Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   2   3   4   5   6   7   8   9   ...   56

13 
 
hündür  bir  təpənin  üstündə  dayanıb  ayın  iĢıqlandırdığı  bu  sehrli,  nəhəng  çaya 
baxıram.  Ruhum  vəcdə  gəlmiĢdi;  gözlərimi  bu  parlaq  Ģəkildən  çəkə  bilmirdim. 
Ürəyim  qısılırdı.  ġəkli  bir  anda  elə  sevdim  ki...  Kuinci,  bu  Ģəkli  alıram,  ona  nə 
istəsən  ödəyəcəm,  dedim.  Bütün  gün  gözlərimi  qapadıqda  belə  Ģəkil  gözümün 
önündə dayanırdı" (17, 155). 
Bu  Ģəkil  hazırda  Rus  Muzeyində  hifz  olunur.  Ümumiyyətlə,  Kuincinin 
rəsmləri  Tretyakov  Qalereyasında,  hətta  bir  Ģəkli  isə  "Volqa"  tablosu  adı  ilə 
Azərbaycan Ġncəsənət Muzeyində saxlanılır. 
Bütün  mədəni  Rusiya  Kuincini  tanıyırdı.  Hamı  bilirdi  ki,  o,  təmənnasız 
adamdır.  Bu  adam  hər  zaman  yeniyetmə  qədər  xəyalpərvər,  lakin  qoca  qədər 
müdrikdir; ən qatı düĢmənlərini bağıĢlamağa, onların günahlarını unutmağa qadirdir. 
Bilirdilər  ki,  o  böyük  var-dövlətə  sahib  olana  kimi  nə  qədər  məhrumiyyətlərə 
tablaĢmalı olmuĢdu. 
Allah onu övlad payı ilə sevindirməmiĢdi. Sanki xudbin hissləri,  mal-dövlət 
hərisliyini  bununla  da  ondan  uzaq  tutmuĢdu.  Elə  bil  buna  görə  də  övlad  payından 
məhrum  idi.  Ona  görə  məhrum  idi  ki,  neçə-neçə  arxasıza  arxa  dursun,  heç  kimdə 
fərq qoymasın,  nəyi  var paylasın.  Rəssamlar arteli təĢkil etmiĢdi,  ehtiyacı olan  hər 
kəsə istədiyi qədər pul verirdi və bu pulu saymırdı verərkən (niyə saymalı idi?! Geri 
ki alınmırdı bu yardımı, saymağa hacət var idimi?!). 
Kuinci ölüm ərəfəsində emalatxanasında olan Ģəkillərini, pul ehtiyatlarını və 
Kırımda malik olduğu torpaqlarını öz adını daĢıyan rəssamlar cəmiyyətinə vəsiyyət 
etmiĢdi.  O  ölərkən  "...Dahi,  böyük,  doğrucul  insan  Kuinci  öldü"  -  dedi  müasirləri 
(31,62). 
Məzarının - son mənzilinin qurulmasında da elə bil bütün rus sənətkarları əl 
qoydu.  Memar  A.V.ġusevin  layihəsi  əsasında  boz  qranitdən  hazırlanan  bu  abidə 
rəssamın ana vətəni Kırımın su quyuları Ģəklində idi. Bu ideyanı Ģagirdləri vermiĢdi: 
bu müəllimlərinin onlardan ötrü çeĢmə qədər həyati, əbədi olduğuna, ondan aldıqları 
böyüklük, gözəllik dərslərinə  iĢarə  idi.  M.K.Rerixin budaqlarına  quĢ qonmuĢ palıd 
ağacı rəsmini Frolov qranit divarda  mozaika  ilə əks etdi.  Qranit sütunda  (bu sanki 
ömür ağacı idi) Kuincinin büstünü V.A.BeklemiĢev iĢlədi. Bu birliyin nümayiĢi özü 
simvolik məna daĢımalıdır; bu bütün ürəklərdə Kuinci məhəbbətinin Ģölələnməsinə 
iĢarə edirdi. 
...Kırımın  uca  qovaqlı  bağları,  erkən  çiçəkləmiĢ  badam  ağacları,  Kırımda 
tufan,  yağıĢlı-yağmurlu  yolda  əli  uĢaqlı  çadralı  qadın;  türk  bərəkəti  aĢan-daĢan 
mənzərələr; budaqları yetiĢmiĢ almalardan əyilmiĢ ağaclar, ağacların altına yığılıb til 
vurulmuĢ,  daĢınmağa  hazır  meyvələr,  türkün  öyündüyü  halal  ruzi...  bu  Ģəkillər 
xəcaləti,  peĢmançılığı,  məhəbbəti  də  birlikdə  dirildir,  qandan  çağlayıb  gələn 
sevginin  azalmadığını,  əriyib  bitmədiyini,  əzəli  olduğunu  göstərməkdədir.  Ad 
dəyiĢsə də... 
 
 
 


14 
 
HƏSRƏT VƏ MƏHƏBBƏTİN HEYKƏLİ - İVAN BUNİN 
 
Lev  Qumilyevin  "Qədim  Rus  və  Böyük  Çöl"  əsərində  göstərildiyi  kimi, 
"Hələ  Mərkəzi  Rus  dövləti  yaranandan  çox-çox  əvvəl  xristianlaĢıb,  ruslara 
qaynayıb-qarıĢan  Aksakov,  Arakçeyev,  Axmatov,  Bulqakov, 
Qodunov,  Buxarin,  Karamzin,  Turgenyev,  Yusupov,  Ermolov, 
Koçubey, Saltıkov, Raxmaninov, Korsakov, Suvorov, TimaĢev, 
UĢakov,  ġiĢkov,  Miçurin  Kurakin...  kimi  saysız  türk  ailələri 
içərisində Buninlər də var idi (Qumilyev L.N. Göstərilən kitab 
(rus dilində) s.538). 
Buninlər bir çox məĢhur Qızıl Orda ailələri kimi 1312-ci 
ildə  hakimiyyətə  gəlmiĢ  Sultan  Məhəmməd  Özbək  xanla  yola 
getməyib, Rusa pənah gətirmiĢdilər. Var-dövlət hərisliyinə görə 
Kalita "pul kisəsi" ləqəbi daĢıyan Böyük Moskva knyazı Ġvan Kalitadan (kalita türk 
dillərində  "qayıĢdan,  kəmərdən  asılı  pul  kisəsi,  çanta,  torba"  deməkdir.  Dilimizdə 
"xalta"  (enli  qayıĢ)  Ģəklində  yaĢayır)  inayət  görərək  Ryazan  vilayətində  öz  mülk 
torpaqlarında yaĢayırdılar. 
Bu  ailənin  törəmələrindən  olan  məĢhur  rus  yazıçısı  Nobel  mükafatçısı  Ġvan 
Buninin anası da türk əsilli  nəsillərdəndir.  Anasının qızlıq  familiyası Çubarova idi. 
Radlov lüğətində çubar sözünün "xallı, çopur" mənası daĢıdığı qeyd olunur. Müasir 
tatar dilində də çubar rənginə görə at cinsi adlarındandır. Rus dilindəki qədim türk 
sözlərindən  olan  çubarıy  sözü  də  buradan  keçmiĢdir.  Gənc  Bunin  Oryolda  ilk 
müxbirliyi zamanı oçerklərini Çubarov imzalayırdı. 
Bunin  ömrü  boyu  öz  familiyası  ilə  öyünmüĢ,  hər  zaman  böyük  rus  Ģairi 
Jukovskinin qohumu olduğunu qürurla  qeyd etmiĢ və  heç zaman da  onun anasının 
əsir türk qızı Səlihə olduğunu deməyi unutmamıĢdı. 
Xasiyyətcə  darqursaq,  öcəĢkən  Ġvan  Buninin  yaradıcılığında  isə  qələm 
sahibinin sərtliyi və qabalığı elə sığallanır, hamarlanırdı ki, nəhayət, əriyib gedirdi. 
Yerində  isə  o  ecazkar  qələmin  bəxĢ  etdiyi  nəĢə  qalırdı,  sehrli  səslərin,  rənglərin, 
günəĢin,  yağıĢın,  küləklərin,  qarın...  kədərlə  hopduğu  elə  kədərli  də  təbiət  -  eyni 
qələmlə  çəkilmiĢ,  adi  gözlərin  görüb  duya  bilmədiyi  gözəlliklər,  daha  doğrusu, 
məhəbbət  üzə  çıxırdı  və  yaddaĢlara  keçirdi.  Bu  məhəbbət  gün  istisi  kimi  vurub 
qarsır,  yandırıb  qovurur,  ağlagəlməz  dəliliklər,  üsyanlar  qoparır,  dünyanı  yerindən 
oynadan vulkan oduna çevrilə bilirdi. Həmin məhəbbət bu gün də heyrət və təhsinlər 
oyadır.  Damarda  qanı  coĢdurur,  artıq  yeni  təkanla  bu  qan  ürəyə  axır,  onu  yeni 
sevdalara,  görünməmiĢ  xariqə  meyllərə  çəkir.  Sağına-soluna  boylanırsan.  Bu 
məhəbbəti arayırsan, nigarançılıq səni sarır. Ömür boyu... 
Özü  çəlimsiz,  arğaz  oğlan  idi.  Elə  beləcə  də  Ģümal,  yeniyetmə  görkəmində 
ömrünün səkkizinci onilliyinə adlamıĢdı. 
Bu  uzun  çəkən  gənclik,  qəlb  təravəti  onu  məhəbbətdən  uzaq  düĢməyə 
qoymadı.  Onu  həmiĢə  məhəbbət  macəralarının,  romanların  mərkəzində  saxladı.  O, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə