Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   48   49   50   51   52   53   54   55   56

112 
 
həmfikirlərinə demiĢdi: Yalançı Dmitrini ona görə əsil Ģahzadə kimi qəbul etdim ki, 
məqsədim Qodunovu yıxmaq idi. 
Qodunovun isə qayğıları bitib-tükənmirdi. Ölkədə baĢ verən bütün bəlaların 
səbəbini  onun  boynuna  qoyurdular.  Ġvan  Qroznının  son  arvadından  olan  oğlu 
epilepsiya xəstəsi Ģahzadə Dmitri ehtiyatsızlıq üçündan ölür. Bu təsadüfi hadisə qətl 
kimi  qələmə  verilir.  Qətli  Boris  Qodunovun  üstünə  yıxdılar.  Ġndiyədək  tarix  bu 
hadisənin əsil səbəbini açmadan susur. Ġstintaq materiallarının özündəki saxtakarlıq 
bu gün belə sezilməkdədir. Belə olan halda iĢin əslini kim və necə biləcəkdir?! 
Balaca  Ģahzadə  Dmitri  ürəkkeçmə  xəstəliyinə  baxmayaraq  atasının  tam 
eyni  idi.  o  anası  və  yaxınları  ilə  onlara  udel  verilmiĢ  (müstəqil  idarəyə)  Uqliçdə 
yaĢayırdı.  Qar  yağarkən  bu  qardan  müxtəlif  heykəllər  düzəldir  və  hər  birinə  bir 
boyarın adını yazır, bundan sonra qılıncını çıxarıb bir zərbə ilə onların boyunlarını 
vururdu. Elə təkcə uĢağın bu hərəkəti ətrafda bərk qorxu və həyəcan yaradırdı. Hamı 
Ġvan Qroznı dövrünü xatırlayıb yarpaq tək əsirdi. 
Boris Qodunov yalnız ona məxsus olan ağıl və fərasətlə çar Fyodorun ana 
qohumlarını,  dayısı  və  dayı  uĢaqları  Romanovları  çarın  əhatəsindən  uzaqlaĢdırırdı. 
Rəsmi çar Fyodor olsa da Moskva çarlığının hakimi Qodunov idi. 
1598-ci ilin yanvarın 6-da çar Fyodorun vəfat eməsi ilə Boris Qodunov rus 
taxt-tacına  rəsmən  də  sahib  oldu.  Rus  yüksək  dairə  zadəganları  vərəsəsiz  qalan  bu 
yerə  Rüriklər  nəslinə  mənsub  olan  ġuyskilərin  (ġuyskilər  Aleksandr  Nevskinin 
nəslindən  idilər)  və  ya  Romanovların  sahib  olacağını  güman  edirdilər.  Lakin  çara 
saxlanan matəm bitən kimi Moskvalılar yeni çarın seçilməsi iĢinə  giriĢdilər. Boyar 
Duması bir səslə Qodunovu çar seçdi. Tacqoyma mərasimində Qodunov and içdi ki, 
ölkəni ədalət və mərhəmətlə idarə edəcək, onun hakimiyyəti dövründə heç kim edam 
edilməyəcək.  Çar  Boris  Rusu  irəli  aparmaq  üçün  lazım  olan  zəruri  Ģəraiti  də  əldə 
etdi,  Reç-Postolita  ilə  20  illik  sülhə  nail  oldu.  Türkiyə  və  Kırım  ilə  münasibətləri 
qaydaya  saldı.  Ġlk  dəfə  o  zadəgan  uĢaqlarını  təhsil  almaq  üçün  Avropa  ölkələrinə 
göndərdi.  Livoniya  müharibəsi  zamanı  Moskvaya  gətirilən  almanlara  səxavət 
göstərərək,  onlara  həm  ölkə  daxilində,  həm  də  xaricdə  tacirlik  etmək  üçün  imkan 
yaradıb, imtiyazlar verdi. 
Moskvanı görünməmiĢ vüsətlə abadlaĢdırır. Ələ keçirib Moskva dövlətinə 
qatdığı Smolensk ətrafına müdafiə divarları çəkdirir. 
Rusiya tarixinin ən dinc və bərəkətli 7 ili beləcə, keçməkdə idi. 
Müasirlərinin, xüsusən xarici ölkə səfirlərinin müĢahidə və qeydlərinə görə 
o simaca çox cəlbedici, ədaları Ģahanə, səsi isə anadangəlmə Ģirin və təsiredici idi. O 
özünün  səsdən çox ecazkar musiqi tək təsirli səsi ilə, danıĢığı ilə bir an içində  hər 
kəsi ofsunlaya bilirdi. Böyük iradə sahibi olan bu adam ətrafındakılarla münasibətdə 
ən mehriban, ən yumĢaq adam idi. 
Tarixçilər  bu  insanın  hər  Ģeyə  qadir  idisə,  yalnız  hərb  sənətində  piyada 
olduğunu desələr də çar Boris kazakların daim müharibə Ģəraitində yaĢadığı Böyük 
Çölə  ("VəhĢi  çöl"  də  deyilir),  yəni  Qıpçaq  çölünə  olan  istilasına  qoĢulub  Moskva 


113 
 
hökumət  qoĢununu  səfərbər  edərək  dövləti  vəhĢi  çölə  -  Qıpçaq  çölünə  doğru 
geniĢləndirdi. 
20 ildən artıq idi o hökmran idi, lakin o bu taxtı vulkan üzərində qurmuĢdu 
sanki. 
Çar Qodunov nə qədər lütf və inayət vəd etmiĢdisə də boyarların intiriqaları 
bitib  tükənmirdi.  Rusiyada  ardıcıl  baĢ  verən  bəhrəsizlik  onun  doğurduğu 
görünməmiĢ aclıq çarı ölkə hüdudlarından kənarda peyda olan "əsil Ģahzadə" kabusu 
qədər  də  gözdən  salmırdı.  Birdən  birə  Uqliçdə  ölən  kiçik  yaĢlı  Ģahzadə  -  Ġvan 
Qroznının  6-cı  arvaddan  doğulan  uĢağı  hamının  yadına  düĢür.  Hadisələr  bir  anda 
qızıĢır. 
Çar Borisin qəflətən xəstələnməsi ilə  Romanovlar dirçəldilər və  bu nağıla 
rəvac verdilər: həqiqətən yalan ayaq tutub yeridi... 
1605-ci ilin aprelin 13-də çar beyninə qan sızmasından vəfat etdi. Qodunov 
Pyotra  qədərki  rus  çarlarının  dəfn  olunduğu  Kremldə  Arxangelsk  kilsəsində  dəfn 
olunur.  Sonra  qəbirdən  çıxarılır.  Hazırda  Moskva  altında  Troitsk  Sergiyev 
monastrında çar özü, arvadı, oğlu, qızı ilə yanaĢı dəfn olunmuĢdur. 
 
Sui-qəsdçi  boyarlar  hökumət  qoĢunu  alaylarını  Yalançı  Dmitrinin  tərəfinə 
çəkməyə müvəffəq oldu. 
Onun ölümündən heç iki ay keçməmiĢ Moskva boyarları Yalançı Dmitrini 
Moskvaya gətirirlər. 
Yalançı Dmitri Moskva altına kimi gəlmiĢdisə də paytaxta girmirdi. Düzdü 
çar Borisin qəfləti ölümü onun iĢini yüngülləĢdirmiĢdi. Lakin o nə qədər ki, bu taxt 
boĢalmayıb  mən  Moskvaya  girməyəcəyəm,  demiĢdi.  O  boyarlardan  üstü  örtülü  də 
olsa çar ailəsinin öldürülməsini tələb edirdi. 
Etibarsız  əyanlar  Vasili  Qolitsinin  rəhbərliyi  ilə  16  yaĢlı  Ģahzadə  Fyodr 
Borisoviçi  və  anasını  boğub  ölüdürürlər.  Ana  ilə  balanı  son  sığınacaqları  (həbs 
olunduqları) olan otaqda birlikdə boğurdular. Bədbəxt ana - əvvəli xanım olub, axırı 
məhbus, əsir olan qadın cəlladları görüb onların özlərini heyrətə salacaq bir tövrlə, 
əl-qolunu da tərpətmədən təslim olub. Ümidi ona idi ki, beləliklə dəhĢətli sonluğu - 
oğlunun  edamını  görməsin,  bu  dünya  ilə  tez  vidalaĢsın,  həm  də  bir  ümid  iĢartıları 
oynadı ürəyində  bəlkə  bu edamla  ürəkləri soyuyar,  yaxud oğlu qaçıb qurtara  bilər. 
Oğlu isə cəlladlara əl vermirdi, onu tutub boğmaqdan ötrü bu cani dəstəsi çox əlləĢib 
tər tökdü. Salnamələr yazır: O qəfəsdə Ģir kimi vurnuxurdu. 
Qodunovların  axırına  çıxan  Yalançı  Dmitri  özü  də  Allahın  qəzəbinə  tuĢ 
gəldi.  Moskvalılar  (boyarlar)  sui-qəsd  qurub  onu  öldürdülər.  Meyidini  yandırıb 
külünü barıtla qarıĢdırıb toplarda atdılar. 
...Yalançı  vəliəhdlər "ölümdən möcüzə ilə qurtarmıĢ Ģahzadələr" bir-birini 
əvəz edirdi. Rusların Smuta "qarıĢıqlıq" dedikləri dövr baĢlamıĢdı. 
Ağır  soydan  çıxmıĢ  əsilli-nəcabətli  Vasili  ġuyski  əsil  fırıldaqçı  kimi  tarix 
səhnəsində  görünür,  əvvəlcə  Boris  Qodunov  vaxtı  "Ģahzadə  Dmitri  ürəkkeçmə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə