Minaxanim təKLƏLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/56
tarix10.11.2017
ölçüsü2,8 Kb.
#9480
1   ...   5   6   7   8   9   10   11   12   ...   56

19 
 
yadigar idi. Üç oğlu var idi. Bu kasıb zadəganın üç oğlunun üçü də general rütbəsinə 
qalxıb dövlətdə görkəmli mövqelər qazanacaqdılar. Hələ ki, həmin gələcəyin böyük 
dövlət  adamı  olacaq  oğlunu  Peterburqa  aparıb  artilleriya 
məktəbinə 
düzəldənə 
kimi 
yazığm 
döymədiyi 
qapı 
qalmayacaqdı. 
Nəhayət 
uĢağı 
xeyirxah 
adamların 
vasitəsilə 
(Yekaterinanın  xeyriyyə  tədbirləri  üçün  maddi  vəsaitlə  təmin 
etdiyi  mitropolitin  böyük  əməyi  sayəsində)  Artilleriya  və 
Mühəndislər  Korpusunda  oxumağa  düzəldə  bilir.  Gənc 
Arakçeyev  riyaziyyatda  misilsiz  bacarığı,  həyatda  fərasəti,  səyi 
və  çalıĢqanlığı,  daha  doğrusu,  zirəkliyi  ilə  tez  bir  zamanda  nəzəri  cəlb  edir. 
Yekaterinanın  saray  əyanlarından  olan  Saltıkovun  köməyi  sayəsində  yaxĢı 
məvaciblə iĢə düzəlir. Elə Saltıkov özü də onu vicdanlı və iĢgüzar gənc kimi Ģahzadə 
Pavelə tövsiyə edir. Arakçeyev zəhmətsevərliyi, zirəkliyi, doğruçulluğu ilə gələcək 
hökmdarın rəğbətini qazanır. 
Odur  ki,  vəliəhd  hakimiyyətə  gələn  kimi  ona  general  rütbəsi  verir,  onun 
tavanasaz  olduğunu  bildiyindən  Novqorod  quberniyasında  iki  min  təhkimli  ilə 
Quruzino  kəndini  bağıĢlayır.  Bu  gözəl  kəndi  vaxtilə  çar  Pyotr  öz  əziz  dostu 
MenĢikova  bağıĢlamıĢdı.  Deyilənlərə  görə  xiyabanda  sıralanmıĢ  əzəmətli  palıd 
ağaclarının  da  çubuqlarını  bir  vaxt  çar  öz  əllərilə  dost  bağında  əkmiĢdi.  Kənd 
Arakeçeyin idarəsinə keçən kimi az bir zaman ərzində burada tikilən saray və digər 
tikililər  paytaxtın  ən  zəngin  saraylarını  geridə  qoyurdu.  Çar  Pavel  özünün  ad 
günündə ona  “Nəcabətli qraf” titulu verir. Bununla əlaqədar olaraq Arakçeyevlərin 
gerbinə bu sözlər həkk olunur: "Səmimi və sadiqdir". Deyirlər, bu sözləri çar Pavel 
öz  əllərilə  tərtib  etmiĢdi.  Bu  cümlə  sonralar  qanadlı  ifadəyə  -  aforizmə  çevrilir. 
Sonralar PuĢkin ona yazdığı epiqramında "Bütün Rusiyanı sıxıĢdıran, qubernatorları 
ağlaĢdıran"  qiymətini  verir,  bununla  bir  vaxt  çarın  özündən  aldığı  təltif  qədər 
qiymətli  həmin  sözlərin  dəyərini  "Nüfuzlu  adamların  qarĢısında  köləlik  etmək, 
əyilmək"  mənasında  aĢağı  salmaq  istəyirdi.  Amma  saray  əyanları  içərisində  onu 
gözü götürməyənlər, dostlarından qat-qat çox düĢmənləri var idi və paxıllar çox idi. 
Bu adamlar onun, rus ordusunun artilleriyasını az bir zamanda ağlamalı vəziyyətdən 
çıxarmasını, yıxılanın qolundan tutmasını unudurdular; onun sədaqətli və etibarlılığı 
hamının gözündən yayınırdı. Məsələn, hamıya məlum idi ki, əgər I Paveb sui-qəsd 
gecəsi  o  paytaxtda  olsaydı,  həmin  sui-qəsd  də  baĢ  tutmayacaqdı  (35, 162).  Amma 
əleyhdarları  tərəfindən  onun  bu  keyfiyyətləri  yaltaqlıq  və  yarınmaq  kimi 
qiymətləndirilirdi.  Buna  baxmayaraq  o,  sədaqəti  və  fədakarlığı  ilə  gənc  çar 
Aleksandrın da təvəccöhünü qazandı və imperatorun yanında az qala birinci adama 
çevrildi.  Aleksandrın  vaxtında  xüsusən  1815-ci  ildən  baĢlayaraq,  faktiki  olaraq 
Dövlət ġurası və Nazirlər Kabineti ġurasının rəhbərliyini öz əlinə alır. 
Onun  dövlət  siyasəti,  xüsusən  böyük  hərbiləĢdirmə  tədbirləri  rus 
ictimaiyyətində  "Arakçeyevçilik"  adı  alır.  Çar  ona  inandı;  onu  özünə  və  Vətənə 


20 
 
sədaqətli,  vəfadar  dost  sanırdı.  O  çarın  üzünə  çəkinmədən  həqiqətləri  deyə  bilirdi. 
Çar  məhz,  onun  tövsiyəsinə  və  məsləhətinə  əməl  edib  1812-ci  ildə  müharibənin 
baĢlanğıcında ordunun baĢ komandanı vəzifəsindən gedib öz yerinə Kutuzovu təyin 
etdi.  Nəhayət,  o  çarı  inandıra  bildi  ki,  onun  məhəbbəti,  coĢqun  vətənpərvərlik 
duyğuları  bu  böyük  vəzifəyə  kifayət  etmir,  vətənin  belə  ağır  anlarında  baĢ 
komandanlıq  döyüĢ  sınaqlarından  çıxmıĢ  sərkərdəyə  həvalə  olunmalıdır.  Yoxsa 
yaltaq və karyerist, vəzifəpərəst nazirlərin heç biri cürət edib imperatoru bu fikirdən 
daĢındıra bilməzdi. 
Arakeçeyev adamları əlüstü və gözəl tanımaq qabiliyyətinə malik idi, bir-iki 
yığcam ifadə ilə də insanın tam, dolğun xasiyyətnaməsini verə bilirdi. Yüksək saray 
dairələrində vəzifəyə adam qoyub, həmçinin vəzifədən adam götürmək onun iĢi idi. 
O  bunda  Ģəxsi  xeyir,  mənfəət  güdmürdü.  Sadəcə  iĢə  yararlı,  müvafiq  adamları 
axtarıb  tapa  bilirdi.  Heç  bir  padĢahın  ona  olan  hüdudsuz  etibarından  "bəhrələnə 
bilmirdi", çünki özü yüksək mövqelərə iĢgüzarlığı, çalıĢqanlığı və sədaqəti ilə gəlib 
çatmıĢdı.  Elə  onun ən  gözəl  keyfiyyətləri də  əsasən bundan ibarət  idi.  Əlində  olan 
pula,  vara  gözünün  ucu  ilə  də  baxmazdı.  DüĢmənləri  belə  onun  bu  xüsusiyyətləri 
barədə susa bilmirdilər. Təəssüf ki, onun xasiyyətindəki qəddarlıq, zalımlıq, əlində 
böyük  ixtiyar  toplandıqca  hər  cür  sərhədləri  aĢırdı.  Həm  də  həddən  artıq  düzlüyü-
dürüstlüyü  də  onun  xeyrinə  olmurdu,  çünki  məsul  iĢlərdə  həddən  artıq  vicdanlı 
olmaq özü də Ģəraiti dözülməz dərəcədə ağırlaĢdırırdı. Ona görə çar Pavel özü qədər 
inandığı  və  Peterburqun  komendantı  təyin  etdiyi  bu  adamı  vəzifədən  uzaqlaĢdırıb 
özündən  də  kənarlaĢdırır.  DüĢmənləri  də  bunu  istəyirdilər  -yataq  otağına  girib 
"sahibsiz"  çarı  öldürürlər,  atasının  yerinə  hakimiyyətə  keçən  I  Aleksandr  da 
Arakçeyevi  imperiyaya  lazım  olduğunu  bildiyindən  dərhal  onu  çağırır.  Çar  ölənə 
kimi  Arakçeyev  onun  yanında  olur.  Çar  onun  əlinin  və  ürəyinin  təmizliyini  bilir, 
həmiĢə  onun  sözünə  əməl  edirdi.  Arakçeyev  düĢmənlərinin  çox-çox  olduğunu 
bilirdi, öz evində belə yeməyi əvvəl yoxlatdırıb sonra yeyirdi. 
Ailə  həyatı  uğursuz  çıxmıĢdı,  bütün  ömrü  iĢdə,  fəaliyyətdə  keçirdi.  Buna 
baxmayaraq qadınları sevirdi, qadın onunçün böyük qüvvə idi; general sədaqətli aĢiq 
idi. 
Çarın  özü  ilə  bəzən  dövlət  mənafeyinə  görə  mübahisəyə  giriĢən,  ona  sərt 
etirazlarını  bildirən  bu  adamın  əli  altında  iĢləmək  də  cəhənnəm  əzabı  idi.  Belə  bir 
adam vəfalı məĢuq idi. Elə məĢuqəsinin ölümündən sonra o kəndinə köçür, saqqalda 
gəzir, deyirlər bu qadının qanına batırdığı dəsmalı boynuna bağlayırmıĢ. Amma bu 
aĢiq  xəyanətlə  də  barıĢmırdı.  Yalana  qarĢı,  saxtakarlıq  və  sədaqətsizliyə  qarĢı  də 
qəribə  intiqamlar  uydura  bilirdi.  Ġki  sevgilisi  vardı.  Yüksək  dairəyə  mənsub  olan, 
Peterburqda  yaĢayan  qadın  və  daha  çox  sevdiyi,  əsil  məhəbbət  bildiyi  qadını.  Bu 
xanım onun kənddəki malikanəsini idarə edirdi. Elə o da ağası kimi əli altında olan 
xidmətçilərlə,  kəndlilərlə  amansız  rəftar  edirdi.  Nəhayət  cana  doyan  kənd  əhalisi 
ayağa  qalxdı,  bu  zülmkar  qadını  -  Anastasiya  Minnikovanı  həmin  qəddarlıqla  da 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə