Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   4   5   6   7   8   9   10   11   ...   56

17 
 
Bu  əsərdə  qismətə,  taleyə  inanıb  boyun  əyən  bədbəxt  atanın  oğul  dərdi, 
itirdiyi  əzizlərinə,  dağılmıĢ  yuvasına  olan  məzlum  sevgisi  bu  saf,  sadə  həyat 
tərzindən  çox-çox  uzaq  olan  rus  yazıçısını  riqqətə  gətirir.  Gəmidəki  laqeyd, 
yekəxana,  sərxoĢ  rus  soldatlarını  "it"  adlandırır,  bu  bədbəxt  türkə  rəğbət  və 
məhəbbətlə yanaĢır, onu özünün qəm ortağı zənn edir. 
Hekayədəki türkün qanlı hərbdə itirdiyi oğlunun adı Yusifdir. Bunin bunu da 
bilir, oğul dərdi ilə gecə-gündüz iztirab çəkən Yaqubu da, ümumbəĢəri etiqadda kök 
salan əzəli insan faciəsinin ortaqlığını da. Ömründə çox səyahətlər etmiĢ yazıçı bu 
aciz kiĢinin öz dərdini rus əsgərlərinə bir Ģərq istiqanlılığı və açıqürəkliliyi ilə necə 
nağıl etdiyini, əsgərlərinsə onu dolayıb ələ saldığını gördükdə iki əxlaq, iki zidd olan 
(müqayisə bu tərəflərdən birinin xeyrinə olmasa da) qüvvə görür. 
Gəmi  Ġstanbulun  yanından  gecə  keçirkən  onun  sirli,  nağılvari  gözəlliyinin 
soyuq, biganə fonunda ata dərddən, iztirabdan səsi kəsilə-kəsilə "Yusuf" deyə fəryad 
etdikcə  yazıçı  tab  gətirmir.  Onun  oğlu  əyalətdən  gəlib  bu  dünyanı  çalın-çarpaz 
bölmüĢ  cəbhələrə  Ġstanbuldan  yola  düĢmüĢdü.    Balkan  hərb  meydanları,  ya  da 
Azərbaycanın  qanlı  cəbhələri  ola  bilərdi.  Yazıçı  atanın  özü  qədər  mütəəssir  olur: 
Ġstanbul onun heç kimə gərək olmayan miskin həyatına və Yusifin gözəl cavanlığına 
necə qıymıĢdı? 
...Bunin Ģedevrlərini Rusiyadan uzaqlarda yaratdı.  Amma  Rusiya bundan nə 
kiçilməli, nə də ağlamalıdır. Çünki yazıçının təsvir etdiyi adamlar rusiyalı idilər və 
ya Rusiyadan tanıdığı adamlar idilər. Öz həvəsi və taleyi ilə. Hətta göyün ulduzları 
da,  yazıçının  daha  çox  cəzb  olduğu  ay  da  Rusiya  səmalarında  gördüyü  və  elə  bil 
gözlərində elə o zamandan Ģəklini sıxıb saxladığı ayın iĢıqlı mənzərələri idi. Bunin 
təbiət  lövhəsini  də  insan  qəlbi  kimi  həssaslıqla  nəqĢ  edə  bilirdi.  Yarpaqları 
tökülmüĢ,  xəzan  qoxusu  çökmüĢ,  əslində  labüd  ayrılığı  göz  altına  almıĢ  iki  aĢiqin 
dərdinə ağlayan, nəm və kədərli bağ və ya palıdların vahiməli xıĢıltısını da saxlayan, 
ilk baharın nəĢəsi dolan, ormanı andıran böyük bağ... QuĢların coĢqun nidaları, ilıq 
gecə, heç nədən yuxusunu itirmiĢ, qəlbinə ilk sevda düĢən yeniyetmə, üz-üzə qaldığı 
sevgi dolu bu təbiət qədər oynaq aĢiq, vurğun oğlan... hamısını Vətəndən gətirmiĢdi. 
Özü  dediyi  kimi  oradan  ki,  çölləri  əzəmətli,  hökmlü  və  hörmətkar  xan  kurqanları, 
Ģəhərləri Batıdan qalma körpülü Rusiyadan. Və Buninin yenidən qazandığı kədər və 
tərki-dünyalıq,  əsəbilik-qısqanclıq  hamısı  Vətən  nemətləri  idi.  ĠtirilmiĢ  Vətənin 
töhvələri - ağrıları idi. 
Bunin  bir  Ģərqli  kimi  yurd-yuva  göynərtilərini  əsil  faciəyə  çevirmiĢdi. 
Qürbəti  bütün  ölçülərində  dərk  edib  yaĢadırdı.  Əslində  əhlikef  atası  son 
mülklərinədək nələri vardısa satmıĢdı hələ o uĢaqkən. Buninin heç zaman nə evi, nə 
uĢağı  olmuĢdu.  Lakin  bilirdi  ki,  ölməyə  Vətən  yaxĢıdır.  Oturub  kədərli  nağıllarını 
yazırdı.  QonĢuluqdasa  bir  Fransa  inəyi  böyürür.  O  isə  açıq  və  kin  qarıĢıq,  canını 
saran yorğunluğu elə canındakı hikkə atəĢi ilə yandırıb yox edə bilirdi - göz yaĢları 
ilə Rusiyanı əyalətləri ilə yadına salırdı. 


18 
 
Dönə-dönə o  yeri tapıb oxuyur, bəzən bütöv bir cildi o sözlərin  kədərini bir 
daha anmaq, dərk etmək, bəlkə ovutmaq üçün oxuyub ağlayıram. Bəlkə də həmin an 
vurğun bülbülün dərdli səsindən də mənə dərdli gəlir öz böyük, qaba dərdini daĢıyan 
elə o qaba inək böyürtüsü. 
Sənətkar ömrü qürbətdə keçirdi. Odur ki, qəhrəmanlarının da çox vaxt təsviri 
bu  ayrılıqqabağı  pəriĢan,  nigaran  günlərdən  baĢlayır.  Onun  "Payız"  əsərinin 
qəhrəmanı da çox kədərlidir. Yayda baĢlayan müharibə payıza girib. O niĢanlısı ilə 
vidalaĢmağa  gəlib.  Bu  kədər  adi  səfərbərlik  kədəri  deyil.  Hamı  kədərlidir,  çünki 
qarĢısıalınmaz  talanlar,  məhrumiyyətlər  əvvəlcədən  duyulur.  Rusiyanın  az-çox 
dinclik gördüyü son günləri idi. 14-ün payızı... qırğın gəlir, qarĢıda bu bir çovumuĢ 
güllə, aclıq, didərginlik - itkinlik ola bilərdi; qarĢıdan açıq cəbhələr, soyuq səngərlər, 
müharibələr gəlirdi. 
Bu qəhrəmanların yolu cəbhələrə idi. Həmin cəbhədən sağ çıxanların da yolu 
qürbətə  idi.  General  Denikin  taksi  sürəcəkdi,  Maxno  ayaqqabı  yamayacaqdı 
qürbətdə. Dünən cah-calallı, adlı-sanlı adamlar yetim-yavərsiz qalacaqdılar, qapılara 
düĢəcəkdilər.  Ürəklərində  həzin  Vətən  duaları  oxusalar  da,  qəlblərində  ətirli,  yaĢıl 
Vətən bağı salsalar da, onların üzünə bu qapı qıfıllı qalacaqdı ömürlük. 
...Dünya varından Buninin bir güclü radioqəbuledicisi vardı. Vətəndən gələn 
hər  bir  səsə,  xəbərə  qulaq  asırdı.  Mühacirəti  yarıda  kəsib  dönən  A.Tolstoyun  da, 
Ģahlıq zirvəsinə yüksələn Qorkinin də qalib səsini bir az nifrətlə, bir az həsədlə, bir 
az  da  sevgiylə  dinləyəcəkdi.  Qədim  rus  Ģəhərlərinin  yeni  sovet  adına  öyrəĢə 
bilməyəcəkdi,  amma  ətrini  duyacaqdı.  Uzun  ömür  yaĢayacaqdı.  Onu  kədər 
yaĢadırdı.  Bu  kədər  özü  ölmək  istəmirdi.  Acıqdan  ölmürdü.  Onu  -  Vətənə  ən  çox 
gərək  olanı,  Vətəni  ana  deyib  -  ata  deyib  sevəni  Vətəni  qoyub  qaçmağa  məcbur 
etmiĢdilər. 
Kədər yaĢayırdı, acığından onu da yaĢadırdı. 
 
ONUN BİR ÜZÜ VARDI: SƏDAQƏT 
 
Rusiyanın  hərbi  naziri  məĢhur  dövlət  adamı  Arakçeyev  (qraf  Aleksey 
Andreyeviç  Arakçeyev  1769-1834)  qədim,  lakin  yoxsullaĢmıĢ  zadəgan  ailəsindən 
çıxmıĢdı. Rusların "Nəsil ġəcərəsi Kitabı"nda Arakçeyevlərin nəsli haqqında deyilir: 
"1695-ci  il  martın  6-da  çar  fərmanı  ilə  Novqorodlu  Ġvan  Stepanoviç  Arakçeyevə 
onun  özünün,  ata  və  babalarının  dövlət  qarĢısındakı  xidmətlərinə  görə  Novqorod 
quberniyasında kəndlər, əkin-biçin yerləri bağıĢlanır" (48. t.2, s.7-10). 
Qraf  Arakçeyevə  qədər  də  bu  ailədən  onu  Ģöhrətləndirən  hərb  adamları 
çıxmıĢlar.  Məsələn,  Arakçeyevin  babası  Vasili  Stepanoviç  Arakçeyev  general 
Minixin  komandanlığı  altında  vuruĢmuĢ,  Oçakov  altında  yaralanmıĢ,  general 
rütbəsində  istefaya  çıxmıĢdı.  Onun  qardaĢı  oğlu  Andrey  Alekseyeviç  isə,  poruçik 
rütbəsində  istefaya  çıxanda,  ona  irsən  yetiĢmiĢ  20  təhkimlisi  olan  kiçicik  kəndə 
malik  idi.  Bu  Pyotrun  onun  babalarına  səxavətlə  bağıĢladığı  hədiyyədən  qalan  son 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə