iĢığında" Ģəkli ilə rəssam adını qazanmıĢdısa da "Dneprdə gecə" Ģəkli ilə ürəkləri 
fəth etdi.  Bu aylı gecədə  gümüĢü rəngin  sözlə  deyib bilinməyən  sehri hətta böyük 
rəssam Kramskoyu belə heyrətləndirdi; o, bu tabloda dəhĢətli dərəcədə sehrkar olan 
rənglər  gördüyünü  etiraf  etmiĢdi.  Peterburqda  Ģəkil  nümayiĢi  etdirilən  sərgiyə 
baxmaq  üçün  küçə  boyunca  adamlar,  ekipajlar  növbəyə  durmuĢdular.  ġəkil  hələ 
sərgiyə  qoyulmamıĢdan  əvvəl,  söz-sənət  adamlarının  hamisi  böyük  knyaz 
Konstantin onu almıĢ, sərgidən sonra götürərək ondan ayrılmaq istəmədiyi üçün özü 
ilə dünya səyahətinə aparmıĢdı. 
Rus  çarının  qardaĢı,  sənət  aĢiqi  böyük  knyaz  Konstantinin  təzəlikcə 
"Moskva"  jurnalında  dərc  olunmuĢ  gündəlik  xatirələrində  bu  görüĢün  təəssüratları 
geniĢ təsvir olunmuĢdu. Belə  ki, Ģahzadə Kuincinin emalatxanasına  xəbərsiz  gedir. 
ġəklin tərifini eĢitmiĢdi. Gündəliyindən bir parçanı veririk: "ġəkli gördükdə yerimdə 
donub qaldım. Öz qarĢımda enli çayın əks olunduğunu gördüm; bədirlənmiĢ ay bu 
çayı, deyim ki, otuz verstlik bir məsafədən iĢıqlandırmıĢdı. Mənə elə gəldi ki, özüm 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə